Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laura
Laura — ad Laura Qruseneken — Belçikalı müğənni və bəstəkar. Laura Pauzini Laura Pıldvere — Estoniya müğənnisi. Laura Rizzotto — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Laura Ester — İspaniyanı təmsil edən su poloçusu. Laura Lopez — İspaniyanı təmsil edən su poloçusu.
Ahura Mazda
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Ahura Məzda

Laura Alonso
Laura Alonso Padin, (2.1.1976, Qalisiya, İspaniya) — opera müğənnisi (soprano).
Laura Bassi
Laura Katerina Bassi(it. Laura Maria Caterina Bassi, 29 oktyabr 1711[…], Boloniya, Papa dövləti – 20 fevral 1778[…], Boloniya, Papa dövləti) — italyan alimi və həkimi. Mariya Katerina Bassi 31 oktyabr 1711-ci ildə Boloqnada anadan olmuşdur. Bassinin ailəsi zəngin idi və vəkil olan atası qızının xüsusi təhsilinin məbləğini qarşılaya bilirdi. Bassi 13–20 yaşlarında Boloqna Universitetində professor olan ailə həkimləri Qaetano Takkonidən fəlsəfə və riyaziyyat dərsləri alır. Takkoni Bassinin fərqli qabiliyyətlərini aşkar etdiyi üçün onu Baloqnanın akademiya əhatəsində tanıtmağa qərar vermişdi. Bassinin zəkası və qabiliyyəti Boloqnaya 1731-ci ildə baş yepiskop kimi gələn və daha sonra Papa XIV Benedikt olacaq Kardinal Prospero Lambertinin də diqqətindən qaçmamışdı. Gəncliyində özü də elmi təhsil almış Kardinal Bassini elmi araşdırmalarında cəsarətləndirir və ona hər zaman dəstək olur. 1732-ci ildə Lambertini şəhərin elm və mədəniyyət baxımından yenilənməsi ilə əlaqədar Bassini ictimai müzakirələrə qoşulmağa və bu müzakirələrin simvolik rol almasına razı salır. Hələ 20 yaşındaykən Bassiyə Avropanın ən qədim universiteti olan Boloqna Universitetində müəllimlik verilir.
Laura Benkova
Laura Benkova (d. 11 may 2000) — Slovakiyalı üzgüçü. Laura Benkova Slovakiyanı 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. Laura Benkova birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.27 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Laura Ester
Laura Ester (d. 22 yanvar 1990) — İspaniyanı təmsil edən su poloçusu. Laura Ester, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Ester, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Laura Lopez
Laura Lopez (d. 13 yanvar 1988) — İspaniyanı təmsil edən su poloçusu. Laura Lopez, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Lopez, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Laura Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də davam edən Disney Channel serialı Ostin və Ellidir. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Laura Nurmsalu
Laura Nurmsalu (6 iyun 1994) — Estoniyalı oxatan. Laura Nurmsalu Estoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Laura Nurmsalu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Veronika Marçeko ilə üz-üzə gəldi. Həmin görüşdə Laura Nurmsalu rəqibinə 0:6 hesabı ilə uduzdu.
Laura Pausini
Karyerasına 1987-ci ildə ilk albomu "I Sogni Di Laura" ilə başlayan və 1993-cü ildə qatıldığı Sanremo Musiqi Festivalında ("La Solitudine" mahnısı ilə) qazandığı birincilikdən sonra fəalyyətində ümumi olaraq 30 milyon albom satışı reallaşdıran və bir də Grammy mükafatları qazanan ilk İtalyan qadın müğənnidir. Mahnılarını Latın pop, soft rock, pop üslubunda oxuyan İtaliyanın məşhur müğənnisi İtalyan, İspan, İngilis, Fransız və Portuqal dillərində mahnılar oxumaqdadır. 1974-cü ildə İtaliyada anadan Laura Pausini, musiqiçi olan atasının da dəstəyiylə kiçik yaşda musiqilə maraqlanmağa başladı. 8 yaşındaykən atasının səhnə aldığı məkanlarda ona səsiylə yoldaşlıq edən kiçik Laura, 13 yaşındaykən atasının prodüserliyində yazılan "I sogni di Laura" albomuyla professionallığa ilk addımını atdı. Albom tamamilə əldəki imkanlarla hazırlanmışdı. Bu səbəbdən səs gətirməsi gözlənilmirdi. Lauraya əsas müvəffəqiyyəti 1993-cü ildə qatıldığı və "La Solitudine" adlı parçanı səsləndirdiyi Sanremo Musiqi Festivalı gətirdi. Yarışmada birinci olan sənətçi, dərhal Warner Bros İtaliyanın marağını çəkdi və sonra gələn val razılaşmasıyla ilk albomu "Laura Pausini"ni 1993-cü ildə musiqi dünyasına tanıtdı. Albom İtaliyada olduğu qədər Fransa və Hollandiyada da uğurlu oldu. İkinci albom "Laura" 1994-cü ildə musiqi marketləri rəflərində yerini aldı.
Laura Pauzini

