Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morşin
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Morşın
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Məhəmməd Morsi
Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى‎; 8 avqust 1951 – 17 iyun 2019[…]) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi. Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib. 1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb.
Boksit
Boksit (Al2O3 x nH3O) — Mineral. == Xassələri == Gizli kristalikdir. Torpaqvari aqreqatlarda, oolitlərdə və giləbənzər kütlələrdə rast gəlinir. Sərtliyi 3, xüsusi çəkisi 3,5-dir. Sarımtıl-boz və ağ rənglərdə rast gəlinir. Tutqun parıltıya malikdir. Qarışıqlarından asılı olaraq aşağıdakı növlərini göstərmək olar: dəmirli boksit- tərkibi 2%-ə qədər dəmir saxlayır; gilli boksit — tərkibi 2%-ə qədər SiO2 saxlayır. == Əhəmiyyəti == Alüminium hasil edilən əsas filizdir. == İxracı == 1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir.
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Bornit
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər. == Mənşəyi və yayılması == Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b.
Koesit
Koesit (kousit) - mineral, SiO2. Monoklinik. Kristalları prizmatik, lövhəvari. İkiləşmə {100} və {021} üzrə. Ayrılması iki müstəvi üzrə. Dənələri qeyri-düzgün formalı. Rəngsiz. Sərtliyi 7,5. Xüsusi çəkisi 2,93. Yüksək temperatur (500-600 0C) və təzyiq şəraitində əmələ gəlir.
Korset
Korset (fr. corset) — qadınların arıq görünmək üçün geyindiyi xüsusi geyim forması.
MOYSET
Metal oksid yarımkeçirici sahə effekti tranzistoruları (MOYSET) — elektron siqnalları dəyişmək və gücləndirmək üçün istifadə olunan tranzistor. MOYSET rəqəmli və analoq sxemlərin hər ikisində ən əsas tranzistordur. == Tərkibi == Adətən alternativ yarımkeçirici silisiumdur, ancaq bəzi çip istehsalçıları, xüsusən, IBM və Intel son zamanlar silisium və germaniumun kimyəvi birləşmələrindən istifadə etməyə başlayıb.
Mersin
Mərsin (köhnə adı İcəl) — Türkiyənin Mərsin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
Monasit
Monasit — mineral, (Se, La)[PO4]. Qatışıqları (%): ThO2- 28-dək; SiO2- 6-dək; CaO- 2-dək; V2O5 — 5-dək və b. Monasit — monoklinik. Kristalları {100} üzrə yastılaşmış, prizmatik, izometrik, pazabənzər. Ayrılması {100Mi} üzrə mükəmməl, {010} üzrə qeyri-mükəmməl. Rəngi qəhvəyi, sarı; bəzən yaşılımtıl. Parıltısı qatranı. Sərtliyi 5–5,5. Xüsusi çəkisi 4,9–5,5. Çox vaxt radioaktivdir.
Morfin
Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur. Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur.
Morqot
Mórqot Báuqlir (ing. Morgoth Bauglir; /ˈmɔrɡɔθ ˈbau̯ɡlir/, sindarin dilindən «Qaranlıq Düşmən» kimi tərcümə olunur; əvvəlcə Melkor kimi tanınırdı, kvenya dilindən «qüdrətdə yüksələnən») — C. R. R. Tolkinin əsərlərində Arda kainatının əsas antaqonisti olan ainu. Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqla vaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkor vala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsilə Ardadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu. Valara qarşı müharibədə həmdə bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar ki Orta Dünyada balroqlar – «dəhşət iblisləri» kimi adlanırdılar. Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu.
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Mürşid
Mürşid (ərəb. مرشد‎) — tərbiyəçi, müəllim. O, düz yolu, yəni İslamı göstərən, zəlalətdən hidayətə yönəldəndir. Təsəvvüfün qəbulu tələbənin seçdiyi mürşid müəllimə beyət etməsi ilə başlayır. Bundan sonra tələbəyə mürid deyirlər. Mürşidin vəzifəsi öz naşılarına təsəvvüf yolunu öyrətməkdir. İslam ilahiyyatçısı Həsən əl-Bəsrini sufizmin sələfi hesab edirdi. Mürşid kamil insan nümunəsidir. Demək olar ki, bütün İslam təsəvvüf məktəblərində Quran və Sünnənin meyarlarını həyata keçirərək, özlərində bu standartları yaşayaraq, öz tərəfdarlarını Din, Dini həyat, Tövhid, Marifetullah öyrətmək məqsədinə çatmağa aparan müəllim (hərfi mənada: hidayət edən). Ustad şagirdin tərbiyəsində oynadığı rola görə mənəvi ata sayılır.
Morysia
Athanasia (lat. Athanasia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Frenk Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Hidemasa Morita
Hidemasa Morita (10 may 1995, Takatsuki, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Jiqmond Morits
Jiqmond Morits (mac. Móricz Zsigmond; 2 iyul 1879, Tisaçeçe[d], Sabolç-Satmar-Bereq – 5 sentyabr 1942, Budapeşt) — Macarıstan roman yazıçısı və sosial realizmin nümayəndəsi. == Həyatı == Jiqmond Morits 1879-cu ildə Tisaçeçe şəhərində anadan olmuşdur. Anası yoxsul zadəgan ailəsindən, atası isə serf idi. 1899-cu ildə Debreçeni Reformasiya Kollecində teologiya fakültəsində oxumağa başladı, lakin altı ay sonra hüquq fakültəsinə köçürüldü. 1903-cü ildə Az Újság qəzetində journalist kimi fəaliyyət göstərməyə başladı, burada 1909-cu ilə kimi işlədi. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin dövründə Vöröşmarti Akademiyasının vitse-prezidenti olmuşdur. İnqilabi hökumətin süqutundan sonra onun əsərləri Milli Teatrda nümayiş etdirilmədi və yalnız Nyuqat və Az Estdə nəşr olundu. 1905-ci ildə Morits Evgeniya Holiks ilə ailə həyatı qurdu. Depressiyadan əziyyət çəkən Holiks 1925-ci ildə intihar elədi.
Kit Morris
Kit Morris (ing. Keith Morris; 18 sentyabr 1955, Los-Anceles, Kaliforniya) — Black Flag, Circle Jerks və Off! hardkor pank qruplarının yaradıcısı və frontmeni.
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. == Xüsusiyyət == Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
Margit Bara
Margit Bara (21 İyun 1928 – 25 Oktyabr 2016) — Macarıstanlı film aktrisası. O, 1956-cı il ilə 1975-ci il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.