Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Le-Passaj
Le-Passaj (fr. Le Passage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38296. Kommunanın 1999-cu il üçün əhalisi 648 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Masaj salonu
Masaj salonu — masaj xidmətlərinin ödənişli olduğu yer. Masaj salonu termini ümumiyyətlə kommersiya məqsədli erotik masaj xidməti təklif edən məkanlar üçün istifadə olunur. Fahişəliyin qeyri-qanuni olduğu dövlətlərdə, ərazilərdə, regionlarda masaj salonları saunalar və spa müəssisələri kimi müntəzəm olaraq, fahişəliyin ön təşkilatı kimi çıxış edirlər. Masaj salonu termini adətən fahişəxana üçün evfemizm kimi istifadə olunur və masaj salonları kimi maskalanan qeyri-qanuni fahişəxanalar bir çox ölkələrdə olduqca geniş formada yayılmışdırlar.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı. 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır. Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, əyyari, qoşun) adlanırdı.
Masaşi
Masaşi — ad. Masaşi Vatanabe — Yaponiya futbolçusu.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Massiv
Massiv – proqramlaşdırmada eynitipli verilənlərin siyahısı. Massivin hər hansı bir elementinə müraciət etmək üçün massivin adından və indeks ifadəsindən ibarət olan ifadədən istifadə etmək olar. Massivin hər bir elementinə müraciət onun öz nömrəsi ilə olur. Yəni hər bir elementin öz nömrəsi var. Bu nömrəyə massivin indeksi deyilir. Hər elementin massivdə vəziyyəti onun indeksi ilə müəyyən olunur. Buna görə də massiv nizamlanmış olur. == Həmçinin bax == Kompüter Fayl == İstinadlar == == Ədəbiyyat == KAZIMOV TOFİQ, f.-r.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, "Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları (Üçüncü mühazirə)".
Masyaf
Məsyaf (ərəb. مصياف‎‎) — Suriyanın Həma mühafəzəsində şəhər. 2004-cü ilin əhali siyahıyaalmasının məlumatlarına görə, Məsyaf şəhərində 22.000 nəfər yaşayır. İsmaililər, ələvilər və xristianlardan təşkil olunmuş şəhər əhalisi din baxımından cürbəcürdür. Şəhər orta əsrlərə aid qalası ilə tanınır, hansı ki, nizari ismaililərin və onların elit xaşxaşi qoşunlarının mərkəzi olmuşdur. == Etimologiya == Şəhərin adı İslam dövründə və indiyə qədər sakinləri tərəfindən "Məsyaf", "Masyat" və "Masyad" kimi müxtəlif formalarda tələffüz edilmişdir. Şəhərin ərəb dilindəki adı Akkad dilindəki "Mansuate" sözündən törəmişdir. Şərqşünas Edvard Lipinski irəli sürür ki, bu sözdəki "nsv" ərəb dilindəki mənası "qurmaq" və "yaratmaq" olan "nss" ilə əlaqəlidir. Əlavə olaraq, Lipinski iddia edir ki, şəhərin Akkad dilindəki adı böyük ehtimalla "mansuvatu" sözünün konfiqurasiyadır. "Mansuvatu" ərəb dilindəki "minassatu(n)" sözü ilə əlaqəlidir ki, hər iki sözün mənası "yüksəklik" deməkdir.
Maşxan
Maşxan — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad Maxşeyxan adının təhrif formasıdır. Talış dilindəki max "dayanacaq", "düşər-gə", Şeyx dini rütbə və "an" məkan bildirən şəkilçidir. Köhnə adı Kazeyran olmuşdur. == Tanınmış şəxslər == Əli Rəhimzadə (1997–) — güləşçi. Azər Maşxanlı — ifaçı. === Şəhidləri === Faiq Qəhrəmanov (1973–1992). İlqar Bəşirov (1973–1993). Nizami Abdullayev (1970–1994). Rasim Axundov (1970–1994).
Mossad
Mossad (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) — kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir. 1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqandır. Rəhbər birbaşa Malik Ab məruzə edir. İsrailin digər xüsusi xidmət orqanları: AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi) Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir. Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir: Toplanış bölməsi — ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur.
Nassau
Nassau - Baham adalarının paytaxtı. Əhalisi 2000-ci il siyahıya alınmasına görə 210.832 nəfərdir. Adını Nassaulu Willemdən alır.
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Sasnaj
Sasnaj və ya Sassenaj (fr. Sassenage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38474. Kommunanın 2007-ci il üçün əhalisi 10631 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 199 ilə 1649 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 6 km şimal-qərbdə yerləşir.
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Massis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Hassa
Hassa — Hatay ilində ilçə.
Fazil Kassam
Fazil Kassam (5 avqust 1985) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fazil Kassam Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Harold Marşal
Harold Marşal (ing. Harold Marshall; 10 fevral 1918 – 18 yanvar 2013, Kalqari, Alberta) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş kanadalı snayper.
Layoş Kaşşak
Layoş Kaşşak (mac. Kassák Lajos; 21 mart 1887, Erşekuyvar — 22 iyul 1967, Budapeşt) — macar şair, siyasətçi, rəssam, avanqardın nəzəri mütəxəssisi, tərcüməçi, jurnalist, memar və yazıçı. O, macar ədəbiyyatında işçi sinfinə mənsub olan ilk yazıçılardan biridir. Öz üzərində işləməklə sosialist hərəkatı çərçivəsində yazıçı olan Kaşşak 1900-cü illərin əvvəllərində Budapeştin radikal intellektual mədəniyyəti üçün əhəmiyyət kəsb edən jurnallar dərc etdirmişdir. Tam olaraq tək başına hər hansı avanqard cərəyanının nümayəndəsi kimi bilinməsə də, ekspressionizm, futurizm və dadaizmin elementlərini qəbul edirdi. == Həyatı == Layoş Kaşşak Avstriya-Macarıstanın Erşekuyvar şəhərində (indiki Nove Zamki, Slovakiya) anadan olub. Atası əczaçı köməkçisi, anası isə camaşırxana işçisi olub. Valideynləri onun ali təhsil almasını istəsələr də, Kaşşak təhsilini dayandırıb çilingər köməkçisi kimi işləməyə başlayır. Bacısı Erji Uyvari Şandor Barta ilə ailə həyatı qurmuşdur. == Fəaliyyəti == 1904-cü ildə Kaşşak Budapeştə köçmüş və şəhər kənarında fabriklərin birində işləməyə başlamışdır.