Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lahrud
Lahrud və ya Ları— İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı nın Şərqi Meşgin bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,961 nəfər və 782 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Lavrak
Lavrak (lat. Dicentrarchus labrax) — xanıkimilər dəstəsindən balıq növü.
Laura
Laura — ad Laura Qruseneken — Belçikalı müğənni və bəstəkar. Laura Pauzini Laura Pıldvere — Estoniya müğənnisi. Laura Rizzotto — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Laura Ester — İspaniyanı təmsil edən su poloçusu. Laura Lopez — İspaniyanı təmsil edən su poloçusu.
Bahram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Eugenia laurae
Eugenia laurae (lat. Eugenia laurae) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Korben Şarrah
Korben Şarrah (20 aprel 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Korben Şarrah ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. Korben Şarrah 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.876 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 1:05.902 saniyəlik nəticəsi ilə 16-cı yeri tutdu.
Laqran (Fransa)
Laqran (fr. Lagrand, oks. Lagrand) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05069. 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə bu 68.6%). Fəal olan 114 nəfərdən 103 nəfər (56 kişi və 47 qadın) işləyir, 11 nəfər işsizdir (3 kişi və 8 qadın).
Typhlodromus laurae
Typhlodromus laurae (lat. Typhlodromus laurae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus laurae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zolaqlı lavrak
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Larak adası
Larak adası (fars. لارک‎) — Fars körfəzində İrana məxsus adalardan biri. Hörmüz boğazında yerləşir. Qəşm, Hörmüz, Henqam adalrı yaxınlığında, Bəndər Abbas limanı çevrəsindədir. Adanın qırmızı mərcan və qumlu sahilləri vardır Larak adası Bəndər-Abbasdan 45 km, Qəşmdən 18 km aralıda yerləşir. Villiam Vincent antik Orqan ilə, Larmanın qeyri-bərabər və xarabalı ada ilə müəyyənləşdirir, lakin ən çox alimlər Hörmüz ilə orqanı müəyyən edirlər. Vilhelm Tomasek Herakliot Markianus tərəfindən qeyd olunan Aguedan ilə Larak adasının eyni olmmasını iddia edir. Burada qurğuşun filizi çıxarıldığı deyilir. 19-cu əsrdə adada dəmir filizi ehtiyatları olduğu müəyyən edilmişdir. Portuqal admiralı Alfomnso de Albureke Hörmüzə hücumu zamanı tabeliyinmdə olan dörd gəmidən birini Larak adasının işğalı üçün göndərir.
Laran-Monteqlen
Laran-Monteqlen (fr. Laragne-Montéglin, oks. L'Aranha Montaiglin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05070. 2008-ci ildə əhalinin sayı 3532 nəfər təşkil edirdi. 2007-ci ildə 1947 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1355 nəfər iqtisadi cəhətdən fəal, 592 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.6%, 1999-cu ildə 66.6%) idi. Fəal 1355 nəfərdən 1224 nəfəri (630 kişi və 594 qadın), 131 nəfəri işsizdir (43 kişi və 88 qadın).
Laura Alonso
Laura Alonso Padin, (2.1.1976, Qalisiya, İspaniya) — opera müğənnisi (soprano).
Laura Bassi
Laura Katerina Bassi(it. Laura Maria Caterina Bassi, 29 oktyabr 1711[…], Boloniya, Papa dövləti – 20 fevral 1778[…], Boloniya, Papa dövləti) — italyan alimi və həkimi. Mariya Katerina Bassi 31 oktyabr 1711-ci ildə Boloqnada anadan olmuşdur. Bassinin ailəsi zəngin idi və vəkil olan atası qızının xüsusi təhsilinin məbləğini qarşılaya bilirdi. Bassi 13–20 yaşlarında Boloqna Universitetində professor olan ailə həkimləri Qaetano Takkonidən fəlsəfə və riyaziyyat dərsləri alır. Takkoni Bassinin fərqli qabiliyyətlərini aşkar etdiyi üçün onu Baloqnanın akademiya əhatəsində tanıtmağa qərar vermişdi. Bassinin zəkası və qabiliyyəti Boloqnaya 1731-ci ildə baş yepiskop kimi gələn və daha sonra Papa XIV Benedikt olacaq Kardinal Prospero Lambertinin də diqqətindən qaçmamışdı. Gəncliyində özü də elmi təhsil almış Kardinal Bassini elmi araşdırmalarında cəsarətləndirir və ona hər zaman dəstək olur. 1732-ci ildə Lambertini şəhərin elm və mədəniyyət baxımından yenilənməsi ilə əlaqədar Bassini ictimai müzakirələrə qoşulmağa və bu müzakirələrin simvolik rol almasına razı salır. Hələ 20 yaşındaykən Bassiyə Avropanın ən qədim universiteti olan Boloqna Universitetində müəllimlik verilir.
Laura Benkova
Laura Benkova (d. 11 may 2000) — Slovakiyalı üzgüçü. Laura Benkova Slovakiyanı 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. Laura Benkova birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.27 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Laura Ester
Laura Ester (d. 22 yanvar 1990) — İspaniyanı təmsil edən su poloçusu. Laura Ester, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Ester, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Laura Lopez
Laura Lopez (d. 13 yanvar 1988) — İspaniyanı təmsil edən su poloçusu. Laura Lopez, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Lopez, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Laura Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də davam edən Disney Channel serialı Ostin və Ellidir. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Laura Nurmsalu
Laura Nurmsalu (6 iyun 1994) — Estoniyalı oxatan. Laura Nurmsalu Estoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Laura Nurmsalu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Veronika Marçeko ilə üz-üzə gəldi. Həmin görüşdə Laura Nurmsalu rəqibinə 0:6 hesabı ilə uduzdu.
Laura Pausini
Karyerasına 1987-ci ildə ilk albomu "I Sogni Di Laura" ilə başlayan və 1993-cü ildə qatıldığı Sanremo Musiqi Festivalında ("La Solitudine" mahnısı ilə) qazandığı birincilikdən sonra fəalyyətində ümumi olaraq 30 milyon albom satışı reallaşdıran və bir də Grammy mükafatları qazanan ilk İtalyan qadın müğənnidir. Mahnılarını Latın pop, soft rock, pop üslubunda oxuyan İtaliyanın məşhur müğənnisi İtalyan, İspan, İngilis, Fransız və Portuqal dillərində mahnılar oxumaqdadır. 1974-cü ildə İtaliyada anadan Laura Pausini, musiqiçi olan atasının da dəstəyiylə kiçik yaşda musiqilə maraqlanmağa başladı. 8 yaşındaykən atasının səhnə aldığı məkanlarda ona səsiylə yoldaşlıq edən kiçik Laura, 13 yaşındaykən atasının prodüserliyində yazılan "I sogni di Laura" albomuyla professionallığa ilk addımını atdı. Albom tamamilə əldəki imkanlarla hazırlanmışdı. Bu səbəbdən səs gətirməsi gözlənilmirdi. Lauraya əsas müvəffəqiyyəti 1993-cü ildə qatıldığı və "La Solitudine" adlı parçanı səsləndirdiyi Sanremo Musiqi Festivalı gətirdi. Yarışmada birinci olan sənətçi, dərhal Warner Bros İtaliyanın marağını çəkdi və sonra gələn val razılaşmasıyla ilk albomu "Laura Pausini"ni 1993-cü ildə musiqi dünyasına tanıtdı. Albom İtaliyada olduğu qədər Fransa və Hollandiyada da uğurlu oldu. İkinci albom "Laura" 1994-cü ildə musiqi marketləri rəflərində yerini aldı.
Laura Pauzini

