MƏCHULİYYƏT
MƏCİDİYYƏ
OBASTAN VİKİ
"Məcidiyyə" ordeni
Məcidiyə ordeni — Sultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan. Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına rəğmən xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi.
Aqil Məcidov
Aqil Aydın oğlu Məcidov (3 aprel 1998, Tovuz rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2005-2016-cı illərdə A. Puşkin adına tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aqil Məcidov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Aqil Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məcidov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuzda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məcidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Böyük Məcidiyə məscidi
Böyük Məcidiyə məscidi — İstanbulda XIX əsrə aid məscid. Əsas adı Ortaköy məscidi olan bu bina İstanbul boğazının Rumeli sahilində, Ortaköy limanında yerləşir. Məscidə “böyük” deyilməsinin səbəbi isə eyni padşah tərəfindən inşa etdirilən və Çırağan məscidi olaraq da bilinən Kiçik Məcidiyə məscidindən fərqlənməsidir. == Haqqında == == Qalereya == == İstinadlar == Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 119-122; a.e.: İstanbul Câmileri ve Diğer Dînî-Sivil Mi‘mârî Yapılar (haz. Ahmed Nezih Galitekin), İstanbul 2001, s. 524-526; Mehmed Râif, Mir’ât-ı İstanbul, İstanbul 1314, I, 289-290; Konyalı, İstanbul Âbideleri, s. 80-81; Semavi Eyice, “İstanbul’un Minareleri”, Türk San‘atı Tarihi Araştırma ve İncelemeleri, İstanbul 1963, I, 40; a.mlf., Ortaköy:Tarih, Sosyal ve Mimari Doku, İstanbul 1991, s. 11-14; Halûk Şehsuvaroğlu, Asırlar Boyunca İstanbul, İstanbul, ts., s. 228; Pars Tuğlacı, Osmanlı Mimarlığında Batılılaşma Dönemi ve Balyan Ailesi, İstanbul 1981, s. 198-202; Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 1986, s.
Bənd-i Məcidxan (Bükan)
Bənd-i Məcidxan (fars. بندمجيدخان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (5 ailə).
Cevariye Məcitova
Cevariye Məcitova (7 oktyabr 1913, Çaltemir[d], Tavriya quberniyası[d] – 4 sentyabr 1992, Daşkənd) — Krımtatar şairəsi və müəllimi. == Bioqrafiyası == 7 oktyabr 1913-cü ildə Çaltemir kəndində anadan olmuşdur. Atası Abdulməcit qəssab, ana Rəsimxan isə evdar qadın olmuşdur. Ümumilikdə onlar ailədə beş uşaq idi. Cevariye Məcitova doğma kəndində məktəbi bitirdikdən sonra Yalta Pedaqoji Kollecinə daxil olur. Kerç Metallurgiya Zavodunda ibtidai sinif müəllimi işləyir. Müəllimlik təcrübəsi zamanı şeirləri "Yaş qüvvət" (gənc qüvvət) qəzetində dərc olunur. 1935-ci ildə M. V. Frunze adına Krım Dövlət Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Daha sonra yazıçı olmuş Amet Mefayev, Yunus Temirkay, Rza Xalid ilə birlikdə oxuyur. Məcitova oxuduğu müddətdə folklorla maraqlanır.
Ehram Məcidov
Ehram Məcidov - Beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti. == Həyatı == Ehram Xudu oğlu Məcidov 1979-cu ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinə qəbul olmuşdur. == İdman karyerası == Ehram Məcidov 8 yaşından idmanla məşğul olmağa başlayıb. 1986-cı ildə Biləsuvar rayonunda fəaliyyət göstərən boks dərnəyinə qatılıb. 1990-cı ildən 1994-cü ilədək isə KARATE DO idman növü ilə məşğul olub. 1995- ci ildə fəaliyyət göstərən “Dinamo idman cəmiyyətində” müəllimləri - mərhum Rauf Cabbarov və Balasən Eynullayevdən boks idman növü üzrə dərs alıb. 2000-ci ildə idman karyerasını müəllimi Çingiz Eyvazovun yanında kikboksinq sahəsində davam etdirib. 2004-cü ildən idmançı kimi fəaliyyət göstərdiyi “Neftçi sağlamlıq mərkəzində” baş məşqçi olaraq çalışmış. 2010-2015-ci illərdə kikboksinq üzrə böyüklərdən ibarət millinin, 2015-2016-cı illərdə isə gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi olub.
