Kalvin Minnesota ştatının Sent-Pol şəhərində Rusiya imperiyasından gələn yəhudi mühacirlər[7] Elias Kalvin və Rouz Hervitsin ailəsində dünyaya göz açıb.[8]
O, uşaq ikən ailəsi Detroitə köçən Kalvin 1928-ci ildə burada orta məktəbi bitirir.[9] Melvin Kalvin 1931-ci ildə Miçiqan Texnologiya Universitetində ali təhsilinin bakalvr pilləsini bitirdikdən sonra,1935-ci ildə kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini Minnesota Universitetində qazanır. Növbəti dörd ili Mançester Universitetində postdoktorluq işinə həsr edir.
1942-ci ildə Meri Geneviv Cemtiqard ilə evlənən Kalvinin bu nikahdan iki qızı və bir oğlu dünyaya gəlir.
1937-ci ildə Berkli Kaliforniya Universitetində çalışmağa başlayan Kalvin 1947-ci ildə kimya professoru vəzifəsinə yüksəlir. Karbon-14 izotopundan istifadə edən Kalvin, Endryu Benson və Ceyms Basşam karbonun atmosfer karbon dioksidi kimi udulmasından karbohidratlara və digər üzvi birləşmələrə çevrilməsinə qədər fotosintez zamanı bitki vasitəsilə keçdiyi tam marşrutun xəritəsini tərtib etdilər.[10][11]. Bunu etməklə, Kalvin, Benson və Basşam günəş işığının əvvəllər güman edildiyi kimi karbon dioksiddən çox, üzvi birləşmələrin istehsalını dəstəkləmək üçün bitkidəki xlorofillə təsir etdiyini göstərdi. Kalvin 1961-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olur. Kalvin elmi fəaliyyyətinin 30 ilini geridə qoyduqdan sonra İşığın İzi: Elmi Odisseya adlı avtobioqrafiyasını yazır.[12] 1950-ci illərdə Ümumi Sistem Tədqiqatları Cəmiyyətinin ilk üzvlərindən biri idi. 1963-cü ildə ona əlavə olaraq molekulyar biologiya üzrə professor adı verilib. 1980-ci ildə təqaüdə çıxana o, Kimyəvi Biodinamika Laboratoriyasının təsisçisi və direktoru və eyni zamanda Berkli Radiasiya Laboratoriyasının direktor müavini olub. Aktiv tədqiqatlarının son illərində o, neft hasil edən zavodların bərpa olunan enerji mənbələri kimi istifadəsini öyrənmişdir. O, uzun illər həyatın kimyəvi təkamülünü sınaqdan keçirdikdən sonra, 1969-cu ildə bu mövzuya həsr olunmuş kitabını nəşr etdirir.[13]
Oksford Nəbatat bağının direktoru Timoti Volker, BBC üçün 2011-ci ildə televiziya tarixində Botanika ilə bağlı yayımladığı yazıda Kalvinin Endryu Bensonla rəftarını tənqid edərək, Kalvinin onu işdən çıxardıqdan sonra Bensonun işinə rəğbət qazandığını iddia edir.[14] Benson özü də Kalvin tərəfindən işdən çıxarıldığını vurğulayaraq, avtobioqrafiyasında yer almamasından şikayətlənir.[15]
Kalvin 1958-ci ildə Hollandiya Kral İncəsənət və Elmlər Akademiyasının əcnəbi üzvü seçildi.[16] 1959-cu ildə Leopoldina Almaniya Elmlər Akademiyasının üzvü seçilmişdir.[17]
1971-ci ildə Kalvin Vitter kollecinin fəxri Hüquq doktoru (LL.D.) dərəcəsinə layiq görüldü.[18]
Kalvin, Eysa Qrey, Mariya Göppert-Mayer və Severo Oçoa ilə birlikdə Amerika Alimlərinin ABŞ poçt markalarından ibarət kolleksiyasının 2011-ci il üçün olan buraxılışında təsvir edilmişdir.
↑CALVIN, M. "[The photosynthetic cycle.]". Bull. Soc. Chim. Biol. 38 (11) (December 7, 1956 tarixində nəşr olunub). 1956. 1233–44. PMID13383309.
↑BARKER, S A; BASSHAM, J A; CALVIN, M; QUARCK, U C. "Intermediates in the photosynthetic cycle". Biochim. Biophys. Acta. 21 (2) (Aug 1956 tarixində nəşr olunub). 1956. 376–7. doi:10.1016/0006-3002(56)90022-1. PMID13363921.
↑Calvin, Melvin. 'Following the Trail of Light: A Scientific Odyssey (Profiles, Pathways & Dreams) . Wiley VCH. 1992. ISBN0-8412-1828-5.
↑Calvin, Melvin. Chemical evolution: molecular evolution towards the origin of living systems on the earth and elsewhere. Oxford: Clarendon Press, 1969. ISBN0-19-855342-0.
↑Interview conducted by Bob B. Buchanan,Scripps Institution of Oceanography, University of California, San Diego. "Interview Transcript – A Conversation with Andrew Benson – "Reflections on the Discovery of the Calvin-Benson Cycle""(PDF). University of California, Berkeley. June 26–27, 2012. May 8, 2013 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: June 17, 2014. Page 25 – (24:51) BUCHANAN: So, would you use the word "fired?" (24:54) BENSON: Yeah. ... Page 30 – (30:04) BENSON: ... He published a book, an autobiography, Following the Trail of Light, which is a fantastic – a beautiful title for what it was about. It makes the whole volume about him getting a Nobel Prize, no mention of Benson at all in that book. And he didn't have to do that. He could have done it right. And finally, one of his last publications he mentioned – Dr. Benson and some graduate students were involved – but just briefly mentioned.