Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Wish You Were Here
Wish You Were Here — ingilis rok qrupu Pink Floydun 1975-ci ilin sentyabrında buraxılmış 9-cu studiya albomu. Bu albom üçün mahnılar qrupun Avropaya konsert turları zamanı hazırlanmış, səs yazıları isə Londondakı Ebbi Roud studiyasında yazılmışdır. == Mahnıların siyahısı == Bütün sözlər Rocer Uotersə məxsusdur tərəfindən yazılmışdır..
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. == Oyunun qaydaları == Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest — Digər Meri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
Merke
Merke — Qazaxıstanın Cambul vilayətinin Merke rayonunda kənd.
Meroe
Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواه‎ Meruvah və مروى‎ Meruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi. Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-Sufra və Naqa. Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.
Merye
Merye (fr. Meyrié) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38230. Kommunanın 1999-cu il üçün əhalisi 831 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 283 ilə 400 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Merş
Merş -(lüksemb. Miersch, alm. Mersch‎, fr. Mersch)-Lüksemburq krallığının kantonu. Eyni adlı əyalət daxilində yerləşir. Belə ki, bu kantona 11 kommun daxildir.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı == Ümumi məlumatlar == Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Mədə
Mədə lat. ventriculus (yun. gaster) həzm kanalının ən geniş hissəsini təşkil edir. == Ümumi məlumat == Yaşlı adamlarda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5–10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir.
Mərv
Mərv (türkm. Merw; rus. Мерв; fars. مرو‎, Marv, Çince: 木鹿, Mulu) — bir zamanlar Böyük Səlcuqlu dövlətinin (ərəb. السلاجقة‎ əl-Salācike, fars. سلجوقيان‎ Salcūkiyān), paytaxtı Mərv şəhəri Türkmənistan sərhədləri içində tarixi İpək yolu güzərgahı üzərində qurulmuş bir çöl şəhəridir. Bu şəhər bəzi qaynaqlarda Mərvi-Şahcəhan da adlanırdı. == Ümumi tarixi == Bu qədim sivilizasiyanın paytaxtı isə Türkmənistanın Marı şəhərindən 30 kilometr şərqdə yerləşən Mərv şəhəri olub. Eramızdan əvvəl V-III əsrlərdə çiçəklənməyə başlayan Irani-Margian sivilizasiyası Orta Asiya, Cənub-Şərqi Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm rol oynayaraq min illər boyu onlar üçün mədəni, mənəvi, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya mərkəzi bölgədə islamın yayılması ilə bağı yeni bir inkişaf dövrü yaşayıb.
Mərz
Mərz (erm. մարզ, fars. مرز‎) — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü vahidi; tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt. Farsca söz olan mərz "sərhəd", "əyalət" mənalarına gəlir. Mərzlər mərzban (erm. մարզպետ; marzpet) adı daşıyan əyalət başçısı tərəfindən idarə olunur.
Mərzə
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == İstifadəsi == Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Məzrə
Azərbaycanda Məzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Naxçıvan-Babək)-Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Babək rayonunda kənd. Ermənistanda Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Məzə
Məzə (fars. مزه‎; türk. meze; ing. meze/mezze; yun. μεζές; serb. мезe / meze; bolq. мезе; mak. мезе; ərəb. مقبلات‎; alb. Meze) Yaxın Şərqdə, Balkanlarda və Mərkəzi Asiyanın bəzi bölgələrində kiçik həcmdə yemək növləridir.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Mere Hüseyn Paşa
Mere Hüseyn Paşa (XVI əsr – iyul 1624, Konstantinopol) — Gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarmaşıqlıq dönəmində 2 dəfə - ümumilikdə 7 ay 18 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == İlk illəri == Alban əsillidir. Osmanlı tarixində türkcə bilməyən yeganə sədrəzəm olduğu rəvayət edilir. Kəlləsini istədiyi şəxslərə dediyi və alban dilində "alınız" mənasını verən "mere"ni ləqəb olaraq götürmüşdür. İlk olaraq Macarıstan sərdarı Satırcı Mehmed Paşanın yanında aşçıbaşı olaraq vəzifələndirildi. Daha sonra Satırcı Mehmed Paşanın da dəstəyi ilə qapıqulu süvarisi oldu və ard-arda divan çavuşu, əmir, çavuşbaşı, qapıcıbaşı, miraxur olaraq təyin edildi. Bu vəzifələrinin ardından 1620-ci ildə Misir hakimi olaraq Qahirəyə yola çıxsa da iki il sonra geri döndü. == İlk sədarəti == Gənc Osman hadisələrindən sonra qətlə yetirilən Sədrəzəm Qara Davud Paşanın yerinə 13 iyun 1622 tarixində üsyançılara böyük miqdarda pul vəd edərək sədarəti ələ keçirdi. I Mustafanın dönəmində dövlət üsyankar qapıqulu əsgərlərinin idarəsi altına keçdi və dövlət adamları ayrı-ayrı əsgər qruplarının tərəfini tutaraq öz siyasətini yeritməkdə idi. Sədrəzəm isə bu əsgər qruplarından olan sipahiləri qoruyaraq yeniçərilərə qarşı çıxmaqda idi.
Kuba mere divane
Kuba mere divane (kürd. Quba Mêrê Dîwanê) — Ermənistanda yerləşən yezidi məbədi. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. Yezidilərin ən böyük azlıq qrupunu təşkil etdiyi Armavir mərzinin Ayğırgöl kəndində yerləşir. Ayğırgöl kəndi Ermənistanın paytaxtı İrəvandan 35 kilometr qərbdə yerləşir. == Zəmin == Yezidlər Ermənistanın ən böyük etnik azlıqlarından biridir və günəşə ibadət elementləri ilə yanaşı xristianlıq, hinduizm, yəhudilik, sufizm və zərdüştilik ilə oxşarlıqları olan qədim, monoteist inancı tətbiq edirlər. Ermənistanın rəsmi siyahıyaalınmasına görə, 2011-ci ildə Ermənistanda 35,000 yezidi yaşayırdı. == Tarixi == Məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Açılış mərasimində Ermənistan baş nazirinin müavini və digər Ermənistan rəsmiləri iştirak etmişdilər. Məbədin hündürlüyü 25 metrdir və mərkəzi, tağlı damı əhatə edən yeddi günbəzdən ibarətdir.
Ambroziyayabənzər tərə
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. == Sinonimləri == Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Amerə (Komican)
Amerə (fars. امره‎; azərb. Amara‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 104 ailədə 114 nəfəri kişilər və 167 nəfəri qadınlar olmaqla cəmi 281 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.