Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beja
Beja (port. Beja) — Portuqaliyada şəhər. == Tarixi == Bu gün Beja adını daşıyan və Portuqaliyanın aşağı Aləntejo bölgəsində, Lissabonun cənubi-şərqində olan Beja şəhərinin tarixi çox əskilərə getməkdədir. Romalılar dövrindəki adı Pax Juiia olub İslam fəthindən sonra bu ad müsəlmanlar tərəfindən Bacə şəklinə çevrilmişdir. Bacə fəth edildikdən sonra Əndülüsün əsgəri mərkəzlərindən biri halına gətirildi və Tarik bin Ziyad buraya Misirli əsgərləri yerləşdirdi. Əndülüs Əməvi hökmdarı I Əbdürrəhman zamanında Ala bin Mugis, Abbasi xəlifəsi Mənsurla iş birliyi yaradaraq Bacədə bir üsyan başlatdıysa da, Karmunədə (Carmona) Əbdürrəhmana yenilərək öldürüldü (146/7631 və Bacəyə də Fələstinli əsgərlər yerləşdirildi. Tarixi boyunca bir çox qarışıqlığa səhnə olan Bacə 844-cü ildə dənizdən gələn vikinqlərin hücumuna uğradı. Daha sonra məhəlli liderlər mərkəzi yönətimə qarşı çıxmağa başladılar və bölgənin önəmli ailələrindən Tayfurilər bir müddət burada hökmran oldular. Şəhər 1040-cı ildə İşbiliyədə (Sevilla) hökm sürən Abbadilərin əlinə keçdi. 1161-ci ildə Portuqaliyalılar tərəfindən zəbt edilən Bacəyə ardından Müvahhidlər hakim olduysa da (1171) qısa bir müddət sonra şəhər təkrar və son dəfə Portuqaliyalilərin əlinə keçdi.
MEQA
Mega
Red Televisiva Megavisión (MEGA) mərkəzi Santiaqoda yerləşən Çili özəl televiziya şəbəkəsidir. Hal-hazırda HDTV üçün rəqəmsal tezlik 27 kanalında (ISDB-Tb) yayımlanır. 2012-ci ildə Mega-nın mülkiyyəti Claro Group-dan Bethia Group-a keçirildi. 2016-cı ilin iyun ayında Discovery Networks, Mega'nın 27,5% -ni 40 milyon dollara yaxın satın aldı.
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Məna
Məna bu mənaları ifadə edə bilər:
Ermal Meta
Ermal Meta (20 aprel 1981, Fieri[d]) — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. O, daha öncə İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında Ameba4 və La Fame di Camilla qruplarının üzvü olaraq iştirak etmişdir. Meta bir neçə italyan müğənnisinə mahnı yazdıqdan sonra öz solo karyerasına başlamışdır. 2016 və 2017-ci illərdə ifaçının Umano və Vietato morire adlı iki studiya albomu işıq üzü görmüşdür. Sonuncu albom İtaliyada bir nömrə olmuşdur və albomun əsas mahnısı ilə Meta 2017 Sanremo musiqi festivalında üçüncü yerə layiq görülmüşdür. Meta Fabritsio Moro ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 5-ci yeri qazanmışdırlar. == Bioqrafiya == Ermal Meta 20 aprel 1981-ci ildə Albaniyanın Fieri şəhərində anadan olmuşdur. 13 yaşında ikən Meta ailəsi ilə birlikdə İtaliyanın Bari şəhərinə köçmüşdür. O, musiqi karyerasına Ameba4 qrupunun üzvü olaraq başlamışdır.
Jurinea meda
Jurinea meda (lat. Jurinea meda) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Köməkçi məna
Köməkçi məna bir sözün əsas mənası ilə əlaqədar zamanla ortaya çıxan fərqli mənaların hər birisidir. Sözün əsas (birinci) mənasından başqa, ancaq əsas məna ilə çox və ya az yaxınlığı olan yeni məna köməkçi məna adlanır. Yaxınlıq və oxşarlıq ümumiyyətlə bir sözün köməkçi mənasını qazanmasında mühüm rol oynayır. Köməkçi mənalar əsas məna ilə birlikdə həqiqi mənaları təşkil edir. Məsələn, "göz" dedikdə ağla gələn ilk şey sözün əsas mənası olan orqan adıdır. Lakin "iynənin gözü", "çantanın gözü", "masanın gözü" kimi ifadələr bənzətmə ilə əldə edilən yeni mənalardır. Bunlara köməkçi mənalar deyilir.
