Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evklid
Evklid (ən tezi e.ə. 340 və ən geci e.ə. 315, bilinmir – bilinmir, bilinmir) — qədim yunan riyaziyyatçısı, məşhur "Elementlər" kitabının müəllifi. Bizim eradan əvvəl yaşamış Evklid Afina qəbiləsindən olan Platonun şagirdi olmuşdur. Evklid Qədim Yunanıstanın ən böyük astronomu olan Klavdi Ptolemeyin dəvəti ilə İsgəndəriyyə şəhərinə gəlmiş və orada riyaziyyat məktəbi təşkil etmişdir. Evklid "Başlanğıclar" əsərində planimetriya, stereometriya və ədədlər nəzəriyyəsinə aid bir çox məsələlərin həllini vermişdir. Onun "Fiqurların bölünməsi haqqında" və s. əsəri ərəb dilinə tərcümə edilmiş və günümüzə qədər gəlib çatmışdır. Evklidin paralellər aksiomunu teorem şəklində isbat etmək etmək istəyənlər çox olmuşdur, amma nəticəsiz qalmışlar. Yalnız 1826-cı ildə dahi rus alimi Lobaçevski bu riyazi təklifin isbatının qeyri-mümkünlüyünü isbat etdi və onun həqiqətən aksiom olduğunu göstərdi.Evklidin həyatı, riyaziyyat və həndəsə xaricindəki işləri haqqında çox az məlumat vardır.
Melvud
Melvud Liverpul şəhərinin şimal bölgəsində yerləşən "Liverpul" klubunun təlim-məşq bazasıdır. Bura, Kerbi şəhərində yerləşən futbol akademiyasına daxil deyil.Ərazi əvvəllər St Frankis Xavier adlanan yerli məktəbə məxsus idi. Ərazi məktəbin oyun meydançası kimi istifadə edilirdi və məktəbdə dərs deyən Ata Mellinq və Ata Vudlok, saatlarını buradakı gənc oğlanlara futbol oynamağı öyrətməklə keçirirdi. Bu iki şəxsin adını xatirə olaraq yaşatmaq üçün onların hər ikisinin soyadlarının ilk hecalarından bazanın adlandırılmasında istifadə edilmişdir. == Tarix == Melvud 1959-cu ildə çox acınacaqlı vəziyyətdə idi və Uilyam Bil Şenkli tərəfindən üstün sayılan təlim-məşq bazalarından birinə çevrilmişdir. O, öz oyun filosofiyası olan "pas ver və tərpən, bu qədər sadə" kimi bilinən üslubunu məhz burada təqdim etmişdir. Oyunçular Enfilddə görüşürdülər və avtobus onları buradan Melvuda gətirirdi. Buradakı məşqdən sonra futbolçular yenidən avtobusla Enfildə qayıdır və burada duş qəbul edəndən sonra yüngül nahar edirdilər. Beləcə Uilyam Bil Şenkli futbolçularının isinmə prosesini düzgün formada idarə edirdi və bu üsulla onları zədələrdən uzaq tuturdu. Əslində 1965–66 mövsümündə "Liverpul" çempionatı qalib kimi vurarkən klub yalnız 14 futbolçudan istifadə etmişdir.2001-ci ilin yanvarında "Liverpul" Millenium Pavilyonunda məşq etməyə başladı.
Mövlud
Mövlud — Kişi adı.
Məclis
Məclis (ərəb. مجلس‎ — majlis, hərfi mənası "toplanma yeri") — bir sıra əsasən müsəlman ölkəsinin (İran, Azərbaycan) və xalqlarının (krım-tatarlar) səlahiyyətli qanunverici orqanı (parlamenti). == Etimologiya == "Məclis" sözü Azərbaycan dilində ərəbcə "toplanma yeri" mənasını verən "مجلس" sözündən götürülmüşdür. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə məhfil (مهفیل) adlandırılmışdır. Bu söz ərəbcə "toplanma" mənasını daşıyan "محفل" sözündən törəmişdir.
