Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miami Heat
Mayami Hit — Florida ştatının Mayami şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Myammi
Myammi (Fin dilində: Mämmi, İsveç dilində: Memma)- Finlərdə Pasxa bayramı münasibətilə bişirilən ənənəvi yemək Myammi arpa unundan, duz və şəkər tozundan istifadə olunmaqla hazırlanır. Yemək adətən, sobada aşağı temperaturda bir neçə saat ərzində bişirilir. Myammi adətən, soyuq halda, üzərinə şəkər tozu əlavə edilməklə yeyilir. Mənbələrə görə hələ qədim İranda Myamminin hazırlanma texnologiyası məlum idi.. Finlandiyada isə Myammi XVIII əsrin əvvəllərindən məlumdur. İlk vaxtlar myamminin hazırlanması Finlandiyanın cənub-qərb bölgələrini əhatə etmiş, oradan isə ölkənin bütün regionlarına yayılmışdır. Myammi yeməklərin əksəriyyətinin xüsusi sobalarda hazırlandığı Kareliya Respublikasında da geniş yayılmışdır. Nutrition of Mämmi (with malt), Sweetened Malt Porridge, Finnish Easter Pudding Mämmi Maestro.
Nizami
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Xiaomi
Xiaomi — mərkəzi ofisi Pekində yerləşən özəl elektronika şirkətidir. Şirkət dünyanın 4-cü ən böyük smartfon istehsalçısıdır. Xiaomi smartfonlar, mobil tətbiqlər, dizüstü kompüterlər və bir çox istehlakçı elektronika məhsullarını hazırlayır, təkmilləşdirir və satışını həyata keçirir. Şirkətin qurucusu və CEO-su Forbesin məlumatlarına görə Çinin ən varlı 23-cü şəxsi Lei Jun'dur. Şirkət 2014-cü ildə 60 milyondan çox cihaz satıb. Şirkətin böyük bir hissəsi Çin, Malayziya və Sinqapurdan olan 18.000-dən çox işçisi var. İndoneziya, Filippin, CAR və Braziliyada işçilərinin sayı artmaqdadır. Xiaomi 2010-cu il 6 apreldə 8 əməkdaş tərəfindən qurulub. 2011-ci ilin avqust ayında ilk smartfonunu satışa çıxaran şirkət bundan sonra Çində böyük bazar payı qazandı. Sonralar ağıllı ev(IoT) cihazları ekosistemi də daxil olmaqla geniş çeşiddə məhsulların istehsalına başlandı.
Minmi
Minmi (lat. Minmi) — Ankylosauria qrupuna daxil olan, kiçik ölçülü dinozavr cinsi. Onlar Təbaşir dövrü 119–113 milyon il əvvəl yaşamışlar. Cənub yarımkürrəsində bronirovanlara aid tapılan ilk tapıntı olmuşdur. Ralf Molnar tərəfindən 1980-ci ildə qeydə alınmışdır. 2011-ci ildə onun həmkarları tərəfindən Minmi ankilozavrlara daxil edilirdi. Tapılan tapıntı — Minmi Crossing növü adlanır. Avstraliyada aşkarlanan tapıntılar iki yaxşı qalmış skelet və bir necə sümük qalıqlarından ibarətdir. Onların üzəri müxtəlif ölçülü və formalı donqarlarla örtülü olmuşdur. Bu donqarlar hətta quyruqlarının üzərində belə mövcud olmuşdur.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Heydərabad nizamı
Heydərabadın Nizamülmülkü (tel. నిజాం-ఉల్-ముల్క్ అఫ్ హైదరాబాద్; urdu نظام-ال-ملک وف حیدرآباد; marathi निझाम-उल-मुल्क ए हैदराबाद; kann. ನಿಜ್ಯಮ್-ಉಲ್-ಮುಲ್ಕ್ ಆಫ್ ಹೈದರಾಬಾದ್; fars. نظام-ال-ملک اف حیدرآباد‎), və yaxud qısaca Heydərabad nizamı — 1720–1948-ci illər arasında Heydərabad, başçılarının titulu. == Titulun yaranması == == Soyun və sülalənin yaranması == Heydərabad XVII–XIX əsrlərdə Hindistanının ən nüfuzlu müsəlman mərkəzi olub. Bu şəhər 1724-cü ildən 1947-ci ildə müstəqilliyin əldə olunmasınadək oldugca zəngin Nizamülmülklər tərəfindən idarə olunub. Şəhərdə onların irsini daşıyan əlamətlərə hələ də rast gəlmək olar. 1724-cü ildə Böyük Moğol İmperiyasının X padşahı Fərruxsiyar Mir Qəmərüddin xan Siddiqini Dekenin valisi təyin etdi və ona Nizamülmülk ləqəbini verdi. Elə həmin ildən Mir Qəmərüddin xan Asəfcah ləqəbi ilə Heydərabadı müstəqil idarə etməyə başladı.
