Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liçk
Liçk — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Vitali Kliçko
Vitali Kliçko (19 iyul 1971[…], Belovodsk[d]) — Ağır çəkidə WBC, WB0, WBA versiyaları (nüfuzlu kateqoriya) üzrə üç dəfə dünya çempionu, Ukrayna parlamentinin deputatı. Vitali Kliçko 19 iyul 1971-ci ildə Qırğızıstanın Belovodsk vilayətində anadan olub. Vitali Kliçkonun 1996-cı ildə Pereyaslav-Khmelnitski İnstitutu pedaqoji fakültəsinin məzunu olub. Kiyev Universitetində isə 2000-ci ildə doktorant dərəcəsi alıb. İdmançı karyerasına ilk dəfə 13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko, həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olur. Daha sonra ilk dəfə keçirilən "Dünya Ordu Oyunları" turnirində çempion kürsüsünə sahib çıxır. Ardından dünya boks çempionatının gümüş medalı ilə kifayətlənməli oldu.
İvan Dıçko
İvan Fyodoroviç Dıçko (d. 11 avqust 1990, Rudnıy, Qostanay vilayəti, Qazaxıstan SSR, SSRİ) - ağır çəkidə çıxış edən Qazaxıstanın peşəkar boksçusu. Qazaxıstan Respublikasının əməkdar idman ustası (2012), Olimpiya oyunlarının ikiqat bürünc mükafatçısı (2012; 2016), Dünya çempionatının üçqat medalçısı (2011, 2013, 2015), Asiya çempionu (2013), Asiya Oyunlarının çempionu (2014), həvəskarlar arasında Asiya vitse-çempionu (2010). 2019-cu ilin sentyabr ayına olan vəziyyətə görə BoxRec reytinqində 70-ci yeri tutur və Qazaxıstanın ağır çəkili boksçuları arasında 1-ci yerdədir. Böyük beynəlxalq boks təşkilatlarının WBA reytinqində 13-cü yeri tutur - dünyanın ən yaxşı ağır TOP-70-lərinə daxildir. == Bioqrafiyası == İvan Diçko məşqçisi Vladimir İvanoviç Şairer sayəsində boksla məşğul olmağa başladı. İvanın iki böyük qardaşı boksla məşğul idilər - İlya və Vladimir. İvan Dychko mütəmadi olaraq məşqlərə getməyə başladı. Məşqlərə başlayandan iki il yarım sonra Quadalaxara şəhərində keçirilən Dünya Kubokunun gümüş mükafatçısı oldu. 2008 Dünya Gənclər Çempionatında gümüş medalçı, 2009, 2010, 2011-ci illərdə Qazaxıstanın boks üzrə çempionu oldu.
Bioko
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir. == Sahəsi == Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək. == Əhalisi == Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir. == Xüsusiyyətləri == Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Flickr
Flickr — şəkil saytı. Flickr özündə iki milyarddan çox şəkil cəmləşdirir və Yahoonun xidmətlərindən biridir.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sira tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Linkor
Xətt gəmisi (ing. battleship, fr. cuirassé, alm. Schlachtschiff‎) — Zirehli artilleriya hərbi gəmisi. Su tutumu 20-dən 64 min tona qədər, uzunluğu 150-dən 263 metrə qədər, 280-dan 460 millimetr ölçülü toplarla təchiz edilir. Gəmi heyəti 1500—2800 nəfərə qədər olur. XX əsrdə düşmən gəmilərini məhv etmək və sahildə quru qoşunlarına kömək etmək üçün istifadə edilirdi. == İstinadlar == == Mənbələr == Смит П. Ч. Закат владыки морей.
Links
Hiperlink və ya sadə şəkildə link yaxud keçid ya da bağlantı — hipermətn sənədinin bu sənəddəki elementə (əmr, mətn, şəkil, qeyd) və ya başqa obyektə (fayl (sənəd), kataloq, proqram) aid olan hissəsi yerli diskdə və ya kompüter şəbəkəsində ya da bu obyektin elementlərində yerləşir . HTML sənədinin istənilən elementinə hiperlink əlavə edilə bilər. Mətnin əlavə edilmiş keçidi olan hissəsi əvvəlki cümlədə olduğu kimi, standart olaraq mavi rənglə vurğulanır. Siz keçidi olan mətnin üzərinə siçan kursorunu sürdükdə mətn ya rəngini dəyişir, ya da altdan xətt çizilir.Klaviaturadan istifadə edərək brauzerdə naviqasiya edərkən, keçidləri olan mətn və qrafik elementlər düzbucaqlı nöqtəli çərçivə ilə vurğulanır. Əvvəllər ziyarət edilmiş link, adətən, ziyarət edilməmiş linkdən fərqli rəngdə vurğulanır. “Yarasa” keçidi, məsələn, sənəd və ya fayl yerləşdiyi resursun inzibatçısı tərəfindən silinib və ya köçürülübsə ya da resursun özü mövcud deyilsə çatışmayan obyektə istinad edən hiperlinkdir. Adətən bu vəziyyətdə səhifədə səhv kodu olan bir mesaj görünür, lakin bu həmişə baş vermir. Tam adı ilə hiperlink hissələri http://www.example.com/test-papka/index.html == HTML səhifə hiperlinkləri == Hiperlink HTML sənədinin və onun əsas elementinin fraqmentidir: İnternetdə yerləşə bilən başqa bir fayla işarə etmək; bu faylın tam yolunu (URL) ehtiva edir. İstifadəçi üçün hiperlink veb-saytda, e-poçtda və ya hər hansı elektron sənəddə link yaradan və İnternetdəki digər obyektlərə keçməyə imkan verən qrafik təsvir, video və ya mətndir. === Başqa HTML səhifəsinə hiper keçid === HTML-də bir keçid müəyyən etmək üçün <a> etiketi istifadə olunur, strukturu <a href="filename">Bağlantı mətni</a>, burada fayl adı keçid ediləcək fayl adı və ya İnternet ünvanıdır və LinkText HTML sənədində birbaşa göstəriləcək hipermətn keçid mətnidir.
Lipki
Lipki — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Livno
Livno, Liyevno (serb-xorv. Ливно/Livno, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi. Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir. == Tarixi == Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır. 1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi. 1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü.
Lizyö
Lizyö (fr. Lisieux Fransızca tələffüz: [lizjø]) — Fransanın şimal-qərbində yerləşir. Normandiya regionunun Kalvados departamentinə daxildir. Əyalətin o cümlədən də kantonun mərkəzidir. Lizyö Oj torpağının əsas tarixi şəhərlərindən biri sayılır. Əhalisi 20881 nəfərdir (2014). == Tarixi == Keçmiş dövrlərdə Lizyö qədim Hall qəbiləsinin paytaxtı olmuşdur. Bu haqda Sezar öz yazılarında qeyd edir (Hall döyüşləri). Şəhər indiki Lizyö şəhərindən 3 km cənub-qərbdə yerləşirdi. Ərazisi isə 200 hektar idi.
Miçiko
İmperatriça Miçiko (yap. 皇后美智子) (20 oktyabr 1934, Tokio, Yaponiya), Miçiko Seda (yap. 正田 美智子) — Yaponiya İmperatriçası (7 yanvar 1989 - 30 April 2019), hazırkı Yaponiya imperatoru Akihitonun həyat yoldaşı. == Bioqrafiyası == Miçiko Seda 20 oktyabr 1934 ildə 07:43 radələrində Tokioda ziyalı ailəsində anadan olmuşdur. Onun atası Hidesaburo Seda iri un şirkətinin rəhbəri olmuşdur. Miçikonun ailə üzvlərindən ikisi «Mədəniyyət sahəsində xidmətlərinə görə» ali akademik mükafatına layiq görülmüşdür. Bu mükafat imperator tərəfindən məşhur alimlərə verilir. Şahzadə Akixito və Miçiko tenis kortunda tanış olmuşlar. Toyları 10 aprel 1959 ildə baş tutmuşdur. Bu izdivacla çox əsrlik ənənəyə son verilmişdir.
Miçio
Miçio — Yaponiya adı. Miçio Yasuda — keçmiş Yaponiya futbolçusu. Miçio Aşikaqa — keçmiş Yaponiya futbolçusu.
Nikko
Nikko (Nikkō (日光市, Nikkō-shi)) — Yaponiyanın müqəddəs şəhəri. == Ümumi məlumat == Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Toçiqi prefekturasında yerləşir. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın şintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və şintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər. Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən "Nikko Milli Parkı" öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi və Tyudzendi gölü diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir.
Çieko
Çieko — ad. Çieko Hase — keçmiş Yaponiya qadın futbolçusu. Çieko Homma — keçmiş Yaponiya qadın futbolçusu.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur Bico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır ki, bu daha əsaslandırılmış versiyadır.
Alfred Hiçkok
Alfred Cozef Hiçkok (d. 13 avqust 1899, London - ö. 29 aprel 1980, Los-Anceles) — məşhur İngilis-Amerika kino rejissoru və prodüseri, dəhşət filmlərinin ustası. Oskar mükafatı (1940-cı ildə, "Rebekka" filminə görə), Qızıl Qlobus və başqa mükafatları qazandı. Britaniya İmperiyası Ordeninə layiq görülüb. Çəkdiyi ən görkəmli filmləri arasında "Mister və missis Smit" (1941), "Psixo" (1960), "Quşlar" (1963). == Həyatı == Alfred Hiçkok 13 avqust 1899-cu ildə Londonda anadan olmuşdur. == Filmoqrafiya == Şantaj/ Blackmail (1929) Qətl! (film, 1930) / Murder! Rebekka (film, 1940) / Rebecca Psixo (film, 1960) / Psycho Quşlar (film, 1963) / The Birds Marni (film, 1964) / Marnie Cırıq kor (1966) Topaz (1969) Dəlilik (1972) Ailə sahəsi (1976) == Xarici keçidlər == Hiçkok Vikisi Adam öldürəndə kimlər ehtirasa gəlir?
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Barbara Liskov
Barbara Liskov (ing. Barbara Liskov; 7 noyabr 1939, Los-Anceles, Kaliforniya) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 7 noyabr 1939-cu ildə anadan olmuşdur. Liskov 2008-ci ildə proqramlaşdırma dillərinin və sistem dizaynının nəzəri və praktiki əsasları sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Dinko Şimunoviç
Dinko Şimunoviç (d. 1873, Knin — ö.1933, Zaqreb) — xorvat yazıçı. == Həyatı == Knində anadan olub. Təxminən 20 il Dalmatin Zaqoryesinə yaşayır və orada məktəb müəllimi kimi işləyir. 1927-ci ildə təqaüdə çıxmış, 1929-cu ildə Zaqrebə gəlmiş və 1933-cü ildə orada vəfat etmişdir. == Yaradıcılığı == Şimunoviç bir neçə hekayələr kitabı, çoxlu sayda oçerk və felyetonlar və iki roman qələmə almışdır. Əsərləri yaşadığı və işlədiyi ərazinin insanlarının həyatına həsr olunub. Müasir şəhər həyatının obrazının qəbul edilməzliyini vurğulayan yazıçı ziyalıların taleyini, kənd sakinlərinin bir çox şeylərdən məhrum edildiyini işıqlandırmaqla cəmiyyətin və təbiətin patriarxal tərzini poetikləşdirirdi. Tədqiqatçılar Dinko Şimunoviçi XX əsr ən tanınmış xorvat novellaçılarından biri adlandırırlar.
Disko adası
Disko adası və ya Kekettarsuak (qren. Qeqertarsuaq, dan. Disko øer) — tərçümədə Böyük ada mənasını verirdi. Qrenlandiyanın qərbində Baffin dənizi akvatoriyasında yerləşir. Ada Danimarkaya məxsusdur. == Ümumi məlumat == Ada özlüyündə bazal düzənlikdən ibarətdir. Bir hissəsi isə buzlaqlarla örtülüdür. Adanın sahəsi — 8578 km²}} təşkil edir və bu göstərici ilə Adaların dünyada sahəsinə görə sıralamasında 85-ci yeri tutur. Maksimal eni — 160, orta dünsürlük — 975 metr, ən hündür nöqtəsi — 1919 metr təşkil edir. Əhalisi — 1100 nəfərdir (2005).