Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milenko Sebiç
Milenko Sebiç (30 dekabr 1984) — Serbiyalı atıcı. Milenko Sebiç Serbiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Milenko Sebiç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.0 xal toplayaraq 33-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Milenko Yerqoviç
Milenko Yergoviç (xorv. Miljenko Jergović, 28 may 1966[…], Sarayevo) — Bosniya və Xorvat yazıçısı. Sarayevo Universitetinin Fəlsəfə fakültəsini bitirib. Jurnalistika ilə məşğul olmuşdur. 1993-cü ildən bəri Zaqrebdə yaşayır. Varşava Rəsədxanası / Opservatorija Varšava ( 1988, Goran və Mak Dizdar mükafatları ) Uči li noćas neko və ovom mezun japanski? ( 1992 ) Heavenly Team / Himmel Comando (1992) Preko zaleđenog mosta ( 1996 ) Hauzmajstor Šulc ( 2001, Premio Napoli ) Sarajevski Marlboro ( 1994 , Erich Maria Remarque Barış Mükafatı, Osnabrück ) Karivani ( 1995 ) Mama Leone ( 1999, Grinzane Cavour Mükafatı ) Rabija i sedam meleka ( 2004 ) Drugi poljubac Gite Danon ( 2007 ) Psi na jezeru ( 2010 ) Buick Riviera ( 2002, Matica Xorvat Mükafatı, Avqust Chenoah Mükafatı; Ən Yaxşı Ssenari Üçün Pula IFF-də Film Uyğunlaşma Mükafatı) Qoz ağaclarının altındakı həyətlər / Dvori od oraha ( 2003 ) İnşallah Madona, İnşallah ( 2004 ) Excelsis-də Glorija ( 2005 ) Ruta Tannenbaum ( 2006, Mesha Selimoviç Mükafatı ) Freelander ( 2007 ) Srda pjeva, u sumrak, na Duhove ( 2009 ) Volqa, Volqa (2009) Ata / Otac ( 2010 ) Kažeš anđeo ( 2000 ) Naci bonton ( 1998 ) Tarix üzrə oxu kitabı / Historijska čitanka (2000) Historijska čitanka 2 ( 2006 ) Vertve sanjaju veliku ratnu pobjedu (2006) Muškat, limun i kurkuma ( 2011 ) Yerqoviçin şeirləri və nəsrləri türk dili də daxil olmaqla bir çox dilə tərcümə edilmişdir.
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Aleksandr Mişenko
Aleksandr Mişenko (ukr.
Mişenko zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Con Milnor
Con Uillard Milnor (ing. John Willard Milnor; 20 fevral 1931) — diferensial topologiya, K-nəzəriyyə və dinamik sistemlər sahəsindəki işləri ilə tanınmış Amerika riyaziyyatçısı. Filds medalı (1962), Volf mükafatı (1989) və Abel mükafatı (2011) laureatıdır. Stouni-Bruk Universitetinin əməkdar professorudur. == Həyat və fəaliyyəti == Con Milnor 1931-ci ildə ABŞ-nin Nyu-Cersi ştatında anadan olmuşdur. İlk elmi məqaləsini 18 yaşında yazan Milnor 1954-cü ildə fəlsəfə doktoru dərəcəsini alır. İki il sonra yeddiölçülü ekzotik sferaların kəşfi ilə riyaziyyat aləmini heyran edir. Daha sonra fransız riyaziyyatçı Mişel Kerverlə birlikdə hər ölçüdə sferalar üzərində bütün diferensiallanan strukturların təsnifatını verməklə topologiyaya yeni nəfəs gətirir. O, riyaziyyatın bir çox sahələrinə böyük töhfələr vermişdir ki, bunların içində xüsusilə Milnor sferaları, Milnor ədədi, Milnor-Törston nəzəriyyəsi, düyünlər nəzəriyyəsi ilə bağlı Milnor hipotezi riyaziyyatçılara yaxşı tanışdır. Milnor bir sıra mükafatlar laureatıdır və onların içində 1962-ci ildə aldığı riyaziyyat aləminin ən mötəbər mükafatlarından biri olan Filds medalı da vardır.
Milena Benini
Milena Benini (24 noyabr 1966, Zaqreb – 4 iyun 2020, Zaqreb) — xorvat elmi fantastika yazıçısı və tərcüməçisi. Benini 24 noyabr 1966-cı ildə Yuqoslaviyanın Zaqreb şəhərində anadan olub. 6 dəfə (1999, 2006, 2010, 2012, 2016, 2017) SFERA mükafatı da daxil olmaqla bir sıra mükafatlara və əsərlərinə görə çoxsaylı artifakt mükafatlarına layiq görülüb. Benini 4 iyun 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində ciddi xəstəlik səbəbiylə 53 yaşında vəfat etdi.
Milena Draviç
Milena Draviç (serb. Милена Дравић; 5 oktyabr 1940[…], Belqrad – 14 oktyabr 2018[…], Belqrad) — Yuqoslaviya və Serbiya teatr və kino aktrisası. Uşaq ikən Milena rəqs, xüsusən də baletlə məşğul idi və 1959-cu ildə filmlərdə debütünu etmişdir. Gənc aktrisanın ilk uğuru "Lazımsız qadın" (1962) filmində iştirak etdikdən sonra gəldi. 1971-ci ildən Atelye 212 adlı Belqrad teatrında oynamağa başladı, burada Vedekind, Horvat, İonesko, Duşan Kovaçeviç və digər məşhur dramaturqların pyeslərində rol aldı. Üç dəfə ailə qurmuşdu. Aktrisanın üçüncü əri serbiyalı aktyor Draqan Nikoliç oldu. Yuqoslaviya və Serbiya kinosunun 78 yaşlı ulduzu 14 oktyabr 2018-ci ildə uzun sürən xəstəlikdən vəfat etdi.