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik, özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə ediləbilər. == Etimologiya == "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Məscid
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Devid
Devid — Dünyada çox işlədilən ad və soyad. Devid Petreus — Amerikalı general, hərbçi. Devid Bleyn — insanlar tərəfindən yarasa adam kimi tanınan şəxs. Devid Boqqs — amerikalı elektrik və radio mühəndisi. Devid Hokni — ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf. Devid Koepp — ABŞ ssenaristi, prodüseri və rejissoru. Devid Lim — İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modeli. Devid Kopperfild — Amerikalı sehirbaz. Devid Pakkard — amerikalı sahibkar. Devid Medyanik — Böyük Britaniya şairi.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Menli
Menli — Avstraliyanın Sidney şəhərinin şimalında şəhərətrafı qəsəbə. Sidneyin işgüzar mərkəzindən 17 kilometr şimal-şərqədir, eyniadlı dairənin inzibati mərkəzidir. Əhalisi 13 949 nəfərdir (2006-cı il). == İqtisadiyyatı == Menli şəhərinin iqtisadiyyatı çimərliklə sıx bağılıdır. Açıq havada, okean sahili boyu çox sayda kafe və restoranlar, yaxın küçələrdə isə ticarət mərkəzləri vardır.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Vəlid ibn Vəlid
Vəlid ibn Vəlid (ərəb. الوليد بن الوليد بن المغيرة‎) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Vəlid Məkkəli Qüreyş qəbiləsinin Bənu Məhzum qolundan idi və məşhur müsəlman sərkərdəsi Xalid bin Vəlidin qardaşı idi. 624-cü ildə Bədr döyüşündə Qureyşlə birlikdə Məhəmmədə qarşı vuruşur. Müharibə zamanı onun qəbiləsinin çoxu öldürülür. O, müharibə zamanı müsəlmanlara əsir düşmüş, lakin azad edilmiş və İslamı qəbul etmişdir. Məkkəyə qayıtdıqdan sonra zəncirlə həbs olunmuşdur. Təbəriyə görə, Vəlid və onun Bəni-Məhzumdan olan qohumları, Sələmə bin Hişam (Əbu Cəhlin qardaşı) və Əyyaş ibn Əbi Rəbiə Məhəmməd və onun tərəfdarlarına qoşulmaq üçün Məkkədən hicrət edirlər. Sonralar onun ölüm xəbəri eşidiləndə Mədinədə Məhəmmədin Məhzumlu həyat yolsaşı Ümmü Sələmə tərəfindən yas tutulur. Vəlidin böyük oğlunun da adı Vəlid idi.
Ali Məclis
Ali Məclis (Naxçıvan)
Büllur məscid
Büllur məscid (malay Masjid Kristal) — Malayziyada Trenqanu sultanlığının Kuala Trenqanu şəhərində yerləşən məscid. Məscid Van Man adasında İslam İrsi Parkında yerləşir. Unikallığı ilə çox populyar olan Büllur məscid Malayziyada ən məşhur turizm yerlərindən biri kimi tanınır. Məscid 2006 və 2008-ci illər aralığında tikilib. Məscidin rəsmi açılışı Trenqanudan 13-cü Yanq di-Pertuan Aqonq olan Sultan Mizan Zaynal Abidinin iştirakı ilə 8 fevral 2008-ci ildə keçirilmişdir. Məsciddə eyni vaxtda 1500-dən çox dindar ibadət edə bilər. Büllur məscidin tikintisində polad, büllur, şüşədən istifadə edildiyinə görə belə adlandırılır. Bu unikal struktur mavritan və qotik memarlıq elementlərin tətbiq edildiyi müasir üslubda yaradılıb. Böyük büllur çilçıraq əsas ibadət zalının mərkəzində yerləşir. Gecə vaxtı məscidin günbəz və minarəsi müxtəlif rəngli işıqların təsirindən rəngini dəyişir.
Daş məscid
Daş məscid ― 1325-ci ildə Elxanilər dövründə Şərqi Azərbaycanın, Sərab şəhristanının, Əsnəq kəndində tikilmiş məscid.