Nizami-cədid
Nizami-cədid — XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası. Bu sahədə ilk islahatlar sultan III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Ill Səlim Fransa təcrübəsini əsas tutaraq Nizami-cədid (yeni qayda) adlanan islahatları həyata keçirməyə başladı. Nizami-cədid termini ərəb (النظام الجدید) və türk (An-Niẓām Al-Jadīd) sözbirləşməsindən yaranıb "yeni qayda" deməkdir. XVIII əsrin sonlarında Osmanlı imperiyasında siyasi və iqtisadi böhran daha da dərinləşmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan III Səlim (1789–1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları XVIII əsrin sonlarında Osmanlı imperiyasının müharibələrdə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər. Ona görə də islahatlar zamanı əsas diqqət ordu quruculuğuna yönəldilmişdi. Ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular.
Nizami (Ermənistan)
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Nizami (Goranboy)
Nizami — Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır. Kəndin keçmiş adı Mollavazlı olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Türkiyədən gəlmiş Molla Avaz adlı şəxs salmışdır. Kənddəki nəsillərdən biri indi də avazlı adlanır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, çox qədim tarixə malik bu kənd vaxtilə Nizami Gəncəviyə vəqf olunmuş və bu kəndə onun adı verilmişdir. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1631 nəfər əhali yaşayır.
Nizami (Göygöl)
Nizami, Gəncə (1966–2003) — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Qəsəbə adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır. 2003-cu ildən qəsəbənin adı dəyişdirilərək Nizami olmuşdur.
Nizami (Sabirabad)
Nizami (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Nizami kəndi, Vladimirovka kənd inzibati ərazi dairəsi Nizami kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kəndin keçmiş adı Qəhrəmanlı olmuşdur. 1891-ci ildə Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus ailələri məskunlaşdıqdan sonra belə adlanmışdır. 2004-cü ildən Nizami adı ilə rəsmiləşdirilmişdir. Kənd Muğan düzündə yerləşir.
Nizami (Zəngibasar)
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Nizami (ad)
Nizami — kişi adı. Nizami — dahi Azərbaycan şairi Nizami Qaraxani — Azərbaycan şairi Nizami Ağayev — kənd təsərrüfatı elmləri doktoru, professor. Nizami Zeynalov — Nizami Əkbərov — Nizami Qocayev — İsmayıllı rayon polis şöbəsinin rəisi Nizami Salahov — Azərbaycanlı futbolçu Nizami Tağıyev — Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası Nizami Vəliyev — tibb elmləri namizədi.
Nizami (balet)
"Nizami" — Fikrət Əmirovun 1984-cü yazdığı sonuncu balet. Tamaşaya 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdur.
Nizami (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Nizami — Sabirabad rayonunda kənd. Nizami — Goranboy rayonunda kənd. Nizami — Göygöl rayonunda qəsəbə. Nizami — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd (əvvəlki Yuxarı Necili). Musiqidə Nizami — Bəstəkar Əfrasiyab Bədəlbəylinin operası. Nizami — Bəstəkar Fikrət Əmirovun simfoniyası və baleti. Filmlər Nizami — dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş film-pritça. Digər Nizami — Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nizami metrostansiyası — Bakıda metro stansiyası Nizami Gəncəvi Beynəlxalq Mərkəzi — Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə fəaliyyət göstərən beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi beynəlxalq təşkilatdır. Nizami Gəncəvi küçəsi (Gəncə) — Gəncə şəhərində küçə Nizami itburnusu — təbiətdə 110-190 sm hündürlükdə kol.
