Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Murat Menteş
Murat Menteş (d. 1974, İstanbul), Türk şair və yazıçıdır. 2009-cu ildə nəşr olunan Korkma Ben Varım adlı romanı, Türkiyə Yazıçılar Birliyi (Türkiye Yazarlar Birliği) tərəfindən roman nominasiyasında mükafata layiq görülmüşdür. Menteş romanı Türkcə ədəbiyyatında çoxca qarşılaşılmayan qeyri-adi hadisələrlə doludur. Və bu qeyri-adi hadisələr, son dərəcə enerjili bir üslubla izah edilir. "Romanı, saatda 300 km. gedə bilən bir idman avtomobili kimi hazırlayıram. İstəyən oxucu yavaş gedə bilər, lakin sürətli oxunmaq üçün əlverişli bir izahatı mənimsəyirəm." — deyən yazıçı üçün sürət, romanın təməl daşlarından biridir. Buna görə də kitablarında uzun təsvirlərə yol verməz. Bu vəziyyəti, "Əvvəllər romançılar bir dağı ya da bir otağı detallı bir şəkildə təsvir edərkən bu gün vizual erada yaşadığımız və hər kəs hər şeyi gördüyü üçün təsvir, romanı kobudlaşdıran bir şeyə çevrilir." — şəklində açıqlayır.
Menes
Menes (Ərəbcə: مينا; Qədim Yunan dili: Μήνης; Misir dili: Meni; təq. e. ə. 3200-cü illər – təq. e.ə. 3125) — bəzi tarixçilərə görə Misirin Erkən padşahlıq dövrünün ilk hökmdarı olduğu qeyd olunan firon. Antik Misirdə haqqında bir çox mübahisə olan bir firon olaraq önə çıxır. Xüsusən Narmer Tabletlərinin tapılmasından öncə Aşağı və Yuxarı Misirin birləşdiricisi və əsl mənada ilk Misir fironu olduğu düşünülən Menesin haqqında adı keçən tabletlərdə heç bir şəkildə məlumat olmaması, önəmli bir mübahisə yaratmış və günümüzdə bir çox tarixçi bu arxeoloji tapıntılar nəticəsində, Narmerin ilk firon və Misirin birləşdiricisi olduğu mövzusunda görüş birliyi içərisindədir. Tarixi qeydlərin çox dəqiq olmaması və fərqli firon siyahılarında görülən fərqliliklər səbəbilə, günümüzdə Menesin, Narmer və ya Hor-Ahaya aid bir ad olduğu və Antik Misirdəki məşhur Memfis şəhərinin qurucusu olduğu düşünülür. Bəzi fironlar siyahısında Min və ya Meni deyə adlandırılmış olan Menesin Manethonun kitabından 62 il hökm sürdüyü və bir begemot tərəfindən öldürüldüyündən bəhs olunur.
Eva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. == Həyatı == 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Menteşə bəyliyi
Menteşə bəyliyi, Menteşəoğulları bəyliyi (osman. منتشه اوغللرى, türk. Menteşeoğulları, Menteşe) — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə Cənub-Qərbi Anadoluda qurulmuş bir Türk bəyliyidir. Sərhədləri təxminən indiki Muğla vilayəti ilə üst-üstə düşən bu bəyliyin hakimiyyəti XIII əsrin ortalarından XV əsrin əvvəllərinə qədər davam etmişdir. Digər Anadolu bəylikləri kimi Osmanlı imperatorluğunun hakimiyyəti altına keçir. Muğla vilayəti Osmanlı imperatorluğunun son dövrlərinə qədər Menteşe vilayəti olaraq bilinirdi. Səlcuq Sultanı I Əlaəddin Keyqubad dövründə bölgədə türkmən tayfaları intensiv məskunlaşmağa başladılar. Əhali sayı artdıqca, türklər sərhəd bölgələrində bizanslıları sıxışdırdılar. Nikeya imperiyası mövcud olduğu müddətdə onun şərq sərhədi bu istehkamlar tərəfindən idarə olunurdu və hər qalada bir qubernator-arxon var idi. 1261-ci ildə Konstantinopolun qaytarılması və paytaxtın Nikeyadan buraya köçürülməsi ilə Bizansın Asiya sərhədlərində dağınıqlıq başlandı.
