Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vadim Xubanov
Xubanov Vadim Ələddin oğlu (1963, Moskva) — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini. == Həyatı == Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Dieqo Luqano
Dieqo Luqano (d. 2.11.1980, Kanelones, Uruqvay) — uruvaylı futbolçu. İngiltərənin Vest Bromviç Albiyon və Uruqvay milli futbol komandasının müdafiəçisidir. == Həyatı == Futbolçu 1980-ci ilin 2 noyabrında anadan olub. == Karyerası == Dieqo da əksər cənubi amerikalılar kimi "köhnə qitə" klublarının diqqətinə San Paulodakı oyunuyla düşüb. 2006-cı ildə Fənərbaxçanın heyətinə cəlb olunub. Etibarlı müdafiə və hücumlara aktiv dəstəyiylə seçilən stoper 2011-ci ilə qədər Türkiyədə qaldı. Fənərbaxçanın qitəmiqyaslı yarışlardan kənar qalması Luqanonun Pari Sen-Jermen ilə anlaşmasına səbəb oldu. Ançelotti Dieoqoya etimad göstərmədi və futbolçu 2013-cü ilin yanvarında Malaqaya, avqustunda isə Vest Bromviçə keçdi. Uruqvay millisinin heyətində 87 matç keçirib.
Lubanq adası
Lubanq adası (filip. Lubang)- Cənubi-Çin dənizində Filippin adalarına məxsus ada. == Coğrafiyası == Bu ada Mindora adasından 20 km şimal-qərbdə, Filippinin paytaxtı Manila şəhərindən isə 115 km cənub-qərbdə yerləşir. Mənşəyinə görə vulkanik olub, sıx meşəliklərlə örtülüdür. Onun yaxınlığında yerləşən üç ada ilə Ambil (2010-cü ildə 1882 nəfər), Kabra (2010-cu ildə 2839 nəfər), Qolo ilə həmçinin sahilboyu riflərlə birlikdə Lubanq adaları qrupunu yaradır. Adanın uzunluğu-30 km, eni isə- 8,5 km-dir. Adanın ər iri şəhəri də Lubanq adlanır, onun şimal-qərbindədir. Ən hündür nöqtəsi isə dəniz səviyyəsindən 417 m hündürlükdə olan Maunt-Qoatinq dağıdır. 2010-cu ilin statistik məlumatlarına görə adada 28 000 adam yaşayır. Sahəsi isə 185 km²-dir.
Lubanq arxipelaqı
Babuyan arxipelaqı — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus olan arxipelaq. Arxipelaqın sahəsi 245,4 km², əhalisi 32 826 nəf. (2010) təşkil edir. == Coğrafiya == Mindoro adasından 52 km şimal-qərbdə yerləşir. Arxipelaq şimal-qərbdən cənub-şərqə doğru uzanır: Kabra Lubanq — arxipelaqın ən böyük adası. Ambil. Qolo. Lubanq arxipelaqına yuxarında adı çəkilən adalardan başqa (Mandaui, Talinas və s.) kiçik adalar, riflər və su altı qayalıqlar daxildir. == İnzibati bölgü == Lubanq Qərbi Mindoro vilayətinə daxildir və 2 rayona bölünür: Lubanq (Lubanq adasının qərbi və Karba a.) — 23 068 nəf; 113,1 km². Look (Lubanq adasının şərqi, Ambil, Qolo və dgər kiçik adalar) — 9758 nəf; 132,3 km².
Luçano Berio
Luçano Berio (24 oktyabr 1925[…], İmperiya[d], Liquriya – 27 may 2003[…], Roma) — eksperimental işi (xüsusilə 1968-ci ildəki "Sinfonia" kompozisiyası və Sequenza adlı virtuozik solo əsərlər silsiləsi) və elektron musiqi sahəsində qabaqcıl işi ilə tanınan italyan bəstəkarı.
Luçano Pavarotti
Luçano Pavarotti (it. Luciano Pavarotti) — (12 oktyabr 1935[…], Modena, Emiliya-Romanya – 6 sentyabr 2007[…], Modena, Emiliya-Romanya) italyan opera ifaçısı(lirik-dramatik tenor), XX əsrin ikinci hissəsinin ən məşhur opera ifaçısı. == Biografiya == Luçano Pavarotti İtaliyanın şimalındakı Modena şəhərində Fernando Pavarotti ailəsində - çörəkçi və müğənni və Adel Ventura - siqar fabrikində işçi, anadan olmuşdur. Ailə çox kasıb yaşamasına baxmayaraq, ifaçı öz uşaqlığını sevgiylə xatırlayırdı. İkinci dünya müharibəsi vaxtı, 1943 cü ildə ailə şəhərdən köçməyə məcbur olur və qonşu kənddə 1 otaqlı ev kirayəyə götürür. Burada Pavarotti əkinçiliklə marağlanmağa başlayır. 9 yaşlı Luciano atası ilə birlikdə kilsə xorunda oxumağa başlayır.Bundan başqa gənclik illərində professor Dondi və həyat yoldaşından bir neçə musiqi dərsi alır lakin musiqi peşəsini davat etdirmək istəmir. Məktəbi bitirdikdən sonra özünə daimi peşə seçmək istəyir. Futbolla çox marağlanır hətta qapıçı olmaq istəyir ancaq anası onu müəllim olmağa inandırır. Nəticədə Pavarotti 2 il ibtidai məktəbdə dərs deyir lakin musiqiyə olan istək sonda qalib gəlir və musiqi təhsili almağa qərar verir.
Petrus de Monte Libano
Petrus de Monte Libano — Səfəvi imperiyası ilə Avropa ölkələrinin ortaq düşməni olan Osmanlı imperiyasına qarşı ittifaq məsələlərini müzakirə etmək üçün Macarıstan kralı II Layoş və Müqəddəs Roma imperiyası imperaotru V Karl tərəfindən Səfəvi sarayına gönədrilmiş diplomat. == 1516-cı il missiyası == Petrus de Monte Libano suriyalı bir maronit idi və Səfəvi sarayına ilk dəfə 1516-cı ildə göndərilmişdi. İlk səfəri zamanı görünür, I İsmayıl Osmanlı ilə yeni bir müharibədə maraqlı olmamışdır. Geri dönüş zamanı o, I İsmayıl tərəfindən avropalı hökmdarlar üçün yazılmış məktubla göndərilmişdir. Polşa sarayına antiosmanlı təkliflərlə gedən Petrus onlara I İsmayıl tərəfindən yazılmış məktubları təqdim etmişdir. == 1523–1525-ci il missiyaları == 1523-cü ildə o, yenidən Səfəvi sarayına göndərildi. İlk səfəri zamanı görünür, I İsmayıl Osmanlı ilə yeni bir müharibədə maraqlı olmamışdır. 1523-cü ilin oktyabrında Petrus de Monte Libano imperator V Karl və Mararıstan monarxı II Layoşun göstərişi ilə yenidən Habsburq-Səfəvi ittifaqını formalaşdırmaq üçün Səfəvi sarayına göndərilir. Səfəvi sarayəna çatdıqdan sonra Petrus Şah İsmayıl tərəfindən qəbul edildi. Fars dilini bilən Petrus şaha Avropadakı siyasi vəziyyəti ifadə edən hesabatını təqdim etdikdən sonra, İspaniya və Müqəddəs Roma imperatoru V Karlın, onun qohumu II Layoşun salamlarını I İsmayıla çatdırdı.