1. Yetişməkdə olan nəslə təlim və tərbiyə verən təlim-tərbiyə müəssisəsi. Məktəbə getmək. Məktəbdə oxumaq. Məktəbi qurtarmaq.
2. Hər hansı bir xüsusiləşdirilmiş tədris müəssisəsi. Musiqi məktəbi. Hərbi məktəb.
3. Təhsil sistemi, tədris müəssisələri toplusu. Məktəbin politexnikləşdirilməsi.
4. məc. Öyrənmə, təcrübə qazanma, habelə əldə edilmiş təcrübənin özü; bilik, təcrübə. Həyat məktəbi. Yaxşı məktəb keçmək.
5. Elmdə, incəsənətdə, ədəbiyyatda, habelə ictimai-siyasi fikirdə bu və ya başqa fərqli xüsusiyyətləri olan cərəyan; məslək. Müxtəlif məktəblərə mənsub rəssamlar. Mollanəsrəddinçilər məktəbi.