Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bonqo
Bonqo (lat. Tragelaphus eurycerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
GONGO
QONQO (ing. GONGO) — ingilis dilində "Dövlətin təşkil etdiyi qeyri-hökumət təşkilatı" (ing. Government-Organized (və ya Operated) Non-Governmental Organization) ifadəsindən yaranmışdır. Nominal olaraq müstəqil, əslində isə dövlətin göstərişi, təşəbbüsü və/və ya iştirakı ilə yaradılmış və ölkə daxilində və xaricdə dövlətin mənafeləri üçün işləyən qeyri-hökumət təşkilatlarını işarələmək üçün istifadə olunan abbreviaturadır.Belə yalançı qeyri-hökumət təşkilatları adətən qeyri-demokratik hökumətlər tərəfindən yaradılır və maliyyələşdirilirlər və mövcud iqtidarın mövcudluğuna və hərəkətlərinə haqq qazandıran vətəndaş cəmiyyəti təmsilçiləri kimi istifadə olunurlar.. Yalançı qeyri-hökumət təşkilatları başqa dövlətlərin daxili siyasətlərinə müdaxiləyə haqq qazandırmaq üçün də istifadə oluna bilərlər.
Konqo
Ölkələr
Manqo
Manqo (bitki) — püstəkimilər fəsiləsinə aid bitki cinsi. Manqo (şəhər) (fr. Mango) — Toqoda şəhər. Manqo (ada) (fici Mago) — Ficidə ada. Manqo (İtaliya) (it. Mango) — İtaliyada kommuna. Manqo (dəniz) (ing. Mango Lake) — ABŞ Floridada dəniz. Manqo (çay) — Yeni Zelandiyada çay Manqo (milli park) — Avstraliyada milli park. Manqo (mağaza) — Rusiyada ticarət nişanı Manqo (film, 2008) — Avstraliya filmi.
Monjo
Monjo (fr. Montjaux, oks. Montjòus) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12153. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 39 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 393 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Monlo
Monlo (fr. Montlaux, oks. Montlaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye . INSEE kodu — 04130. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 79 yaşında (15-64 yaş arasında) 49 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62.0%, 1999-cu ildə - 68.8%). Fəal olan 49 nəfərdən 44 nəfər (25 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Monqol
Monqollar — monqol dillərində danışan bütün xalqların tarixi adı. == Subetnik qruplar == Monqol dillərində xalxlar, baoanlar, dunsyanlar, tular, daurlar, buryatlar, kalmıklar və bir neçə azsaylı digər xalqlar daxildir. Monqolustan Respublikasının əsas əhalisi. Həmçinin Çin Xalq Respublikasında (əsasən kompakt şəkildə Daxili Monqolustan Muxtar Rayonunda) yaşayan xalq. Özlərini "Xalx" adlandırırlar. Yaxın etnik qruplarla (monqollar daxil olmaqla 14 etnik qrup) birlikdə dünyada sayları təxminən 11.116 milyon nəfərdir.Çin Xalq Respublikasında 2000-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Çin dövləti tərəfindən rəsmən tanınan 56 milli azlıqdan biri olan Monqolların sayı 5.823.947 nəfər olmuşdur. == İdarəetmə şəkli və birliklər == Çingiz xanın təşkilatlandırdığı monqollarda əhaliyə ivgen, boya obop, ailə və ən kiçik birliklərə isə aymuğ və ya yasun deyilirdi. Ordu da bu üsula görə təşkilatlanmışdı. Ulus adlanan monqol qəbilə birliklərinin hər biri əsgər sayılırdı. Qəbilələr səfərə öz qadınları, çadırları, heyvanları ilə bir ordu kimi hərəkət edərdi.
