RƏBİLƏ
RƏCAİ
OBASTAN VİKİ
Məhəmmədəli Rəcai
Məhəmmədəli Rəcai (15 iyun 1933, Qəzvin – 30 avqust 1981, Tehran) — İran İslam Respublikasının 2-ci prezidenti. == Həyatı == Məhəmmədəli Rəcai 1933-cü ildə Qəzvin şəhərində dünyaya gəlmişdi. İlk təhsilini də bu şəhərdə alan Rəcai, 1948-ci ildə Tehrana gedərək Hava qüvvətlərinə qatıldı və beş il müddətlə hərbi xidmət illəri dövründə axşam təhsili (ikinci təhsil) alaraq orta təhsilini tamamladı. 1959-cu ildə Ruft Ali Müəllimlər Məktəbində riyaziyyat bölümündən məzun olan Rəcai, Xansar, Qəzvin və Tehran kimi şəhərlərdə müəllim kimi çalışdı. 1961-ci ildə "Nehzet-i Azadi" (Azadlıq hərəkatı)ya üzv olduqdan iki il sonra tutulan Rəcai iki ay müddətlə həbs yatdı. Həbsdən çıxdıqdan sonra Məhəmməd Cavad Bahonər ilə birlikdə İttifaq nümayəndəsini yenidən canlandırmağa çalışdı və silahlı mübarizəni aktiv şəkildə idarə edə biləcək kadrlar çıxarmaq üçün FKÖ düşərgələrinə mütəxəssis göndərdi. 1971-ci ildə ölkə xaricinə çıxaraq, öncə Fransaya getdi ardından bir müddet Türkiyə və Suriya kimi bölgə ölkələrində oldu. Siyasi fəaliyətlərdə olduğu kimi mədəni işlərdə də aktiv olaraq yer alan Rəcai 1975-ci ildə tutularaq ünlü Qəsr-Qacar və Evin həbsxanalarında dörd il boyunca həbs yatdı. 1979-cu il inqilabının ən hərəkətli dönəmində, digər məhkumlarla bərabər sərbəst buraxılmasının ardından siyasi və mədəni fəaliyətlərinə yenidən başladı. Bəzi dostlarıyla birlikdə Müəllimlər İslam Birliyi [Əncümən-i İslami Müallimin] təşkilatını qurdu.
Rəcaizadə Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osm. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
марафо́нка маскиро́ванная обездви́жить поддо́нник ще́бень безоснова́тельность задо́рный изда́тель одноцили́ндровый пасова́ть соуча́ствовать суста́в шелуди́вость слота guava hobo multiloquence obsolete packing-sheet pennyweight Saint Gothard steepness военщина килокалория отдирать