Dino Merlin
Dino Merlin (12 sentyabr 1962) — Bosniya və Herseqovina müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanın təmsilçisi. == Həyatı == 12 sentyabr 1962-ci ildə anadan olmuşdur.
Evklid Məsafəsi
Evklid məsafəsi Evklid fəzasında iki nöqtə arasındaki parçanın uzunluğudur. Evklid məsafəsi Pifaqor teoremindən istifadə edərək nöqtələrin Karteziyan koordinatları vasitəsilə hesablana bilər, buna görə bəzən bu məsafə həm də Pifaqor məsafəsi adlandırırlar. Bu adlar qədim yunan riyaziyyatçıları Evklid və Pifaqorla əlaqəlidir, baxmayaraq ki, Evklid məsafələri ədədlər olaraq təmsil etmirdi və Pifaqor teoremindən istifadə edilərək məsafənin hesablanmasına bağlantı 18-ci əsrə qədər qurulmamışdı. Nöqtə olmayan iki obyekt arasındakı məsafə, adətən iki obyekt arasındakı nöqtə cütləri arasındakı ən kiçik məsafə olaraq təyin olunur. Bir nöqtədən bir xəttə olan məsafə kimi, müxtəlif növ obyektlər arasındakı məsafələrin hesablanması üçün düsturlar mövcuddur. Müasir riyaziyyatda məsafə anlayışı mücərrəd metrik fəzalara qədər ümumiləşdirilmiş və Evklid məsafəsindən başqa digər məsafələr tədqiq edilmişdir. Statistikada və optimallaşdırmadaki bəzi tətbiqlərdə məsafənin özü yerinə Evklid məsafəsinin kvadratı istifadə olunur. == Məsafə formulları == === Birölçülü === Həqiqi ədəd oxu üzərindəki istənilən iki nöqtə arasındaki məsafə həmin nöqtələrin koordinatlarının ədədi fərqinin mütləq qiymətinə bərabərdir. Belə ki, əgər p {\displaystyle p} və q {\displaystyle q} həqiqi ədəd oxu üzərindəki iki nöqtədirsə, onda bu nöqtələr arasındaki məsafə bu şəkildə verilir: Eyni qiyməti verən, lakin daha yüksək ölçülərə daha asanlıqla ümumiləşdirilə bilən daha mürəkkəb bir düstur: Bu formulda ifadəni kvadrata yüksəltmək və sonra kvadrat kökü almaq müsbət ədədi dəyişmir, lakin hər hansı mənfi ədədi mütləq qiymətiilə əvəz edir. === İkiölçülü === Əgər Evklid müstəvisindəki p {\displaystyle p} və q {\displaystyle q} nöqtələrinin uyğun olaraq ( p 1 , p 2 ) {\displaystyle (p_{1},p_{2})} və ( q 1 , q 2 ) {\displaystyle (q_{1},q_{2})} karteziyan koordinatlarıdırsa, onda p {\displaystyle p} və q {\displaystyle q} nöqtələri arasındaki Evklid məsafəsi aşağıdaki kimi ifadə edilir:Bu ifadəni Pifaqor teoremini hipetenuzu p {\displaystyle p} -dən q {\displaystyle q} -yə parça olan düzbucaqlı üçbucağa tətbiq etməklə almaq olar, bu halda katetlər həmin nöqtələrin x {\displaystyle x} və y {\displaystyle y} koordinatları fərqinin mütləq qiyməti olacaq.
Evklid alqoritmi
== Ortaq bölən və ən böyük ortaq bölən == TƏRİF. a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} tam ədədlərinin hər birinin eyni zamanda bölündüyü d {\displaystyle d} ədədinə bu ədədlərin ortaq böləni deyilir. Məsələn, 60, 25, 45 ədədləri üçün 5 ədədi ortaq böləndir. TƏRİF.Verilən a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} ədədlərinin ortaq bölənləri içərisindən ən böyüyünə bu ədədlərin ən böyük ortaq böləni (ƏBOB) deyib, onu ( a 1 , a 2 , . .
