Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marengo
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Mərəndi
Mərəndi — qədim əkinçilik aləti Taxıl biçinindı istifadə edilirdi. Oval şəkilli dişsiz tiyədən (uzunluğu 1 m-ə qədər) və ağac sapdan ibarət olan Mərəndi, əsasən "seyitmə biçin" üsulunda tətbiq olunur. Mərəndinin adı Koroğlu dastanında və s.folklor nümunələrində də çəkilir. Azərbaycanda (xüsusilə, Naxçıvan bölgəsində) XX əsrin əvvəllərinədək təsərrüfatda Mərəndi istifadə olunmuşdur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Nerinqa
Nerinqa (lit. Neringa) — Litvada kurort şəhəri. Kəndin əsasını 1843-cü ildə qumla örtülmüş Nauyeyi Naqlyay kəndinin sakinləri qoyub. Kəndin adı çox güman ki, Latviyanın Preylyay şəhəri ilə bağlıdır. Ola bilsin ki, bu latış dilində "çağırılmamış qonaq" və ya "parçanın birləşdirilməsi üçün iki çarpazlaşdırılmış mil" mənasını verən, Preylis soyadından törəmə olan şəxsi toponimdir. Preyla Preyla körfəzinin yanında, şimaldan Ojku raqas və cənubdan Majasis Preylos raqas burunları arasında yerləşir. Bulvikio burnu Preylanı Nidadan ayırır. Əsas küçə Kurşsk körfəzi boyunca keçir, orada XIX – XX əsrin əvvəlinin salamat qalmış evləri yerləşir. Ən məşhur qum təpələri: Preyla (53 м), Vetsekruq (67 м), Karvayçyay (59 м).
Sərəngi
Sərəngi (hind. सारंगी sārangī IAST) — Hind simli-kamanlı udkimilər tipində musiqi alətidir. Hind ənənəsinə uyğun olaraq, tata-vadya qrupunun aləti kimi təsnifatlaşdırılıb; hindustani ənənəli klassik musiqi çalğı təcrübəsində yayılıb. ( Hindistanın Şimali rayonları , Pakistan , Nepal ) Bölgələr üzrə bir neçə ənənəvi növü də vardır. Korpus Diapazon Alətin tonal diapazonu olduqca geniş—2 oktavaya qədərdir.
Mərağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Mərənd
Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir. Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir. Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir.
Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Anita Mulenqa
Anita Mulenqa (3 may 1995, Zambiya) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Mulenqa 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Kərəngan (Vərziqan)
Kərəngan (fars. كرنگان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (27 ailə). Kərəngan əhalisini Tatlar təşkil edir. Əhali tati və Azərbaycan türkcəsində danışır.
Marenqo (at)
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Merinya (En)
Merinya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Nida (Nerinqa)
Nida (lit. Nida, alm. Nidden‎) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə. Kazimir Buqa qəsəbənin adını XV əsrdə Nyda (Neyde) kimi adı çəkilən Prussiya çayının adına oxşadırdı. Çünki Kelt dillərinin arealında su hovuzlarının oxşar adları (Mayna Nidda axını, Saara Niyed axını və s.) qalmışdı. K. Buqa güman edirdi ki, ola bilsin, Nida adı sanskrit mənşəlidir, burada nedati “axır, keçir” deməkdir. XIV-cü əsrin əhl-səliblərin hərbi yollarının təsvirində adı çəkilən qədim Nida, müasirindən 2 km cənubda, Baltik dənizinə yaxın yerləşirdi. XVII-ci əsrin sonunda küləklər onu qumla örtmüşdü. Bugünkü Nida üç kiçik kənd: Nida, Skruzdine və Purvinenin birləşməsi nəticəsində əmələ gəlib. XIX-cu əsrin sonunda Nidanı burada yayı keçirən alman ekspressionistləri şöhrətləndirməyə başladı və Nida rəssamlar koloniyasını (Makc Pexşteyn, Lovis Korinf, Karl Şmidt-Rotluf, Ernst Molenxauer və s.) yaratdı.
Selenqa deltası
Selenqa deltası - Selenqa çayının Baykal gölünə tökülən hissəsində düzən bataqlıqlaşmış ərazidə yerləşir. İnzibati baxımından Rusiyanın Buryatiya Respublikası ərazisinə daxildir. Bu delta dünyada ən böyük şirinsulu höhzəyə açılan delta olmaqla yanaşı həm də ən böyük daxili deltadır . Qəliz hidrocoğrafi şəkilə malik olan deltanın formalaşmasında erozion-akumlyativ, abrazion-akumlyativ və seysmik-tektonik faktorlar nühüm rol oynayır. Selenqa deltası su quşlarının qidalanması və çoxalması baxımından mühüm rol oynayır. Həmçinin bölgə Rusiya Elmlər Akademiyasının quşları öyrənən əsas bölgələrdən biridir. Yaz ayları ərazidə yaranan toroslar səbəbindən çayın orta axarlarını daşqın basır. Selenqa deltası Ust-Selenqa düzənliyi Baykal rift zonasını əhatə edir. Deltanın kənarlarında Proval və Sor-Çerkalovo körfəzləri yerləşir. Bu dünyada bütünlüklə şirinsu ilə əhatələnən ən böyük deltadır.
