Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bob Marli
Robert Nesta "Bob" Marli (6 fevral 1945, Nayn Mayl, Yamayka — 11 may 1981, Mayami) — Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. == Həyatı == Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli — əsl adı Robert Nesta Marli 1945-ci il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb. Bob Marli Yamaykanın Nayn-Mayls kəndində anadan olub. Onun atası Böyük Britaniya zabiti Norval Marli avropalı idi. Daha sonra o Yamaykada işlədiyi zaman 18 yaşlı Sedella Bukerlə tanış olur və onlar evlənirlər, lakin Bob doğulandan sonra Norval ailəni tərk edir.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Marqi
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. == Tarixi == Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər.
Mari
== Toponimlər == Mari (Suriya) — indiki Suriyada qədim sami şəhəri. Mari (şəhər, Suriya) — Suriyada şəhər. Mari (Braziliya) — Mari (Fransa) — Mari (çay) — Mari (ad) — == Digər == Mari (rus. мари, ing. mari) — səthi 0,5-1,0m yüksəkliyində təpəciklər və tirəciklərlə mürəkkəbləşən və ara­ları cil və mamır-ot bitkiləri ilə örtülü, maili və ya üfqi səthlər.
Marı
Marı — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Marı vilayətinin inzibati mərkəzi.
Marli-la-Vil
Marli-la-Vil (fr. Marly-la-Ville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 5.729 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimal-şərqdə, Serji belediyyənin 33 km şərqdə yerləşir.
Marli sarayı (Peterhof)
Marli (fr. Marly) — "Peterhof" Muzey-Qoruq Kompleksinin tərkibinə daxil olan Aşağı parkın qərb hissəsində yerləşən saray. Peterhofdakı bu saray I Pyotrun 1717-ci ildə Paris yaxınlığında yerləşən Fransa krallarının iqamətgahı Marli-le-Rua-ya səfəri xatirəsinə adlandırılmışdır (Fransadakı həmin saray inqilab zamanı məhv edilmişdi). Peterhof Marlisi və ətrafındakı gölməçə və bağlar fransız prototipini təkrarlamır; rus Marlisi sadəcə olaraq ümumi kompozisiya həllini və təsərrüfat məqsədli dekorativ park ideyasını götürülmüşdü. == Tarix == Saray eyniadlı göllər ilə birlikdə İohann Branşteynin layihəsi əsasında 1720-1723-cü illər arasında inşa edilmişdir. İlkin olaraq saray birmərtəbəli olması nəzərdə tutulsa da, tikinti prosesində I Pyotrun sifarişi ilə layihədə dəyişiklik edilmiş və beləliklə saray özünün ikinci mərtəbəsini əldə etmişdir. Məhz həmin dəyişikliklər sarayın ümumi ölçülərində müvazinətlik və tamlılıq effekti yaratmışdır (sarayın ümumi həcmi aydın müəyyən edilən kub şəklindədir). Marli sarayının tikintisi və dekorativ bəzədilməsində heykəltaraş Nikola Pino, həmçinin daşyonan ustalar Y.Neukupoyev və A.Kardasye iştirak etmişdilər. I Pyotr üçün yaradılmış digər kiçik saraylar kimi, Marli sarayı Peterhof ansamblının digər binalarından özünün xüsusi sadəliyi ilə fərqlənir (nümunə olaraq bax - I Pyotrun Yay sarayı). Fasad yığcam və lakonik detallar - dorik kapitelli bossaj və ya rustika adlanan kürəklərlə, məhəccərli eyvanlarla və kiçik kvadrat şüşəli pəncərələr ilə bəzədilib.
Harli adası
Harli adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada Cekson — Harmsvord eskpedisiyası tərəfindən kəşf edilir. Federik Cekson tərəfindən britaniyalı həkim Corc Harlinin şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Ada Ziçi adaları qrupuna daxildir. Cekson adasından 15 km şərqdə yerləşir. Cənubunda Levanev, şimal-şərqində isə Ommani adası yerləşir. == Təsviri == Ada ərazisi əsasən hamardır. Mərkəzində 82 m hündürlüyə malik zirvə vardır. Şimalı ilə cənubu arasında məsafə 10 km-dir.