Evklid həndəsəsi
Evklid həndəsəsi (və ya elementar həndəsə) — e.ə. III əsrdə Evklid tərəfindən elmə ilk dəfə daxil edilmiş, aksiom sisteminə əsaslanmış həndəsi nəzəriyyə. == Əsas məlumatlar == Elementar həndəsə - yerdəyişmələr toplumu (izometriya) və oxşarlıq toplumları ilə təyin olunan həndəsədir. Ancaq elementar həndəsənin məzmunu bu formadəyişmələr ilə məhdudlaşmır. Belə ki, elementar həndəsə həmçinin inversiya, sferik həndəsə məsələləri, həndəsi elementlərin quruluşu, həndəsi kəmiyyətləri ölçmə nəzəriyysi və digər suallar da aid edilir. Elementar həndəsəni çox vaxt "evklid həndəsəsi" adlandırırlar, çünki onun təməli nizamlı olmasa da "Evklid elementləri"ndə təsvir olunmuşdu. İlk dəfə olaraq olaraq elementar həndəsənin aksiomatikası 1899-cu ildə David Hilbert tərəfindən işlənmişdir. Elementar həndəsə orta təhsil məktəblərində tədris olunur. == Aksiomatika == Elemntar həndəsənin tamam aksiomlaşdırılması problemi həndəsnin Qədim yunandnda yaranmış problemlərindən biridir. O zamanlar bu problem Evklid həndəsəsinin təsdiqlənməsinin aksiomlar əsasında, heç bir cizgiyə ehtiyac olmadan məntiqi olaraq alınmasına edilən cəhdin tənqidi əsasında yaranmışdr.
Göy məscid
Göy məscid (Bakı)
Günel Mövlud
Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi. == Həyatı == Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir. == Tərcümələri == Viktor Pelevin.
Melvin Belli
Melvin Muron Belli (1907–1996) - məşhur amerikalı hüquqşünas, "Sazişlər kralı", tənqidçilər tərəfindən isə "Mübariz Melvin" kimi tanınır == Həyatı == Ali təhsilini Berkli, Kaliforniya Universitetində almışdır. Onun çoxlu kitablarından biri "Müasir sınaqlar" (5 cild) sübutların təqdim etmə sahəsində klassik dərslik kimi qəbul olunur. Qrafik sübutların və şahid-ekspertlərin məhkəmədə təqdim edilməsi ümumi hüquq təcrübəsinə daxil olub. Çox vaxt onu "özündən razı" adlandırırdılar, çünki özünü çox tərifləyirdi. Melvin deyirdi: "Ola bilsin ki, məndən yaxşı hüquqşünas var, amma o vaxta kimi onunla məhkəmədə çəkişməmişik". Melvinin çoxlu ulduz-müştəriləri olmuşdur, o cümlədən Za Za Qabor, Errol Flinn, Məhəmməd Əli, Sirhan Sirhan, Çak Berri, Rolinq Stounz, Cim Baker, Tami Fey Baker, Marta Mitçel, Lana Terner, Toni Kertis, Mey Vest. Öz vəkil karyerası dövründə məhkəmə çəkişmələrində 600,000,000 dollar qazanmışdır.
Melvin Kalvin
Melvin Ellis Kalvin (8 aprel 1911[…], Sent-Pol – 8 yanvar 1997[…], Berkli, Kaliforniya) — 1961-ci ildə Kalvin dövrünü kəşf etməklə Kimya üzrə Nobel mükafatına layiq görüldüyü Endryu Benson və Ceyms Basşamla birlikdə tanınan amerikalı biokimyaçı. Karyerasının böyük hissəsini Berkli Kaliforniya Universitetində keçirib. == Həyatı == Kalvin Minnesota ştatının Sent-Pol şəhərində Rusiya imperiyasından gələn yəhudi mühacirlər Elias Kalvin və Rouz Hervitsin ailəsində dünyaya göz açıb.O, uşaq ikən ailəsi Detroitə köçən Kalvin 1928-ci ildə burada orta məktəbi bitirir. Melvin Kalvin 1931-ci ildə Miçiqan Texnologiya Universitetində ali təhsilinin bakalvr pilləsini bitirdikdən sonra,1935-ci ildə kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini Minnesota Universitetində qazanır. Növbəti dörd ili Mançester Universitetində postdoktorluq işinə həsr edir. 1942-ci ildə Meri Geneviv Cemtiqard ilə evlənən Kalvinin bu nikahdan iki qızı və bir oğlu dünyaya gəlir. 1937-ci ildə Berkli Kaliforniya Universitetində çalışmağa başlayan Kalvin 1947-ci ildə kimya professoru vəzifəsinə yüksəlir. Karbon-14 izotopundan istifadə edən Kalvin, Endryu Benson və Ceyms Basşam karbonun atmosfer karbon dioksidi kimi udulmasından karbohidratlara və digər üzvi birləşmələrə çevrilməsinə qədər fotosintez zamanı bitki vasitəsilə keçdiyi tam marşrutun xəritəsini tərtib etdilər.. Bunu etməklə, Kalvin, Benson və Basşam günəş işığının əvvəllər güman edildiyi kimi karbon dioksiddən çox, üzvi birləşmələrin istehsalını dəstəkləmək üçün bitkidəki xlorofillə təsir etdiyini göstərdi. Kalvin 1961-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olur.
Merlin Menson
Merlin Menson (ing. Marilyn Manson) — musiqi qrupu. == Qrup haqqında == Qrup musiqiyə 1989-ci ildə Marilyn Manson and the Spooky Kids adıyla başladı. Qrupun ilk heyətində gitarist Daisy Berkowitz, bas gitarist Olivia Newton Bundy və keyboard'da Zsa Zsa Speck var idi. Qrup ilk qurulduğunda "drum-machine" istifadə edilirdi. Qrupa qısa müddət sonra Pogo adını istifadə edən keyboard'çı Madonna Wayne Gacy və bas gitarist Gidget Gein qatıldı. Bu heyət ilə demo albom yazdılar. 1991-ci ildə "drum-machine" in yerini Sara Lee Lucas aldı. Qrup diqqət çəkməyi bacarmışdı. Nine Inch Nails qrupunun beyni Trent Reznor'un diqqətini çəkən qrup onun firması Nothing Records ilə razılaşdılar.
Merlin Monro
Merilin Monro (ing. Marilyn Monroe, əsl adı ing. Norma Jeane Mortenson; 1 iyun 1926[…], Los-Anceles, Kaliforniya, ABŞ – 4 avqust 1962 və ya 5 avqust 1962) — amerikan kino aktrisası, müğənni və model. XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biridir. İllərcə kiçik rollarda özünü göstərdikdən sonra "Gentlemen Prefer Blondes", "How to Marry a Millionaire", "Some Like It Hot ve The Seven Year Itch" kimi filmlərdə göstərdiyi komediya bacarığı, cazibəsi və ekrandakı görünüşü 1950 və 1960-cı illərin əvvələrində ən populyar kino ulduzlarından biri olmasını təmin etdi. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artdı. "Bus Stop" ve "The Misfits" kimi kinolarda dramatik rollarda da özünü göstərdi və bənzəri görülməmiş populyar bir maraq nəsnəsi halına gəlib, qazandığı bu şöhrət ilə zamanının digər ulduzlarını geridə qoydu. Halbuki, xalqın gözündə yaratdığı xoşbəxt imicinin əksinə, şəxsi həyatında yaşadığı məyusluqları və güvənsizlikləri onsuzda var olan problemlərini daha da dərinləşdirdi. Xüsusilə 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərindən etibarən səhhətində olan müxtəlif problemlər və şəxsi problemləri karyerasına da mənfi təsir göstərmiş və Monronun işləməsinə mane olmuşdur. Yenə də ölümündən sonra şöhrəti get-gedə artaraq bütün zamanların ən önəmli mədəniyyət fiquru və ikonası olmuş və digər məşhurlar tərəfindən təqlid edilmişdir.