MİLLƏTÇİLİK

MİLLƏTÇİLİK Axır zamanlarda “millətçilik” sözləri tez-tez qəzet sütunlarında danışılmaqdadır (C.Məmmədquluzadə); MİLLƏTBAZLIQ Onda görəcəksən ki, millətbazlıq da yavaş-yavaş tərk olub, qoyub gedəcək işinə (C.Məmmədquluzadə); MİLLƏTPƏRƏSTLİK Budurmu müsəlmançılıq? Budurmu millətpərəstlik? (C.Məmmədquluzadə); MİLLƏTPƏRVƏRLİK ..Hacı kamalı-cəliqə və millətpərvərliklə iki barmaqlarını uzadıb, qızın yanağından tutub dedilər: Bərəkallah bala! (Çəmənzəminli); ŞOVİNİZM [İvanov:] Mən ..şovinizminə tüpürmək belə istəmirəm (C.Cabbarlı).

MİLLƏTÇİ
MİLLƏTPƏRƏST
OBASTAN VİKİ
Millətçilik
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik) ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat. Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar. Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür.
Ağ millətçilik
"Ağ millətçilik" termini "ağ irqin hakimiyyəti" ifadəsi üçün bir evfemizm olaraq ortaya çıxmışdır. Ağdərili insanların digər irqlərdən daha yaxşı olduğuna və buna görə cəmiyyətdə üstünlük təşkil etməsinə inam deməkdir, Defamasiya və Ekstremizmə Qarşı Mərkəzin direktoru Oren Siql bunu belə izah edir. Bu inanclara sahib olan insanlara ultra-sağ, "Indentarians" və irqi realistlər də deyilir. Ancaq bu, yalnız köhnə ksenofobiya üçün yeni bir ad, bir rebrendinqdir. "Ultra-sağ" termini Milli Siyasət İnstitutunun prezidenti (ağ irqin üstünlüyü tərəfdarı olan bir ekspert və analitik mərkəzi) və redaktoru Richard Spenser tərəfindən tərtib edilmişdir Radix jurnalı. O deyir: "Mən "ağ millətçi" ifadəsini özümə münasibətdə istifadə etmirəm. "Çox sağ" termini xoşuma gəlir. Açıqlığı var. O başa düşüləndir. Fərqli baxımdan yanaşırıq." Ku Klux Klan və neonasistlər də ağ irqin üstünlüklərinə sadiqdirlər.
Banal millətçilik
Banal millətçilik — insanlar arasında milli aidiyyat hissini paylaşan millətin günlük təsvirləri. == Mahiyyəti == Termin, Maykl Billigin 1995-ci ildəki yayımlanan eyni adlı kitabından törədilmişdir və məqsəd tənqid olaraq qəbul edilməsi idi. Konsepsiya, xüsusilə siyasi coğrafiya nizamı daxilində, 1990-ci illərdə yayımlanmasında bu tərəfə elmi fikirlərin davam etməsi ilə son dərəcə təsir edici olmuşdur. Günümüzdə bu termin əvvəla kimlik formalaşması və geopolitik-akademik mübahsələrdə istifadə olunmaqdadır. == Nümunələri == Banal millətçilik nümunələri günlük həyatımızda bayraqlar, idman qarşılaşmaları, milli mahnılar, pul simvolları, populyar ifadələr və zərb-məsəllər, vətənpərvər klublar, milli mətbuatda söz vurulan birliklərin qurulması, yəni hava xəbərləri, qrup və bölünmələr kimi hadisələrin "yerli" və "xarici" xəbərlər adı ilə verilməsi kimi hadisələrdə özünü göstərir. Bu simvolların çoxu davamlı təkrarlanan olduqları və demək olar ki, şüraltında yerləri olmadıqları üçün daha təsirlidirlər. Banal millətçilik daha çox məktəblər kimi dövlət qurumları vasitəsilə yaradılmaqda və yayılmaqdadır.
Dini millətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. == Mahiyyəti == Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiri Paylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. == Xristianlıq və millətçilik == Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Etnik millətçilik
Etnik millətçilik və ya mikro millətçilik, milli kimliyi yaradan, mədəniyyət, tarix və məqsəd birliyi kimi hakim mədəni ünsürlərin yaratdığı milli biz şüru yerinə, etnik birlik kimi biz şürunu mənimsəyən etnosentrik millətçilik növüdür. Hakim mədəniyyətin də bir etnik qrup kimi düşünülməsi lazım olduğu fikrini müdafiə edir. Azlıq mədəniyyətlərinin inkarı və asimiliyasiyası etnik millətçilik hisslərinin inkişafında mühüm bir təsir kimi qəbul edilir.. Özünü sosial bağlarla və ortaq mədəniyyətlə tərif edən, bütünləşdirici təbiətə sahib olan kültürəl millətçilikdən ayrılır. == Etnik millətçi düşüncələr == Millət dövlət strukturunun həyati əhəmiyyətli ünsürlərindən biri ölkə sərhədləri içində tək milli mədəniyyətin var olmasıdır. Ulus dövlətlərdə hakim milli mədəniyyətin xaricində qalanlar dəstəklənməz və eyni zamanda da məcburi şəkildə ortadan qaldırılmazlar. Milli mədəniyyət ilə qaynaşmazlıq halında ötəkiləşən mədəniyyətlər ana millətdən qopmağa qədər gedə bilərlər. Ernest Gellnerə görə mərkəzi rejimdən başqalaşan mədəniyyətlərin iki seçimi vardir: assimiliyasiya və ya öz millətçiliyini yaratmaq. Çoz etnik azlıqlarda daha çox qarşımıza çıxan assimiliyasiyadır ancaq getdikcə bəziləri milli dövlət daxilində hüquqi bir haqq qazanma mübarizəsinə qoşulmaqdadır. Tək mədəniyyətli milli dövlətlərdə bir azınlıq mədəniyyəti hakim milli mədəniyyəti rədd edərsə ayrı bir millət olma istəyini ortaya qoyar.
