Ağ qızıl

78 iridiumplatinqızıl
Pd

Pt

Ds
Ümumi
Ad, İşarə, Nömrə platin, Pt, 78
Qrup, Dövr, Blok 10, 6, d
Xarici görünüşü
Atom kütləsi 195.084 q/mol
Elektron formulu 4f14 5d9 6s1
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
21.45 q/sm³ q/L
Ərimə temperaturu 1768.3 °C
(2041.4 K, 3214.9 °F)
Qaynama temperaturu 3825 °C
(4098 K, 6917 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Ağqızıl[1] və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir.

Platin

Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir.

Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır. Kimyəvi adı Pt, atom nömrəsi 78, atom ağırlığı 195,09'dur. Sudan 21 dəfə daha ağırdır və ərimə nöqtəsi çox yüksəkdir (1.769 °C). Təbiətdə bəzən palladium, rodium, iridium, osmium ve rutenium kimi nadir tapılan metallardan bir ya da bir neçəsi ilə qarışıq halda tapılır. Platinin bir çox xüsusiyyətini daşıyan bu metallara "platin metalları" da deyilir. Platin, 18-ci əsrə qədər alimlərin diqqətini çox da çəkmədi. Daha əvvələr platin, ağırlığına görə bəzən saxta qızıl pul istehsalında istifadə edilməkdə idi. Daha əsas platin istehsalçısı ölkələr SSRİ ve Cənubi Afrikadır. Bundan başqa Kanada, ABŞ, Cənubi Amerka, Yeni Zellandiya və İslandiyada da az miqdarda platin çıxarılır. Saf platin gümüşü-ağ (narın platin boz) rəngdə, çətin əriyən, ağır metaldır.

Xarakteristik birləşmələri

[redaktə | mənbəni redaktə et]

Platin qrup elementlərindən yalnız OsRu öz qrupları üçün xarakterik olan oksidləşmə dərəcəsi göstərir və uyğun uçucu oksidlər OsO4RuO4 əmələ gətirir. Bu oksidlərə uyğun hidroksidlər mövcud deyil çünki onlar koordinasiya nöqteyi-nəzərdən doymuş birləşmələrdir. Onlar suda həll olur lakin heç bir qarşılıqlı təsirdə olmurlar.

XVI əsrin ortasında ispanlar Amerikada gümüşə çox oxşar (ispanca plata), özləri üçün yeni olan platina adını verdilər, hərfi mənada “kiçik gümüş”, “gümüşcük” adını vermişlər.[2][3]. Bu, platinin olduqca çətin əriyən olması ilə izah olunur (platinin ərimə temperaturu 17700C-ə yaxındır). Və o vaxt o, gümüşdən iki dəfə ucuz idi.

XVIII əsrə qədər platin Avropa kimyaçılarına məlum deyildi. O, Amerikadakı ispan kaloniyalarından gətirildikdə saxta pul kəsənlər onunla maraqlandılar. Aydın oldu ki, platin qızıl ilə birlikdə asan əriyir, onun sıxlığı qızılın sıxlığından bir qədər çoxdur. Lakin platin qızılı “ağardır” və artıq platinin ərintidə miqdarı 8,4% olduqda qızılın xarakterik sarılığı yoxa çıxır ki, bu da saxtalaşdırmanı çətinləşdirir amma platindən olan diski qızıl pulun mərkəzinə yerləşdirmək olardı və heç bir Arximed saxtakarlığı aşkar edə bilməzdi. Ehtimal ki, bu səbəbdən ispan karolu V Filipp əmr imzalayıb ki, xaricdən ölkəyə platin gətirilməsinə qadağa qoyulsun. Bundan əlavə qızıl filizi emal olunarkən Kolumbiyada tələb olunurdu ki, qızıl platindən tam təmizlənsin və ayrılan platin xüsusi nəzarət altında (kral məmurlarının) Rio-del-Pinto çayının dərin yerlərində suya atılsın. Artıq İspaniyaya gətirilmiş platin isə xalqın gözü qarşısında təntənəli olaraq dənizdə batırılırdı.

Platini digər macəra Rusiyada gözləyirdi. 1828-ci ildən 1845-ci ilə qədər Rusiyada böyük tirajda, dəyəri 3,6 və 12 rubl olan platin pullar dövriyəyə buraxılmışdır (dünya praktikasında unikal hadisə idi). Hazırda platin pullar az miqdarda və kolleksiyaçılar üçün buraxılır. İş ondadır ki, ural filiz yataqlarında çox platin çıxarmağa başlamışdılar və o vaxt sənaye tətbiqi tapmamışdı. Filiz yataqlarının sahibləri isə (Demidovlar) pul kəsilməsi hesabına öz platinlərini dövlətə satmaqdan böyük fayda görürdülər. Platin pul kəsilməsinin təşəbbüskarı maliyə naziri qraf Qeorq Lüdviq (Yeqor Franseviç) Kankrin (1774-1845) olmuşdur. Onun şərəfinə Qustav Roze mineralı kankrinit adlandırmışdır. 1844-cü ildə Kankrin xəstəliklə əlaqədar olaraq vəzifədən getdikdən sonra yeni nazir platin pul kəsilməsini dayandırdı və kəsilmiş pulları təcili yığmağı tələb etdi. Bu təşvişli tədbirin səbəblərini fərqli dəyərləndirirlər. Bir versiyaya görə bu pulların xaricdə (guya xaricdə platin ucuz idi) saxtalaşdırılmasından qorxurdular (sonra Rusiyaya gətirmək üçün): Lakin dövriyədən çıxarılmış pullar arasında bir dənə də saxta tapılmadı. Digər versiyaya görə (daha həqiqətə yaxın) platinə təlabat və Avropada onun qiyməti o qədər artmışdır ki, pul halında metal nominalından baha idi (platindən kimyəvi qablar hazırlanmasında istifadə olunurdu) amma onda artıq digər şeydən qorxmaq lazım idi: gizli olaraq Rusiyadan platin pulları gətirib əridərək külçə halında satıla bilərdi. Maraqlıdır ki, Maykl Faradey 1861-ci ilin fevralın 22-də oxuduğu mühazirədə rus platin pulunu göstərmişdir. Pulların tərkibini analiz edərək o, platin pulda 97% platin, 1,2% iridium, 0,5% rodium, 0,25% palladium, həmçinin mis və dəmir əlavəsinin olduğunu müəyyən etmişdir.

Tətbiqi - platin ailəsi elementləri və onların xəlitələri

[redaktə | mənbəni redaktə et]
  1. https://www.azleks.az/online-dictionary/a%C4%9Fq%C4%B1z%C4%B1l?s=my Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine ağqızıl [ağqızıl] platin. Azərbaycan dilinin izahlı lüğəti
  2. "platinum (Pt)." Arxiv surəti 5 aprel 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 5 aprel 2012 at the Wayback Machine Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2012. Web. 24 April 2012
  3. Woods, Ian. The Elements: Platinum. The Elements. Benchmark Books. 2004. ISBN 978-0-7614-1550-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]