Nizami (Goranboy)

NizamiAzərbaycan Respublikasının Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır.[1]

Nizami
40°39′47″ şm. e. 46°31′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 343 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Nizami xəritədə
Nizami
Nizami

Kəndin keçmiş adı Mollavazlı olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Türkiyədən gəlmiş Molla Avaz adlı şəxs salmışdır. Kənddəki nəsillərdən biri indi də avazlı adlanır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, çox qədim tarixə malik bu kənd vaxtilə Nizami Gəncəviyə vəqf olunmuş və bu kəndə onun adı verilmişdir.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1631 nəfər əhali yaşayır.[3]

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  2. Nizami (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629