Kollektivist millətçilik
Kollektivist millətçilik — Risorgimento millətçiliyinə qarşı bir millətçilik tipidir. == Mahiyyəti == Hər nə qədər Risorgimento millətçiliyi bir millətin liberal bir dövlət qurma cəhdlərinə (məsələn İtaliyada Risorgimento və XIX əsrdə Yunanıstan, Almaniya və Polşadakı oxşar hərəkatlar, liberal millətçilikdə Amerikan milətçiliyi olduğu kimi) qarşılıq gəlsə də kollevtivist millətçilik bir millət müstəqillik qazandıqdan və dövlət qurduqdan sonra ortaya çıxır. Nasist Almaniyası və faşist İtaliyası, Alter və Brauna görə, kollektivist millətçilik nümunələridir. Kollektivist millətçilik xarakteri göstərən bəzi xüsusiyyətlər fərdiyyətçiliyə qarşı olması, dövlətçilik, radikal ektremizm və aqressif imperialist militarizmdır. Kollektivist millətçilik, müstəqillik mübarizəsi yolu ilə güclü hərbi dəyərlərin oturuşduğu və müstəqillik qazanıldıqdan sonra güclü hərbi sistemin yeni dövlətin təhlükəsizliyi və inkişafı üçün mütləq olduğu düşünülən ölkələrdə ortaya çıxır. Bundan başqa bu cür müstəqillik mübarizəsinin uğuru ifrat millətçiliyə yol aça biləcək milli üstünlük hisslərinin yaranmasına təsir edə bilər. Kollektivist millətçi dövlət totalitardır və hökumət ya da dövlət çox zaman bütün tərəflərini təzyiq altında tutur. Mussolininin İtaliyası belə bir cəmiyyətin ilk nümunəsi hesab oluna bilər. Kollektivist millətçiliyə daha çox faşizmin olduğu yerlərdə rast gəlinir. == Kökü == Kollektivist millətçilik fransız millətçisi və yazıçısı Carlz Maurrasın "Gerçək bir millətçi öz ölkəsini hər şeydən üstün tutar" sözü ilə ortaya atdığı nationalisme intégral ifadəsindən gəlir.
Romantik millətçilik
[[Fayll:Eugène Delacroix - La liberté guidant le peuple.jpg|thumb|1830-cu il Fransız İnqilabına həsr olunmuş Xalqa Yol Göstərən Azadlıq şəkli, rəssamı Ejen Delakrua, həmçinin millət vəkili də olmuşdur. ]] Romantik millətçilik (milli romantizm, təbii millətçilik, kimlik millətçiliyi), dövlətin siyasi legitimliyini idarə etdiyi millətçiliyin təbii bir nəticəsi olaraq törətdiyi millətçilik növüdür. Bu, uyqulamanın xüsusi formasına bağlı olaraq, öz mədəniyyətində doğulanlara qarşı ibtidai ulus, dil, mədəniyyət, din və adətləri əhatə edir. Bu millətçilik növü dövlətin üstdən aşağıya doğru legitimliyini dəyərləndirən, varlığını legitimləşdirən bir hökmdar ya da başqa bir idarəçilikdən gələnə sülalə ya da imperial hegomoniya nəticəsində ortaya çıxdı. Aşağıya doğru yayılan bu gün sonda bir Tanrı ya da Tanrıdan qaynaqlanan ola bilər (Monarxların tanrısal haqqı və Tianminqə baxın). Romantizmin əsas mövzuları və ən qalıcı mirası arasında, romantik millətçiliyin mədəni iddiası, Maarifçilik dövrü sonrası sənət və siyasi fəlsəfədə mərkəzi yer olmuşdur. Milli dillərin və folklorun inkişafına, yerli adətlərin və ənənələrin mənəvi dəyərinə fokslanaraq, Avropanın xəritəsini yenidən çəkən və millətlərin öz taleyini təyin haqqına çağıran hərəkətlərə, ən erkən həyəcanlarından millətçilik romantiklikdə rolları, ifadələri və anlamları müəyyən edən ən önəmli mövzulardan biridir. Tarix baxımından Avropada, romantik millətçilik üçün əsas il 1848-ci ildir, qitəyə inqilabçı bir dalğa yayıldı, müxtəlif parçalanmış bölgələrdə (İtaliya kimi) və ya çox millətli dövlətlərdə (Avstriyua-Macarıstan imperiyası kimi) xeyli sayda millətçi inqilabi hərəkatlar meydana çıxdı.
İfrat millətçilik
Ultranasionalizm — İfrat millətçilik "insanların maraqlarını bir dövlət və ya digərləri üzərində təşviq edən ifrat millətçilik" və ya "öz millətinə həddindən artıq sədaqət"dir.

Значение слова в других словарях