Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 1870 – 12 yanvar 1944[1]) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü[2]. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri.
Luka Bıç | |
---|---|
noyabr 1917 – dekabr 1918 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Flipp Suşkov |
1917 – mart 1920 | |
1919 – 1920 | |
1917 – 1917 | |
Əvvəlki | V.İ.Frolov |
Sonrakı | Vəzifə təsis edildi. |
1912 – fevral 1917 | |
Əvvəlki | Fyodor Qolovin |
Sonrakı | Cümşüd Harutyunov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 noyabr 1870 |
Vəfat tarixi | 12 yanvar 1944[1] (73 yaşında) |
Vikianbarda əlaqəli mediafayllar |
Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir. 1919-cu ildə Paris Sülh Konfransında Kuban Respublikası nümayəndə heyətinin başçısı kimi iştirak etmiş, keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni dövlətlərin nümayəndələri ilə birlikdə həm bolşevik hakimiyyətinə, həm də Denikinin Rusiya imperiyasını bərpa etmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmışdır.