Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lomin
Lomin — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.
Keti Lamkin
Keti Lamkin (10 dekabr 1947, Qreyam[d], Texas – 4 aprel 2022) — ABŞ aktrisası.
Ploskiy adası
Ploskiy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 25 km cənubda yerləşir. Daxil olduğu qrupun cənubunda yerləşir. 4,65 km şimalda Sredniy adası, 1,1 km aralıda isə Qreben adası yerləşir. == Təsviri == Ploskiy adası ovalvari formaya malik olan, elə də böyük olmayan adadır. Adanın uzunluğu 1,5 km, eni isə 800 metr təşkil edir. Maksimsl hündürlük 24 metrdir. Şimal-qərb sahillərində kiçik adacıqlar vardır. Adaclq 150 m uzunluğa sahibdir.
Rafael Lemkin
Rafael Lemkin (pol. Rafał Lemkin, ing. Raphael Lemkin; 24 iyun 1900 – 28 avqust 1959, Nyu-York, Nyu-York ştatı) — hüquqşünas, "soyqırım" termininin və BMT-nin Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya layihəsinin müəllifi. == Bioqrafiyası == === Erkən illəri === Rafael Lemkin, müasir Belorusiya ərazisində Rusiya İmperiyasının Polşalı bir Yəhudi ailəsində anadan olub. O, Cozef və Bella Lemkinin üç övladından biri idi. Anası rəssamlıq, dilçilik və fəlsəfə öyrənmişdir. Bialistokdakı ticarət məktəbini bitirdikdən sonra Rafael Lemkin Lvov Universitetində filologiya və hüquq (1928) oxudu, çoxbucaqlı idi və doqquzda səlis danışdı və on dörd dildə oxudu. 1929-cu ildən Varşava Prokurorluğunda çalışdı, sonra vəkilliklə məşğul olmuşdur. === "Soyqırım" termininin yaradılması === Çoxsaylı Yəhudi qarışıqlığının şahidi olan "soyqırım" termininin müəllifi Rafael Lemkin hələ universitetdə olarkən etnik qrupların məhvi üçün qanuni məsuliyyət məsələsi ilə məşğul olmağa başladı. Berlində qətliamlarda günahkar olan keçmiş bir türk nazirinin öldürülməsindən sonra əvvəlcə erməni soyqırımı problemi ilə mübarizə apardı.
Lemkin İnstitutu
Lemkin Soyqırımın Qarşısının Alınması İnstitutu (ing. Lemkin Institute for Genocide Prevention) — ABŞ qeyri-hökumət təşkilatı. == Tarixi == Lemkin İnstitutu 2021-ci ildə ABŞ-nin Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmişdir. Təşkilat öz internet səhifəsində bildirir ki, institutun yaradılması ideyası onun gələcək təsisçiləri Şimali İraqa səfər edərək İslam Dövləti tərəfindən həyata keçirilən dini və etnik azlıqların soyqırımının nəticələrini müşahidə edərkən yaranmışdır. Daha sonra onlar soyqırımının qarşısının alınması və hesabatlılıq üçün İraq layihəsini yaratmışdılar. İnstitutun həmtəsisçiləri Kin Ştat Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forci və beynəlxalq hüquq professoru və İndiana Universitetinin məzunu İrin Viktoriya Massiminodur. İnstitutun missiyası soyqırımıların qarşısının alınmasının zəruriliyi ilə bağlı qlobal konsensus yaratmaqdır. == Tənqidi == Azərbaycanın "Faktyoxla Lab" saytı 20 avqust 2022-ci il tarixli buraxılışda Lemkin İnstitutu tərəfindən dərc olunan "Azərbaycandan erməni soyqırımı təhlükəsi haqqında" adlı hesabatın etibarlılığını və açıq fikirliliyini şübhə altına almışdır. Sayt iddia etmişdir ki, institut ABŞ-də erməni diasporu ilə qarşılıqlı əlaqədədir və onun həm-direktoru Eliza fon Koden-Forci Ermənistana səfəri zamanı mühazirələrlə çıxış edərkən açıq şəkildə həmin ölkəyə rəğbətini ifadə etmişdir. Türkiyənin "Avrasiya Araşdırmaları Mərkəzi" 14 iyun 2023-cü il tarixli buraxılışda Lemkin İnstitutunun ABŞ Dövlət Departamentinə "Artsaxda yeni erməni soyqırımı təhlükəsi ilə bağlı" açıq məktubunu "qərəz və birtərəfliliyin ifadəsi" adlandırmışdır.
Loki
Loki — German-skandinav mifologiyasında alov tanrısıdır. Daha çox hiyləgərliyi ilə seçilir. Digər Asqard sakinlərindən fərqli olaraq, Loki As və ya Van deyil. O, buz nəhəngləri nəslindəndir, lakin ağlı və hiyləgərliyi, eləcə də, Aslara etdiyi xidmətləri nəticəsində, tanrılar ona Asqardda yaşamağa icazə veriblər. Loki ilk dövrlərdə sadəcə olaraq, alov tanrısı kimi bilinsə də, sonradan daha çox mənfi xarakter alaraq, bahar tanrısı Baldrın ölümünün səbəbkarı kimi təqdim olunur. Loki skandinaviya mifologiyasında pislik və hiyləgərlik tanrısıdır. Bəzən buynuzlu olaraq təsvir edilir. Loki Yotunheymdəki trolların nəslindən gələn yad bir varlıq idi. Atası Farbauti, anası isə Laufreydi. O, əslində, bir buz nəhəngidir.
Lomin bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). == Bioqrafiyası == Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Savvı Loşkin adası
Savvı Loşkin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu əraxisinə daxildir. == Coğrafiyası == Kara dənizində, daxil olduğu arxipelaqın qərb hissəsində qərarlaşır. Ada həmcinin Sivolki adaları qrupuna daxildir. Öz qrupunun mərkəzi hissəsində qərarlaşır. Dörd bir tərəfdən adalarla ətatələnmişdir: qərbdən və şimal-qərbdən Şuls adası və Vasilev adası, şimaldan Mametkul adası, şərqdən Krasin adası , cənubdan Ledokol adası. Krasin adasından Melkiy boğazı ilə ayrılmışdır. Cənubunda 1 kilometr aralıda Toros rifi, cənub-qərb sahilinə yaxın isə su üstü iki daş vardır. Rusiyanın materik hissəsi ilə arasında məsafə 50 km təşkil edir.
Loki (komiks)
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur. Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir. Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. == Nəşrolunma tarixi == Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir.
Loki (teleserial)
"Loki" (ing. Loki) – Maykl Uoldronun Disney+ striminq xidməti üçün yaratdığı və Marvel Comics-in eyniadlı personajına əsaslanan Amerika serialıdır.. O , "Marvel Kinematoqrafiya Kainatı" (MKK) media franşizasında qurulub və birbaşa franşizadakı filmlərlə əlaqəlidir. Serialın hadisələri Loki-nin alternativ versiyasının yeni bir zaman xətti yaratdığı "Qisasçılar: Final" (2019) filmində başlayır. Loki Marvel Studios tərəfindən istehsal edilmişdir. Serialın baş ssenaristi Maykl Uoldron, birinci mövsümün rejissoru isə Keyt Herron olub. Tom Hiddlston film seriyasındakı Loki rolunu yenidən canlandırır. Həmçinin əsas rollardan birini Ouen Vilson ifa edir. 2018-ci ilin sentyabr ayına qədər Marvel Studios Disney+ üçün Loki seriyası da daxil olmaqla MKK filmlərinin ikincidərəcəli personajlarına diqqət yetirən bir neçə mini-serial hazırlayırdı. Bu mini-serial 2019-cu ilin noyabrında, həmçinin Hiddlstonun iştirakı ilə təsdiqləndi.
Loki (Marvel Comics)

Loki (teleserial, 2021)