QONQO
QONQO (ing. GONGO) — ingilis dilində "Dövlətin təşkil etdiyi qeyri-hökumət təşkilatı" (ing. Government-Organized (və ya Operated) Non-Governmental Organization) ifadəsindən yaranmışdır. Nominal olaraq müstəqil, əslində isə dövlətin göstərişi, təşəbbüsü və/və ya iştirakı ilə yaradılmış və ölkə daxilində və xaricdə dövlətin mənafeləri üçün işləyən qeyri-hökumət təşkilatlarını işarələmək üçün istifadə olunan abbreviaturadır.Belə yalançı qeyri-hökumət təşkilatları adətən qeyri-demokratik hökumətlər tərəfindən yaradılır və maliyyələşdirilirlər və mövcud iqtidarın mövcudluğuna və hərəkətlərinə haqq qazandıran vətəndaş cəmiyyəti təmsilçiləri kimi istifadə olunurlar.. Yalançı qeyri-hökumət təşkilatları başqa dövlətlərin daxili siyasətlərinə müdaxiləyə haqq qazandırmaq üçün də istifadə oluna bilərlər.
Anqo
Şanyü Anqo (v. 94) — Hunların XXX şanyüsü. Şanyü Anqo taxta gələndə bir çoxu ona müxalifət edirdi. Ona çoxu hörmət etmirdi və taxtın Tunduşinin olmasını daha çox istəyirdi. Anqo şimaldan gələn hunları ətrafına yığıb Tunduşini öldürmək qərarına gəldi. Çinə də bu barədə müraciət etdi. Müharibədə Tunduşiyə məğlub olan Anqo dayısı Quduxu tərəfindən öldürüldü.
Logo
Loqo (en. Logo) – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dili. LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, Bağa da yerini dəyişən zaman iz qoya bilər; onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar. Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir. İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur.
Loqo

Momo
Duman Adamlar olaraq da bilinən Momo , Maykl End tərəfindən 1973-cü ildə nəşr olunan fantastik bir romandır. Söhbət zaman anlayışından və müasir cəmiyyətlərdə insanlar tərəfindən necə istifadə edilməsindən gedir. == Süjet == Adı açıqlanmayan bir şəhərin kənarındakı köhnə amfiteatrın xarabalıqlarında haradan gəldiyi bilinməyən kiçik qız Momo yaşayır. Valideynləri yoxdur, əynində isə geyinilmiş uzun bir palto var. Saymağı və hətta neçə yaşı olduğunu da bilmir. Ondan yaşını soruşanda, "Bildiyimə görə, həmişə var olmuşam" cavabını verir. Yaxşı bir dinləyici olduğu üçün məhəllədəki insanların sevgisini qazanır. Sadəcə insanlarla vaxt keçirib onların problemlərini məsləhət vermədən dinləməklə belə qarşısındakının yaxşı hiss etməsinə səbəb olan biridir Momo. Hətta camaat arasında "Get bir Momony gör" ifadəsi məşhur idi. Momo bir çox dostlar qazanır, xüsusən də vicdanlı, sakit bir küçə süpürgəçisi Beppo və şair ruhlu turist bələdçisi Gigi onun ən yaxın dostlarına çevrilirlər.
Noto
Noto (it. Noto) — İtaliyada Siciliya regionuna aid, Sirakuza əyalətinin tərkibində kommuna (icma). İcma əhalisinin sayı 23 346 nəfər, sıxlığı isə 42 nəfər/km²-dir. Noto Siciliya barokkosunun beşiyi sayılır.