Harli Örl
Harli C.Örl (22 noyabr 1893[…], Hollivud, Kaliforniya – 10 aprel 1969[…]) — amerikalı avtomobil dizayneri və iş icraçısı idi.General Motors’un ilkin təyin edilmiş dizayn rəhbəri idi daha sonradan vitse-prezident və Amerika tarixində ən böyük korporasiyanın dizaynında təyin edilmiş ilk baş icraçı olmuşdur.Sənaye dizaynı və müasir nəqliyyat dizaynının öncülü idi. == Həyatı == Harley Earl Hollivud, Kaliforniyada anadan olub. Atası 1908-ci ildə Earl Automobile şirkətini quraraq, atlı nəqliyyat vasitələrindən xüsusi vasitələrə və avtomobillər üçün xüsusi hissələri və aksesuarlarına dəyişdirdi Earl Stanford Universitetində təhsil almağa başladı, ancaq atası ilə birlikdə çalışmaq və Earl Automotive Works'də təcrübə yığmaq üçün vaxtından əvvəl ayrıldı.
Kalamian maralı
Kalamian maralı (lat. Axis calamianensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Kalamian adası üçün endemik növdür. == Təsviri == Heyvanın bədəninin uzunluğu 105–115 sm, süysününün hündürlüyü 60–75 sm, kütləsi 36–50 kq olur. Maralın yunu qəhvəyi çalardadır və erkəkləri böyüdükcə yununun rəngi tündləşir.
Karli Fiorina
Karli Fiorina (ing. Carly Fiorina) və ya doğum adı ilə Kara Karlton Çak (ing. Cara Carleton Chuck; d. 6 sentyabr 1954-cü il, Ostin, Texas) — ABŞ biznesmeni və siyasətçisi.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.
Madlı (Çaldıran)
Madlı (fars. مادلو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (25 ailə).
Maili zireh
Maili zireh və ya əyri zireh, nə şaquli, nə də üfüqi olmayan zirehdir. Bu növ zireh, ümumiyyətlə tanklar və digər zirehli döyüş maşınları kimi quru nəqliyyat vasitələrində və zirehli döyüş gəmiləri və kreyserlər kimi hərbi gəmilərdə olur. Bir zireh lövhəsini əymək, görüş xətti boyunca lövhənin təsirli qalınlığını artırır. Maili zireh zireh dəlici mərmilər kimi kinetik enerji əsaslı KE mərmiləri və döyüş raketi kimi tank əleyhinə silahların zirehi dağıtmasını çətinləşdirir. Bir lövhəyə 90°-dən başqa bir bucaqda çırpılan mərminin, eyni lövhəyə şaquli bir formada çırpılması zamanına nisbətən daha böyük bir zireh qalınlığından keçməsi lazımdır. Sonuncu vəziyyətdə, yalnız lövhə qalınlığı (zireh səthində) deşilməlidir; Verilmiş bir lövhə qalınlığı üçün zireh yamacının artırılması, üfüqi müstəvidə ölçülən qalınlığı və mərminin hücum bucağını artıraraq təsir nöqtəsindəki zirehin qorunma səviyyəsini artırır. Başqa bir təsiri mərminin yan keçməsi, deformasiyası və sıçramasıdır. Mərmi zireh lövhəsinə ona dik olmayan bir bucaq ilə vurulduqda, mərminin yolu əyri ola bilər ki, bu da öz növbəsində daha çox zirehin keçilməsinə səbəb olar - və ya tamamilə mərmi sıçrayaraq başqa istiqamətə gedə bilər. Bundan əlavə, mərmi əyilər və beləliklə də zireh dəlmə xüsusiyyəti azala bilər. Bununla birlikdə, bu təsirlər istifadə olunan zirehin materialından və onu vuran mərminin xüsusiyyətlərindən çox asılıdır: yamac hətta daha yaxşı bir nüfuz etmə yeni, dəlmə qabiliyyətinə də səbəb ola bilər.