Laura Poldvere
Laura Pıldvere (est. Laura Põldvere; d. 30 avqust 1988, Tartu, Estoniya) — Estoniya müğənnisi. O Estoniyanı Suntribe qrupunun üzvü kimi 2005 Avroviziya Mahnı Müsabiqəsində və Koyt Toome ilə birlikdə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura Pıldvere 30 avqust 1988-ci ildə Estoniyanın Tartu şəhərində anadan olub. Laura 2014-cü ildə Eston musiqiçi Coel-Rasmus Remmel ilə ailə həyatı qurmuş və 2016-cı ildə cütlük ayrılmışdır. Lauranın musiqi karyerası 2005-ci ildə Estoniyanın ERR telekanalının Avroviziya üçün təşkil etdiyi milli seçim turu Eurolaul 2005-də iştirakı ilə başlamışdır. Milli seçim turunda Laura ifa etdiyi "Moonwalk" mahnısı ilə ikinci yeri tutsa da, o yarışmanın qalibi "Suntribe" qrupunun üzvü olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2005-də Estoniyanı təmsil etmək hüququ qazanmışdır. İfa etdikləri "Let's Get Loud" adlı mahnı ilə müsabiqənin yarımfinal mərhələsində 20-ci yerdə qərarlaşan qrup final mərhələsinə adlaya bilməmişdir. Laura eyni zamanda "Sunflowers" mahnısı ilə 2007-ci ildə Estoniyanın Avroviziya üçün seçim turunda iştirak etmiş və nəticədə üçüncü yeri tutaraq, məğlub olmuşdur.
Laura Pıldvere

Laura Qruseneken
Laura Qruseneken (nid. Laura Groeseneken; d. 30 aprel 1990, Löven, Belçika) və ya səhnə adı ilə Sennek — Belçikalı müğənni və bəstəkar. O, Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sennekin Avroviziya səhnəsində ifa edəcəyi mahnı olan "A Matter of Time" 2018-ci ilin 4 mart tarixində təqdim olunmuşdur. Laura Qruseneken daha öncə tanınmış Belçika musiqiçisi Ozark Henri ilə birlikdə Rock Werchter musiqi festivalında çıxış etmişdir. Laura eyni zamanda "Hooverphonic" musiqi qrupu üçün mahnı bəstələmişdir. Laura Qruseneken 30 aprel 1990-cı ildə Belçikanın Löven şəhərində anadan olmuşdur.
Laura Qrusıniken

Laura Rizzotto
Laura Rizzotto (d. 18 iyul 1994, Rio-de-Janeyro, Braziliya) — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Onun 2011-ci ildə Universal Music Brazil albom şirkəti ilə əməkdaşlığı sayəsində Made in Rio adlı debüt albomu işıq üzü görmüşdür. 2014-cü ildə ifaçının ikinci studiya albomu Reason to Stay, 2017-ci ildə isə RUBY adlı mini-albomu satışa buraxılmışdır. Rizzotto "Funny Girl" mahnısı ilə Latviyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura Rizzotto 18 iyul 1994-cü ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində anadan olmuşdur. Onun atası Latviya və Braziliyanın ikili vətəndaşıdır. Rizzottonun Portuqal mənşəli Braziliyalı anası isə Latviyanın Liepaya şəhərində anadan olmuş və Riqada böyümüşdür. Onun ailəsi 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında yerləşən Edina şəhərinə köçmüşdür. Onun uşaqlığı Rio-de-Janeyro və ABŞ-də keçmişdir.