MANÉVR

[ fr. ]
1. hərb. Düşmənə zərbə endirmək məqsədilə qoşunların və ya donanmanın bir yerdən başqa yerə hərəkəti və bir yerə toplanması.
Toplar öz atəşləri və çarxlarilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı.

// Ordu və ya donanmanın döyüş şəraitinə yaxın bir şəraitdə keçirilən taktiki təlimi.
Hələ Tbilisidə ikən Mədətov manevrdə qıçı burxulduğu üçün bir hospitalda on gün yatmışdı. Ə.Əbülhəsən.

2. d.y. Qatar tərtib etmək üçün lokomotiv və vaqonların stansiya yollarında o tərəf-bu tərəfə hərəkəti.
Limanda duran paroxodların, manevr edən parovozların arabir fit səsi gəlirdi. M.S.Ordubadi.
Qarşıdakı küçədə manevr edən parovoz arabir kəsik-kəsik fit verir. H.Seyidbəyli.

3. İstiqaməti dəyişmə (gəmi, təyyarə haqqında). Müstəqil naviqasiya ölçülərinin məlumatına görə gəmilərin komandirləri əl ilə idarədən istifadə etməklə qarşılıqlı surətdə manevri davam etdirirlər.
4. məc. Biclik, hiylə, fırıldaq, fənd.
[Knyaz:] Sanırım bir manevr olmalı bu. H.Cavid.
Ancaq bütün bunlar bir manevr idi. S.Rəhman.

MANEKÉN
MANİ
OBASTAN VİKİ
Böyük manevrlər (film, 1955)
"Böyük manevrlər" (fr. Les Grandes Manoeuvres) — rejissor Rene Klerin filmi. == Məzmun == 1914-cü il müharibəsinin başlanğıcı. Yaraşıqlı zabit Arman de la Vern öz dostları ilə mərcə girir. Öz öhdəsinə götürdüyü iş isə bundan ibarət olur ki, o, böyük manevrlər başlayana qədər əlçatmaz qadın – Mari Luiza Rivyeri yoldan çıxarmalıdır. Lakin leytenant Arman de la Vern həmin qadına həqiqətən aşiq olacağını hələ bilmir.
Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925)
== Məzmun == Filmdə sabiq SSRİ İnqilab Hərbi Şurasının sədri Mixail Frunzenin Tbilisiyə gedərkən yolüstü Bakıda qalması, SSRİ-nin beynəlxalq və daxili vəziyyəti, Qırmızı Ordunun növbəti vəzifələri, kənddə iş barədə məruzələr etməsi və aprelin 18-də Mixail Frunzenin iştirakı ilə Bakı qarnizonu hissələrinə baxış keçirilməsindən danışılır. Kinolentdə Azərbaycan hərbi hissəsi əsgərlərinin səhra təlim-məşq toplanışı əks etdirilmişdir. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Frunze == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
Kobra manevri
Kobra manevri — ilk dəfə 1980-ci illərdə Viktor Pugachev tərəfindən Suxoy Su-27 təyyarəsi ilə göstərilmişdir. Bu manevr, hava döyüşündə baş-başa döyüşlərdə (it savaşı) istifadə edilir. Müəyyən bir miqdar hündürlüyə çıxandan sonra sürəti anidən aşağı salmaq ilə bu manevr həyata keçirilir. Beləliklə də, arxadakı düşmən hərbi təyyarəsinin altdan keçərək irəliyə doğru hərəkətinə şərait yaradılır. Lingin irəliyə tərəf itələnməsi ilə də, düşmən təyyarəsinin arxasına keçərək atəş açmaq üçün əlverişli vəziyyətə keçmək mümkündür. == Manevrin mərhələləri == Manevr 4 mərhələdən ibarətdir: Təyyarə 110°-lik bucaq vəziyyətinə gətirilməlidir; 90°-lik bucaq vəziyyətinə gətirilib quyruğun aşağıya doğru meyilləndirilməsi pozasına keçilməlidir; Təyyarənin burnu önə doğru əyilərək təyyarənin üfüqi vəziyyətə keçməsi təmin edilir; Təyyarənin tamamilə üfüqi vəziyyətə keçməsi üçün sürəti artırılır. == Kobra manevrinin aviasiyaya olan təsirləri == Kobra manevi Suxoy Su-27-dən başlayaraq bütün Suxoy döyüş təyyarələrində və bəzi MiG döyüş təyyarələrində həyata keçirilə bilir.
Sellick manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Sellik manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.

Значение слова в других словарях

децентрализо́ванный зерни́шко не ту́т-то бы́ло оприхо́доваться откры́тие поддева́ние почи́нщик тепе́решний шпага́тик вулканоге́нный как в апте́ке парохо́дство пересо́хлый сма́чно crash-dive drudger hackling machine hanker internode onerousness self-correcting Shasta sibilant stolen thermogenous