Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laterit
Laterit — əvvəllər bu termin ekvatorial və rütubətli tropik ərazilərin torpaqları və yumşaq torpaq aşınma məhsullarına aid edilirdi. Hazırda lateritləşmə mürəkkəb bir proses kimi əsasən dəmir birləşmələrinin torpaq məhsullarının yan axınlarının gətirilməsi hesabına yaranması kimi izah olunur. Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində baş verir. Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin yaranması ilə əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s. ilə əlaqədardır. İlk dəfə laterit horizontlar Byuken tərəfindən (1807) təsvir edilmiş və laterit (lat. kərpic) adlandırılmışdır. Bu termin iki mənada işlədilir. Geniş mənada termin ferralit torpaqları ifadə edir.
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Baterst
Baterst (ada)
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Adrian Mattenet
Adrian Mattenet (15 oktyabr 1987) — Fransanı təmsil edən stolüstü tennisçi. Adrian Mattenet Fransanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Baterst (ada)
Baterst ing. Bathurst Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Qərbbində Devon (ada) və Kornuollis adaları yerləşir. Sahəsi 16 042 km² təşkil edir, bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 54-cü, Kanadada isə 14-cü yeri tutur. Sahil xətdinin uzunluğu 2069 km-dir. Ada hamar səthə malikdir. Bəzi yerlərdə 300–350 metr yüksəkliyə malikdir. XX əsrin 60–70 ci illərində Şimal maqnit qütbü onun ərazisində yerləşirdi. Adada çoxlu sayda yaşıl bitkilər var. Xüsusi ilə tundura bitkilərinin yaşamması üçün əlverişlidir.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Margeret Lurie
Margeret Lurie (22 aprel 1999-cu ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik dyunları
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən geosiyasi termindir. Bu anlayış 1949-cu ildə Çin vətəndaş müharibəsinin sonunda Çan Kayşi rəhbərliyindəki Kuomintang qüvvələrinin Tayvana çəkilməsi və Çin Kommunist Partiyasının bütün materiki ələ keçirməsindən sonra meydana çıxmışdır. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Hong Kong və Makao Deng Şiaopingin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.
Robert Baterst
Robert Qay Baterst (22 fevral 1957, Akkra) — İngilis aktyor. Baterst 1957-ci ildə atasının idarəetmə məsləhətçisi olaraq çalışdığı yer olan ingilis müstəmləkəsi Akkra, Qold Koastda anadan olmuşdur. 1959-cu ildə ailəsi İrlandiyanın paytaxtı Dublinə köçmüş və Robert Killineydəki məktəbə getmiş və daha sonra Anglikan internat məktəbində təhsilini dəvam etdirmişdir.1966-cı ildə ailə İngiltərəyə köçdü və Baterst Sasseksdə Wort məktəbinə daxil oldu, burada həvəskar dramaturgiyalarını yazmağa başladı. 18 yaşında Pembrok Kolleci, Kembricdə hüquq oxudu və Kembric Futlayts qrupuna qatıldı. Məktəbi bitirdikdən sonra tam iş gününə başladı. O, professional səhnə debütünü 1983-cü ildə Savoyya teatrıda davam edən Maykl Freyin "Səslər kəsilir" tamaşasında Tim Algud rolunu oynayaraq etmişdir. Səhnədə işləmək barədə biliklərini genişləndirmək üçün Milli Teatrın üzvü oldu. 1980-ci illərdə səhnə rollarını "Qara Qaranlıq", "Çelmsford 123", "Lenni Henri Şov"dakı televiziya rolları ilə tamamladı. 1991-ci ildə Stiven Moffat tərəfindən yazılmış "Zarafatdan başqa" BBC sitkomunda Mark Teylor rolu ilə o günə qədərki televizor karyerasındakı ən böyük uğurunu qazanmışdı. Bu televiziya proqramı yalnız on üç bölüm dəvam etsə də (1991 və 1995-ci illər arasında), rol Baterstin bütün karyerasında ən çox sevdiyi rol olaraq qalır.
Sayeret Matkal
Sayeret Matkal (ivr. ‏סיירת מטכ"ל‏‎) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi. Bu bölmə kəşfiyyat, terrorizmlə mübarizə və ölkə hüdudlarından kənarda girovların azad edilməsi əməliyyatlarında iştirak edir. Sayeret Matkalın əsası 1957-ci ildə qoyulub. Buraya dəqiqliklə seçilmiş, yüksək fiziki və əqli qabiliyyətləri ilə fərqlənənlər düşə bilir. 18-19 ay davam edən təlimlərə baza piyada məktəbi, paraşüt məktəbi, terror hücumlarının qarşısının alınması üzrə dərslər və kəşfiyyat nəzəriyyəsinin öyrənilməsi daxildir. Bölmə 1960-cı ildən başlayaraq, bir sıra irimiqyaslı əməliyyatlarda iştirak edib. Onlardan ən məşhuru Entebbe əməliyyatıdır. Xüsusi təyinatlıların qətiyyət və bacarıqlarını nümayiş etdirdikləri bu əməliyyatda terrorçular tərəfindən Uqandanın Entebbe hava limanında eniş edən təyyarənin göyərtəsindən girov götürülərək terminal binasında saxlanılan 100-dən çox insan azad edilib. 1954-cü ildə İsrailin ilk xüsusi təyinatlı birliyi olan 101 saylı hərbi hissənin ləğv edilməsindən sonra İsrail Silahlı Qüvvələrinin tərkibində Hərbi Dəniz Qüvvələrinə tabe olan Şayetet 13-dən başqa heç bir xüsusi təyinatlı bölmə qalmamışdı.
Maqere-Burq
Maqere-Burq körpüsü — Amstel çayı üzərində yerləşən körpüsüdür. Körpü Kerkstraat və Nive-Kerkstraat şəhərlərini birləşdirir. Tamamilə ağ rəngdə boyanmış körpü 1691-ci ildə tikilmiş və 1871-ci ildə istifadəyə verilmişdir. 2003-cü ildə bütün nəqliyyat üçün açıqdır. O cümlədən piyada və velosiped yolları vardır. Maqere Burqun mərkəzi hissəsi ağ rəngli ağacdan hazırlanmış bir baskül körpüsüdür.
Baterst (şəhər, Avstraliya)
Baterst (ing. Bathurst) — Yeni Cənubi Uelsdə şəhər, Makkvari çayının cənub sahilində Göy dağlardan qərbdə yerləşir. Bu Avstraliyanın sahildən uzaq ən qədim yaşayış məskəni və Böyük Suayırıcı sıra dağlarından qərbə ən qədim məskəndir. 2006-cı ilin statistikasına əsasən 29 min əhalisi var. Müasir Baterst inkişaf etmiş kənd təsərrüfatı regionunun iqtisadi mərkəzidir. Şəhərdən Sidneyə gedən dəmiryol xətti keçir. Katolik və anqlikan kilsəsi, məhkəmə qərarlarının icrası idarəsi binası (1880), Avstraliya qazıntılar və minerallar muzeyi (1874), bir sıra XIX əsrin otasında tikilən qəsrlər vardır.
Materik yer qabığı
Materik yer qabığı — Yerin materik hissələrini əhatə edən qabıq. Bu qabıq çökmə, qranit və bazalt qatlardan ibarətdir. Orta qalınlığı 35 - 45 km -dir. Maksimal qalınlıq isə 75 km-dir (dağlarda) Materik qabığından fərqli olaraq okean yer qabığı nazik və tərkibcə fərqlidir. Materik yer qabığı planetin 40 % -ni əhatə edir. Həcm baxımdan isə 70 %-ni təşkil edir. Üç qatdan ibarət olan materik qabığının üst qatı - çökmə qat çökmə süxurlardan təşkil olunub. Böyük qalınlığa malik olmasa da hər yerdə geniş yayılıb. Materik yer qabığının əsas hissəsini qranit və qneyslərdən ibarət olan qranit qat təşkil edir. Qranit qat aşağı sıxlığa malikdir.
Matüren-Jak Brisson
Matüren-Jak Brisson (fr. Mathurin Jacques Brisson; 30 aprel 1723 — 23 iyun 1806) — fransız zooloqu və təbiətşünası. Regnum animale in classes IX distributum sive Synopsis methodica. Haak, Paris, Leiden 1756–62. Ornithologia sive Synopsis methodica sistens avium divisionem in ordines, sectiones, genera, species, ipsarumque varietates. Bauche, Paris, Leiden 1760–63. Supplementum Ornithologiæ sive Citationes, descriptionesque antea omissæ & species de novo adjectæ, ad suaquaque genera redactæ. Paris 1760. Lettres de deux Espagnols sur les manufactures. Vergera 1769.
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Zeyad Mater
Zeyad Mater (18 dekabr 1991) — Yəmənli cüdoçu. Zeyad Mater Yəməni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Zeyad Mater birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində BƏƏ-in nümayəndəsi Viktor Skvortov ilə üz-üzə gəldi. Həmin görüşdə Zeyad Mater rəqibinə 0:101 hesabı ilə uduzdu. Mater Ölkələrin Paradında Yəmənin bayraqdarı idi.
Aleks Meret
Aleks Meret (22 mart 1997, Udine) — İtaliyalı peşəkar futbolçu, "Napoli" klubunun və İtaliya millisinin qapıçısı. Futbol üzrə 2020-ci il Avropa çempionatının qalibi. Aleks "Udineze" klubunun yetirməsidir. O, 2012-ci ildə "Udineze" klubunun uşaq komandasının sıralarına qoşulur. 2015-ci ildə "Udineze"nin əsas komandasının məşqçilərinin diqqətini çəkir və əsas komanda dəvət edilir. Udine klubunun heyətində debütu, 2015-ci il fevralın 12-də Atalanta ilə ölkə kuboku oyununda baş tutur. 2016-cı ilin yayında Aleks, İtaliya B Seriyasına mübarizə aparan "SPAL" klubuna icarəyə verilir. 5 iyul 2018-ci ildə Aleks Meret 22 milyon avroya "Udineze"dən "Napoli"yə keçir. Futbolçunun "Napoli" klubu ilə bağladığı müqavilə beş illik olur. 2013-cü ildə İtaliyanın 17 yaşadək futbolçulardan ibarət komandasının tərkibində on üç oyun keçirərək debüt etdi.
Sen-Nikola-de-Maşeren
Sen-Nikola-de-Maşeren (fr. Saint-Nicolas-de-Macherin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38432. Kommunanın 1999-cu il üçün əhalisi 782 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 447 ilə 952 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.