Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləriŞəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Məçkəy
Məçkəy - türk, anadolu və altay xalq inancında, qərb dillərindəki qarşılığı ilə birə-bir üst-üstə düşən bir mənala vampir deməkdir. Məçik də deyilir. Türk xalq mədəniyyətində və xalq inancında özünə xas bir vampir növüdür. Bəzi istiqamətləri tamamilə türk mədəniyyətinə xas olsa da qərb cəmiyyətlərinin inanclarına çox bənzəyən bəzi xüsusiyyətləri də mövcuddur. Məsələn eynilə Nosferatu nümunəsində olduğu kimi, "tağun" (yəni vəba) xəstəliyi daşıdığına inanılır. İnsanların qanını əmər, içlərində böyüyər. Ölüm saçan donqar bir yaşlı qadın (və ya bəzən yaşlı bir kişi) şəklində düşünülər. Söz, biçmək (kəsmək) feli ilə əlaqəlidir. Məç monqolcada meymun, Məs isə silah deməkdir. == Anadoluda Məçik anlayışı == Məçik, Anadolu xalq inancında məzardan çıxan ölü deməkdir.
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. == Metil kationu, anionu və radikalı == === Metil kationu === Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2OEynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Metis
Hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adıdır. Amerika qitəsinin bir çox ölkəsində əhalinin əksəriyyətinin təşkil edir.
Ağbulaq (Meşkin)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Ceyms Mettis
Ceyms.N. Mettis (ing. James N. Mattis; d. 8 sentyabr 1950-ci il, Pulman, Vaşinqton — ABŞ generalı, 9 noyabr 2007-ci ildən 2010-cu ilədək ABŞ dəniz piyadaları korpusunun komandanı (ing. United States Joint Forces Command - USJFCOM). == Ədəbiyyat == Nicholas E. Reynolds.Basrah, Baghdad, and Beyond: The U.S. Marine Corps in the Second Iraq War [1],Naval Institute Press, 2005, pages=276,isbn=1591147174, 9781591147176.
Erik Meskin
Erik Meskin (ing. Eric Stark Maskin; 12 dekabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Rocer Mayerson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır. == Həyatı == Erik Meskin 12 dekabr 1950-ci ildə yəhudi bir ailənin uşağı olaraq doğulmuşdur və Nyu Cersi ştatının Alpayn şəhərində böyümüşdür. 1968-ci ildə Nyu Cersidə yerləşən Tenefli Yüksək məktəbindən (ing. Tenafly High School) məzun olmuşdur. Harvard Universitetində magistr və doktorluq dərəcələrinə riyaziyyat sahəsindən yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra 1976-cı ildə Kembric Universitetində araşdırmaçı vəzifəsində işə başlamışdır. 1977–1984-cü illərdə Massaçusets Texnologiya İnstitutunda və 1985–2000-ci illərdə Harvard Universitetində çalışmışdır.
Giorqos Merkis
Giorqos Merkis (yun. Γιώργος Μερκής; 30 iyul 1984[…], Limasol, Limasol rayonu[d]) — Kipr futbolçusu, futbol üzrə Kipr çempionatında çıxış edən "APOEL" FK-nın və Kipr milli futbol komandasının müdafiəçisi. == Karyera == === Apollon Limassol === Merkis "Apollon Limassol" akademiyasının yetirməsidir. O, 2001/2002 mövsümündə, 17 yaşında debüt etmişdir. Karyerasının böyük əksəriyyətini "Apollon"da keçirmiş və burada bir çempionluq, iki kubok və bir super kubok qazanmışdır. Klubda on beş il çıxış etdikdən sonra onun müqaviləsi 12 yanvar 2016-cı ildə qarşılıqlı olaraq ləğv edilmişdir. === APOEL === Merkis 12 yanvar 2016-cı ildə başqa bir Kipr klubu olan "APOEL" ilə 18 aylıq müqavilə imzalamışdır. O, 17 yanvar 2016-cı ildə "Enosis Neon Paralimni" ilə ev oyununda rəsmi debüt etmişdir. Oyun 3:0 hesablı qəbələ ilə başa çatmışdır. O, "APOEL"də ilk qolunu 2 aprel 2016-cı ildə keçmiş komandası "Apollon Limassol"a qarşı vurmuşdur.
Klara Setkin
Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[…] – 20 iyun 1933[…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar gününün ideyasının müəlifidir. == Həyatı == Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur. == Siyasi fəaliyyəti == 1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər. == Klara Setkin Azərbaycanda == 1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür.
Meskin (Urmiya)
Meskin (fars. مسكين‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 296 nəfər yaşayır (38 ailə).