Eldar Məcidov
Eldar Məcidov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məcidov Eldar Tofiq oğlu 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır. == Döyüşlərdə iştirakı == Eldar Məcidov 9 may 1992-ci ildə "N" saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olmuşdur.
Elnur Məcidli
Elnur Məcidli (24 may 1984, Bakı) — Fransada yaşayan azərbaycanlı jurnalist, ictimai fəal və siyasətçi. == Həyatı == Elnur Məcidli 1984-cü il mayın 24-də Bakı şəhərində, ziyalı ailəsində (anası müəllimə, atası jurnalist) anadan olmuşdur. Orta təhsilə Bakıda, Binəqədi rayonunda yerləşən 244 saylı məktəbdə başlamış, daha sonra Nəsimi rayonunda yerləşən 14 saylı məktəbdə və Sumqayıt Özəl Türk Litseyində davam etdirmiş və orta təhsilini bu litseydə başa vurmuşdur. Strasburq Universitetinin Hüquq Fakültəsində bakalavr və magistr təhsilini almışdır. === Ailəsi === Ailəlidir, iki övladı var. Şair Çərkəz Məcidin qardaşı oğludur. == Fəaliyyəti == Orta məktəb dövründə ilk dəfə müxtəlif uşaq jurnallarında şeir və yazıları işıq üzü görüb. Peşəkar jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri kimi başlayıb. Lider televiziyasının, Assa-İrada və Trend informasiya agentliklərinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləyib. "Azərbaycan", "Ayna", "Xalq", "AzerNews" və s.
Füzuli Məcidli
Füzuli Zülfü oğlu Məcidli – Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist. 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür. 2016-2021-ci illərdə qərargahı Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı (TWESCO) prezidentinin müşaviri olub. 2021-ci ilin oktyabr ayında Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti təyin edilib. 2012-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya ölkələri üzrə bürosuna rəhbərlik edib. 2019-2021-ci illərdə Azərbaycan Televiziyasının Mərkəzi Asiya bürosunun rəhbəri vəzifəsini icra edib. == Həyatı == Füzuli Məcidli 1982-ci il sentyabrın 15-də anadan olub. 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2001-2002-ci illərdə Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsləri (ABA CEELİ) layihəsi çərçivəsində insan hüquqları üzrə bir illik kursu uğurla başa vurmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Universitetinin magistraturasında Beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir.
Hacı Məcid hamamı
Hacı Məcid hamamı — Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir. Qəsəbə sakinləri arasında köhnə hamam olaraq tanınır. == Tikili == Yerin altında yerləşən hamam bayır hissədən 1,50 sm hündürlüyə malikdir. Təxmini olaraq iki metrə yaxın hissəsi isə yerin altında yerləşir. Hamamın kanalizasiya boruları saxsıdan olmuşdur. Suyu isə müalicəvi əhəmiyyətə malik olan sirin və kükürdlü Nəbi bulağından təmin edilirdi. Əsas giriş şərq, Qazanxanaya isə giriş cənub-qərb hissədəndir. Əsas hissənin divarları yarıya qədər kafel, tavan hissə isə balıqqulağı ilə işlənmişdir. Qapılarının üzəri, hücrələrə keçidlər və daxili hücrə tağ şəkillidir.
Hacı Məcid Əfəndi
Hacı Məcid əfəndi Mustafa əfəndi oğlu (1829–1908) — din xadimi, İslam Şəriəti alimi, müdərris. Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndindəndir. Cənubi Qafqaz mədrəsələrində oxumuş və dövrünün görkəmli üləmalarından dərs almışdır. Göyçay qəzası Diyallı prixod mollası (1874–1889), Bakı quberniyası Sünni məclisinin sədri (1889–1908) işləmişdir. Hacı Məcid Əfəndi Azərbaycanda, xüsusilə Şamaxıda XIX əsrdə elmin, mədəniyyətin, təhsilin yaradıcılarından biri olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olub. Mirzə Ələkbər Sabir Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi. Cəlil Məmmədquluzadə isə əksinə "İrşad" qəzetində Ə.Ağayevin Hacı Məcid Əfəndini "ustadı-kamil", "məlazül-möminin", "məlcəül-müslimin" kimi dəbdəbəli ifadələrlə səciyyələndirməsi haqqında istehza ilə yazırdı: "Bu işlərin hamısını adam mülahizə eləyəndə adamın yadına, məsələn, Zəngəzur acları düşür. Sonra adam öz-özünə deyir ki, dəxi niyə ürəyimi sıxıram?
Hacı Məcid Əfəndi Əfəndizadə
Əfəndizadə Hacı Məcid Əfəndi ( Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu; 1829, Şamaxı - 1908, Şamaxı) - Şamaxı Məktəbbr Komissiyasmın sədri, Bakı Qəza Müsəlman Məclisinin sədrİ, Quberniya qazısı, görkəmli maarifçi və dində reformator. == Həyatı == Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndİndəndir. Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Ilk təhsilini atasının mjllaxanasıda almsş, sonra da 3 il Şamaxıda dünyəvi təhsil almışdır. Atasınm təkidi ib 1846-cı ildə İstanbula gəlir. Aii Ruani məktəbinə daxil olur. Orada İlahİyyatla yanaşı tarix, coğrafıya və nücum tlmləri üzrə də təhsil alır. 4 üdən sonra oranı müvəffəqiyyətlə biürib "Əfəndi" titulu alır. Dini və dünyəvi təlısilin ərəb sistemini də öyrənmək istəyir. Bu məqsədlə Vətənə dönmədən Bağdada üz tutur.
Həsən Məcidov
Həsənağa (Həsən) Əli oğlu Məcidov (12 dekabr 1914, Bakı – 11 yanvar 1978, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1959-1960), Azərbaycan SSR əməkdar inşaatçısı (1960). == Həyatı == Həsən Məcidov 1914-cü ildə Bakıda sənətkar ailəsində anadan olmuşdur. O, orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirmişdir. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləmişdir.Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılmış və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılmışdır. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərmiş, bir sıra ictimai-mənzil binalarının layihələrini işləyib hazırlamışdır. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində işləmişdir. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olmuşdur.Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olmuş, XXX və XXXI Bakı şəhər partiya konfranslarında Azərbaycan KP Bakı Komitəsi üzvlüyünə namizəd göstərilmişdir.Həsən Məcidovun layihəsi əsasında 1960-cı ildə V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə hazırkı Muzey Mərkəzi tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, "Bakı" mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası (1964), Dzerjinski adına mədəniyyət sarayı (1948) və s.
Həsən Məcidzadə
Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas ; Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həsən Məcidzadə 1947-ci ildə Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açıb. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına, çinovnik və ərbabların özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş əhali mövcud rejimə qarşı etiraz səsini qaldırır, milli haqq və hüquqları uğrunda mübarizəyə qalxır. Bütün bu hadisələrin şahidi olan balaca Həsən də məhrumiyyətlərə, sıxıntı və ehtiyaclara məruz qalırdı. Atası hərəkatın fəallarından biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin düşmüşdü. Ailənin başçısı qanlı hadisələr zamanı həlak olduqdan sonra babası Baratəli kişi külfəti Tehrana köçürmək məcburiyyəti qarşısında qalır. Çünki Təbriz qan gölündə üzürdü. Həsən də erkən yaşlarından işləməyə, başsız qalmış ailəyə çörək pulu qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında şagirdlik edir və qısa müddətdə çilingərlik sənətini öyrənir.
Həsən Məcidzadə Savalan

Həsənağa Məcidov
Həsənağa (Həsən) Əli oğlu Məcidov (12 dekabr 1914, Bakı – 11 yanvar 1978, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1959-1960), Azərbaycan SSR əməkdar inşaatçısı (1960). == Həyatı == Həsən Məcidov 1914-cü ildə Bakıda sənətkar ailəsində anadan olmuşdur. O, orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirmişdir. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləmişdir.Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılmış və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılmışdır. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərmiş, bir sıra ictimai-mənzil binalarının layihələrini işləyib hazırlamışdır. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində işləmişdir. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olmuşdur.Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olmuş, XXX və XXXI Bakı şəhər partiya konfranslarında Azərbaycan KP Bakı Komitəsi üzvlüyünə namizəd göstərilmişdir.Həsən Məcidovun layihəsi əsasında 1960-cı ildə V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə hazırkı Muzey Mərkəzi tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, "Bakı" mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası (1964), Dzerjinski adına mədəniyyət sarayı (1948) və s.
Kamandar Məcidov
Kamandar Məcidov (belar. Камандар Бафаліевіч (Бафалы аглы) Маджыдаў; 17 oktyabr 1961, Hamamlı, Dmanisi rayonu) — azərbaycanlı və belarusun güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu. == Həyatı == 1963-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur. 1983-cü ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən Belarusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalib olmuş, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir. 1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür. Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir.
Kiçik Məcidiyə məscidi
Kiçik Məcidiyə məscidi — İstanbulda XIX əsrə aid məscid. Əsas adı Çırağan məscidi olan bu bina İstanbul boğazının Rumeli sahilində, Ortaköy yaxınlığında, Çırağan sarayının qarşısında və Ulduz sarayını əhatə edən meşənin boğaz girişində yerləşir. Məscidə “kiçik” deyilməsinin səbəbi isə eyni padşah tərəfindən inşa etdirilən və Ortaköy məscidi olaraq da bilinən Böyük Məcidiyə məscidindən fərqlənməsidir. == Haqqında == === Tarixi === Giriş qapısının üstündə yerləşən və dövrün şairlərindən Əhməd Sadiq Zivər bəy tərəfindən yazılan 4 sətirlik mənzum kitabəyə görə, məscid 1848-ci ildə Osmanlı padşahı Sultan Əbdülməcid tərəfindən inşa etdirilmişdir. Erməni yazar Parsek Tuğlacıyana görə, məscidin memarı Dolmabağça sarayının memarlarından Nikoqos Balyandır. Ancaq Nikoqosun qardaşı Sarkis Balyan, 1857-ci ildə nəşr olunan bir məqalədə Çırağan məscidinin Karpet Balyan tərəfindən inşa olunduğunu qeyd edir. Bu məsələylə bağlı dəqiqi məlumat olmasa da, məscidin dövrün erməni əsilli məşhur memar ailəsi Balyan ailəsi tərəfindən inşa olunduğu dəqiqdir. Dövrün tarixi qeydlərində, məscidin təməlinə müsəlmanların müqəddəs hesab etdiyi Kəbədən torpaq gətirilib qarışdırıldığı qeyd olunur. Məscid, qarşısındakı sahildə yerləşən və yenə Sultan Əbdülməcid tərəfindən sökülüb yenidən inşa etdirilən Çırağan sarayının bir bölümü olaraq inşa etdirilmişdir. Ancaq həm yerləşim yerini, həm də strukturunu nəzərə alsaq, məscidin Çırağan və yaxınlıqdakı Ulduz sarayının xidmətçiləri tərəfindən istifadə edildiyini qeyd edə bilərik.
