Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lifa
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Luffa
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Lupa
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. == Filateliyada == Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər .
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Çufa
Yeməli topalaq (lat. Cyperus esculentus) — topalaq cinsinə aid bitki növü.
Lua
Lua — yüngül, multi paradiqmalı, proqramlaşdırma dili olub qurulan sistemlərdə istifadə üçün dizayn edilmişdir. Lua, interpretatoru ANSI C dilində yazıldığı üçün kross platformdur və nisbətən sadə C APİsinə malikdir. Lua ilkin olaraq 1993-cü ildə həmin dövrün artan proqram nizamlama tələbini qarşılamaq üçün tətbiqi proqramları genişləndirən dil kimi dizayn edilmişdi. İdeologiya və tətbiqinə görə Lua JavaScript-ə daha yaxın olsa və prototipli OOP modelini tətbiq etsə də, Paskala-bənzər sintaksisi, daha güclü və çevik konstruksiyaları ilə fərqlənir. Luanın xarakterik xüsusiyyəti minimum sintaksis ilə çox sayda proqram obyektini tətbiq edə bilməsidir. Belə ki, bütün əsas istifadəçi məlumat növləri (massivlər, strukturlar, çoxluqlar, sıralar, siyahılar) cədvəl mexanizmi ilə, obyekt yönümlü mexanizmlər isə meta cədvəllər ilə reallaşdırılır. == Tarixi == Dil 1993-cü ildə Braziliyada Rio-de-Janeyro Katolik Universitetində Kompüter Qrafikası Texnologiyası Qrupu (Tecgraf) üzvləri olan Robertu İerusalimşi, Luiz Enrike de Fiqueiredo və Valdemar Celes tərəfindən yaradılmışdır. == Nümunə == === Dəyişən təyin etmək === === Faktorial === === Dövr operatorları === Luada 4 dövr operatoru var. While, Repeat, for, generik for. ==== While ==== ==== Repeat ==== until dən sonra verilmiş şərt(condition) true olana qədər dövr davam edir.
Ufa
Ufa (rus. Уфа; başq. Өфө) — Rusiya Federasiyasında yerləşən şəhər.Başqırdıstan Respublikasının paytaxtı.
Anhinga rufa
Afrika ilanboyunu (lat. Anhinga rufa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin i̇lanboyunlar fəsiləsinin i̇lanboyun cinsinə aid heyvan növü.
Banksia rufa
Dryandra ferruginea (lat. Dryandra ferruginea) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Banya Luka
Banya Luka — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtıdır.
Barbourisia rufa
Barbourisia rufa (lat. Barbourisia rufa) — barbourisia cinsinə aid balıq növü.
Breyv Lifa
Breyv Lifa (5 sentyabr 1995) — Malavili üzgüçü. Breyv Lifa Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Breyv Lifa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.54 saniyəlik nəticəsi ilə 83-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Hermione luna
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Luca Carboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Luka Bıç
Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 1870 – 12 yanvar 1944) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri. == Həyat və fəaliyyəti == Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir.
Luka Henni
Luka Henni (alm. Luca Hänni‎; 8 oktyabr 1994, Bern) — İsveçrə müğənnisi, bəstəkar və model. O, əsasən 2012-ci ildə Almaniyanın Deutschland sucht den Superstar yarışmasındakı qalibiyyətinə görə tanınır. Luka Henni "She Got Me" mahnısı ilə İsveçrəni İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 364 xalla dördüncü yeri qazanmışdır. == Həyatı == Luka Henni 8 oktyabr 1994-cü ildə İsveçrənin Bern şəhərində anadan olmuşdur. O, bağçada ikən baraban dərsləri almışdır. Doqquz yaşında gitara və pianoda ifa etməyi öyrənmşdir. Məzun olduqdan sonra bir müddət bənna kimi çalışmışdır. == Musiqi karyerası == === Deutschland sucht den Superstar 2012 === 2012-ci ildə Luka Henni Almaniyanın Deutschland sucht den Superstar 2012 məharət yarışmasının 9-cu mövsumunda iştirak etmişdir. Həmin ilin aprel ayında Henni yarışmanın finalına yüksəlmişdir.
Luka Jinko
Luka Jinko (23 mart 1983, Lyüblyana) — Qəbələ FK oyunçusu. == Həyatı == 23 mart 1983-cü ildə Sloveniyada anadan olub. Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə "Smartno" klubunda start verib. Karyerası boyunca "İstres" (Fransa), "Bela Krayina", "Domjale", "Rudar Valenye" (hamısı Sloveniya), "Kocaelispor" (Türkiyə), "Alki", "APOP Kinyras" kimi klublarda top qovub. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib. "Qəbələ" FK futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalamışdır..
Luka Karboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Luka Modriç
Luka Modriç (9 sentyabr 1985[…], Zadar) — Xorvatiya milli futbol komandasının və Real Madridin yarımmüdafiəçi. == Həyatı == Luka Modriç 9 sentyabr 1985-ci ildə Xorvatiyada doğulub . Real Madridə 2012 -ci ildə Tottenhem Hotspurdan 35 miliyona 5 illik müqavilə bağlanıb . Bu il Real Madrid FK ilə müqaviləni uzatmasa gələn ildən yenidən Tottenhem Hotspur Fitbol kulubunda oynayacaq . Modriç 1 metr 74 santimetr boya malikdir . Real Madriddə 19 nömrə altında çıxış edir . == Kariyerası == === Dinamo Zaqreb === Kulub Karyerasına Xorvatiyanın Dinamo Zaqreb Futbol Kulubunda 2007-ci ildə ildə başlayıb . Və burada 94 oyuna çıxraq 23 ədəd qol vurmuşdur . === Totenhem Hausbur === 2008-ci ildə Tottenhem Hotspur kulubu ilə o , 2 illik müqavilə imzalyır .Burada 127 oyuna çıxaraq 13 qol vurur. === Real Madrid === 2012-ci il 27 Avqust tarixində İsbaniyanın Real Madrid kulubu onu Tottenhem Hotspurdan 35 miliyona transver edir müqavilə 5 illik idi .
Luka Paçoli
Fra Luka Bartolomeo de Paçoli və ya Paçolo (it. Fra Luca Bartolomeo de Pacioli; 1445 – 19 iyun 1514) — İtaliya riyaziyyatçısı; hesab əməlləri qaydalarını, bəzi cəbri tənliklərin həllərini, həndəsi mütənasiblik nəzəriyyəsini şərh etmişdir. "Hesab, həndəsə, nisbət və mütənasibliyə dair biliklərin cəmi" dərsliyinin müəllifidir. == Həyatı == XV əsrdə yaşamış mühasibat uçotu elminin əsasını qoymuş italyan alimidir. O, ikili yazılış sisteminin əsasını qoymuşdur ki, bu sistemdən hazırkı dövrdə də istifadə olunmaqdadır.
Luka Quqeşaşvili
Luka Quqeşaşvili (gürc. ლუკა გუგეშაშვილი; 29 aprel 1999, Tbilisi) — Gürcustanlı peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Gürcustan milli futbol komandasının qapıçısı. == Karyerası == 2015–16 mövsümünün qış fasiləsindən qabaq Quqeşaşvili Polşanın yüksək liqasında çıxış edən "Yagelloniya Belostok" klubu ilə müqavilə bağladı. 2017-ci ildə o, icarə əsasında Polşanın dördüncü liqa klubu olan "Podlaşiya Bila Podlaska" klubuna transfer olunur. 2018-ci ildə Luka Gürcüstanın yüksək liqa klubu olan "Dila Qori"yə icarəyə göndərildi. 2019-cu ildə Quqeşaşvili icarə əsasında İspaniya La Liqasında çıxış edən "Rekreativo Qranada" klubunun əvəzedici heyətinə transfer olundu. 2020-ci ildə o yenidən icarə əsasında "Dila Qori"yə qayıtdı. 2022-ci ilin əvvəlində, qış fasiləsində o, icarə əsasında Azərbaycanın "Qarabağ" klubuna transfer olunub. 1 fevral 2022-ci ildə "Qarabağ"ın heyətində "Keşlə"yə qarşı oyunda debüt edib.
Luka Toni
Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub. Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur. == Karyerası == Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi. Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır.
Luka Yoviç
Luka Yoviç (Лука Јовић; 23 dekabr 1997-ci il, Biyelina, Bosniya və Herseqovina) — Serbiyalı futbolçu. İtaliyanın Fiorentina və futbol üzrə Serbiya Milli komandasının hücumçusu. == Həyatı == Luka Yoviç Biyelina şəhərinin yaxınlığında yerləşən Batar qəsəbəsində Milan və Svetlana Yoviçlərin ailəsində dünyaya gəlmişdir. 2002-ci ildə 5 yaşında olarkən Serbiyanın qərbində yerləşən Loznitsa şəhərində həvəskar futbola başlamışdır. Burada oynadığı oyunların birində "Srvena Zvezda FK"-nın oyunçu izləmə komitəsi tərəfindən klubun futbol məktəbinə qəbul edilmişdir. == Klub karyerası == === Həvəskar karyerası === 2005-ci ildə Luka Yoviçə "Srvena Zvezda FK"-da oynamaq təklif edildi. Bundan başqa, "Partizan FK" da Yoviçin atasına aylıq 200 avroluq maaş ilə oğlunu komandalarına gətirməsini istəmişdir, lakin Milan Yoviç oğlunun "Srvena Zvezda FK"-da oynamasını istəmişdir. === 2013–2014-cü illər mövsümü === Luka Yoviç, 28 may 2014-cü ildə; 16 yaşında olarkən peşəkar karyerasının ilk oyununa "Voyvodina FK" qarşısında çıxmışdır. Həmin oyunda qol vuraraq klub tarixində rəsmi qarşılaşmalarda qol vuran ən gənc futbolçu olmuşdur. Belə ki, oyuna girdikdən 2 dəqiqə sonra qol vuraraq komandasına 1 xal qazandırmışdır.