Romulo Mendes
Romulo Mendes Molina (isp. Rómulo Méndez Molina; 21 dekabr 1938, Koban[d] – 6 yanvar 2022, Kentukki) — qvatemalalı keçmiş futbol hakimi. 2 mundialda (1982, 1986) 2 matça baş hakimlik etmişdir.
Yeva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Yənteş (Xaybulla)
Yənteş kəndi (başq. Атингән) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ətinqən kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yənkeş kəndinin milli tərkibi: başqırdlar 100 %. Qaynetdin Xayretdinoviç Mutalov (18 dekabr 1929 — 1 iyun 2011) — dirijor, Rusiya Federasiyasının əməkdar artisti, BMSSR xalq artisti (1969). Məsafələr: rayon mərkəzindən (Akyar): 36 km., kənd sovetliyindən (Ətinqən): 12 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 96 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Çiko Mendes
Fransisku Alves Mendes Filyu, Çiko (Şiku) Mendes kimi daha yaxşı tanınır (port. Francisco Alves Mendes Filho, Chico Mendes, 15 dekabr 1944[…] – 22 dekabr 1988[…]) — İşçi Partiyasının qurucularından biri olan Amazon cəngəlliyini müdafiə edən Braziliya həmkarlar ittifaqçısı və ətraf mühit fəalı. Braziliyanın milli qəhrəmanı. Şapuridə (Akri ştatı) rezin yığan ailədə anadan olub. Həmkarı Vilson Pineyru ilə birlikdə Braziliya ətraf mühit hərəkatına öncülük etmiş, Braziliya cəngəlliyinin (yəni yağış meşələri, cəngəllik) meşələrin kəsilməsini dayandırmaq üçün yerli icmaları səfərbər etmiş və kəndlilərin hüquqlarının məhdudlaşdırılmasına çağıran ilk şəxs olmuşdur. Mendes, kauçuk ağacları qoruyaraq meşələri kəsən torpaq sahiblərinin zülmündən xilas edərək onları mal-qara üçün otlaqlara çevirdi. Çiko Mendes 22 dekabr 1988-ci ildə, Şapuri kəndindəki (Braziliya, Akri ştatı) evinin qapısında öldürüldü. Amazon və Braziliya cəngəlliyində yaşayan insanları qorumaq üçün mübarizə apardı və həyatını bu mübarizəyə verdi. Bu gün Mendes, Amazonun yeni bir müasir simasının yaradılmasında, eyni zamanda davamlı meşə idarəçiliyi, sosial siyasət və qoruma prinsiplərini özündə birləşdirən bir konsepsiyanın, yerli əhalinin hüquqları inkişafına böyük töhfə verən bir insan olaraq qəbul edilir. Braziliyadakı Mendesin fikirlərinin irsi yerli icmaların meşələrdə meşələrin kəsilmədən işlərini görmələrinə kömək edən təşkilatlar şəbəkəsidir.
Şon Mendes
Şon Mendes(8 avqust 1998) Kanadalı müğənni və mahnı yazıçısı. Atası portuqal, anası ingilisdir. Vine profilində yüklədiyi koverləri ilə meneceri Andryu Gentler tərəfindən kəşf edilmişdir. Daha sonra meneceri İsland Records müqavilə imzalayaraq peşəkar müğənniliyə başlamışdır. Ostin Mahonun tur konsertlərində qonaq sənətçi kimi səhnəyə çıxmışdır. The Vamps qrupu ilə Oh Cecilia sinqlında duet etmişdir. İlk mahnısı Life of Party olmuşdur. Daha sonra Show You, The Weight, One of Those Nights və Something Big mahnıları olmuşdur.
