Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
FDR magistralı
FDR magistralı (ing. FDR Drive, rəsmi şəkildə: Franklin D. Roosevelt East River Drive) — Nyu-York şəhərinin Manhetten borosunun şərqində yerləşən avtomobil yolu. Magistral yolun uzunluğu 15,19 km-dir. Yol Saut və Brod küçələrində olan Beterri Park tunelindən başlayır, İst River boğazının sahil xətti boyunca uzanır və Harlem River Drayv magistralına keçərək 125-ci küçədəki Trayboro körpüsü tərəfində bitir. Magistral hər istiqamətdə üç zolaqdan ibarətdir, Bruklin körpüsünün altındakı kiçik bir hissə istisna olmaqla, orada o, cənubdan iki və şimaldan bir zolağa qədər daralır, eyni hal həmçinin Kuinsboro körpüsü ilə 61-ci küçə arasındakı hissədə yaranır, orda da iki zolağa qədər daralır. Maşınların maksimal kütləsi 23-cü küçədən Harlem River Drayva qədər olan ərazidə 3600 kq ilə məhdudlaşır. Ayrıca bu yolda avtobus hərəkəti qadağan olunub. Magistral boyunca kommersiya nəqliyyatı (yükdaşıma daxil olmaqla) qadağandır. == Tarixi == Magistral əvvəlcə İst River Drayv (ing. East River Drive) adlanırdı.
Çaykənar magistralı
Çaykənar magistralı - Təbrizdəki Quruçayın şimal və cənub tərəfində yerləşən ikitərəfli magistral yol. Yolun ümumi uzunluğu 10 km-dır və Təbriz şəhərinin ucqar qərb və şərq tərəflərindıki küçələri birləşdirir. Magistral yolun bir hissəsi onun şərq qutaracağına yaxındır və yol boyunca səkilərə sahibdir. Qarı körpüsü qovşağından başqa digər bütün qovşaqlar ayırma qovşaqlarıdır. Çaykənar magistralı 2 km uzunluğunda yeraltı keçidə malikdir və bu göstəriciyə görə İranda birincidir.
İnformasiya magistralı
İnformasiya magistralı (ing. Infobahn (information bahn), rus. информационная магистраль, türk. bilgi yolu) – “information superhighway” üçün qısaltma. Alman dilindəki sürətli avtomagistralların adından (autobahn) götürülüb. 1990-cı illərdə populyar olan termin. Kompüter texnologiyaları və siqnalları mövcud modemli onlayn sistemlərdən dəfələrlə çox sürətlə buraxa bilən optik-lif rabitə xətləri bazasında olan rəqəmsal ikitərəfli rabitə vasitəsini bildirir. İnformasiyanın belə rabitə magistralı ilə ötürülməsi tamamilə yeni imkanlar açır. Məsələn, interaktiv televiziyanın yaradılmasında: tamaşaçı minlərlə hazır proqramın, filmin və verilişin arasından seçim edə bilər, yeni verilişlərin hazırlanmasında və translyasiya olunmasında aktiv iştirak edə bilər – sərbəst olaraq bir videokameradan başqasına keçə bilər, yaxud kameranı lazım olan istiqamətə dönməyə məcbur edə bilər. Hesab edilir ki, bu sistem televiziyanı əvəz edəcək, həm də eyni zamanda videotelefon və telestudiya olacaq.
Baykal-Amur magistralı
Baykal–Amur magistralı (rus. Байкало-Амурская магистраль, БАМ, Baykalo-Amurskaya magistral, BAM) — Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralı. Ümumi uzunluğu 4300 km-dir. Tikintisinə 1940-cı ildən başlanmışdır. 1989-cu ildə istifadəyə verilmişdir. Baykal-Amur magistralının tikilməsinin şərəfinə 1976-cı ildə "Baykal-Amur magistralının tikintisinə görə" medalı təsis edilmişdir.
Baykal–Amur magistralı
Baykal–Amur magistralı (rus. Байкало-Амурская магистраль, БАМ, Baykalo-Amurskaya magistral, BAM) — Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralı. Ümumi uzunluğu 4300 km-dir. Tikintisinə 1940-cı ildən başlanmışdır. 1989-cu ildə istifadəyə verilmişdir. Baykal-Amur magistralının tikilməsinin şərəfinə 1976-cı ildə "Baykal-Amur magistralının tikintisinə görə" medalı təsis edilmişdir.
Magistral damarların transpozisiyası
Magistral damarların transpozisiyası, həmçinin böyük arteriyaların transpozisiyası qanı ürəkdən uzaqlaşdıran iki əsas arteriyanın — ağciyər arteriyası və aortanın yer dəyişdirdiyi anadangəlmə ürək qüsurudur.
Bakı-Qazax magistral yolu
Azərbaycan Respublikasında Bakı şəhəri və Qazax rayonu arasında magistral yoldur.Qazaxdan sonra Gürcüstan,Qara dəniz boyu Türkiyə və Avropaya doğru uzanır.
Bakı–Qazax magistral yolu
Azərbaycan Respublikasında Bakı şəhəri və Qazax rayonu arasında magistral yoldur.Qazaxdan sonra Gürcüstan,Qara dəniz boyu Türkiyə və Avropaya doğru uzanır.
Naxçıvan-Sədərək magistral yolu
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Neft və Pambıq Magistralı (1980)
Neft və pambıq magistralı (film, 1980)