Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Blijnıy adası
Blijnıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasının şimalında Fiqurnıy burnundan 300 m aralıda yerləşir. Bir qədər uzunsov formaya malikdir. Uzunluğu 1,8 km, eni 1,3 m təşkil edir. Adanın səthi hamardır. Mərkəzi hissəsində 47 metr hündürlüyə sahibdir. Adada göl və çay yoxdur. Blijnıy adasından şərqdə Kosistıy adası, 500 m şimal-şərqdə Sredniy adası yerləşir.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. == Həyatı == 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir.Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014).Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir. Minskdə isə - tennis kortu, idman salonu və gözəllik salonu olan idman mərkəzi fəaliyyət göstərir. 1994-cü ilin mayında, 16 yaşında, Maksim Devis Kubokunun seçmə mərhələlərində Belarusiya yığması üçün debüt etdi.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Vyaçeslav Lıçkin
Vyaçeslav Stepan oğlu Lıçkin (30 sentyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan milli yığmasının üzvü olmuşdur. == Həyatı == Azərbaycan futbolunun yetirməsi. 1989—1991-ci illərdə ikinci liqa klubu Termist klubunda oynuyurdu. 1991-ci ildə Neftçinin heyətində SSRİ birinci liqasında 3 oyun keçirtmişdir. 1992—1994-cü illərdə Dinamo Stavropol, Nart Çerkessk və Anji Mahaçqala kimi rus komandalarında çıxış edirdi. 1995—1996-cı il mövsümünü Neftçi də keçirtdi və öz etirafına görə, bu onun karyerasında ən yaxşı mövsümü idi. 1996/97 mövsümün əvvəlində Türkiyənin Trabzonspor komandasında oynuyurdu. Lakin legioner karyerası uğurlu alınmadı və o, tezliklə evə qayıtdı. 1997-ci ildə meneceri Ayvar Poxlakın köməyi ilə Finlandiyanın TPS klubuna keçdi və orada həmən əsas heyətin üzvü ola bildi.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Zaedyus pichiy
Cırtdan zirehli (lat. Zaedyus pichiy) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir. == Görünüşü == Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.
Liçi
Liçi (Litchi chinensis Sonn, Sapindaceae fəsiləsindəndir) — Çin gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtılqəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli, kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir.
Garcinia linii
Garcinia linii (lat. Garcinia linii) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Licin (Vərziqan)
Licin (fars. ليجين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (49 ailə).
Lisiy adası
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. == Tarix == Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
Oksana Lıniv
Oksana Lıniv (ukr. Оксана Линів; 6 yanvar 1978, Brodı[d], Lvov vilayəti) — ukraynalı dirijor. Qraz şəhəri (Avstriya) Opera və Filarmoniya Orkestrinin Birinci qadın baş dirijoru. Dövrümüzün ən yaxşı qadın dirijorlarının ilk üçlüyünə daxil edilmişdir. == Bioqrafiya == İki musiqiçinin qızı və musiqi müəllimi, kilsə xorunun direktoru Dmitri Lınivin nəvəsi. Oksananın atası Yaroslav Lıniv (25 yanvar 1952-ci ildə anadan olub) Brodıdakı Boyan xalq xorunun rəhbəri olmuşdur. Oksana Lınivin bir Yuri adlı qardaşı var. Oksana Brodı şəhərindəki musiqi məktəbini bitirib. Sonra Vasili Barvinski Droqobıç Musiqi uçilişində oxuyur, lakin birinci kursdan sonra Lvova köçür və 1996-cı ildə Stanislav Lyudkeviç adına Lvov Musiqi uçilişini bitirir və burada fleyta çalmağı öyrənir. Daha sonra 1996-2003-cü illərdə Nikolay Lısenko adına Lvov Milli Musiqi Akademiyasında Lvov Operasının baş dirijoru Boqdan Daşakın sinfində təhsil alır.