Mega Holding
Mena Məsud
Mena Məsud (ing. Mena Massoud, qibt. Ⲙⲏⲛⲁ Ⲙⲁⲥⲥⲟⲇ, ərəb. مينا مسعود‎) Kanada aktyorudur. O, Disneyin 2019-cu ildə Ələddinin canlı aksiyon versiyasında Ələddin rolunda oynadı. Televiziyada da çalışmışdır; onun rolu 2015-ci ildə Kanadaya aid serial Open Heartda Cared Malik, Amazon Baş seriyalı Cek Rianda isə Tarek Kassar rolu da daxildir. Məsud Misirin Qahirə şəhərində qipti pravoslav xristian ailəsində anadan olub. Onun iki böyük bacısı vardır. Gənc ikən Kanadaya köçmüşdür. O, Marxam Ontarioda böyüyüb, burada Müqəddəs Qardaş Andre Katolik Liseyinə qatılıb.
Meqa Holding
Meqa Holdinq
Meta-Viki
MetaWiki (Meta-Wikimedia) - İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya istifadəçiləri arasında Meta kimi tanınır. Sayt 2001-ci il noyabrında ing. Meta-Wikipedia kimi yaradılsa da, hazırda müxtəlif rollar oyanayır: Vikimediyanın bütün layihələrinin, xüsusilə də qaydaların müzakirə olunduğu sayt; Neytral nəzər-nöqtəsinə tabe olması vacib sayılmayan şəxsi esselərin yazıldığı forum; Əlavələrin təşkil olunduğu və hazırlandığı, dillərarası problemlərin müzakirə edildiyi yer. Təkmilləşdirmələrin koordinasiya olunduğu yer; MediaWikinin istifadəsi təlimatlarının öz əksini tapdığı sayt (bu təlimatların viki prinsiplər əsasında qurulan MediaWiki.org saytına köçürülməsinə hazırlıq işləri gedir). MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların) əsas ünsiyyət və müzakirə məkanlarından biridir. Digər ünsiyyət vasitələri arasında elektron poçt vasitəsilə məlumatların göndərilməsini, IRC kanallarını, konkret məqalə və istifadəçi müzakirəsi səhifələrini göstərmək olar. IRC kanalları kimi MetaViki-də Vikipediyanın dil bölmələrinin qaydalarından fərqlənən öz şəxsi qaydalarına sahib müstəqil və avtonom layihədir. Vikipediyanın serveri ilə bağlı, müxtəlif şikayətlərlə və Vikipediyadakı idarəçilər tərəfindən həll oluna bilməyən problemlərlə bağlı çox zaman Metaya müraciət edilir. İstifadəçilər sual və təklifləri ilə də bu sayta müraciət edə bilərlər.
Meta (departament)
Meta (isp. Meta) — Kolumbiya departamentlərindən biri. Ərazi coğrafi mərkəzə yaxın, And dağlarının isə şərqində yerləşir. İnzibati mərkəzi Vilyavisensio şəhəridir. Meta departamentinin ərazisi 4 region və 29 bələdiyyədən ibarətdir.
Meta (dəqiqləşdirmə)
Meta (departament) — Kolumbiya departamentlərindən biri. MetaViki — İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Meta İnkoqnita yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada.
Meta Platforms
Meta Platforms, Inc., (ticarət adı Meta; əvvəllər Facebook, Inc.), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına Facebook, Facebook Messenger, WhatsApp, Instagram, Facebook Watch, Facebook Portal, Oculus, Giphy, Mapillary və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və Amazon, Alphabet (Google), Apple və Microsoft ilə yanaşı Amerika Birləşmiş Ştatları-nın informasiya texnologiyaları sahəsində Big Tech şirkətlərindən biri hesab olunur. Şirkət öz gəlirinin əhəmiyyətli bir hissəsini marketoloqlara reklam yerlərinin satışından əldə edir. 2021-ci ilin oktyabrında media orqanları Facebook-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirdi; həmin ayın sonunda – oktyabrın 28-də Meta olaraq rebrendinq edildi. "Meta" Qədim yunan dilindən gəlir və futuristik motivi ifadə edən "kənar" mənasını verir. Facebook 1 yanvar 2012-ci ildə ilkin ictimai təklif (IPO) üçün müraciət etdi. İlkin prospektdə şirkətin 5 milyard dollar toplamaq istədiyi, aylıq 845 milyon aktiv istifadəçisi və gündəlik 2,7 milyard bəyənmə və şərh toplayan vebsaytı olduğu bildirilirdi. IPO-dan sonra Zukerberq Facebook-un 22% sahiblik payını saxlayaraq səsvermə hüququ olan səhmlərin 57%-nə sahib olacaqdı. Anderrayterlər səhmlərin hər birini 38 dollar dəyərində qiymətləndirərək, şirkəti 104 milyard dollar dəyərində qiymətləndiriblər ki, bu da yeni açıq şirkət üçün bu günə qədərki ən böyük qiymətləndirmədir.
