Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Malış adası
Malış adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı adalarının mərkəzi hissəsində, Naydyonış adasından 1,8 km cənubda, Oktyabr İnqilabı adasından 3,2 km şərqdə yerləşir. Uzunsov formaya malikdir . Uzunluğu 950 metrdir. Maksimal hündürlük 28 metrdir. Sahilləri hamardır.
Balış
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Malik
Malik — kişi adı.
Malus
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Masis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Maxis
Maxis — Electronic Arts şirkətinə məxsus amerikan videooyun şirkətidir. 1987-ci ildə Maxis Software olaraq qurulmuş və sonradan Maxis kimi tanınmışdır. == Tarixçə == Şirkətin təsisçiləri Vill Rayt və Ceff Braun olmuşdur. Əsas studiyası Kaliforniyanın Redvud-Siti şəhərində yerləşir. Maxis, 1997-ci ildə Electronic Arts tərəfindən satın alınmış və onun bir törəməsi olmuşdur. 90-cı illərin ilk yarısında şirkət, The Sims seriyasının oyunları sayəsində məşhurlaşmışdır. Şirkətin ən uğurlu məhsulu sonrakı oyun paketləri və oyunlar olan Spore, SimCity və The Sims oyunları idi. == Bağlanma == Maxis studiyası 4 mart 2015-ci ildə EA tərəfindən bağlanmışdır. Bu studiya isə məhz The Sims, SimCity və Spore kimi oyunlar üzərində ixtisaslaşmışdı.
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Mayıs
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Qalış
Galışlar və ya Galeşlər (Söz Sanskrit dilində "inəkçi" mənasını verir) — Gilan və Mazandaranın dağlarında yaşayan köçəri xalqdır ki Qalış dialektində danışırlar. Anzolu/Anzoli, Bradi, Bürsülüm/Bırsılım, Conu/Coni, Çayrud, Tülü/Tüli, Hamarat, Rvarud, Siyov/Siov, Veri kəndlərində (Lerik rayonu), Biləsər, Daştatük, Rəzvan/Razano, Rvo kəndlərində (Lənkəran rayonu), və Miyanku kəndində (Masallı rayonu) yaşayırlar.
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. == Məskunlaşma == Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Mais
Mais — Azərbaycanlı adı. Mais Bərxudarov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Mais Məmmədov — televiziyaçı, jurnalist.
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. == Tarixi == Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər.
ABD Malik
Malik Xəyyam oğlu Kələntərli (27 yanvar 1978, Bakı) — Azərbaycanlı müğənni, repçi, aktyor və parfümer. ABD Malik XXI əsrin əvvəllərində Azərbaycan rep musiqisində özünə məxsus yeri olan Dəyirman qrupunun üzvlərindən olmuşdur. == Həyatı == Kələntərli Malik Xəyyam oğlu, 27 yanvar 1978-ci ildə Bakı şəhərində anadan olub. Atası Xəyyam Kələntərli Məlik oğlu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissor vəzifəsində çalışıb. Anası Səidə Cavadova İman qulu qızı Azərbaycan Memarlıq və İnşaat Universitetində fəlsəfə və tarix üzrə müəllim vəzifəsində çalışır. Ailənin tək övladıdır. Bakı şəhəri 207 nömrəli tam orta məktəbdə təhsil alıb, məktəbdə diskotekalarda və tədbirlərdə DJ-lik və aparıcılıq edib. 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat İqtisadiyyatı fakültəsinə daxil olub. Orada Miri Yusiflə bir qrupda təhsil alıb və yaxın dostluq münasibətləri qurub. Ardıcılıqla həmən ildə gələcək Dəyirman qrupunun başqa solistləri ilə tanış olub.