Laura Poldvere
Laura Pıldvere (est. Laura Põldvere; d. 30 avqust 1988, Tartu, Estoniya) — Estoniya müğənnisi. O Estoniyanı Suntribe qrupunun üzvü kimi 2005 Avroviziya Mahnı Müsabiqəsində və Koyt Toome ilə birlikdə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura Pıldvere 30 avqust 1988-ci ildə Estoniyanın Tartu şəhərində anadan olub. Laura 2014-cü ildə Eston musiqiçi Coel-Rasmus Remmel ilə ailə həyatı qurmuş və 2016-cı ildə cütlük ayrılmışdır. Lauranın musiqi karyerası 2005-ci ildə Estoniyanın ERR telekanalının Avroviziya üçün təşkil etdiyi milli seçim turu Eurolaul 2005-də iştirakı ilə başlamışdır. Milli seçim turunda Laura ifa etdiyi "Moonwalk" mahnısı ilə ikinci yeri tutsa da, o yarışmanın qalibi "Suntribe" qrupunun üzvü olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2005-də Estoniyanı təmsil etmək hüququ qazanmışdır. İfa etdikləri "Let's Get Loud" adlı mahnı ilə müsabiqənin yarımfinal mərhələsində 20-ci yerdə qərarlaşan qrup final mərhələsinə adlaya bilməmişdir. Laura eyni zamanda "Sunflowers" mahnısı ilə 2007-ci ildə Estoniyanın Avroviziya üçün seçim turunda iştirak etmiş və nəticədə üçüncü yeri tutaraq, məğlub olmuşdur.
Laura Pıldvere

Laura Qruseneken
Laura Qruseneken (nid. Laura Groeseneken; d. 30 aprel 1990, Löven, Belçika) və ya səhnə adı ilə Sennek — Belçikalı müğənni və bəstəkar. O, Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sennekin Avroviziya səhnəsində ifa edəcəyi mahnı olan "A Matter of Time" 2018-ci ilin 4 mart tarixində təqdim olunmuşdur. Laura Qruseneken daha öncə tanınmış Belçika musiqiçisi Ozark Henri ilə birlikdə Rock Werchter musiqi festivalında çıxış etmişdir. Laura eyni zamanda "Hooverphonic" musiqi qrupu üçün mahnı bəstələmişdir. Laura Qruseneken 30 aprel 1990-cı ildə Belçikanın Löven şəhərində anadan olmuşdur.
Laura Qrusıniken

Laura Rizzotto
Laura Rizzotto (d. 18 iyul 1994, Rio-de-Janeyro, Braziliya) — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Onun 2011-ci ildə Universal Music Brazil albom şirkəti ilə əməkdaşlığı sayəsində Made in Rio adlı debüt albomu işıq üzü görmüşdür. 2014-cü ildə ifaçının ikinci studiya albomu Reason to Stay, 2017-ci ildə isə RUBY adlı mini-albomu satışa buraxılmışdır. Rizzotto "Funny Girl" mahnısı ilə Latviyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura Rizzotto 18 iyul 1994-cü ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində anadan olmuşdur. Onun atası Latviya və Braziliyanın ikili vətəndaşıdır. Rizzottonun Portuqal mənşəli Braziliyalı anası isə Latviyanın Liepaya şəhərində anadan olmuş və Riqada böyümüşdür. Onun ailəsi 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında yerləşən Edina şəhərinə köçmüşdür. Onun uşaqlığı Rio-de-Janeyro və ABŞ-də keçmişdir.
Laura Stefanak
Laura Stefanak (xorv. Laura Štefanac; d. 1998, Zaqreb, Xorvatiya) – Xorvat Paralimpiya üzrə atlet. O, 2017-ci ildə Samsunda karlar arasında nizə atmaq üzrə qızıl medal qazanmışdır. 2014-cü ildə Trabzonda və 2016-cı ildə Karlsruedə keçirilən yeniyetmələrarası Avropa çempionatında 3 qızıl və 3 gümüş medal qazanmışdır. O Zaqrebdə Aqram atlet klubunun üzvüdür.
Laura Teani
Laura Teani (d. 13 mart 1991) — İtaliyanı təmsil edən su poloçusu. Laura Teani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Laura Tesoro
Laura Tesoro (d. 19 avqust 1996, Antverpen, Belçika) — Belçika müğənnisi və aktrisası. O, Belçikanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura eyni zamanda Belçikanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri tutmuşdur. Laura Tesoro 19 avqust 1996-cı ildə Belçikanın Antverpen şəhərində anadan olmuşdur. Onun atası italyan, anası isə belçikalıdır. 2008-ci ildə Laura Belçikanın Witse teleserialında Evi Kuypers rolunu ifa etmişdir. Bu onun ilk aktrisalıq təcrübəsi olmuşdur. Daha sonra o, bir neçə müzikllarda da rol almışdır. 2009-cu ildə isə Laura Ketnetpop festivalında çıxış etmişdir.
Laura Vernizzi
Laura Vernizzi (d. 15 sentyabr 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Laura Vernizzi İtaliyanı 2004 Afina Olimpiadasında təmsil etdi və bürünc medal qazandı. Laura Vernizzi 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Daniela Masseroni ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu.
Niki Lauda
Andreas Nikolaus "Niki" Lauda (alm. Andreas Nikolaus "Niki" Lauda‎; 22 fevral 1949[…], Vyana – 20 may 2019[…], Sürix) — sabiq avstriyalı Formula-1 pilotu. Karyerası ərzində üç dəfə — 1975, 1977 və 1985-ci illərdə F1 üzrə dünya çempionluğu qazanıb. Karyerasını bitirdikdən sonra aviasiya ilə maraqlanmağa başlayıb və özünün iki şəxsi aviasiya şirkətini açıb. Bundan əlavə, Skuderiya Ferrari komandasında məsləhətçi və iki il Jaguar komandasında komanda meneceri kimi çalışıb. 1976-cı il Almaniya Qran Prisində idarə etdiyi maşının qəza etməsi və sonra alışması nəticəsində ciddi yanıq xəsarətləri almışdı. Ciyərlərinin zədə almasına və xəsarətlərinin ciddi olmasına baxmayaraq, sadəcə altı həftə sonra İtaliya Qran Prisində yenidən çempionata geri dönmüşdü. Niki Lauda 1949-cu il 22 fevralda varlı ailədə dünyaya göz açıb. Ailəsinin ona qarşı çıxmasına baxmayaraq o yenə də yarış maşınlarının pilotu olur. 1971-ci ildə Bankdan £30,000 funt sterlinq kreditə götürüb, özünə sığorta aldıqdan sonra Formula-2 pilotu kimi March komandasına qoşulur.
Nikolaus Lauda

Laura Marks
Cenni Laura Marks (26 sentyabr 1845, Brüssel – 25 noyabr 1911, Dravey[d]) — sosialist aktivist, Karl Marksın qızı. Laura Marks 26 sentyabr 1845-ci ildə Brüsseldə dünyaya gəlib. Ailəsi 1849-cu ilin iyununda Londonda məskunlaşmazdan əvvəl Laura valideynləri ilə birlikdə Fransaya, sonra Prussiyaya köçüb. Onun Kubada dünyaya gəlmiş gələcək həyat yoldaşı Pol Lafarq Fransanın gənc sosialistlərindən idi. Pol Birinci İnternasionalda işləmək məqsədilə 1866-cı ildə Londona gəlmişdi. Burada o, Karl Marksla dostlaşmış və Marksın ailə üzvləri ilə, eləcə də ona aşiq olan Laura ilə tanış olmuşdu. Pol və Laura 1868-ci ilin aprelində Sen-Pankras qeydiyyat şöbəsində evləndilər. Evliliklərinin ilk üç ilində onların ikisi oğlan, biri qız olmaqla üç övladı doğulmuş, lakin onların hamısı körpə ikən ölmüşdülər. Cütlüyün başqa uşaqları yox idi. Ər-arvad ömürlərini birlikdə siyasi işlərlə məşğul olmaqla keçirmiş, Karl Marksın əsərini fransız dilinə tərcümə etmiş və həm Fransada, həm də İspaniyada marksizmi yaymışdılar.
Laura Şakirjanova
Laura Qalimjanovna Şakirjanova (tatar. Луара Галимҗан кызы Шакирҗанова, və yaxud Zöhrə Şakirjan (tatar. Зөһрә Шакирҗан; 9 iyun 1950) — Sovet və rus tatar teatr xadimi, aktrisa, rejissor. Tatarıstan Respublikasının xalq artisti (2010), Tatarıstan Respublikasının əməkdar artisti (1996). Q.Kamal adına Tatar Akademik Teatrı Muzeyinin rəhbəri (1984—hazırda). Laura Qalimjanovna Şakirjanova 9 iyun 1950-ci ildə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası Ətnə rayonunun Qüllə-Kimi kəndində anadan olub. Atası və anası müəllim olub. Atası Qalimjan fizika və riyaziyyatdan, anası alman dili, tatar dili və ədəbiyyatdan dərs deyirdi. Ailənin dörd övladı var idi. Valideynlər onlara çayların adını vermişdilər.