Nuno Mendes
Nuno Mendes (19 iyun 2002, Sintra[d], Lissabon dairəsi[d]) — Fransa Liqa 1-də çıxış edən Paris Sen-Jermenin portuqaliyalı müdafiəçisi.
Menkes xəstəliyi
Menkes xəstəliyi və ya Qıvrım saç sindromu – mis metabolizminin pozulması ilə bağlı nevroloji əlamətlər, anomal reflekslər, fiziki inkişafdan qalma, ənsə qabarları və nadir halda tez sınan muncuğabənzər (pili torti) saçlar olur. Əksər hallarda revmatoloji şikayətlərə rast gəlinir.
Menteşe dağları
Menteşe dağları— Egey regionu və Böyük Menderes çayının cənubunda yerləşən dağ qrupudur. Sahil Egey dağlarından fərqli olaraq, onlar şərq-qərb istiqamətində deyil, Cənub-şərq-Şimal-qərb istiqamətində uzanır. Tektonik qırılmalarla əmələ gələn dağlar horstlardır. Madran dağı, Oyuklu dağı Şərqi Menteşe dağlarını, Beşbarmaq dağı, Kurukümes dağları (Karakümes dağları), Marçal dağları Qərbi Menteşe dağlarını təşkil edir. Şərqi Menteşe dağları ilə Qərbi Menteşe dağları arasında Çine çayının vadisi yerləşir. Şərqi Menteşe dağları ilə Karıncalı dağı arasında Akçay çayının vadisi və Bozdoğan ilçəsi var. Bu çökəklikdə Akçay çayı üzərində tikilmiş Kəmər Su Bəndi yerləşir. Oyuklu dağı (1892 m) karst eroziyası ilə dəlik-deşik olduğuna görə belə adlanır. Su olmayan dağlarda çox yaşayış məntəqəsi yoxdur. Muğla şəhəri dağın cənub-qərbindəki düzənlikdə qurulmuşdur.
Luis Xerardo Mendes
Luis Xerardo Mendes (isp. Luis Gerardo Méndez; doğ. 12 mart 1982) - Meksikalı teatr, kino aktyoru və prodüser. Luis "Qaraçılar" teleserialında və "Biz zadəganlarıq" (isp. Nosotros los nobles) filmində Xavyer rolu ilə məşhurlaşmışdı. == Bioqrafiya == Aquaskalientes adlı kiçik provinsial şəhərində anadan olmuş Luis, hələ yeniyetmə yaşlarında televizayada işləmək qərarına gəlir və buna görə də o 20 yaşı tamam olan kimi Mexiko şəhərinə köçür və 2003-cü ildən 2005-ci ilə qədər burada yerləşən ən prestijli "Kasa Azul" tədris mərkəzində təhsil almağa başlayır. Gənc olmasına baxmayaraq, o tezliklə öz nəslinin ən hərtərəfli aktyorlarından birinə çevrilir, o həmçinin öz aktyor rezümesinə diqqətçəkici film, teatr və televiziyada çoxsaylı ifalarını daxil etməyi bacarır. Kinoda o rejissor Qustavo Lozanın "Ailənin dostu", rejissor Volter Donerin "Qarşıdan keçən" filmində çəkilmişdir. Lakin onun "Biz zadəganlarıq" filmində göstərdiyi mükəmməl performans, onun ictimaiyyət tərəfindən qəbul olunmasına səbəb olmuşdu. Həmin film "Ən yaxşı kişi rolu" kateqoriyası üzrə Ariel nominasiyasına layiq görülmüşdü.
Məntəşa sultan Ustaclı
Məntəşa sultan Məhəmməd xan oğlu Şeyxlər-Ustaclı (?-1547) — Ustaclı elinin Şeyxlər oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir: “Başqa biri Məntəşa sultandır ki, Şah Təhmasib zamanında Azərbaycan əmir əl-ümərası idi və Şah Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə 4.III.1546—20.II.1547) qəflətən vəfat etdi.” Məntəşa sultan Ustaclı həm Şah İsmayıl dövrünün həm də Şah Təhmasib dövrünün tanınmış əmirlərindən biri idi. O Sarı Pirə Qorçubaşı Ustaclının kiçik qardaşı idi. Mənbələrdə onun adına 1506-cı ildə baş verən Sarom xanın qiyamı zamanı rast gəlinir. Təbrizdəki qardaşı İbrahim mirzədən üsyan barədə məlumat alan İsmayıl, Sarı Əli bəy Möhürdarı 3 minlik qoşunla Təbrizə göndərdi və onlar Təbrizdəki qoşunlarla birləşib, Azərbaycanın qərb sərhədlərinə irəlilədilər. 12 minlik qızılbaş ordusu Xoy və Səlmas şəhərləri yaxınlığında təqribən iki dəfə çox olan kürdlərlə döyüşə girdi və hər iki tərəf böyük itkilər verdi: kürdlərdən 3 min, qızılbaşlardan isə 1500 nəfər həlak oldu. Sarom və İbrahim mirzə bu döyüşdə yaralanmışdılar. Bu döyüşdən sonra Məntəşa sultan Ustaclı və şahzadə İbrahim mirzə qoşunu götürərək, şahın köməyə göndərdiyi yeni qüvvələrə qovuşmaq üçün bir qədər geri çəkilib, Əbdi bəy Şamlunun yardıma gəlmiş 6 minlik qoşunu ilə birləşdilələr.Kürdlərlə baş verən ikinci döyüşdə də Məntəşa sultan iştirak etmiş, döyüş sonunda ağır yaralanmışdı.Məntəşa sultan həmçinin Şah İsmayılın 1508-ci ildə Xürrəmabad yürüşündə də iştirak etmişdi. “Tarix-i Aləmara-yi Şah İsmayıl” və “Əhsən ət-Təvarix” əsərlərində Məntəşa sultanın Şah İsmayılla qardaşı Süleyman Mirzə arasında olan münaqişə zamanı adı çəkilir.
Pyer Mendes-Frans
Pyer Mendes-Frans (fr. Pierre Mendès France; 11 yanvar 1907, Paris — 18 oktyabr 1982) — Fransanın sol görüşlü ictimai-siyasi xadimi. 1951–1956-cı illərdə Fransanı idarə edən Pyer Mendes-Fransın başçılıq etdiyi "sağ mərkəz hökuməti"nin dövründə sağa dönüş surətləndi. 1952-ci ildə FKP əleyhinə ittihamlar səsləndi ki, guya o, dövlətə qarşı qəsd hazırlayır. 1954-cü ildə konstitusiyaya bir sıra antidemokratik dəyişikliklər edilməsinə nail olundu. Hökumətin, prezidentin səlahiyyətləri artırıldı. Milli Məclisin hüquqları məhdudlaşdırıldı. Ölkədə siyasi partiyalar və qüvvələrin qruplaşması baş verdi. Sənayenin milliləşdirilməsi nəinki dayandırıldı, hətta bir sıra hallarda müəssisələr öz əvvəlki sahiblərinə qaytarıldı. Fövqəladə vergilər qoyuldu, tariflər yüksəldi.
Xuan Nepomuseno Mendes
Xuan Nepomuseno Mendes (isp. Juan Nepomuceno Méndez Sánchez; 2 iyul 1820, Puebla ştatı[d] – 29 noyabr 1894, Mexiko) — Meksika hərbi və dövlət xadimi. O, 6 dekabr 1876-cı ildən 17 fevral 1877-ci ilə qədər Meksika Prezidenti olmuşdur. Xuan Nepomuseno Mendes 1847-ci ildə ABŞ ilə müharibədə baş tutan döyüşlərdə iştirak etmişdir. 1854-cü ildə Ayutla planının lehinə çıxış etmişdir. İqnasio Saraqosa ilə birlikdə 5 may 1862-ci ildə Puebla döyüşündə işğalçı Fransa qüvvələrini məğlub etmişdir. O, 1876-cı ildə Tustepek planını həyata keçirmişdir. Bu zaman Mexiko şəhərini işğal edən Porfirio Dias hüquqi formaları saxlamaq istəmiş və Mendesi müvəqqəti prezident olaraq təyin etmişdir. Öz növbəsində, yeni dövlət başçısı general Diası əməliyyatlar ordusunun rəhbəri təyin etmişdir. Ona prezidentliyə iddialı olan Sebastyan Lerdo de Texada və Xose Mariya İqlesiasın son qüvvələrini məğlub etmək tapşırığını etmişdir.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Amenmes
Amenmess (e. ə. XIII əsr – e.ə. 1200) — Misir fironu.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Martes
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Mentha
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Mədrəs
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Məktəb
Məktəb — müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. O həm də uşaqların təlim və tərbiyəsi ilə məşğul olur. Məktəblərdə təhsil və tərbiyə cəmiyyətin iqtisadi və mədəni inkişafından asılıdır. Məktəblərdə mövcud olan problemlər islahatlarla həll olunur. Məktəbdə nizam-intizam, qayda-qanun və tərbiyə əsas amillərdəndir. Məktəblərdə uşaqların təhsildə davamiyyəti və səviyyəsi 5 ballıq sistemlə qiymətləndirilir. Qeyri qənaətbəxş 1 və 2 ilə qiymətləndirilirlər. Qənaətbəxş 3 qiymətinə uyğun gəlir. Bu ən aşağı qanedici qiymətdir. 4 qiyməti yaxşı oxuyanlara verilir və orta qiymət sayılır.
Məngən
Məngən (türk. Mengen) — Bolu ilinin ilçəsi.
Mənsəb
Mənsəb — çayın dənizə, gölə, su anbarına və ya digər çaya töküldüyü yerə deyilir. Çayın bir hissəsini təşkil edən mənsəb delta və ya estuari (liman, quba). əmələ gətirir. Bütün çaylar daimi mənsəbə malik olmur. Buna misal kimi Okavanqo çayını göstərmək olar. Belə ki, çay Kalaxari səhrasının şimal-qərbində bataqlıqda yoxa çıxır. Qazaxıstan ərazisindən axan Çu çayı nadir hallarda mənsəbi olan Akjaykın gölünə tökülür. Hazırda isə Amudərya öz suyunu Böyük Aral gölünə çatdıra bilmir. Azərbaycan ərazisində mövsümdən asılı olaraq bəzi çaylar öz suyunu mənsəbinə çatdırmır: Ceyrankeçməzçay, Sumqayıtçay, Pirsaatçay. Bu tip çaylar dilimizdə Kor çay adlanır.
Məntiq
Məntiq düzgün düşünmə elmidir. Ona həm formal məntiq həm qeyri formal məntiq daxildir. Formal məntiq deduktiv baxış nöqtəsinə əsaslanmış nəticələrə arxalanaraq məntiqi nəticəyə qəlir. Formal məntiqdə mövzusundan və məzmunundan asılı olmayaraq, fikirdən arqumentlərin necə yaranıdığına nəzərdən baxılır. Qeyri-formal məntiq düşüncədəki səhvləri, tənqidi düşüncə və mübahisə nəzəriyyəsini araşdırır. Qeyri-formal məntiq gündəlik danışdıqımız dili yəni təbii dildə ifadə olunan arqumentlərə baxır və onları araşdırır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür.
Mərfəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Kontes
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.