Məcid Ağayev
Məcid Oruc oğlu Ağayev (1835, Tikəband, Lerik rayonu – 1978, Tikəband, Lerik rayonu) — çoban, Azərbaycan uzunömürlüsü. == Həyatı == Sovet məlumatlarına görə, Məcid Ağayev 1835-ci ildə Talış xanlığının Tikəband kəndində (indiki Azərbaycanın Lerik rayonu) anadan olub.. 1840-cı illərdə kəndə quldurlar hücum edir və M. Ağayev Tehran şəhərində kölə kimi aparılır. Sonradan doğma kəndinə qayıtmışdır.O, əmək fəaliyyətinə 1847-ci ildə başlayıb. Oktyabr inqilabından sonra Məcid kolxozda çoban kimi işə düzəlir. 1972-ci ildən Ümumittifaq pensiyasına çıxmışdır. Lerik rayon Sovetinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuşdur. 1973–1978-ci illərdə SSRİ-nin ən yaşlı insanı olmuşdur. O, 1978-ci ildə 143 yaşında vəfat edib. "Kino səyahətləri almanaxı" telejurnalının 127-ci nömrəsinin süjetlərindən biri də Məcid Ağayevə həsr olunub.
Məcid Behbudov
Behbudov Məcid Behbudalı oğlu (18 aprel 1873, Şuşa – 6 sentyabr 1945, Qazax) — Azərbaycan xanəndəsi. == Həyatı == Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada anadan olub. Cəlil bəy Bağdadbəyovun verdiyi məlumata görə xanəndəliyə 1904-cü ildən başlamışdır. O, əvvəllər tarzən Tatevos və kamançaçı Makiç ilə Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxumuşdur. Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik etmişdir. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir. O, Mirzə Hüseyn segahı, Şüştər və Çahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmiş, Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir.Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərmişdir. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynamışdır. Məcid Behbudov Üzeyir Hacıbəyovun opera və operettalarında, Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" operasında da çıxış etmişdir.Xanəndə 6 sentyabr 1945-ci ildə Qazaxda vəfat etmişdir.
Məcid Hüseynov
Hüseynov Məcid Əli oğlu (d. 1912 - ö. 1974) — Azərbaycan iqtisadçısı, professor. 1934-1939-cu illərdə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun meşəçilik fakültəsində təhsil almışdır. 1949-cu ildə Leninqrad Meşə Təsərrüfatı Elmlər Akademiyasında qiyabi aspiranturaya daxil olmuş, dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Respublika İqtisadiyyatının inkişaf etdirilməsinə həsr edilmiş bir neçə monoqrafiyanın, kitabın, broşüranın, 30-dan çox elmi məqalənin müəllifidir. 1956-1960-cı illərdə AzXTİ-də kafedra müdiri, müdir müavini vəzifələrində işləmişdir. 1960-1963-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü nazirinin müavini vəzifəsində çalışmışdır. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, şöbə müdiri işləmişdir.
Məcid Hüseynov (iqtisadçı)

Məcid Hüseynov (professor)

Məcid Hüseynzadə
Hüseynzadə Məcid Əzizoviç (1916–2006) — texnika elmləri doktoru, professor. == Həyatı == Hüseynzadə Məcid Əzizoviç 1916-cı ildə Cənubi Azərbaycanın (İran) Ərdəbil şəhərində anadan olmuşdur. 1941-ci ildə mexanika ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1941–1942-ci illərdə kənd məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1945–1946-cı illərdə ADU-nin nəzəri mexanika kabinetində laborant işləmişdir. 1950–1952-ci illərdə M.V.Lomonosov adına MDU-də aspirant olmuşdur. 1952–1989-cu illərdə akad. İ.M.Qubkin adına Moskva Neft kimya və qaz sənayesi institutunda Nəzəri mexanika kafedrasının dosenti, Ali riyaziyyat kafedrasının rəhbəri işləmişdir. 1950-cı ildə "Keçirici cismin axıb dövrələməsi" mövzusunda namizədlik, 1962-ci ildə isə "Layın qeyri-bircinsliyinin, onun tavanının və dabanının keçiriciliyinin mayenin layda hərəkətinə təsiri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Məcid Kərimov
Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi. Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001-2004). Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004-2005). Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005-2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi. == Həyatı == Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1980-1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.
вы́кашлянуть крапп непросвещённость потра́титься птицеподо́бный расщёлкнуть сверхчу́вственный тра́гик гравиметр задра́ть обосса́ться сопрома́т те́стер рассеянный стем fixing-bath gun-lock heartsome nigrosine patriot phagedaena phonautograph ректорат треснуть щёлкать