Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Limosa limosa
Böyük oxcüllüt (lat. Limosa limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU) Təhlükə həddindədir. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir). == Qısa təsviri == Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır.
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. == Şəhər haqqında == Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. == Əhalisi == Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. == Mədəniyyət == Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.
Kometa
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Limosa
Oxcüllüt (lat. Limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Litota
Litota — yunanca kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Litota mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır. Ağzın kiçik bir püstədir. (Səməd Vurğun) Bu nümunədə gözəlin ağzı püstə şəklində təqdim edilməklə kiçidilib litota yaradılır. Və ya: Qoşa badam sığmaz dar ağızlım ("Dədə Qorqud"dan). Başqa bir misal: Döydü yağış məni, döydü qar məni, Bir qarışqa minsəm, aparar məni. (Osman Sarıvəlli) == Ədəbiyyat == "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012.
Lobata
Lobata (lat. Lobata) — heyvanlar aləminin daraqlılar tipinin tentaculata sinfinə aid heyvan dəstəsi.
Lozova
Lozova (ukr. Лозова) - Ukraynanın şərqində Xarkov vilayətində yerləşən şəhər. Əhalisinin sayına görə, vilayətdə Xarkovdan sonra ikinci ən böyük şəhərdir. Vilayətin mərkəzi olan Xarkov şəhərindən 148 km məsafədə yerləşir. == Nəqliyyat == Lozova şəhəri Xarkov vilayətində vacib dəmiryolu qovşağı hesab olunur. == Struktur == Şəhər iki vacib hissəyə bölünmüşdür. Onlardan biri Qorod (Şəhər), digəri isə Rayon adlanır. == Əhali == === Görkəmli şəxslər === Leonid Skirko, Ukrayna əsilli kanadalı opera müğənnisi Anatol Rapoport, Ukrayna əsilli amerikalı riyazi psixoloq == Həmçinin bax == Ukrayna Xarkov vilayəti Ukrayna şəhərləri == İstinadlar == == Xarici keçidlər == Официальный сайт г.
Toyota
Toyota Motor Corporation (TMC və ya Toyota) — minivenlardan tutmuş böyük yük maşınlarına qədər fərqli sahələrdə istehsal edən, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Yaxın zamanda Fordu keçərək dünyanın ən böyük ikinci avtomobil firması olan Toyotanın 2007-ci ildə dünya üzrə ən çox avtomobil istehsal edən şirkət olan, ancaq böyük iqtisadi böhran keçirən General Motors şirkətini taxtından edirib. Belə ki, 2007-ci ilin ilk yarım rübündə dünya satış rəqəmlərinə görə General Motorsu keçmiş və ən çox satılan avtomobil markası olmuşdur. 2003 -cü ildə Toyota, Lexus, Daihatsu və Hino markalarının illik cəmi satışları 6,78 milyon ədədə çatmışdır. Yaponiyada 12 fabriki, 11 bağlı quruluşu, və 26 ölkədə 46 istehsal təsisi 264.100 işçisi ilə Lexus və Toyota marka vasitələr çıxaran şirkətin məhsulları, 140-dan çox ölkədə müştərilərə çatdırılmaqdadır. Toyotanın avtomobil işlərindəki gəlirləri, cəmi satışlarının 90%-ini əhatə edir. Toyotanın telekommunikasiyadan tutmuş evlərə və lüks yatlara qədər fərqli sahələrdə istehsal edən şirkətləri də vardır. Qlobal Toyota satışları illər ərzində inkişaf etməkdədir. 1937-ci ildə əsası qoyulmuş Toyota şirkəti dünyanın ilk ardıcıl çıxarılan hibrit vasitəsi "Prius"u və bazara hazır ilk hidrogenli vasitəsi "Toyota FCHV"i əhatə edəcək qədər genişlənmişdir. Toyotanın 1951-ci ildən bəri fasiləsiz istehsal etdiyi "Toyota Land Cruiser" modeli təkcə yüksək satış rəqəmlərinə çatmaqla kifayətlənməmiş, keyfiyyəti sayəsində əfsanəyə çevrilmişdir.
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Lota lota
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
Aechmea comata
Aechmea comata (lat. Aechmea comata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aloe comosa
Aloe comosa (lat. Aloe comosa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Artemisia limosa
Artemisia limosa (lat. Artemisia limosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Banksia comosa
Banksia comosa (lat. Banksia comosa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bidens comosa
Üçbölümlü yatıqqanqal (lat. Bidens tripartita) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid bitki növü.Bidens tripartita L.- Üçbölümlü yatıqqanqal (Üçbölümlü üçbarmaq, pişikdili, keçi buynuzu, bağlama, itcik, üçbarmaqotu, xənazir otu, pişikdili) == Botaniki xarakteristikası: == Birillik, mil köklü, budaqlanan, nazik və sarı-samanı rəngli bitkidir. Tək gövdəli, düzqalxan, silindrik, qabırğalı olub, seyrək tükcüklüdür. Yarpaqları növbəli, dərin bölümlü, bəzən 6 bölümlü olmaqla, əsasından daralmış, saplağı qanadlı və üst yarpaqları bütövdür. Kənar yarpaqları qeyri-düzgün dişciklidir. Üst tərəfi demək olar ki, çılpaq, alt tərəfi isə dik tükcüklərdən ibarətdir. Əsas və yan gövdələrdə tək hamaşçiçək-səbətciklər yerləşir. Səbətcikləri yastı və ya yarımşarşəkilli, maili istiqamlətli, yaşıl, sıx, uzunsov-ellipsşəkilli, itiuclu, kənarları kirpikli, daxili cərgədə olan yarpaqları isə sarımtıl-qonur, neştərvari olub, nazikdir. Xarici cərgədəki yarpaqlarının uzunluğu 8 mm, eni isə 3,6 mm-dir. Çiçək altlığı ensiz neştərvari və ya demək olar ki, xətti enli dişli kənarlara malikdir.
Carex comosa
Carex comosa (lat. Carex comosa) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Carex limosa
Carex limosa (lat. Carex limosa) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Celosia comosa
Gümüşü seloziya (lat. Celosia argentea) - seloziya cinsinə aid bitki növü. == Sinonim == Amaranthus cristatus Noronha Amaranthus huttonii H.J.Veitch Amaranthus purpureus Nieuwl. Amaranthus pyramidalis Noronha Celosia argentea f. argentea Celosia argentea var. argentea argentea Celosia argentea f. cristata (L.) Schinz Celosia argentea var. cristata (L.) Kuntze Celosia aurea T.Moore Celosia castrensis L. Celosia cernua Roxb. [Illegitimate] Celosia coccinea L. Celosia comosa Retz. Celosia cristata L. Celosia debilis S.Moore Celosia huttonii Mast.
Crataegus compta
Crataegus compta (lat. Crataegus compta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Dactylis lobata
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid biki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Dorota Rabçevska
Dorota Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Emilia limosa
Emilia limosa (lat. Emilia limosa) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Evgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Farm Tomita