Tsipi Livni
Tsipora Malka "Tsipi" Livni (d. 8 iyul, 1958, Təl-Əviv) – İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən. Kadima partiyasının lideri, keçmiş ədliyyə naziri. == Həyatı == Ali təhsilini bitirdikdən sonra Avropada qalmağa qərar verən Livni orada müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdir. Onun Avropada qaldığı illərdə İsrail kəşfiyyat xidməti Mossadın üzvü olduğu və Avropada yaşayan bir çox fələstinli siyasətçiyə qarşı törədilən sui-qəsdlərdə iştirak etdiyi məlumdur. İsrail ordusunda xidmət edən Livni daha sonra İsrail kəşfiyyat xidməti Mossadda dörd il işləyib. Əslən polyak olan Eytan Livni İsrailin Fələstin yaşayış məskənlərinin zorla boşaldılması zamanı törətdiyi terror hadisələri ilə ad çıxaran İrgun təşkilatının şefi olub. 1931-ci ildə Qüdsdə fəaliyyət göstərən yəhudi terror təşkilatı Haganahdan ayrılan Avraam Tehomi və dostları tərəfindən yaradılan İrgun müdafiə doktrinası əvəzinə hücum doktrinasını mənimsəyən və başda Der Yasir qətliamı olmaqla onlarla ərəb qətliamına imzasını atan təşkilatdır. Tzipinin hər iki valideyni Fələstində ingilis diplomatlara hücumda iştirakdan dolayı həbs edilmişdi. Daha sonra atası həbsdən qaçmış, aradan bir müddət keçdikdən sonra isə Likud partiyasından Knessetə seçilmişdi.
Tzipi Livni
Tsipora Malka "Tsipi" Livni (d. 8 iyul, 1958, Təl-Əviv) – İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən. Kadima partiyasının lideri, keçmiş ədliyyə naziri. == Həyatı == Ali təhsilini bitirdikdən sonra Avropada qalmağa qərar verən Livni orada müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdir. Onun Avropada qaldığı illərdə İsrail kəşfiyyat xidməti Mossadın üzvü olduğu və Avropada yaşayan bir çox fələstinli siyasətçiyə qarşı törədilən sui-qəsdlərdə iştirak etdiyi məlumdur. İsrail ordusunda xidmət edən Livni daha sonra İsrail kəşfiyyat xidməti Mossadda dörd il işləyib. Əslən polyak olan Eytan Livni İsrailin Fələstin yaşayış məskənlərinin zorla boşaldılması zamanı törətdiyi terror hadisələri ilə ad çıxaran İrgun təşkilatının şefi olub. 1931-ci ildə Qüdsdə fəaliyyət göstərən yəhudi terror təşkilatı Haganahdan ayrılan Avraam Tehomi və dostları tərəfindən yaradılan İrgun müdafiə doktrinası əvəzinə hücum doktrinasını mənimsəyən və başda Der Yasir qətliamı olmaqla onlarla ərəb qətliamına imzasını atan təşkilatdır. Tzipinin hər iki valideyni Fələstində ingilis diplomatlara hücumda iştirakdan dolayı həbs edilmişdi. Daha sonra atası həbsdən qaçmış, aradan bir müddət keçdikdən sonra isə Likud partiyasından Knessetə seçilmişdi.
Karl Linney (kiçik)
Karl Linney (kiçik) (isv. Carl von Linné d.y., lat. Carolus Linnaeus filius, 20 yanvar 1741[…] – 1 noyabr 1783[…], Uppsala[d]) — İsveç həkimi və təbiətçisi (botanik); Karl Linneyin oğlu (isv. Carl Linné, Carl von Linné, lat. Carolus Linnaeus, 1707–1778).
Liçini-Seksti qanunu
Litsini-Seksti qanunu- Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.Patrisilər şiddətli müqavimət göstərdilər, qanun ancaq e.ə 367-ci ildə qəbul edildi.
Liçi (məməli)
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.