Metrik tenzor
Differensial həndəsədə metrik tenzor – səthə toxunan iki v və w vektorlarını qəbul edib bir həqiqi ədəd qaytaran funksiyaya deyilir. Bu tenzor, vektorların Evklid həndəsəsindəki skalyar hasili ümumiləşdirir. Skalyar hasil, iki vektor arasındakı məsafə və bucağı təyin edən əməliyyat olduğu üçün, metrik tenzor, bu əməliyyatı istənilən növ çoxobrazlı üzərindəki vektorlar üçün etməyə imkan verir. Əgər istənilən sıfırdan fərqli v vektoru üçün g(v, v) > 0 şərti ödənilirsə, o zaman metrik teznor müsbət-müəyyən kimi xarakterizə olunur. Metrik tenzoru müsbət-müəyyən olan çoxobrazlıya Riman çoxobrazlısı deyilir. Riman çoxobrazlısında iki nöqtəni birləşdirən ən qısa əyri, geodezik adlanır. Beləliklə, Riman çoxobrazlısında uzunluq anlayışı olduğuna görə, yəni istənilən p və q nöqtəsi üçün p -dən q -ya qədər məsafəni hesablayan d(p, q) funksiyası mövcud olduğuna görə Riman çoxobrazlısı metrik fəza hesab olunur. Digər tərəfdən, metrik tenzora məsafə funksiyasının törəməsi kimi baxa bilərik: metrik tenzor çoxobrazlıdakı sonsuz kiçik məsafəni verir. Metrik tenzorun koordinat bazisinə görə komponentləri simmetrik matris təşkil edir. Bu komponentlər koordinat sisteminin dəyişilməsi zamanı kovariant çevrilməyə məruz qalır.
Mərkid (Heris)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 614 nəfər yaşayır (132 ailə).
Mərkid (Mərənd)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,735 nəfər yaşayır (701 ailə).
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Məşkəy (Uçalı)
Məşkəy (başq. Мәҫкәү, rus. Москово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 69 km, kənd sovetliyindən (Naurız): 9 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 79 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Yetkin dərə
Yetkin dərə – (rus. зрелая долина, ing. mature valley) tarazlıq profili yaranmış geniş, terraslaşmış, çay dərəsi.
Etki
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Kosmik məkik
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.
Metil qrupu
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. == Metil kationu, anionu və radikalı == === Metil kationu === Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2OEynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Metil spirti
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. == Tarixi == Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. == Alınması == Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Metin Oktay
== Futbol karyerası == Metin Oktay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oktaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oktayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. == Milli komanda kariyeri == 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Məkik diplomatiyası
Məkik diplomatiyası və ya incə toxuma diplomatiyası — iki ixtilaflı tərəf arasında həllə nail olmaq üçün vasitəçi və ya asanlaşdırıcı rolundakı III bir tərəfin klassik diplomatiya qaydalarına əməl etmədən həyata keçirdiyi və hər iki tərəfdə də ardıcıl danışıqlarla nəticəyə çatmağa çalışdığı diplomatiya növü. Bu termin III tərəfin ixtilaflı olan ölkələr (və ya onların paytaxtları) arasında məkik toxuması (İng. - to shuttle) hərəkatından götürülərək adlandırılmışdır. Məkik diplomatiyası adətən bir-birini rəsmi olaraq tanımayan, ancaq yenə də müzakirə etmək istəyən tərəflər arasında gerçəkləşdirilir. Bu termin ABŞ XİN-i Henri Kissincerin 1979-cu ildə Misir və İsrail arasındakı müzakirələr zamanı Qahirə və Təl-Əvivə etdiyi ardıcıl səfərlərlə yekunlaşdırdığı dövrdə geniş şəkildə işlədilməyə başlamışdır. 60-cı TC XİN-i Əhməd Davudoğlunun 2008-ci il İsrail-Qəzzə qarşıdurmalarında oynadığı rol məkik diplomatiyasına misal göstərilə bilər. Müasir günümüzdə xüsusilə BMT Baş katibləri böhran vaxtlarında xüsusi təmsilçiləri vasitəsi ilə məkik diplomatiyası həyata keçirdikləri kimi ölkələr də çox vaxt bürokrat və ya diplomat səviyyəsində, bəzən də XİN-ləri vasitəsi ilə eyni üsula əl atmaqdadırlar.
Mətin Eynullayev
Eynullayev Mətin Balasən oğlu (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) == Həyatı == Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. == Təhsili == 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.27 dekabr 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.13 may 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib və Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edir.19 avqust 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.06 may 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.16 may 2022-ci il — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib. == Mükafatları == 22 iyun 2015-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Mətin Hüseynov
Mətin Ramiz oğlu Hüseynov (20 oktyabr 1997; Ordubad rayonu, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mətin Hüseynov 1997-ci il oktyabrın 20-də Ordubad rayonunun Düylün kəndində anadan olub. 2004-2013-cü illərdə S. Rzayev adına Düylün kənd tam orta məktəbində, 2013-2016-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mətin Hüseynov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Mətin Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətin Hüseynov noyabrın 9-da Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Ordubad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətin Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətin Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mətin Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mətin Kərimli
Mətin İmdad oğlu Kərimli (6 iyun 1979, Bakı) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri (2023–h.h.); Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini. == Həyatı == Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb. 1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb. 2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub. 2020-ci ilin yanvar ayından etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur.