Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Monasit
Monasit — mineral, (Se, La)[PO4]. Qatışıqları (%): ThO2- 28-dək; SiO2- 6-dək; CaO- 2-dək; V2O5 — 5-dək və b. == Haqqında == Monasit — monoklinik. Kristalları {100} üzrə yastılaşmış, prizmatik, izometrik, pazabənzər. Ayrılması {100Mi} üzrə mükəmməl, {010} üzrə qeyri-mükəmməl. Rəngi qəhvəyi, sarı; bəzən yaşılımtıl. Parıltısı qatranı. Sərtliyi 5–5,5. Xüsusi çəkisi 4,9–5,5. Çox vaxt radioaktivdir.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. == Adın etimologiyası == Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — «sahil» sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq «odun ürəyi» deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb «rifah» deməkdir. == İqtisadiyyatı == Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. == Tarixi == 1886 - 25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962 - 6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Morşin
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Morşın
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır.
Karbon monoksit
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. == Tarix == Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə - tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udi əsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973). == Həyatı == Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub. Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı. Nic kəndində torpağa basdırılıb.
Şiniçi Morişita
Şiniçi Morişita (d. 28 dekabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.
Məhəmməd Morsi
Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى‎; 8 avqust 1951 – 17 iyun 2019[…]) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi. == Həyatı == Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib. 1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb.