Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aizol
Aidjal, Aizaul və ya Aizol (hind. आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir.
Bizon
Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: Zubr və Amerika bizonu. Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir.
Jizel
Jizel (fr. Giselle, ou les Wilis) — bəstəkar Adolf Adanın iki pərdəli, "fantastik balet"i. Baletin librettosunun müəllifləri Jül-Anri Sen-Jorj, Teofil Qotye və Jan Koralli librettonu Henrix Heyne tərəfindən nəql olunan əfsanə əsasında yazmışlar. Xoreoqrafiya Jül Perronun iştirakı ilə Jan Koralli, dekorasiyalar Pyer Siseri, kostyumlar Pol Lormye tərəfindən hazırlanmışdır.
Kizel
Kizel — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Kızıl
Kızıl — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasına daxildir.
Lalizol
Lalizol (fr. Lalizolle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03135. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 222 nəfərdən (15-64 yaş) 156 nəfər iqtisadi cəhətdən, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.3%, 1999-cu ildə 64.0%). Fəal 156 nəfərdən 139 nəfər (79 kişi və 60 qadın), 17 nəfər işsiz (6 kişi və 11 qadın) idi. Fəal olmayan 66 nəfər arasında 14 nəfər şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sıra tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Lilou
Əli Ramdani (18 aprel 1984, Lion), daha yaxşı səhnədəki adı Lilou ilə tanınan, Əlcəzair mənşəli fransız bi-boydur.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Lindl.
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Lizyö
Lizyö (fr. Lisieux Fransızca tələffüz: [lizjø]) — Fransanın şimal-qərbində yerləşir. Normandiya regionunun Kalvados departamentinə daxildir. Əyalətin o cümlədən də kantonun mərkəzidir. Lizyö Oj torpağının əsas tarixi şəhərlərindən biri sayılır. Əhalisi 20881 nəfərdir (2014). == Tarixi == Keçmiş dövrlərdə Lizyö qədim Hall qəbiləsinin paytaxtı olmuşdur. Bu haqda Sezar öz yazılarında qeyd edir (Hall döyüşləri). Şəhər indiki Lizyö şəhərindən 3 km cənub-qərbdə yerləşirdi. Ərazisi isə 200 hektar idi.
Luzon
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
LİBOR
Mizon
Mizon (fr. Mison, oks. Mison) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04123. 2008-ci ildə əhalinin sayı 985 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 636 nəfərin (15-64 yaş arasında) 468 nəfəri iqtisadi cəhətdən, 168 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%) idi. Fəal olan 468 nəfərdən 425 nəfər (240 kişi və 185 qadın), 43 nəfər işsiz (17 kişi və 26 qadın) idi.
Nizrol
Nizrol (fr. Nizerolles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03201. 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 198 nəfərdən (15—64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 149 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,3 %, 1999-cu ildə 69,6%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qızıl
Qızıl (Au) — təbiətdə saf şəkildə rast gəlinən əlvan metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Rizul
Rizul (fr. Risoul, oks. Risós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. INSEE kodu — 05045. 2008-ci ildə əhalinin sayı 649 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 459 nəfər (15-64 yaş) arasında 338 nəfər iqtisadi fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%). 338 aktiv adamdan 330 nəfəri (178 kişi və 152 qadın), 8 nəfəri işsizdir (4 kişi və 4 qadın). Fəal olmayan 121 nəfər arasında şagird və ya tələbə, 51 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Tiazol
Tiazol və ya 1,3-tiazol — tərkibində həm kükürd, həm də azot saxlayan heterosiklik birləşmədir; "tiazol" termini tiazolun törəmələrinin böyük ailəsinə aiddir. Tiazolun özü piridinə bənzər qoxuya və C3H3NS molekulyar formuluna malik açıq sarı rəngli mayedir. Tiazol halqası tiamin (B1) vitamininin tərkib hissəsidir. Tiazollar azolların, imidazol və oksazolların daxil olduğu heterotsiklik birləşmələrin üzvlərindən biridir. Tiazol da funksional qrup hesab edilə bilər. Oksazollarla əlaqəli birləşmələrdir, kükürd oksigenlə əvəz olunur. Tiazollar struktur olaraq imidazollara bənzəyir, imidazoldan fərqli olaraq tiazolda bir kükürd atomu azotla əvəz olunur. Tiazol həlqəsi plenar və aromatikdir. Tiazollar müvafiq oksazollardan daha böyük pi-elektron delokalizasiyası ilə xarakterizə olunur və buna görə də daha böyük aromatikliyə malikdir. Bu aromatiklik güclü diamaqnit həlqə cərəyanını açıq şəkildə göstərən proton NMR spektroskopiyasında (7,27 ilə 8,77 ppm arasında) həlqə protonlarının kimyəvi yerdəyişməsi ilə sübut olunur.
Bizel
Bizel yumurta ağı və şəkər tozundan hazırlanan köpüklü qurabiyə növüdür. Fransızca "baiser" sözündəndir və tərcüməsi öpmək deməkdir. İsveçrə və Fransada "Meringue" kimi də tanınır. 100 °C qızdırılmış olan sobada 1-2 saat ərzində adətən qurudularaq hazırlanır. Bu qarışığa limon suyu əlavə edildiyi zaman, bizel daha möhkəm bir vəziyyətə gəlir. == Növləri == Soyuq qarışdırılmış bizel: Yumurta ağı sərtləşənə qədər qarışdırılır, hər yumurtaya 50 q şəkər tozu əlavə edildikdən sonra qarışdırılmağa davam edilir. Bir qaşıq və ya formavermə vasitəsinin köməyi ilə əvvəlcədən yağlanmış podnosa düzülür və sobaya yerləşdirilir. İlıq qarışdırılmış bizel: Hazırlanma qaydası soyuq qarışdırılmış bizelə çox oxşayır, lakin burada yumurtanın ağı köpüklənməyə başlayan kimi qab 50 °C su vannasına yerləşdirilir və orada qarışdırılmağa davam edilir. İş maraqlı tərəfi ondadır ki, su qaynamır. Şəkər tozu əlavə edildikdən qaşığın köməyi ilə podnusa yerləşdirilir və bundan sonra bişirilir.
Limoj
Limojust (oksitanca: "Lemòtges" və ya "Limòtges") Fransanın Limuzen regionundakı Yuxarı Vyenna departamentində yerləşən bir şəhərdir. Şəhərin bələdiyyə sərhədləri daxilində yerləşən əhalisi 138 882 nəfər təşkil edir (2007-ci ilin statistik məlumatlarına əsasən). Şəhər ətrafı ərazilər ilə bərabər Limoj metropol şəhərinin əhalisi 193,342 nəfər təşkil edir. Mərkəzi olduğu şəhərləşmiş ərazinin əhalisi isə 2007-ci ildəki statistik məlumatlara əsasən 263,645 nəfər olmuşdur. Bu əhali sayı ilə Limoj Fransanın cənub-şərq hissəsində yerləşən Tuluza və Bordo ətrafındakı şəhərləşmiş ərazilərdən sonra üçüncü yeri tutmuşdur. 2008-ci ilin əvvəllərində isə Limoj bədii və tarixi şəhər kimi tanınmışdır. Şəhərin tarixində baş verən mühüm hadisələr (yəni, 1895-ci ildə Limojda ümumi fəhlə konfederasiyasının yaradılması, 1905-ci ildə şəhərdə baş verən böyük fəhlə tətilləri və şəhər seçicilərinin daimi olaraq solçu namizədlərə səslərini verməsi) nəzərə alınarsa, şəhərə bəzən verilən “qırmızı şəhər” ləqəbinin səhv olmadığını güman etmək olar. Eləcə də, şəhər haqqında bəzən deyilən “od və alov şəhəri” ləqəbi də, şəhərdə əhəmiyyətli olan orta əsrlərdən bəri beynəlxalq şöhrət qazanmış minaçılıq sənəti, həmçinin də XIX əsrdə öz zirvə nöqtəsinə yetişən məşhur Limoj çini sənayesi və şüşə məmulatlarının istehsalı səbəbindən məqbul bir ləqəb ola bilər. Bütün bunlardan əlavə, Limoj şəhəri istehsal olunan konyak içkisinin saxlanılması və köhnəldilməsi üçün çox vacib hesab edilən palıd çəlləkləri ilə də çox məşhurdur.
Rizoa
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Eli Vizel
Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. == Həyatı == 30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsi və Buhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu. Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi.
Eqermeyster (likör)
Jägermeister (tələffüzü Yəgermayster) — 56 növ ot, meyvə, ədviyyat əsaslı güclü alman likörü. Bitter kateqoriyasına aiddir. Likör 56 komponentin — bitkilərin qarışdırılması ilə əldə edilir və palıd barellərdə 12 ay saxlanılır. İçkinin dəqiq tərkibi gizli saxlanılır. İçkinin etiketi maral və buynuzlarının üzərində xaç təsvir edilmişdir və əfsanəyə görə müqəddəs Quber, ovçuların himayəçisi tərəfindən ovlanan maral təsvir edilmişdir. Etiket alman yazıçısı Oskar fon Rizentalın şeiri ilə çərçivələnmişdir. Alman istehsalı olduğu üçün içkinin simgəsində uzun s istifadə olunur. Jägermeister, bir çox digər bitter kateqoriyasında olan içkilər kimi, həzm üçün əlverişli hesab olunur. Adi formada soyudulmuş halda və ya kokteyllərdə istifadə olunur. == Tarixçə == Likör 1935-ci ildən Uolfenbüttel (Aşağı Saksoniya) şəhərində yerləşən 1878-ci ildə yaradılmış Mast-Jägermeister SE şirkəti tərəfindən istehsal olunur.