Selenqa çayı
Selenqa və ya Seləngə çayı (monq. Сэлэнгэ мөрөн, rus. Селенга, bur. Сэлэнгэ мүрэн) - Monqolustandan başlayaraq Rusiya Federasiyası subyektlərindən olan Buryatiya Respublikası ərazisində yerləşən Baykal gölünə qədər axan çay. Uzunluğu 992 km, hövzəsinin sahəsi 447 000 km2-dir. Selenga adının monqol dilində "Göy qurşağı" mənasındadır. Buryat dilində sel-enge: enge-suyun töküldüyü göl, sel isə selin tökülməsi mənasındadır. Monqol dilində isə sele üzən su mənasını ifadə edir. Selenga çayının axdığı coğrafiyada VI-VIII əsrlərdə Birinci Göytürk xaqanlığı və İkinci Göytürk xaqanlığı, 744-840-cı illərdə Uyğur xaqanlığı, IX əsrin 40-cı illərindən X əsrin 10-cu illərinə qədər Yenisey qırğızları hökmranlıq etmişdir. XI əsrdən etibarən bu bölgələr Monqol dilində danışan tayfaların əlinə keçmişdi.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Şücanizam Mərəndi
Şükrulla xan Mərəndi və ya Şüca Nizam (Mərənd – 1908, Mərənd) — Mərənd hakimi, Məşrutə əleyhidarı. Şükrulla xan Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi. Xeyli kəndləri, qışlaqları, yataqları, yaylaqları vardı. Məhəmmədəli şah Qovanlı-Qacar Təbrizdə vali olarkən onunla dostlaşmışdı. Şükrulla xan Mərəndi Məşrutə inqilabının əleyhidarlarından idi. Səttar xana qarşı çıxmışdı. 1907-ci ilin 20 iyunda Şüca Nizam, Əmir Ərşad, Əmir Əşair, Hacı Fərəməz xan Təbrizə hücuma keçmişdi. O, Heydər xan Əmioğlu tərəfindən öldürüldü.
Bernard Feringa
Bernard Feringa- ( holland Bernard Lukas Ferinqa; 18 may 1951-ci ildə anadan olub, Barger-Kompaskuum, Hollandiya) — üzvi və supramolekulyar kimya sahəsində Hollandiyalı sintetik kimyaçı; Nobel mükafatçısı. 2011-ci ildən Hollandiya Kral Elmlər Akademiyasının vitse-prezidenti. 2016-cı il Kimya üzrə Nobel Mükafatının qalibi (Jan-Pyer Savaj və Frezer Stoddart ilə paylaşır). Əsərləri əsasən stereokimya, homogen kataliz və molekulyar nanotexnologiyaya həsr olunub. == Bioqrafiyası == B.Ferinqa fermer Gert Ferinqa (1918-1993) və onun həyat yoldaşı Liz Ferinqa, (Hake nəslindən olan) (1924-2013) ailəsində 18 may 1951-ci ildə Hollandiyanın Barger-Kompaskuum şəhərində anadan olub. B.Ferinqa katolik ailəsində on qardaşdan ikincisi idi. O, gəncliyini Almaniya sərhəddində, Burtange bataqlıqlarında Barger-Kompascuumda yerləşən ailə fermasında keçirib. O, holland və alman əsillidir Onun əcdadlarına mühacir Johann Gerhard Beckel daxildir. O, Betti Ferinqa ilə evliydi və bu evlilikdən üç qızı var idi. O, Qroninqen yaxınlığındakı Patersvoldda yaşayır.
Eyşabad (Mərənd)
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. == Coğrafiyası == Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gəlinqaya (Mərənd)
Gəlinqaya (fars. گلين قيه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,461 nəfər yaşayır (29 ailə). Kəndin əhalisinin hamsı Azərbaycan türkcəsində danışır.
Gəzafər (Mərənd)
Gəzafər (fars. گزافر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 653 nəfər yaşayır (146 ailə).
Heris (Mərənd)
Heris (fars. هريس‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (26 ailə).
Hucqan (Mərənd)
Hucqan (fars. هوجقان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,913 nəfər yaşayır (515 ailə).
Kuz Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Kündələc (Mərənd)
Kündələc (fars. كندلج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,025 nəfər yaşayır (602 ailə).
Kürrab (Mərənd)
Kürrab (fars. كراب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (145 ailə).