Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vinir
Vinir (bunlara "laminat vinir, laminat vener, dental veneer, laminey, lamine, lamina, винир" da deyilir) əsasən ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanır estetik diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Lamina vinirlər dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, istənilən estetik nəticəni əldə etmək mümkün olur. == Vinir növləri == Kompozit vinirlər Prefabrike (əvvəlcədən hazırlanmış) vinirlər Farfor (feldşpat) vinirlər Press-keramika vinirlər Zirkon vinirlər == İstifadəyə göstərişlər == Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda - çat, qırıq, sürtünmə, anormal forma və sair. Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda - anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair. Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda - aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair. == İstifadəyə əksgöstərişlər == Dişlərdə böyük defektlər və ya plomblar varsa 5 və ya daha çox arxa dişin olmaması Bruksizm (diş qıcama) Bəzi pis vərdişlər - dırnaq yemək, tum çırtlamaq və sair. Ağız gigiyenasının pis olması Dişətləri problemlərinin olması - qinqivit, paradantoz. Bəzi mədə-bağırsaq problemlərinin olması - qastrit, reflü və sair.
Viziy
Viziy (fr. Vizille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38562. Kommunanın 2012-ci il üçün əhalisi 7647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 268 до 1016 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Bernardino Luini
Bernardino Luini (ən tezi 1481 və ən geci 1482 – 1532, Milan) — Yüksək İntibah dövrünün şimali İtaliya rəssamı, Leonardo da Vinçinin tələbəsi və epiqonu, ən tanınmış leonardesklərdən biridir. Onun bir çox əsərələrini Leonardonun fırçası kimi qələmə verirdilər. Yerli mənbələrə əsasən, Luini çox məhsuldar rəssam olmuş, çoxsaylı freska və əsərlər yaratmışdır. Belə bir nəticəyə gəlmək olar ki, sənətkar durmadan tərəqqi edən emalatxananın rəhbəri olmuşdur.
Garcinia linii
Garcinia linii (lat. Garcinia linii) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Lisiy adası
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. == Tarix == Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
Oksana Lıniv
Oksana Lıniv (ukr. Оксана Линів; 6 yanvar 1978, Brodı[d], Lvov vilayəti) — ukraynalı dirijor. Qraz şəhəri (Avstriya) Opera və Filarmoniya Orkestrinin Birinci qadın baş dirijoru. Dövrümüzün ən yaxşı qadın dirijorlarının ilk üçlüyünə daxil edilmişdir. == Bioqrafiya == İki musiqiçinin qızı və musiqi müəllimi, kilsə xorunun direktoru Dmitri Lınivin nəvəsi. Oksananın atası Yaroslav Lıniv (25 yanvar 1952-ci ildə anadan olub) Brodıdakı Boyan xalq xorunun rəhbəri olmuşdur. Oksana Lınivin bir Yuri adlı qardaşı var. Oksana Brodı şəhərindəki musiqi məktəbini bitirib. Sonra Vasili Barvinski Droqobıç Musiqi uçilişində oxuyur, lakin birinci kursdan sonra Lvova köçür və 1996-cı ildə Stanislav Lyudkeviç adına Lvov Musiqi uçilişini bitirir və burada fleyta çalmağı öyrənir. Daha sonra 1996-2003-cü illərdə Nikolay Lısenko adına Lvov Milli Musiqi Akademiyasında Lvov Operasının baş dirijoru Boqdan Daşakın sinfində təhsil alır.
Ovini Uera
Ovini Uera (d. 18 yanvar 1988) — Naurunu təmsil edən cüdoçusu. Ovini Uera Naurunu 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ovini Uera birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Uera birinci görüşdə Beliz cüdoçusu Renik Ceyms üzərində qələbə qazandı, 100:000. Növbəti görüşdə isə Ovini Uera Gürcüstan cüdoçusu Varlam Liparteliani ilə görüşdə məğlub oldu, 000:100.
Tsipi Livni
Tsipora Malka "Tsipi" Livni (8 iyul 1958[…], Tel-Əviv) – İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən. Kadima partiyasının lideri, keçmiş ədliyyə naziri. == Həyatı == Ali təhsilini bitirdikdən sonra Avropada qalmağa qərar verən Livni orada müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdir. Onun Avropada qaldığı illərdə İsrail kəşfiyyat xidməti Mossadın üzvü olduğu və Avropada yaşayan bir çox fələstinli siyasətçiyə qarşı törədilən sui-qəsdlərdə iştirak etdiyi məlumdur. İsrail ordusunda xidmət edən Livni daha sonra İsrail kəşfiyyat xidməti Mossadda dörd il işləyib. Əslən polyak olan Eytan Livni İsrailin Fələstin yaşayış məskənlərinin zorla boşaldılması zamanı törətdiyi terror hadisələri ilə ad çıxaran İrgun təşkilatının şefi olub. 1931-ci ildə Qüdsdə fəaliyyət göstərən yəhudi terror təşkilatı Haganahdan ayrılan Avraam Tehomi və dostları tərəfindən yaradılan İrgun müdafiə doktrinası əvəzinə hücum doktrinasını mənimsəyən və başda Der Yasir qətliamı olmaqla onlarla ərəb qətliamına imzasını atan təşkilatdır. Tzipinin hər iki valideyni Fələstində ingilis diplomatlara hücumda iştirakdan dolayı həbs edilmişdi. Daha sonra atası həbsdən qaçmış, aradan bir müddət keçdikdən sonra isə Likud partiyasından Knessetə seçilmişdi. Anası isə özünü hamilə qadın kimi qələmə verərək ingilis işçilərinə maaş daşıyan qatarın soyulmasında iştirak etmişdi.
