LUPA (böyüdücü şüşə) İsa dayı lupanı Səməndərin üz-gözündə dolandırdı (B.Bayramov); ƏDƏSƏ [Eldar:] Bu ədəsə ilə oxunacaq dərəcədə xırda, zərif bir xətlə cığara kağızına yazılmış bir məktub idi (M.Rzaquluzadə); ZƏRRƏBİN (köhn.) Davud zərrəbini gözünə taxıb, daima dükanın sağ küncündə oturan Həmidlə danışa-danışa saat təmir eləməyə başladı (H.Abbaszadə); MİKROSKOP (bax).