Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meşəli
Meşəli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Meşəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Meşəli (Goranboy) — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Klement Miçelin
Klement Miçelin (11 may 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Miçelin həmçinin Fransanın gənclər yığmalarından olan U-17 komandasının üzvüdür. == Klub karyerası == === Tuluza === Miçelin Liqa 1-də debütünü 20 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. O, 61-ci dəqiqədə İssiaqa Sillanı əvəz etmişdir. Həmim görüşdə Tuluza Lillə səfərdə 2-1 hesabı ilə qalib gəlmişdir.
Martina Mitseli
Martina Mitseli (22 oktyabr 1973, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Martina Mitseli, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Martina Mitseli, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Omalotheca sylvatica (lat. Omalotheca sylvatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin omalotheca cinsinə aid bitki növü. Cyttarium silvaticum (L.) Peterm. Dasyanthus fuscus Bubani Dasyanthus sylvaticus (L.) Bubani Filago sylvatica (L.) Link Gamochaeta sylvatica (L.) Fourr. Gnaphalium sylvaticum L. Synchaeta silvatica (L.) Kirp.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Meşəlik əməköməcisi
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Meşəlik əsməsi
Anemonoides sylvestris (lat. Anemonoides sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. Böyük Qafqazın qərb və şərq hissəsi, Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Mirsəlim Əsədov
Əsədov Mirsəlim Mirələm oğlu (11 yanvar 1952, Neftçala) — kimyaçı, kimya elmləri doktoru, professor. MirSəlim Əsədov 11 yanvar 1952-ci ildə Neftçalada anadan olmuşdur. O, 1970-ci ildə Neftçala 1 saylı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. MirSəlim Əsədov universiteti əla və yaxşı qiymətlərlə qurtarmışdır. 1978-ci ildə Bakı Dövlət Universitetin "Fiziki-kimya" kafedrasında aspiranturya qəbul edilmişdir. Qeyri-üzvi və fiziki-kimyəvi sistemlərin nəzəriyyəsi, termodinamikası, fizikası və tədqiqi sahələrində tədqiqatlar aparmışdır. 1982-ci ildə " Civə və tallium xalkogenidlərindən əmələ gələn sistemlərin fiziki-kimyəvi tədqiqi"; 02.00.01 — Qeyri-üzvi kimya (Yeni 2303.01) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar SSSRİ Ali Attestasiyasi Komissiyası tərəfindən ona böyük elmi işçi elmi adı verilmişdir. 1990-cı ildə SSSRİ Elmlər Akademiyasının Sibir Bölməsində Novosibirskdə "Ağır nadir metalların iştirakı ilə xalkogenid materialların alınmasının fiziki-kimyəvi əsasları " mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar Azərbaycan Ali Attestasiyasi Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir.
Mişelye Haymberq
Mişelye Haymberq (d. 2 iyun 2000) — İsveçrəli suya tullanan. Mişelye Haymberq İsveçrəni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Mişelye Haymberq birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 218.55 xal toplayaraq 16-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Salvia misella
Salvia misella (lat. Salvia misella) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Köndələlən mielit
Köndələlən mielit — nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma belə pasiyentlərin üçdə birində gələcəkdə heç bir həmlə müşahidə olunmur. Onurğa beyninin kəskin disfunksiyası olan hər bir şəxs təcili surətdə müayinədən keçməlidir, çünki onda cərrahi əməliyyatı tələb edən kompressiv zədələnmə ola bilər.
Mauritsio Mikeli
Mauritsio Mikeli (it. Maurizio Micheli); 3 fevral 1947, Livorno, Toskana) — İtalyan aktyor, ssenarist və rejissor. == Həyatı == Mauritsio Mikeli 3 fevral 1947-cu ildə İtaliyanın Livorno şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan, Bari şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Milan şəhərinə dönmüşdü, Piccolo Teatrında Dramatik Sənət Məktəbində oxuduğu və məzun olduğu. 2002-ci ildə Garibaldi amore mio romanını nəşr etdirdi. == Seçilmiş filmoqrafiya == Allegro Non Troppo (1976) Café Express (1980) Mani di fata (1982) Heads I Win, Tails You Lose (1982) I Am an ESP (1985) Il commissario Lo Gatto (1987) Roba da ricchi (1987) Rimini Rimini (1987) Rimini Rimini - Un anno dopo (1988) Cucciolo (1998) Commediasexi (2006) Vals (2007) The Cézanne Affair (2009) Pinocchio (2012) Women Drive Me Crazy (2013) Quo Vado?
Meşəli (Goranboy)
Meşəli (əvvəlki adı: Xarxaput) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xarxaput kəndi Meşəli kəndi adlandırılmışdır. Xarxaput toponiminin erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində mövcud olmuş Xarx qalasının adı ilə eyni mənşədən olmasını güman edilir, digər qismi isə türk dillərindəki karqa (dağ) və bud (təpə) sözlərindən yarandığı ehtimal edilir. Həmçinin oykonim Azərbaycan dilinin dialektlərində işlənən qədim türk dillərindəki xarxa (kimsəsiz, dərin) və bud/put (ağac, meşə) komponentlərindən düzəlib, "dərin meşə" mənasındadır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 14 nəfər əhali yaşayır.
Meşəli (Xaçmaz)
Meşəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Meşəli (Xocalı)
Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənd. Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır. Kənd Qırxqız dağlarının ətəyindədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcud olduğu dövrdə ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılıb, əhalisi isə didərgin salınmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Mikeli cili
Mikeli cili (lat. Carex michelii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.