Milena Knezeviç
Milena Knezeviç (12 mart 1990, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. Milena Knezeviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Milena Knezeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Milena Rudniskaya
Milena Rudniskaya (ukr. Мілена Іванівна Рудницька; 15 iyul 1892 – 29 mart 1976, Münxen) – Ukraynalı siyasi və ictimai xadim, jurnalist, müəllim, Ukrayna Milli Demokratik Birliyinin fəalı, Ukrayna Qadınları Birliyinin mərkəzi şurasının rəhbəri (1928-ci ildən). 1928-1935-ci illərdə ikinci və üçüncü kadastr Polşa Seyminin deputatı olmuşdur. 1921-1928-ci illərdə bir məktəb müəllimi olaraq fəaliyyət göstərir, Lvovda Ali Pedaqoji Kurslarında müəllim işləyir. Lvovda Ukraynalılar İttifaqı Mərkəzi Şurasının sədri, 1934-cü ildə Stanislavovda (indiki İvano-Frankovsk) Ukrayna Qadınlar Konqresinin iştirakçısı, Ümumdünya Ukraynalılar Birliyinin və "Şahzadə Olqanın Drujinası" təşkilatının üzvü olur. Ukrayna Milli Demokratik Birliyinin fəal üzvü olmuşdur. 1928-1935-ci illərdə Polşa Seyminin deputatı, buradakı təhsil və xarici əlaqələr komitələrinin üzvü olur. Sözdə Ukrayna parlament nümayəndəliyinin nümayəndəsi olaraq, 1930-cu ildə Şərqi Qalisiya ilə bağlı sakitləşdirici siyasət və Ukrayna SSR-də 1932-1933-cü illərdəki kütləvi aclıq ilə əlaqədar Millətlər Birliyinə ərizələr göndərir. 1936-1939-cu illərdə Lvovdakı Ukrayna Əlaqə Komitəsinin Rəyasət Heyətinin üzvü olur. 1935-1939-cu illərdə həftədə iki dəfə nəşr olunan "Jinka" jurnalına redaktorluq etmişdir.
Milena Todorova
Milena Todorova (18 yanvar 1998) — Bolqarıstanlı biatlonçu. Milena Todorova Bolqarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Milena Todorova birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Todorova 25:33.6 saniyəlik nəticəsi ilə 87 atlet arasında 84-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Milena Pavloviç-Barili
Milena Pavloviç-Barili (çex. Милена Павловић-Барили 5 noyabr 1909[…], Pojarevaç[d], Serbiya krallığı – 6 mart 1945, Nyu-York, Nyu-York ştatı) — Serb əsilli şairə və rəssam. Serb modernizmin ən görkəmli qadın sənətkarıdır. Milena Pavloviç-Barili 5 noyabr 1909-cu ildə Pojarevaç şəhərində (Serbiya) anadan olmuşdur. Atası Bruno Barili bəstəkar, musiqi tənqidçisi və şair idi. Anası Daniçi Pavloviç Karaqeorqieviç sülaləsindən gəlirdi və incəsənət öyrənirdi. 1922-1926-cı illərdə Milena Belqraddakı Kral İncəsənət məktəbində, 1926-1928-ci illərdə Münhendə incəsənət təhsili alır. 1930-cu illərin əvvəllərində Milena Serbiyanı tərk etdir. İkinci Dünya müharibəsi başlamazdan əvvəl bir neçə dəfə qısa müddətə Serbiyaya gəlir. Vaxtının çoxunu İspaniya, Roma, Paris və Londonda keçirir, burada Jan Kokto və Andre Breton ilə ünsiyyət qurmaq imkanı olur.
Triennale di Milano
Triennale di Milano — İtaliyanın Milan şəhərindəki Sempione parkında yerləşən incəsənət və dizayn muzeyidir. O, Giovanni Muzio tərəfindən layihələndirilmiş və 1931-1933-cü illər arasında tikilmiş Palazzo dell'Arte-də yerləşir. Muzeyin tikintisi Antonio Bernocchi və onun qardaşları Andrea və Michele tərəfindən maliyyələşdirilib. Beynəlxalq incəsənət və dizayn sərgisi olan Milan Triennali muzeydə 1936-1996-cı illər arasında on üç dəfə və iyirmi illik fasilədən sonra yenidən 2016-cı ildə keçirildi. 2003-cü ildən muzey İtaliya Memarlığına görə üç illik qızıl mükafat təqdim edir. İtalyan dizaynının daimi muzeyi, 2007-ci ildə açılan Triennale Dizayn Muzeyi dizayn, memarlıq və vizual, səhnə və tamaşa sənətlərini nümayiş etdirir. Binada həmçinin Muzio tərəfindən dizayn edilmiş Teatro del Arte teatrı da var. 2019-cu ildə XXII Triennial "Sınıq Təbiət" adı altında insanlar və təbiət arasındakı əlaqəni araşdıran dizayn yanaşmalarına diqqət yetirərək keçirildi.