Tzipi Livni
Tsipora Malka "Tsipi" Livni (8 iyul 1958[…], Tel-Əviv) – İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən. Kadima partiyasının lideri, keçmiş ədliyyə naziri. == Həyatı == Ali təhsilini bitirdikdən sonra Avropada qalmağa qərar verən Livni orada müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdir. Onun Avropada qaldığı illərdə İsrail kəşfiyyat xidməti Mossadın üzvü olduğu və Avropada yaşayan bir çox fələstinli siyasətçiyə qarşı törədilən sui-qəsdlərdə iştirak etdiyi məlumdur. İsrail ordusunda xidmət edən Livni daha sonra İsrail kəşfiyyat xidməti Mossadda dörd il işləyib. Əslən polyak olan Eytan Livni İsrailin Fələstin yaşayış məskənlərinin zorla boşaldılması zamanı törətdiyi terror hadisələri ilə ad çıxaran İrgun təşkilatının şefi olub. 1931-ci ildə Qüdsdə fəaliyyət göstərən yəhudi terror təşkilatı Haganahdan ayrılan Avraam Tehomi və dostları tərəfindən yaradılan İrgun müdafiə doktrinası əvəzinə hücum doktrinasını mənimsəyən və başda Der Yasir qətliamı olmaqla onlarla ərəb qətliamına imzasını atan təşkilatdır. Tzipinin hər iki valideyni Fələstində ingilis diplomatlara hücumda iştirakdan dolayı həbs edilmişdi. Daha sonra atası həbsdən qaçmış, aradan bir müddət keçdikdən sonra isə Likud partiyasından Knessetə seçilmişdi. Anası isə özünü hamilə qadın kimi qələmə verərək ingilis işçilərinə maaş daşıyan qatarın soyulmasında iştirak etmişdi.
Vinis Mabansaq
Vinis Villorente Mabansaq (15 noyabr 2022, Manila, Filippin) — Filippin Əhali və İnkişaf Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Yer kürəsinin simvolik səkkiz milyardıncı insanı kimi seçilmiş, Manilada doğulmuş qızdır. == Bioqrafiya == Vinis Mabansaq 15 noyabr 2022-ci ildə yerli vaxtla saat 01:29-da Dr. Xose Fabella Memorial Xəstəxanasında anadan olmuşdur. Onun valideynləri 29 yaşlı olan Alvin Mabansaq və 28 yaşı olan Marqaret Mabansaqdır. Vinis anadan olduqdan sonra Filippinin Əhali Komissiyası klinikanın bütün tibb bacılarının alqışları altında ona xoş tort təqdim etdi.
Laviniya Bajbeuk-Melikyan
Laviniya Aleksandrovna Bajbeuk-Melikyan (rus. Лавиния Александровна Бажбеук-Меликян; 3 aprel 1922[…], Tiflis – 8 noyabr 2005, İrəvan) — Sovet, Rusiya və Ermənistan rəssamı. Ermənistan SSR xalq artisti (1983). Rusiya Federasiyasının əməkdar artisti (1997). Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2002). == Həyatı == Tbilisidə məşhur erməni rəssamı Aleksandr Bajbeuk-Melikyanın ailəsində anadan olub. Atasının ikinci nikahdan olan oğlu Vazgen və qızı Zuleyka da rəssam oldular. 1944-cü ildə Yerevanda yerləşən Fanos Terlemezyan adına Rəssamlıq Məktəbini bitirdi, 1951-ci ildə isə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirdi. İnstitutu bitirdikdən sonra Laviniya SSRİ xalq rəssamı P. D. Korinin rəhbərliyi altında Moskva metrosunda mozaik pannosu üzərində işlədi. Bundan sonra o, Ermənistana qayıtdı və bir müddət orada çalışdı.
Vinyi (Val-d'Uaz)
Vinyi (fr. Vigny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.036 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 40 km şimal-qərbdə, Serji belediyyənin 11 km şimal-qərbdə yerləşir.
Vinyi (Val-d’Uaz)
Vinyi (fr. Vigny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.036 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 40 km şimal-qərbdə, Serji belediyyənin 11 km şimal-qərbdə yerləşir.
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (film, 2007)
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film. == Mövzu == 1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır. Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir.