Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molodo çayı
Molodo çayı(saxa Муолада) — Lena çayının sol qolu. Molodo-Unqa-Anabıl və Molodo-Xanqas-Anabıl çaylarının qarışmasından əmələ gəlir. Orta Sibir yaylasının şimal-şərqi ilə Buluns vilayətindən axır. Çayın uzunluğu-556 km, hövzəsinin sahəsi isə-26 900 km²-dir. Dekabrdan donan çay may ayında əriməyə başlayır. Qidalanmasında qar və yağış suları əsas yer tutur.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. == Tarixi == Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.
Holloko
Holloko(Hungarian:ˈholloːkø), Macarıstandakı Palóc etnoqrafik kəndidir və UNESCO-nun Dünya irsi saytıdır. Onun adı Macar dilində "Quzğun-daş" deməkdir. == Yerləşdiyi ünvan == Kənd Macarıstanın paytaxtı Budapeştdən təqribən 91.1 kilometr şimal-şərqdə yerləşən Noqrad (medye) yerləşir. Aşağı zirvələrlə əhatə olunmuş Cserhat dağlarının bir vadisində yerləşir. Təbii mühit qorunur. == Tarixi == 13-cü əsrin ortalarında, monqol istilasından sonra Holloko qalasının tikintisin' əvvəlcə ərazini gələcək hücumlardan qorumaq üçün bir vasitə olaraq başladı. Bu zaman Holloko ətrafındakı yer Kacsics zadəgan klanı tərəfindən tutuldu. Qala ilk dəfə 1310-cu ildə sənədlərdə qeyd edilmişdir. Original kənd qala divarlarının altından tikilmişdir. Osmanlılar qalanı 1552-ci ildə ələ keçirdilər və sonrakı 150 il ərzində Osmanlı və Macar qüvvələri arasında alternativ bir idarə idi.
Moloja
Moloja — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 520 nəfərdir. Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki molo komponenti talış dilindəki mölo (molla) sözünün fonetik variantıdır, jə isə “yer” mənasındadır. Ehtimal ki, yaşayış məntəqəsini molla saldığı üçün belə adlandırılmışdır. Digər mülahizəyə görə, Molojə talış dilində “molla döyən” deməkdir. Görünür, oykonim talış, məlo jə sözündən yaranmışdır. Üçüncü, fərqli mülahizəyə əsasən, bu oykonim malon jə sözündən olub, “mal-qaranın vurulduğu yer” deməkdir. Bu oykonimi malon şə sözünün talış dilində fonetik variantı kimi qəbul etsək, mənası “mal-qaranın getdiyi yer, örüş yeri” deməkdir.
Mololon
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. Əhalisi 431 nəfərdir. Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Moloma
Moloma (rus. Моло́ма) — Rusiyanın Kirov vilayətində çay. Çayın mənbəyi Voloqda vilayətində yerləşir. Vyatka çayının sağ qoludur. Uzunluğu 419 km, hövzəsinin sahəsi 12,700 km2-dir. Şimal Uvallarından başlanır. Qarışıq mənbələrdən qidalanır. Noyabrdan aprelin axırınadək donmuş olur. Yazda 276 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
Monako
Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neçə kilometr qərbdə, Fransız Rivierasında yerləşənə suveren şəhər-dövlət və mikrodövlət. Şimaldan, şərqdən və qərbdən Fransa ilə həmsərhəddir. Knyazlığın 38.682 sakini var və onlardan 9.486-sı Moneqask vətəndaşıdır; Bura dünyanın ən bahalı və zəngin yerlərindən biri kimi tanınır. Knyazlığın rəsmi dili fransız dilidir. Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır. 1911-ci il konstitusiyasına görə Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.
Mölkki
Mölkki (fincə: [' mölkki ]) — 1996-cı ildə Lahden Paikka şirkətinin (əvvəllər Tuoterengas kimi tanınan) icad etdiyi bir fin atma oyunudur. Bu kikka adlanan, bir əsrlik Karelian köklü bir oyunu xatırladır. Lakin, mölkki kikka kimi çox fiziki güc tələb etmir və yaşından asılı olmayaraq hər kəs üçün daha münasibdir. Mölkki heç bir xüsusi avadanlıq tələb etmir və müvəffəqiyyət şans və bacarıq birləşməsinə əsaslanır. Oyun Finlandiyada Lahden Paikka tərəfindən təxminən 200,000 dəsti satdı. Mölkki treydmarkdır. Oyunçular, 1–12 nömrələnən taxta pinləri aşırtmaq üçün təxminən həmin ölçüdə olan başqa bir pindən (buna mölkki də deyilir) istifadə edirlər. Pinlər atış nöqtəsindən 3–4 metr məsafədə sıx şəkildə yerləşdirilir və aşağıdakı qaydada düzülür: 1-ci sıra, 1/2; 2ci sıra , 3/10/4; 3-cü sıra, 5/11/12/6; 4-cü sıra, 7/9/8. Bir pini aşırmaq onun üzərində qeyd olunan xalı qazandırır. 2 və ya daha çox pini aşırtmaq aşırılan pinlərin sayı qədər xal qazandırır (məsələn, 3 pin aşırtmaq 3 xal).
Rokoko
Rokoko (fr. rococo) — XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət üslubudur. Rokoko üslubunda mürəkkəb, qeyri-adi, balıqqulağı formalarına üstünlük verilirdi (Fransada otel Subiz, 3 meydanın ansamblı, Kral meydanı və s.). XVII əsrdə yaranan Barokko üslubu, xeyli dəyişmiş olaraq XVII əsrdə də varlığını davam etdirmişdir. Barokko sənətin kölgə-işıq qarışıqlığına söykənən təəccüblü, içə işləyici dramatik təsiri gedərək itmiş və yerini yumşaq, hətta bir az zəif bir üsluba buraxmışdır. Bu, tamaşaçını təsir etməkdən çox əyləndirən, göz oxşayan amma o ölçüdə səthi bir üslubdur. Resimsel xüsusiyyətlər zəifləmiş, dekorativ, süslemeci bir funksiya ön plana keçmişdir. Bu dövrün saray və köşklərinin iç dekorasiyası və mebelləri də bu yeni üslubu əks etdirməkdədir. Sənət tarixçiləri, bitki mənşəli bəzəmələrin və divarları örtən şəkillərin göz əyləndirən, dərdsiz və zərli üslubunu "Rokoko" deyə adlandırmışlar. Bu söz, Fransızca rocaille sözündən gəlməkdədir.
Tomoko
Tomoko — Yaponiya qadın adı. Tomoko Suzuki — keçmiş Yaponiya qadın futbolçusu. Tomoko Muramatsu — Yaponiya qadın futbolçusu. Tomoko Ohara — keçmiş Yaponiya qadın futbolçusu. Tomoko Matsunaqa — keçmiş Yaponiya qadın futbolçusu.
Molox
Molox (mas: מֹלֶךְ; q.yun. Μόλοχ, lat. Moloch) — qədim Finikiyada və Karfagen dinində günəş tanrısı. Bibliyada ammonların tanrısı kimi xatırlanır. Finikiya dilində molek – hökmdar deməkdir. Moloxun şərəfinə hərbi əsirlər, bəzi hallarda azyaşlı əyan uşaqları qurban verilərək yandırırdılar. Cooper, Alan M. Phoenician Religion [first edition] // Jones, Lindsay (redaktor). Encyclopedia of Religion. 10 (2). Macmillan Reference.
Oçoko
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər. Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur.
Fonvey (Monako)
Fonvey ( fr. Fontvieille)-Monako Krallığının tərkibində yaranan 10-cu şəhərdir. Şəhərin cənub-qərbində yerləşir. Sahəsi-334 970 m²-dir. 2008-ci ilin məlumatlarına əsasən əhalisinin sayı-3602 nəfərdir. == Tarixi == Monakonun 12-ci kralı Monako Rene III tərəfindən şəhər 1970-ci illərdə qurulmuşdur. Burada bir çox tikililər məşhurdur ki, onlardan şəhərin mərkəzində yerləşən Lui II-nin şərəfinə adlandırılmış stadionu göstərə bilərik. Bu şəhərdə Monako kutbol klubunun ofisləri, Monako Universiteti də yerləşir. Burada vertolyot dayanacağı da var ki, Monako Krallığı ilə Fransanı bura əlaqələndirir. Yüngül gimnastika yarışlarıda bu şəhərdə keçirilib.
Kolokol adası
Kolokol adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 5,9 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Krayniy adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 500 m və 650 m). == Təsviri == Uzunluğu bir km-dən çox, eni isə 250 metr təşkil edir. Adanı ilk kəşf edənlər onu iri kilsə zənginə bənzətdiyindən bu cür adlandırmışlar. Cənubunda elədə böyük olmayan göl vardır.
Mihoko İvaya
Mihoko İvaya (d. 1 iyun 1964) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Molodi müharibəsi
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur. Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı). Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi.
Molodoy proletari
Molodoy proletari (az-əbcəd. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Molokan bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.
Moloqa çayı
Moloqa (rus. Молога) — Rusiyanın Tver, Novqorod və Voloqda vilayətlərində çay. Volqa çayının sol qoludur. Rıbinski su anbarına tökülür. Uzunluğu 456 km, hövzəsinin sahəsi 29,700 km2-dir. Qarışıq mənbədən qidalanır. Oktyabrın axırından aprelədək donmuş olur. Pestovo şəhərindən gəmiçiliyə yararlıdır. Bejetsk, Pestovo, Ustyujna şəhərləri Moloqda sahilindədir. Vikianbarda Moloqa çayı ilə əlaqəli mediafayllar var.
Molotov kokteyli
Molotov kokteyli (ing. Molotov cocktail) — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka. Partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur. Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ-nin paytaxt Helsinkini havadan bombalaması, onun beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, arsenalı zəif olan Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butulkalar – Molotov kokteylləri oldu.
Molotov rayonu
Qaradağ — Bakının rayonlarından biri. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Moltke Körpüsü
Moltke körpüsü (alm. Moltkebrücke‎) — Almaniyanın Berlin şəhərində Şpree çayının üstündə qurulmuş körpü. İnşaatı 1891-ci ildə bitmiş və şimal sahildə yerləşən Alt-Moabit dəmiryol stansiyasını cənubdakı Villi-Brandt-Strasse stansiyasına və Kansler binasına birləşdirir. Körpü Prussiya krallığı ordusuna 30 il rəhbərlik etmiş general-feldmarşal Helmut Karl Bernhard fon Moltkenin (1800–1891) şərəfinə adlandırılmışdır. Körpünün tamamlanmasına az müddət qalmış o vəfat etdiyi üçün açılış mərasimi onun cənazə korteji tərəfindən icra edildi. Körpü 3 arkadan ibarətdir və qum daşından tikilmiş, həmçinin Yohan Böse, Karl Piper və Karl Beqasın heykəlləri ilə bəzədilmişdir. İnşaat işləri 1888-ci ildə başlamış və 1891-ci ildə tamamlanmışdır. Körpü 1945-ci ilin aprelində İkinci dünya müharibəsinin sonlarında ağır döyüşə şahidlik etmişdi. Alman müdafiəçilər olan 5000-ə qədər SS və Volksştrum üzvləri körpünün hər iki girişində barrikada qurdular və körpünü partlatmaq üçün minaladılar. Aprelin 28-də general-mayor Semyon Perevyortkinin başçılıq etdiyi sovet 3-cü həmləçi ordu Alt-Moabitdən aşağıya doğru körpüyə tərəf yaxınlaşdılar.
Monako-Vill
Monako Vill (fr. Monaco-Ville) — Monako paytaxtı. Şəhər ölkənin sentrin cənubda, Aralıq dənizin sahilində yerləşir.
Monako FK
Monako Futbol Klubu İdman Assossiyasi (fr. Association Sportive de Monaco Football Club) — Monako Knyazlığına aid olsa da, knyazlığın UEFA-ya üzv olmamağı səbəbindən Fransa Liqasında çıxış edən, bu səbəbdən də fransız klubu sayılan profesional futbol klubu. 1 avqust 1919 tarixində qurulan Monako İdman Assossiasiyası Fransadakı idman yarışlarında iştirak edən ən qədim idman qurumlarında biridir.
Monako Knyazlığı
Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neçə kilometr qərbdə, Fransız Rivierasında yerləşənə suveren şəhər-dövlət və mikrodövlət. Şimaldan, şərqdən və qərbdən Fransa ilə həmsərhəddir. Knyazlığın 38.682 sakini var və onlardan 9.486-sı Moneqask vətəndaşıdır; Bura dünyanın ən bahalı və zəngin yerlərindən biri kimi tanınır. Knyazlığın rəsmi dili fransız dilidir. Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır. 1911-ci il konstitusiyasına görə Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.