Meya Banda
Meya Banda (5 iyul 1991-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Migel Mena
Migel Mena (7 iyul 1997) — Nikaraqualı üzgüçü. Migel Mena Nikaraquanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Mena birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.40 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Məna (dilçilik)
Məna sözün bildirdiyi fikirdir. Sözlər birdən çox məna verə bilər. Bu vəziyyətdə mənaların biri orijinal məna, digəri köməkçi məna, başqa biri metaforik mənadır. Sözlər zamanla zənginləşə və ya mənasını itirə bilər. Onların mənasını itirməsinə məna kiçilməsi, yeni mənalar qazanması hadisəsinə isə məna genişlənməsi deyilir. Semantika sözlərin mənalarını və onların zamanla dəyişilməsini müşahidə edir. Sözlər həqiqi və məcazi mənada olurlar. Bəzi sözlər tarixi dövr ərzində həqiqi mənasını itirərək slenqə çevrilir. Bəzi sözlər çox mənalıdır: Gül kimi və yaxud dil kimi. Bəzi sözlər geniş mənalarından əvvəl dar məna ifadə edirlər.
Məna (dəqiqləşdirmə)
Məna bu mənaları ifadə edə bilər:
Məna sürüşməsi
Məna sürüşməsi — sözün istifadəsinin təkamülü ilə əlaqəli dil dəyişikliyinin forması, sözün müasir mənasında onun əsl (tarixi) söz ilə fərqlənməsi. Diaxronik (və ya tarixi) dilçilikdə məna sürüşməsi sözün bir mənasından başqa mənasına keçməkdir. Kişi — Əvvəlcə söz sadəcə "insan" (qadınlar da daxil) demək idi. Hal-hazırda başqa türk dillərində "kişi", "keşe", "kisi" və s formalarında "insan" mənasını daşıyır. Tanrı — əvvəlcə "göy, asiman" demək idi. Hun türkləri bu sözü "göy, asiman" mənasında "teŋri" şəklində istifadə edirdilər, onlar isə bu sözü çincə "çeŋli" sözündən törədiblər. Qızıl — sözün əsl mənası "qırmızı"dır. Azərbaycan dilində "qızılbaş", "qızılgül" kimi sözlərdə də "qırmızı" mənasını daşıyır, lakin müasir Azərbaycan dilində məna sürüşməsi oldu.
Namiq Məna
Namiq Həsən oğlu Əliyev (1 noyabr 1971, Sumqayıt) təxəllüsü Namiq Məna — Azərbaycan meyxanaçısı, bədihəçi şairi. AYB Qubadlı Regional Bölmənin sədri, Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı. Yeni Azərbaycan Partiyasının üzvüdür. Namiq Həsən oğlu Əliyev 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır. 28 saylı orta məktəbi bitirib. Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakultəsini bitirib. 10 yaşından şeir yazmağa başlayıb. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə (meyxana) janrı ilə fəaliyyət göstərib. Qoyma ay qardaş vətən əldən gedir, Xəzan gəlibdir, Çəmən əldən gedir.
Neja Bidouane
Neja Bidouane (18 sentyabr 1969, Rabat) — Əlillər arasında yarışmış keçmiş Mərakeşli atlet. 1999 IAAF Dünya Atletizm Çempionatında gümüş medal qazanmış və Afrika rekorunu 52.90 saniyə ilə qırmışdır. Abdeləziz Sahere ilə evlidir.
Pomponi Mela
Pomponi Mela (təq. 15, Alhesiras[d], Əndəlüs – I əsr, Roma) — Roma coğrafiyaşünası, tarixçi (1 əsrin 1-ci yarısı). Latın dilində yazılmış 3 kitabdan ibarət "Yerin təsviri" əsərinin müəllifidir. Qədim yunan müəlliflərinin əsərlərindən istifadə yolu ilə yazılmış bu əsərdə o dövrdə romalılara məlum olan ölkələr, xalqlar və s., habelə Atropatena və Qafqaz Albaniyasının çayları, dağları, bəzi tayfaları, Xəzər dənizi, Pirallahı adası və s. haqqında da məlumat verilmişdir.
Meta-krezol
Meta-krezol Meta –metilanilinin nitrat turşusu ilə reaksiyaya daxil olur və metakrezol əmələ gətirir Duzlarından spirt və fenolların sıxışdırılıb ayrılması Fenolyatların hidrolizi Turşuların parçalanması reaksiyası Dərman maddələrində, əsasən ümumi dezinfeksiya üçün sabun məhlulları şəklində istifadə olunur . Aşağı qatılıqlarda bəzən inyeksiya üçün qoruyucu kimi istifadə olunur. Onlar papillomaların və bəzi digər dəri neoplazmalarının çıxarılmasında yerli nekrotik və mumiyalaşdırıcı vasitə kimi istifadə olunan Ferezol (tricresol) və Verrukacid (metacresol) preparatlarının bir hissəsidir. 1. Tibbi ensiklopediya 2. Kузнецов Е. В., Прохорова И. П. Альбом технологических схем производства полимеров и пластических масс на их основе. Изд. 2-е. М., Химия, 1975. 74 с. 3. Кноп А., Шейб В. Фенольные смолы и материалы на их основе. М., Химия, 1983.279 с.