Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Materiya
Materiya bu mənaları ifadə edə bilər:
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Lagernıy adası
Lagernıy adası — Şimal Torpağı arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasından 800 m şimal-qərbdə yerləşir. Adada yerləşən Blizkaya çayının mənsəbinə yaxın ərazidə qərarlaşır. == Təsviri == Ovalvari formaya malikdir. Uzunluğu 1,3 km, eni isə 1 km təşkil edir. Adanı Komsomoles adası ilə sayla birləşir. Şimalında 26 metr hündürlüyə malik qaya vardır.
Materiya (dəqiqləşdirmə)
Materiya bu mənaları ifadə edə bilər:
Materiya (fizika)
== Cismin çəkisi == Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi — cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir. === Çəkisizlik === Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir.
Materiya (fəlsəfə)
Materiya — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıqdır. Bu istiqamətdə XVII əsr fransız filosofu Pol Anri Holbax ilk uğurlu cəhd etmişdir. O göstərmişdir ki, materiya insan şüurundan kənarda, şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır. XX əsrin əvvəllərində Vladimir İliç Lenin bu tərifə materiyanın hiss üzvləri vasitəsi ilə bizə "bəlli olması" və "dərkedilən olması" keyfiyyətini əlavə etmişdir. Materiya real mövcud obyektlərin və dünya sistemlərinin sonsuz çoxluğunu əhatə edir, hər cür xassələrin və hərəkət formalarının substansial əsasıdır. Materiya yaradılmır və məhv edilmir, zamanca əbədi, özünün struktur təzahürləri etibarilə məkanca sonsuzdur, hərəkətlə qırılmaz bağlıdır. Şüur materiyaya xas inikasın ən yüksək forması kimi çıxış edir. Materiyanın substansiallığı, ümumiliyi və mütləqliyi dünyanın maddi vəhdətini səciyyələndirir. Dünyada elə bir şey yoxdur ki, o, materiyanın müəyyən növü və vəziyyəti, xassəsi və ya hərəkətinin forması, tarixi inkişafının məhsulu olmasın. Dünyanın maddi vəhdətinin etiraf edilməsi bütün ideal konsepsiyaların əksinə fəlsəfi materializmin əsas başlanğıc prinsipidir.
Qaranlıq materiya
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. == Həyatı == Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik dyunları
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən geosiyasi termindir. Bu anlayış 1949-cu ildə Çin vətəndaş müharibəsinin sonunda Çan Kayşi rəhbərliyindəki Kuomintang qüvvələrinin Tayvana çəkilməsi və Çin Kommunist Partiyasının bütün materiki ələ keçirməsindən sonra meydana çıxmışdır. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Hong Kong və Makao Deng Şiaopingin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.
Materik yer qabığı
Materik yer qabığı — Yerin materik hissələrini əhatə edən qabıq. Bu qabıq çökmə, qranit və bazalt qatlardan ibarətdir. Orta qalınlığı 35 - 45 km -dir. Maksimal qalınlıq isə 75 km-dir (dağlarda) Materik qabığından fərqli olaraq okean yer qabığı nazik və tərkibcə fərqlidir. Materik yer qabığı planetin 40 % -ni əhatə edir. Həcm baxımdan isə 70 %-ni təşkil edir. == Quruluşu == Üç qatdan ibarət olan materik qabığının üst qatı - çökmə qat çökmə süxurlardan təşkil olunub. Böyük qalınlığa malik olmasa da hər yerdə geniş yayılıb. Materik yer qabığının əsas hissəsini qranit və qneyslərdən ibarət olan qranit qat təşkil edir. Qranit qat aşağı sıxlığa malikdir.