Toqo
Toqo — Qərbi Afrikada dövlət. Ölkə qərbdən Qana, Şərqdən Benin, Şimaldan Burkina-Faso ilə həmsərhətdir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir. == Adının Etimologiyası == Ölkənin adı Ewe dilindən gəlir. Ewe dilində Togo sözü to (Dilimizdə: su) və go (Dilimizdə: liman) sözlərindən ibarətdir. Almaniyanın burada qurduğu ilk müstəmləkə nizamında bölgəni Togoland adı verilmiş, buna da əsaslanaraq bütün ölkə üçün Togo adı istifadə edilmiş, müstəqilliyindən sonra da bu ad yeni ölkənin adı olaraq da seçilmişdir. == Coğrafiya == Ölkənin bütövlükdə sahib olduğu 1,647 km-lik sərhədindən 664 km-i Benin, 126 km-i Burkina Faso, 877 km-i Qana ilə həmsərhəd olduğu halda, ölkənin bundan başqa Atlantik Okeanına da 56 km-lik sahil xətti var. Togo sahib olduğu 56.785 km² sahəsi ilə Afrika qitəsindəki kiçik bir ölkələrdən biridir. Qitədə bu qədər sahayədən daha az bir sahəyə sahib olan çox az sayda ölkə var.
Andreu Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. == Həyatı == Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. == Yaradıcılığı == Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görübO, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Anoto Qabriel
Anoto Qabriel - (1853-1944) - fransız tarixçisi və dövlət xadimi. Fransa Akademiyasının üzvü (1897). Həmin ildən Fransa Dövlət arxivinin rəisi. == Həyatı == Anoto Qabriel 1853-cü ildə anadan olmuşdur. Siyasi fəaliyyətinə görə İstanbulda səfirlikdə işləməklə başlamış, respublikaçılar partiyasının deputatlar palatasına üzv seçilmişdir. O, 1894–1898-ci illərdə Fransanın xarici işlər naziri olmuşdur. Fransanın müstəmləkəçilik siyasətinin ən fəal tərəfdarı kimi Şərqdə və Afrikada hərbi ekspedisiyaların təşkilində mühüm rol oynamışdır. Onun təsiri ilə 1894–1896-cı illərdə Madaqaskar adası işğal olunub Fransa imperiyasının tərkibinə daxil edilmişdir. Anoto Almaniyanın xarici siyasətinin təcavüzkar xarakterini dərk edərək Rusiya ilə yaxınlaşma tərəfdarı olmuşdur. Onun əsərlərinin çoxu başlıca olaraq Fransanın orta və yeni əsrlər tarixinin tədqiqinə həsr olunmuşdur.
Ceyms Monro
Ceyms Monro (ing. James Monroe; 28 aprel 1758[…] – 4 iyul 1831[…], Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti (1817-1825) və 7-ci Dövlət katibi (1811-1814, 1815-1817). ABŞ və Fransa arasında 1803-cü il Luiziana sövdələşməsinin təşkilatçılarından biri və prezidentliyi dövründə qəbul olunan ABŞ-nin Avropanın daxili işlərinə qarışmaması və Amerika qitəsinin ABŞ-nin maraq dairəsində olmasının elan edildiyi Monro doktrinasının müəllifidir. == Erkən həyatı == ABŞ-nin 5-ci prezidenti Ceyms Monro 1758-ci il aprelin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Vaşinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın digər siyasətçilərindən fərqli olaraq, atası Spens Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi. Ceyms Monro ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin yanında alır. 16 yaşında Virciniyanın paytaxtı Vilyamsburqa gələrək «Vilyam ənd Meri» kollecində təhsilini davam etdirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental ordunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik şəhadətnaməsi alır, 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, ona Qərb ərazisində böyük torpaq sahələri verilmişdir. 1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altında hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq əlaqələri saxlamışdır.