Nizami (opera)
Nizami operası — 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış, şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi opera. Operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivləri əsasında Əfrasiyab Bədəlbəyli tərəfindən qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Əsər 5 pərdə və 6 şəkildən ibarətdir. Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səhnələrin çoxluğu, sarayda təmtəraqlı səhnələr bir qədər Avropanın opera janrını xatırladan xüsusiyyətlərdir. Əsərdə şəhərin taleyi ilə maraqlanan, Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur. Əfrasiyab Bədəlbəyli operada xor səhnələrinə geniş yer verib, bu istiqamətin rolu önplana çəkilib. "Nizami" operası Azərbaycanda opera sənətininin inkişafını irəliyə aparan əsərlərdən biri olmuşdur. Əsər mütəxəssislər tərəfindən Azərbaycanda bu istiqamətin tematik janr diapazonu, məzmun yeniliyi baxımından müsbət bir təcrübə kimi dəyərləndirilir.
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Nizami Abbas
Abbasov Nizami Vəli oğlu (Nizami Abbas) (1 yanvar 1957, Şamxor rayonu) — Azərbaycan operatoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü. Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsini bitirmişdir. 1974–1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyir. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olub. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası"nın bədii rəhbəri olub. Çəkdiyi "Balaban" sənədli filmi 2015-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.
Nizami Abbaslı

Nizami Abbasov

Nizami Abdullayev
Nizami Abdullayev (17 iyul 1951, Qaryagin) — Azərbaycan müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). Abdullayev Nizami Ağabala oğlu 17 iyul 1951-ci ildə Füzuli şəhərində, Azərbaycanın görkəmli xanəndəsi Ağabala Abdullayevin aliləsində anadan olmuşdur. 1958–1968-ci illərdə orta məktəbdə oxumaqla yanaşı, musiqi məktəbində də təhsil almışdır. Nizami Abdullayev sənətə gəlişini belə xatırlayır: "Mən muğamın sirlərini atamdan öyrənmişəm, xeyir-duanı isə Seyid Şuşinski vermişdir. 1963-cü ildə dədəmin ustadı Seyid Şuşinski bizə qonaq gəlmişdi. Xoşbəxtəm ki, Seyid Şuşinski kimi bir şəxsiyyətlə ünsiyyətdə olmu-şam, onun qulluğunda durmuşam. Dədəm ona Həmişə "Ağa", "Ustad" deyə müraciət edərdi. Ağaya təzə dəmlənmiş samovar çayı gətirdim. Elə bu zaman dədəm ustada söylədi ki, Ağa, bir nökərin var ona qulaq asarsanmı? -Kimdir о?
Nizami Aydın
Nizami Aydəmirov
Nizami Ağayev
Ağayev Nizami Adil oğlu (12 iyun 1936, Kirovabad – 21 yanvar 2022, Bakı) — torpaqşünas-aqrokimyaçı alim, kənd təsərrüfatı elmləri doktoru, professor. 12 iyun 1936-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Üzümçülük və meyvəçilik fakültəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Bakıda Torpaq Eroziyası stansiyasında qısa müddət işlədikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laborant, kiçik elmi işçi, aspirant, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. Bir neçə müsabiqələrin qalibi kimi pul və fəxri fərmanlarla mükafatlandırılmışdır. 1965-ci ildə Bakıda namizədlik dissertasiyasını müdafiəyə etmişdir. 1974-cü ildə Aqrokimya ixtisası üzrə baş elmi işçi diplomunu almışdır. 1977–1979-cu illərdə keçmiş SSRİ-nin Torpaq-Ekologiya Ekspedisiyasında Liviya Ərəb Cəmahiriyyəsində böyük mühəndis vəzifəsində çalışmışdır. 1991-ci ildə Moskvada doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü seçilmişdir, daha sonra isə fəxri professor adına layıq görülmüşdür. 1992–1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfat Nazirliyinin "Şəfa" Elmi İstehsalat Birliyinin baş direktoru işləmişdir.