Makli nekropolu
Makli Nekropol (مکلی کا شہرِ خموشاں‎ ; sindhi مڪلي جو مقام) Pakistanın Sind əyalətindəki Thatta şəhəri yaxınlığında, 10 kvadrat kilometr ərazidə yerləşən dünyanın ən böyük nekropollarından biridir. Burada 400 il ərzində tikilmiş təxminən 500.000–1 milyon türbə var. Makli nekropolunun yaxınlığında müxtəlif sufi müqəddəslərinə və hörmətli alimlərə aid bir neçə böyük cənazə abidəsi var. Nekropol 1981-ci ildə 14–18-ci əsrlər arasında Sindhi sivilizasiyasına "görkəmli vəsiyyət" olaraq YUNESKO-nun Ümumdünya irsinə daxil olmuşdur. Makli Nekropolu 17-ci əsrə qədər Sindin aşağı paytaxtı olan Thatta şəhərindən təxminən 6 kilometr məsafədə olan bir yaylada yerləşir. Bura Kəraçinin təxminən 98 km şərqində,Hind deltasının yaxınlığındadır. Sahənin cənub nöqtəsi orta əsr Kallankot qalasının xarabalıqlarından təxminən 5 mil şimaldadır. == Etimologiya == Ərazi və yaxın təpələri, öz adlarını bir Həcc ziyarətçisinin ərazidə dayanaraq mənəvi həzz aldığını, buranın onun üçün Məkkə olduğunu bildirdiyi əfsanədən almışdır. Sufizmin müqəddəs şeyxi Şeyx Həməd Camalının daha sonra həcc əhvalatını eşitdikdən sonra ərazini "Makli" ya da "Kiçik Makkah" adlandırdığı deyilir. == Tarix == Sufizmin müqəddəsi, şair və alim Şeyx Cəmali Maklidə bir xanəgah qurdu və sonda orada dəfn edildi.
Mallı Şıxlı
Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Mallı Şıxlı kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrda Göyçay qəzasında şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qara mal saxladığına görə kənd belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1646 nəfər əhali yaşayır. == Din == Kənddə Mallı Şıxlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Marti Axtisaari
Marti Oiva Kalevi Axtisaari (fin Martti Oiva Kalevi Ahtisaari; 23 iyun 1937[…], Vıborq, Finlandiya – 16 oktyabr 2023, Helsinki, Finlandiya) — 1994–2000-ci illərdə Finlandiyanın prezidenti, diplomat, BMT-nin əməkdaşı, 2008-ci il Nobel Sülh Mükafatı laureatı. == Həyatı == 1937-ci ildə Finlandiyanın Viypuri şəhərində (indiki Vıborq, Rusiya) Norveç əsilli zabitin ailəsində anadan olmuşdur. 1939–1940-cı illər Sovet-Fin müharibəsi dövründə ailəsi Kuopio, 1952-ci ildə Oulu şəhərinə köçmüş, 1959-cu ildə Marti Oulu Universitetinin pedaqoji şöbəsini qiyabi bitirmişdir. Ouluda Gənclərin Xristian Assosiasiyasına daxil olan Axtisaari 1960-cı ildə Kəraçiyə (Pakistan) gedərək bu qurumun fiziki tərbiyə məktəbinə başçılıq edir. 1963-cü ildə ölkəsinə qayıdaraq paytaxt Helsinkidə Politexnik texnikumuna girir və inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatlarda çalışır. 1965-ci ildə Finlandiya Xarici İşlər Nazirliyi sisteminə keçir. 1973-cü ildə Finlandiyanın Tanzaniyadakı səfiri təyin olunur. 1975-ci ildə ölkəsinin Zambiya, Somali və Mozambikdəki diplomatik missiyalarına da başçılıq edir. 1977–1981-ci illərdə BMT-nin Namibiyadakı səlahiyyətli nümayəndəsi postunu tutur. 1984-cü ildə Finlandiyaya qayıdan Axtisaari yenidən Xarici İşlər Nazirliyində işləyir.
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar. Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır.
Mendelson marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.