Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mareo
Mareo— Bolzanonun təxminən 50 kilometr şimal-şərqində yerləşən, Şimali İtaliyada Cənubi Tirolda yerləşən bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il tarixinə əsasən ərazinin əhalisi 2,911 nəfər və sahəsi 161,6 kvadrat kilometr (62,4 km²) idi. Mareo aşağıdakı şəhərlərlə sərhədlənir: Badia, Pragz, Brunek, Kortina d'Ampezzo, La Val, Lüsen, St. Lorenzen, San Martin de Tor və Olang.
Maren Mare
Maren Mare (fr. Marin Marais; 31 may 1656[…], Paris – 15 avqust 1728[…], Paris) — Fransalı bəstakar.
Makemo
Makemo (fr. Makemo) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 56 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi bütün arxipelaqda üçüncü ən böyük laqundur. Onun eni 5 – 8 km, uzunluğu isə 65 km təşkil edir. == İnzibati bölgüsü == Makemo, Haraiki, Şimali Marutea, Katiu, Taunake, Hiti, Cənubi Tepoto, Raroia, Takume, Taenqa və Nihiru adaları Makemo kommunasını əmələ gətirir. İnzibati baxımından Tamotu-Qambe regionuna daxildir. == Tarixi == Taenqa ilk dəfə 1803-cü ildə ingilis dənizçisi Con Bayers tərəfindən kəşf edilir. Birinci Rus Antarktika ekspedisiyası zamanı ada Kutuzov atolu adlandırılır.
Maleva
Maleva - bambuk bitkisindən hazırlanan quru yeməklər siyahısına daxildir. Bambuk ağacı Elgon dağı ətrafında Uqandanın şərqində təbii sürətdə bitir. == Mənşəyi == Maleva Şərqi Uqandanın Buqisi regionunda ilk dəfə hazırlanmağa başladı. Yeməyəin original variantına fıstıq və Hind küncütü əlavə edilir. Bugisu regionunda əsasən bu yeməyi toy və ziyafətlərdə verilir. == İnqredientlər == Maleva Su Duz Fıstıq şirniyyatı == Hazırlanması == Maleva hazırlanmaq üçün təmiz su qaynadılır, onun üzərinə balaca və orta vəziyyətdə yarpaqlar doğranmış yarpaqlar əlavə edilir. Qaynanmış suya duzda əlavə olunur. Malevanın sousuna Maniok, matoka, şirin kartof, düyü və s. qatılır.
Marado
Marado (kor. 마라도) — Koreya boğazında yerləşən, Cənubi Koreya aid olan ada. Çecudo adasından 8 km cənubda qərarlaşır. Soqvipxo şəhərinin ərazinə daxildir. Cənubi Koreyanın cənub nöqtəsini təşkil edir. Adada ibtidai məktəb, polis idarəsi, kilsə və mayak vardır. == Coğrafiyası == Adanın sahəsi 0,3 km², sahil xəttinin uzunluğu 4,2 km təşkil edir. Ərazisində hündürlüyü 30-35 metr qayalıqlar mövcuddur. Maksimal hündürlüyü 39 metrdir. İqlimi subtropikdir.
Marajo
Мarajo (port. Marajó) — Braziliyanın ən iri adası. 40,100 km² əraziyə malik olaraq Adaların dünyada sahəsinə görə sıralamasında 34-cü yerdədir. Marajonu bəzən çay yatağında yerləşən ən iri ada adlandırırlar. Bu yalnışdır, çünki, adanın Atlantik okeanına bir başa çıxışı vardır. Ən iri Çay adası isə elə Braziliyada yerləşən Bananal adasıdır. Ada inzibati cəhətdən Para ştatına daxildir. == Coğrafiya == Ada çokmə suxurlarla örtülüdür və əsasən Amazon çayının gətirdiyi suxurlar burada toplanmışdır. Ada bütünlüklə Ekvatorda yerləşir. Şimaldan Amazon estuarisi ilə hüdudlanır.
Mareca
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Marengo
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Mariqo
Mariqo (fr. Marigot) — Fransanın Sen-Marten dəniz ərazisinin paytaxtı və ən iri yaşayış məskəni. Əhalisi 5,7 min nəfərdir (2006). Yaşayış məskəni XVIII əsrdə bataqlıq yerdə salınıb. Əvvəllər bura balıqçılıq qəsəbəsi olub.
Marlyo
Marlyö (fr. Marlieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Marsyo
Marsyö (fr. Marcieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38217. Kommunanın 1999-cu il üçün əhalisi 71 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1729 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 31 km cənubda yerləşir.
Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. == Həyatı == O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Marino
Marino — soyad. Cambattista Marino — İtalyan şair. Valentina Marino — İtaliyanı təmsil edən bədii gimnast. Marino Anelli — İtalyan anarxist, mühacir.
Areva
"Areva" — Fransa şirkəti; nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.
MARUV
Anna Borisovna Korsun (ukr. Анна Борисівна Корсун, rus. Анна Борисовна Корсун) peşəkar şəkildə Maruv adı ilə tanınan, Ukraynalı müğənni, bəstəkar, şair və prodüserdir. Kiyevdə yaşayır və işləyir. Korsun 2017-ci ilin fevralından 2018-ci ilin martınadək Maruv qrupunun üzvü idi. The Pringlez qrupunun davamçısı idi. Daha sonra, Korsun bir müsahibə verdi, o vaxtdan bəri Maruv təxəllüsü altında çalışdığını izah etdi. == Həyatı == Müğənni Ukraynanın Pavloqrad şəhərində Anna Popeliux olaraq anadan olub. Məktəbdə musiqi və rəqs oxudu. 2014-cü ildə, Xarkovdakı Xarkov Politexnik İnstitutundan qeyri-musiqi fənni üzrə məzun oldu.
Maemo
Maemo — bazası Debian və Linuks platformalarına əsaslanan əməliyyat sistemidir. Hal-hazırda bu sistemdə Nokia 770, Nokia N800, N810 və Nokia N900 modelləri çalışır. Maemo sisteminin əsasını GNOME komponentləri və gtk qrafika kitabxanası təşkil edir. Maemo sisteminin əksər şifrələri açıqdır. Bunun əsasında Ubuntu Mobile yaradılıb. Açıq sistem olduğuna görə Maemo üçün nəzərdə tutulmuş kontentlər demək olar ki, hamısı pulsuzdur və xüsusi lisenziya tələb etmir. == Sözün mənşəyi == Jesus Climent bildirir ki, Maemo adının ortaya çıxmasında şifrələrin generasiyası ilə məşğul olan pwgen proqramının rolu olub. O bildirir ki, yeni kompyuterə ad qoymaq üçün pwgen proqramından istifadə edərkən o, "maimo" variantını təklif etdi. Buna baxmayaraq o, bu sözdə bir hərf dəyişikliyi edərək onu "maemo" adlandırdı. Maemo bundan sonra şifrə saxlama bölməsinin daha sonra isə proyektin adı oldu.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Marso
Marso — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimiyası == Xəzər dənizi sahilində yerləşir. Yaşayış məntəqəsi 1960-cı illərdə salınmışdır. Bəzi tədqiqatlara görə oykonim fars dillərindəki mersa “liman, port, gəmilərin dayanacaq yeri” mənasında işlənən sözlə bağlıdır. Ərəb dilində marso sözü “körpü (gəmilərin yan alması üçün)” mənası daşıyır. Eyni zamanda oykonimi bəzi tədqiqatçılar rus dilindəki mors sözünün yerli tələffüz forması hesab edirlər. Bu ərazi keçmişdə Murdov (talış, “ölü, zığlı su”) adlanırdı. Murdar variantında da qeydə alınmışdır. Zənnimizcə, oykonimin mənası fars dilindəki izaha əsasən açıqlanır.
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
DARVO
DARVO ("inkar et, hücum et, qurbanı və cinayətkarı əvəz et" sözlərinin akronimi; ing. "deny, attack, and reverse victim and offender") — seksual cinayətkarlar kimi qanunsuzluq edənlərin davranışlarına görə cavabdeh olmalarına cavab olaraq göstərə biləcəkləri reaksiya. Bəzi tədqiqatçılar bunun psixoloji zorakılıq törədənlərin ümumi manipulyasiya strategiyası olduğunu göstərir. Akronimdən göründüyü kimi, ümumi addımlar aşağıdakılardır: İstismarçının istismarın baş verdiyini inkar edir; Sübutlarla qarşılaşdığı halda istismarçı şəxs zorakılığa məruz qalan şəxsə (və/və ya şəxsin ailəsinə və/yaxud dostlarına) təcavüzkarı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə cəhd etdiyi üçün hücum edir; İstismarçı tərəf, əslində, vəziyyətin qurbanı olduqlarını iddia edir, bununla da qurban və cinayətkarın mövqelərini dəyişdirilir. Bu, çox vaxt təkcə qurban rolunu oynamaq yox, həm də qurbanı günahlandırmaqdan ibarətdir.
Mario
Mario (yap. マリオ, ing. Mario) - Yaponiya şirkəti "Nintendo" tərəfindən yaradılmış oyun personajı. Personajın yaradıcısı Şiqeru Miyemotudur. O, eyniadlı video oyun franşizasının baş personajı və Yapon video oyun şirkəti Nintendo-nun maskotu və talismanı sayılır. == Haqqında == Mario italyan-amerikan əsilli olan su kəməri işçisidir. "Göbələk krallığı"nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir.
Andrey Markov
Andrey Andreyeviç Markov (rus. Андре́й Андре́евич Ма́рков; 2 (14) iyun 1856, Ryazan – 20 iyul 1922[…], Petroqrad) — rus professor, akademik və riyaziyyatçı. Ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və riyazi analiz sahəsində işləri var.
Bayron Moreno
Bayron Moreno (isp. Byron Aldemar Moreno Ruales) (d. 23 noyabr 1969) — ekvadorlu keçmiş futbol hakimi. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatlnda verdiyi qərarlarla uzun müddət gündəmdə olmuşdur. == İtaliya-Cənubi Koreya matçı == Bayron Moreno 2002-ci il dünya çempionatının 1/8 final mərhələsində İtaliyanın meydah sahibi Cənubi Koreyaya məğlub olaraq yarışı tərk etməsindən sonra bir çox futbol mütəxəssisləri və azarkeşləri tərəfindən tənqidlərə məruz almışdır. İtaliyalı futbolçu Françesko Totti və komandanın məşqçisi Covanni Trapattoni İtaliyanın yarışdan kənarlaşdırılmasını əvvəldən qurulmuş plan adlandırmışdır. Trapattoni daha irəli gedərək iki ev sahibindən birinin turnirdə qalması üçün hakimin FİFA-dan tapşırıq aldığını iddia etmişdir. Morenonun oyun zamanı ən çox tənqidlərə məruz qalan qərarları Cənubi Koreyanın xeyrinə erkən penaltinin verilməsi, Damiano Tommazi tərəfindən əlavə vaxtda vurulan qızıl qolun ofsayd səbəbindən hesaba alınmaması və Françesko Tottiyə simulyasiyaya səbəbindən ikinci sarı vərəqənin göstərilməsi idi. === FİFA-nın reaksiyası === FİFA prezidenti Zepp Blatter yan hakimi "fəlakət" adlandırmış və İtaliyanı hələ qrup oyunları zamanı səhv ofsayd qərarlarından əziyyət çəkdiyini etiraf etmişdir. Bununla belə, o, İtaliyaya qarşı hər hansı planın olması fikirlərini inkar etmişdir.
Cambattista Marino
Cambattista Marino(it. Giambattista Marino); 14 oktyabr 1569, Neapol — 25 mart 1625, orda) — İtalyan şair. == Həyatı == Marino XVII əsrin ən böyük şairi kimi təkcə İtaliyada deyil, həm də bütün Avropa ölkələrində geniş şöhrət qazanmışdır. Onun barokko cərəyanının yayıldığı bütün ölkələrdə çoxlu ardıcılları və təqlidçiləri olmuşdur. Marino Barokko şeirinin ən səciyyəvi nümayəndələrindən biridir. O, öz dövrünə görə şeirin mövzu dairəsini genişləndirdi. Şair belə hesab edirdi ki, təbiətdə insan hiss və duyğularının qavraya biləcəyi hər şey poeziyanın mövzusu olmağa layiqdir. Marino aşiqanə şeirə yeni boyalar gətirdi. XVI əsrin lirik şairlərindən fərqli olaraq Marinonun təsvir etdiyi sevgili surəti daha konkret və realdır. Onun şeirlərində qadının cismani gözəlliyindən alınan həzz və ləzzətin təsviri mühüm yer tutur.