Albert Malts
Albert Malts (28 oktyabr 1908[…], Nyu-York, Nyu-York ştatı – 26 aprel 1985[…], Los-Anceles, Kaliforniya) — Amerikan dramaturq,yazıçı və ssenari müəllifi . == Həyatı == 1950-ci ildə ABŞ konqressindən əvvəl,ABŞ-nin kommunist partiyası ilə olan əlaqələri haqqında şahidlik etməyi rədd səbəbiylə həbsə məhkum edilən Hollywood Ten üzvlərindən biri idi. Arxa plan: Albert Malts Bruklin, Nyu yorkda zəngin ailəsdə anadan olmuşdur.Malts təhsilini Kolumbiya Universiteti və Yale dramaturgiya məktəbində almış,ittihamlara baxmaraq kommunizmi dəstəkləmişdir. O bir müsahibəsində deyirdi: " Mən həmçinin Marksist klassiklərin oxuyuram,mən hələ də düşünürəm ki, bu insanin qələmə aldığı ən alicənab ideallar məcmusudur.Hansı siyasi ədəbiyyatda biz hər cür insan istismarına son qoyacayıq — söyləyən tapa bilərəm?Zəhmət haqqının istismarı , qadınların kişilər tərəfindən istismarı,fərqli rəngli insanların ağ rəngli insanlar tərəfindən istismarı,İmperialist ölkələr tərəfindən müstəmləkə ölkələrin istismarı.Və Mark faktiki olaraq söyləyidi ki,insan özünü insanlığın daha əvvəl heç görmədiyi şəkildə olan yerdə Sosialist azadlıqının krallığı olacaqdır". Kareyası: 1930-cu illər ərzində Malts The Theater Union üçün ssenari müəllifi kimi işləyirdi.1932-ci ildə onun oynadığı " Merry Go Round" oyunu bir film üçün uyğunlaşdırıldı.The Theater Union- da Margaret Larkin(1899–1967) ilə tanış oldu. 1937-ci ildə onlar evləndilər.O 1938-ci ildə "Dünyada ən xoşbəxt adam"(The Happinest Man on Earth)üçün O.Henry mükafatı qazandı.Novellaları və fantastik hekayələri toplayaraq Harper jurnalında nəşr edildi.Bu yazılar və onun 1940-cı ildə Yeraltı Çay (The Underground Stream) romanı proletar ədəbiyyatın işləri hesab edilir.1944-cü ildə nəşr edilmiş və ən çox satılan Xaç və Ox (The Cross and the Arrow) romanı Jerry Belchor haqqında "Alman rejiminin Nazi rejiminə müqavimətin" qeyd etmişdir.2-ci Dünya Müharibəsi ərzində 150000 dən çox Amerikan əsgərinə silahlı qüvvələr nəşrini paylandı.1970-ci ildə yeni toplanmış Afternoon in the Jungle novellaları nəşr edildi. Malts 1945-ci ildə Dənizlərin İftixarı(Pride of the Marines) adlı filmin ssenariyası üçün Academy Award for Writing Adapted Screenplay -ə namizəd göstərildi.Onun Qırıq Ox (Broken Arrow) ssenariyası 1951-ci ildə "Writers Guild of America Award for Best Written American Western"- i qazandı.1991-ci ildə qara siyahiyə alınan ssenaristlərin siyahısın hazırlanarkən,"the Writers Guild of America" rəsmi olaraq Maltsi Qırıq Oxun (Broken Arrow) tək ssenaristi olaraq tanıdı.
Ağevlər (Talış)
Ağevlər (fars. اق اولر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (50 ailə).
Balış Ovezov
Balış Ovezov (türkm. Balyş Öwezowiç Öwezow; 29 dekabr 1915, Daşoğuz, Xivə xanlığı – 13 oktyabr 1975, Aşqabad) — 1951-1958 və 1959-1960-cı illərdə Türkmənistan SSR Nazirlər Sovetinin sədri. Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1960-1969). 4-7-ci çağırışlar SSRİ Ali Sovetinin deputatı. 1961-1971-ci illərdə Sov.İKP Mərkəzi Komitəsinin üzvü, 1952-1961-ci illərdə Sov.İKP Mərkəzi Təftiş Komissiyasının üzvü. == Həyatı == 16 dekabr (29) 1915-ci ildə Xiva Xanlığının Bedirkent kəndində (Türkmənistanın Taşauz bölgəsinin Taxtinski rayonu, indiki Daşoğuz velayatının Gorogly etrapı və qədim zamanlarda - Xorazm) anadan olmuşdur. Şimal Yomud qəbiləsindən olan türkməndir. İki ali təhsili var idi: riyaziyyatçı və tarixçi. Sov.İKP Mərkəzi Komitəsinin Ali Partiya Məktəbini bitirib. Balış Ovezov 1960-1969-cu illərdə TSSR respublikasına rəhbərlik etmişdir.
Bicarbin (Talış)
Bicarbin (fars. بيجاربين‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (12 ailə).
Boris Matis
Boris Matiz (15 avqust 1997-ci ildə anadan olub) — Everton klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Northempton Taun klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Matis Olimpik Lion klubu ilə inkişaf etmişdir. Matis 2015-ci ildə Liqa 1 təmsilçilərindən olan Metz klubu ilə müqavilə imzalamışdır. O, Liqa 1-də debütünü 5 aprel 2017-ci ildə Lion klubuna qarşı oyunda etmişdir. Matis üç gün sonra Metz klubu ilə Liqa 1-də Bordo klubuna qarşı oyunda da iştirak etmişdir. Hər iki oyun Metz klubunun 0-3 hesablı məğlubiyyəti ilə başa çatmışdır. 5 iyul 2017-ci ildə Matis Everton klubunun U-23 yığması ilə iki illik müqavilə imzalamışdır. O, 2018-ci ilin yanvar ayında Northempton Taun klubuna icarəyə verilmişdir.
Dirakari (Talış)
Dirakari (fars. ديراكري‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (76 ailə).
Fəzlürrəhman Malik
Fəzlürrəhman Malik (21 sentyabr 1919 - 26 iyul 1988)—İslam alimi. == Həyatı == Yenilikçi, “tarixi təfsir” anlayışının qurucusu Fəzlürrəhman 1919-cu il sentyabr ayının 21-də bugünkü Pakistanın (o vaxt Hindistanın) tərkibində olan Hazara şəhərində dünyaya gəlib. Atası Mövlanə Şəhabəddin Diyabəndi cərəyanına mənsub alim idi. İlk təhsilini atasından alan Fəzlürrəhman 10 yaşında ikən Quranı əzbərlədikdən sonra təhsilini mədrəsədə davam etdirir. 1933-cü ildə ailəsi ilə birlikdə Lahor şəhərinə köçən Fəzlürrəhman Pəncab universitetində təhsil almağa başlayır. 1940-cı ildə sözügedən universitetdən məzun olan Fəzlürrəhman 2 il sonra magistratura təhsilini başa vuraraq, universitetdə assistent kimi fəaliyyətə başlayır. Fəzlürrəhman 1946-49-cu illərdə Oksford universitetində doktorluq dissertasiyasını müdafiə edərkən İslam fəlsəfəsi ilə maraqlanmağa başlayır. Bu dövr gələcək alimin fikirlərinin formalaşmasında mühüm rol oynayır. Doktorluq işini müdafiə etdikdən sonra Oksford universitetində “Fars mədəniyyəti və İslam fəlsəfəsi” müəllimi kimi pedaqoji fəaliyyətinə başlayan Fəzlürrəhman daha sonra Durham və Kanadanın Mak Gill universitetlərində fəaliyyətini davam etdirir. Ali daha sonra Pakistanda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əyyub Xanın dəvətini qəbul edərək, Pakistana qayıdır və 1961-68-ci illərdə Əyyub Xanın müşaviri olmaqla yanaşı, İslam Araşdırmaları İnstitutunun müdiri vəzifəsini icra edir, iki jurnal təsis edir.
Halis döyüşü
Halis döyüşü və ya Tutulma döyüşü – 28 may, E.ə. 585-ci ildə Halis çayı (Hazırda Türkiyə ərazisində yerləşən Qızılirmaq çayı) sahilində Midiya və Lidiya qoşunları arasında baş vermiş döyüş. II Aliatt və Kiaksar arasında beş il davam edən sərt müharibənin son qarşılaşması olan bu döyüş, günəş tutulması üzündən yarımçıq dayandırılmışdır. Tərəflər döyüş zamanı günəşin tutulmasını pis əlamət kimi qəbul etmiş, tanrıların bu müharibəyə qarşı olduğunu düşünərək razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən Halis çayı Midiya və Lidiya arasında sərhəd kimi müəyyənləşdirilmişdir. == Səbəb == Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə intiqam idi. Midyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).
Koramar (Talış)
Koramar (az-əbcəd. کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).