Dioqo Alves
Dioqo Alves (ing. Diogo Alves; 1810 - 19 fevral 1841, İspaniya, Qalisiya, Samos (Luqa) — ispan əsilli portuqaliyalı seriyalı qatil. 1836-1840-ci illər arasında yetmiş nəfəri öldürdü. Onun törətdiyi cinayətlər hamısı Aqua Livres su kəməri ərazisindəydi və bununla da “Su kəməri cinayətkarı” adını qazandı. 19 fevral 1841-ci ildə edam cəzasına məhkum edildi və asıldı. Qatilin başı bədəndən ayrılmış və elmi məqsədlər üçün bir qabda yerləşdirilmişdir, indi turistik bir yerdir. == Bioqrafiya == Qalisiyada bir kəndli ailəsində anadan olan Alves gənc yaşda olarkən ailə atından yıxıldı, başını vurdu və Pankada (“zərbə”) ləqəbini qazandı. On doqquz yaşındaykən valideynləri onu Lissabona işləməyə göndərdilər. Bir neçə iş dəyişdikdən sonra o, valideynlərinə məktub yazmağı dayandırdı, içki içməyə, qumar oynamağa başladı və mehmanxanaçı Mariya “Parreyrinya” Gertrudeslə tanış oldu. Bu əlaqənin Alvesi öldürməyə təhrik etdiyi güman edilir.
Dəşti-Marqo
Dəşti-Marqo (fars. دشت مارگو‎) — gilli-qumlu səhra, Yaxın Şərqdə, Əfqanıstannın cənub-qərbində, Qilmend çayı ilə Xaşrud çayı arasında qərarlaşır. Səhranın sahəsi 150 000 km², hündürlüyü 500–700 m təşkil edir. Cənub-qərbində qumlu massiv yerləşir. Burada takır və şoranlıqlar geniş sahə tutur.
Elizabet Monro
Elizabet Monro (ing. Elizabeth Monroe; 30 iyun 1768, Nyu-York, Nyu-York ştatı – 23 sentyabr 1830, Riçmond) — ABŞ siyasətçisi, 5-ci Prezidenti Ceyms Monroun həyat yoldaşı.
Endrü Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. == Həyatı == Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. == Yaradıcılığı == Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görübO, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Glochidion manono
Glochidion manono (lat. Glochidion manono) — südləyənkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü.
Hyoqo prefekturası
Hyoqo prefekturası (yap. 兵庫県 Hyōgo ken) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Əsasan Konqo Demokratik Respublikasında, Afrikanın ən dərin və ən uzunundan biri (2-ci yer).
Konqo Respublikası
Konqo Respublikası — Qərbi Afrikada dövlət. Konqo — Brazzaville olaraq da adlandırılan və 1969–1991-ci illərdə Konqo Xalq Respublikası olaraq mövcudluğunu qoruyan ölkənin sərhəd qonşuları (şimaldan saat istiqamətində) Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Anqola ərazisi olan ancaq ölkənin əsas hissəsindən ayrı olan Kabinda bölgəsi, Qabon və Atlantik okeanıdır. Paytaxtı Brazzavil şəhəridir. == Coğrafiyası == Konqo hövzəsinin ən şimal-qərb bölgəsində yerləşən ölkədə Konqo çayı və Ubangi çayı ölkənin şərq və cənub-şərq bölgələrində sərhəd təşkil edir. Paytaxt Brazzavil, Konqo çayının bir göl kimi genişlənməsi Malebo Hovuzu üzərində yerləşir, çayın digər sahilində isə qonşu ölkə Demokratik Konqo Respublikasının paytaxtı Kinşasa yerləşir. Bu vəziyyətləri ilə Brazzaville və Kinşasa dünya bir-birinə ən yaxın paytaxtlar statusu daşıyır. Ekvator üzərində qitənin orta qərb hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyatı baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin cəmi sahib olduğu 5.504 km-lik quru sərhəddən 201 km-i Anqola (Cabinda bölgəsi), 523 km-i Kamerun, 467 km-i Mərkəzi Afrika Respublikası, 2.410 km-i Demokratik Konqo Respublikası, 1.903 km-i Gabon ilə olduğu halda, ölkənin Atlantik Okeanına da 169 km-lik çıxışı var. == Əhalisi == 2013-cü ilin məlumatlarına görə ölkədə əhali təxmini sayı 4,492,689 nəfərdir. Ölkədə əhalinin orta yaş həddi 19,2 səviyyəsində olub , əhali sıxlığı 11 nəfər/km² ilə aşağı sıxlıqdadır.