Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Millətçi
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik) ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat. Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar. Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür.
Od Milləti
Od Milləti — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. O, (xəritəyə görə) Avatar dünyasın qərbində yerləşən arxipelaqda yerləşir. Od Dövləti - tamamilə miraslı monarxiyadır. Dövlət xadimi Od Lordudur. Yüz illik müharibənin dövründə Od Lordlar əsas ərazidən başqa Yer Krallığdaki bir neçə koloniya kontrol edirdilər. Millətin görünüşü samuraylar dövrünün Yaponiyasından götürülmüşdür. Yuz illik müharibə ərzində Od Millətin mədəniyyəti çox dəyişilib.
Qaçqın milləti
Qaçqın milləti — miqrant böhranını həll etmək üçün dünyanın qaçqın əhalisini könüllü olaraq müəyyən bir yerə yerləşdirərək yeni bir millət yaratmaq təklifi. İlk dəfə 2015-ci ildə irəli sürülmüşdür. Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildəki hesablamalarına görə, dünyada təxminən 82 milyon qaçqın və məcburi köçkün var. Qaçqın milləti ideyası 2015-ci ilin iyununda Ceyson Buzi tərəfindən yaradılmış və həmin ilin iyulunda "The Washington Post" qəzetində dərc olunan məqalə ilə geniş mediada işıqlandırılmışdır. Buzi öz təklifində qaçqın milləti yaratmaq üçün bir sıra alternativlər təklif etmişdir. Suriyalı qaçqın Yara Səid Aralıq dənizində hərəkət edən qaçqınların xilasedici jiletlərinə bənzəyən qırmızı-narıncı rəngli bayraq yaratmışdır. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı il Yay Olimpiya Oyunlarında Qaçqınların Olimpiya Komandasının bayraqdan istifadə etməsinə icazə verməmişdir. Bəzi tərəfdarlar bayraqdan qeyri-rəsmi istifadə etmişdir. Bayrağın emocisi 2021-ci ilin iyun ayından etibarən Android və iOS üçün "WhatsApp"da mövcuddur.
Türk milləti
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
İslam milləti
"İslam milləti" (ing. Nation of Islam) — 1930-cu ildə Miçiqan ştatının Detroyt şəhərində Volles Fərd Məhəmməd tərəfindən qurulan afroamerikalıların siyasi və dini hərəkatı. "İslam milləti" məzhəbi İslam dəyərlərinə əsaslanmasına baxmayaraq ənənəvi İslamdan çox fərqlidir. Təşkilatın əsas məqsədi ABŞ afroamerikalıları və bütün insanlığın mənəvi, sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. O, Amerika mətbuatı tərəfindən qara irqçilikdə, yəhudi təşkilatlar da daxil olmaqla bəzi təşkilatlar tərəfindən isə ekstremizm və nümayişkaranə antisemitizmdə günahlandırılır. 1934-cü ilin iyun ayında Fərd Məhəmmədin itkin düşməsindən sonra, "İslam millətinə" Eliyah Məhəmməd rəhbərlik etməyə başladı. O, Məhəmməd İslam Universiteti, Amerika və xaricdə bir sıra müəssisələr, evlər və daşınmaz əmlak kimi yeni ibadət yerləri yaratdı və həmçinin təşkilatın ən məşhur liderinə çevrildi. Bununla birlikdə Elaycanın oğlu Varit Din Məhəmməd və məşhur ideoloq və zəncilərin hüquqları uğrunda mübarizə aparan Malkolm İks "İslam milləti" ideologiyasından sünni məzhəbinin lehinə imtina etdilər, çünki İslamın təməl dəyərləri istənilən nasist ideologiyası növünə zidddir. Təşkilatın indiki lideri Luis Fərraxandır və əsas qərargahı "İslam milləti" məbədi olaraq adlandırılan Çikaqo şəhərindəki Məryəm adına məsciddə yerləşir. Təşkilat ayrıca The Final Call qəzetini nəşr etdirir.
Milliyətçi
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik) ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat. Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar. Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür.
Millət
Millət — insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi. "Millət" sözü ərəb mənşəli isimdir.
Bulbophyllum gilletii
Bulbophyllum imbricatum (lat. Bulbophyllum imbricatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum imbricatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum congolense (De Wild.) De Wild. Bulbophyllum gilletii (De Wild.) De Wild. Bulbophyllum kamerunense Schltr. Bulbophyllum laurentianum Kraenzl. ex De Wild. & T.Durand Bulbophyllum ledermannii (Kraenzl.) De Wild. Bulbophyllum linderi Summerh.
Euphorbia millotii
Euphorbia millotii (lat. Euphorbia millotii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Megaclinium gilletii
Bulbophyllum imbricatum (lat. Bulbophyllum imbricatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum imbricatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum congolense (De Wild.) De Wild. Bulbophyllum gilletii (De Wild.) De Wild. Bulbophyllum kamerunense Schltr. Bulbophyllum laurentianum Kraenzl. ex De Wild. & T.Durand Bulbophyllum ledermannii (Kraenzl.) De Wild. Bulbophyllum linderi Summerh.
Millettia sinensis
Çin filbaharı (lat. Wisteria sinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin filbahar cinsinə aid bitki növü. == Arealı == Şərqi Çində geniş yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 20 m-ə, çətirinin diametri 4 m-ə çatan, dırmaşan, kolvari liandır. Yarpaqları mürəkkəb, təklələkvari olub, qışda tökülən, uzunluğu 30 sm-ə çatır. Yarpaqcıqları 7-13 ədəd, ovalvari uzunsov, təzə yarpaqları qırmızımtıl rəngə çalır. Ucu şiş çıxıntılıdır. Çiçəkləri mavi – bənövşəyi, zəif ətirli, çoxçiçəkli, uzunluğu 25-40 sm, eni 6-10 sm-ə qədər olan salxımlarda yerləşir. Çiçək oxu və çiçək saplaqları zəif tüklüdür. Tacı göyümtül-bənövşəyi, solğun bənövşəyi və ya mavi-göydür.
Milliyətçi tarixşünaslıq
Milliyətçi tarixşünaslıq — tarixşünaslığın siyasi legitimlik və mədəni kimliyə dair inanclar toplusu olan milliyətçilik ilə təsirlənmiş forması. Milliyyətçilik Avropada və XIX əsrdən etibarən Avropanın təsiri altına düşmüş keçmiş koloniyalarda tarixi yazı üçün əhəmiyyətli bir çərçivə təmin etmişdir. Bir qayda olaraq, rəsmi məktəb dərslikləri milliyətçi modelə əsaslanır və əsas diqqət milliyətçilik qüvvələrinin meydana çıxması, sınaqları və uğurları üzərində qurulur. == Mənşəyi == XVIII və XIX əsrlər milliyətçi ideologiyaların meydana çıxması ilə nəticələnmişdir. Con Breuilli qeyd etmişdir ki, "milliyətçiliyin tarixi əsası onun peşəkar akademik tarixi yazının yaranması ilə sıx əlaqələri ilə necə möhkəmlənmişdir". Fransa inqilabı zamanı adi insanları qallar ilə eyniləşdirən milli kimlik hazırlanmışdı. Almaniyada İohann Qottfrid Herder və Yohann Qotlib Fixte kimi tarixçilər və humanistlər bu alman millətinin parçalanmış dövlətlərini birləşdirmək üçün siyasi hərəkatın əsasına çevrilən alman millətinin dil və mədəni kimliyini müəyyən etmişdilər. XIX əsr tarixçilərinin səyləri həm yeni milli dövlətlərin formalaşdırılmasına, həm də artıq mövcud olanların genişlənməsinə haqq qazandırmaq üçün intellektual əsaslar yaratmışdir. Georq İqgersin qeyd etdiyi kimi, bu tarixçilər çox vaxt son dərəcə tərəfkeş idilər və "arxivə daxil olaraq onların milliyətçi və sinfi ön mülahizələrini dəstəkləyəcək və beləliklə də onlara elmi nüfuz aurası verəcək sübutlar tapmağa gedirdilər". Pol Lourens də eyni fikirdədir və qeyd etmişdir ki, tarixçilər "çox vaxt hələ mövcud olmayan dövlətlərin millilik və siyasi müstəqillik iddiaları üçün tarixi əsas yaratmağa çalışırdılar".
Agave milleri
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Fales (Miletli)
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Miletli Aspasiya
Aspaziya ya da Miletli Aspaziya (yun. Ἀσπασία; e.ə. 470, Milet – e.ə. 400, Afina) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın. Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir. Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir.
Miletli Fales
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Miletli Hekatey
Miletli Hekatey (q.yun. Ἑκαταῖος, lat. Hecataeus Hecataeus, təxm. e.ə. 550—490) — qədim yunan tarixçisi və coğrafiyaşünası, Herodotun ən yaxın sələflərindən və istinad etdiyi ədəbi qaynaqlardan biri. Bizans lüğəti - Sudada Hekatey haqda deyilir: "Hekatey, Miletli Gegesandrın oğlu. Kambisdən sonra hakimiyyətdə olan Daranın dövründə, Miletli Dionisi ilə eyni vaxtda, 65-ci olimpiadada [qeyd: e.ə. 520-516-cı illər] yaşamışdır. Tarixçidir. Ondan sonra yaşamış Halikarnaslı Herodot ona istinad edir.
Miletli İsidor
Miletli İsidor (q.yun. Ἰσίδωρος ὁ Μιλήσιος; 442, Milet, Bizans imperiyası – 537) — VI əsr Bizans riyaziyyatçısı və memarı . Miletdə anadan olub. Ailəsi haqqında məlumat azdır. Artıq 530-cu illərin ortalarında Misirin İsgəndəriyyə şəhərində və Konstantinopolda dərs deyən görkəmli alim idi. İmperator I Yustiniyanın dəvəti ilə 532–537-ci illərdə Trallesli Anfimi ilə birlikdə Ayasofiya, daha sonra isə Rodoslu Konstantinin təkzibedilməz şahidliyinə görə Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsini inşa etmişdir. İsidorun sonrakı taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onun istedadlı memar olan İsidora adlı oğlu olmuşdur. İsidor stereometriya və fizika problemləri üzərində işləyirdi. O, parabolanın fasiləsiz çəkilməsi üçün alət icad etdi və onun köməyi ilə kubun ikiqat artırılması məsələsini həll etdi.
Miletli Arktin
Miletli Arktin ( q.yun. Ἀρκτῖνος Μιλήσιος ) — e.ə. VIII əsrdə yaşamış qədim yunan şairi, Miletli Telesin oğlu, "Efiopida" və "İlionun məhvi" dastanlarının güman edilən müəllifi. hesab olunurdu. Arktin (və ya Korinfli Evmel) həm də "Titanomaxiya" poemasının müəllifi hesab olunur.
Mikania millei
Mikania millei (lat. Mikania millei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Millət (dəqiqləşdirmə)
Millət
Millət Əliyev
Narın millət
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Pentacalia millei
Pentacalia millei (lat. Pentacalia millei) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Phyllanthus millei
Phyllanthus millei (lat. Phyllanthus millei) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.