Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maslak pavilyonu
Maslak pavilyonu — Tarixi saray İstanbulun adını aldığı Maslak səmtində İstinye və Tarabya qovşağının kəsişdiyi Böyükdərə küçəsində 170 hektar sahədə yerləşir. == Tarixi == Onun tikintisi II. Mahmud zamanında başlanan köşk Əbdüləziz dövründə yeni bölmələr əlavə edilərək genişləndirilərək tikintisi başa çatdırılmışdır. II. Əbdülhəmid dincəldiyi və ov etdiyi bu iqamətgahda V Muradın taxtdan salınması və yeni hökmdar olması xəbərini alır. Qəsir beş hissəyə bölünür: Kasr-ı Hümayun, Məbeyn-i Hümayun, Paşanın mənzili, çadır köşkü və konservatoriya.
Mosla virgata
Salvia plebeia (lat. Salvia plebeia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Boşnak
Boşnaklar, (bosn. Bošnjaci, Bošnjani) — İslamı qəbul etmiş slavyan əsilli millət. Əksəriyyəti Bosniya və Herseqovina və Serbiyada yaşayırlar. Bundan əlavə, Xorvatiya, Monteneqro, Sloveniya, Kosovo, Şimali Makedoniya və Türkiyədə xeyli sayda boşnak yaşamaqdadır. Türkiyədə isə 2.000.000 boşnak var. Boşnaklara qədim dövrlərdə "Bosnjanin" (lat. Bosnensis) olaraq adlandırılardı, orta əsr Bosniya dövlətinin sakinləri mənasını verirdi. Boşnaklar, əsrlər boyu dinə əsaslanan bir şəxsiyyət müəyyən daxilində yer almışlar, Bosniya və Herseqovina və Sancak bölgəsində yaşayan Ortodoksal və ya Katolisizm isə Serb və ya Xorvat xalqlarının bu bölgələrdə uzantıları olaraq qəbul edilmişlər. 1963-cü ildə Yuqoslaviyanın sosialist Federal Cumhuriyyətinə keçməsi ilə Bosniya və Herseqovina Sosialist Respublikası rəhbərliyi altında serblərin hakim mövqeyinin zəifləməyə başlaması boşnaklar üçün yeni milli identikliyin müəyyənləşdirilməsi üçün yol açmışdı. == Coğrafi bölgü və əhali == Serbiya və Monteneqro 2002 və 2003 siyahıyaalma məlumatlarına görə, əhəmiyyətli bir boşnak əhalisi mövcud olmaqdadır.
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin] Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Mossad
Mossad (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) — kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir. 1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqandır. Rəhbər birbaşa Malik Ab məruzə edir. İsrailin digər xüsusi xidmət orqanları: AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi) Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir. Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir: Toplanış bölməsi — ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur.
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Muslax
Muslax — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd."Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Mövlan
Kəndlər Mövlan-i Süfla (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mövlan-i Ülya (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Şəxslər Mövlan Əliyev — Azərbaycanlı mayor.
Müşlan
İçəri Müşlan
Tossak
Tossak (fr. və oks. Taussac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Mür-de-Barre kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12277. Kommuna təxminən Parisdən 450 km cənubda, Tuluza şəhərindən 170 km şimal-şərqdə, Rodezdən isə 55 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 456 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 300 nəfər arasında (15-64 yaş) 212 nəfər İqtisadi cəhətdən fəal, 88 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.7%, 1999-cu ildə 66.2%).
Mosxlar
Mosxlar (q.yun. Μόσχοι) — Gürcüstanın cənubunda, Mesxetiyada yaşayan qədim tayfalardan biri. Qəbilənin bu adına qədim dövrlərin müəllifləri arasında rast gəlinir (Miletli Hekatey, e.ə. VI əsr). Mosxlar Assuriya və Urartu mənbələrində adı çəkilən muşkların törəmələri, sonrakı mesxetiyalıların əcdadlarının hesab olunurlar.E.ə. 676-cı ildə Frigiya çarlığının süqutundan sonra bu tayfalar şimal-şərqə köçərək Gürcüstanın cənub-qərbində məskunlaşmışdılar. E.ə. V əsrdə mostlar Qara dənizin cənub-şərq sahilində yaşayan digər tayfalar ilə birlikdə Əhəməni dövlətinin 19-cu satraplığının tərkibində idi. Kiçik qalxan və nizələrlə silahlanmış mosxlar İran kralı I Kserksin Yunanıstana qarşı yürüşündə iştirak etmişdi. E.ə.
Molla
Molla (fars. ملا‎) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta Asiya və Hindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir. Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür. Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalıq mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalıq adı qaldırılmışdır.
Mopla
Mopla və ya Mapilla — Cənubi Hindistanda Mədrəs əyalətinin Malabar mahalında yaşayan malayali xalqının dini müsəlman olan icması. Mopla IX əsrdə yaranmışdır. Dini və inzibati mərkəzi Psani şəhəridir. Moplanın əsas dini təhsil müəssisəsi də buradadır. Маппила // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Mopla // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Solak
Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır. Toponim solak türk tayfasının adı əsasında əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Fransua Moriak
Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[…], Bordo – 1 sentyabr 1970[…], Parisin 16-cı dairəsi[d]) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri. == Həyatı == Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı. Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
Mislav Sever
Mixai Pollak
Mixai Pollak və ya Maykl Pollak - (mac. Pollack Mihály, 30 avqust 1773, Vyana – 3 yanvar 1855[…], Peşt[d], Peşt medyesi) Avstriyada anadan olmuş macar memar. Onun məşhur işlərindən biri Macarıstan Milli Muzeyidir. Mixai Pollak 1773-cü ildə Vyanada anadan olmuşdur. 1793-1794-cü illərdə o memar qardaşı ilə birgə Milanda yaşayır. 1798-ci ildə yenidən Budapeştə qayıdan Mixai 1808-ci ildə Şəhər Abadlaşdırma Komissiyasında mühüm bir rola sahib olur. 1810-1830-cu illərdə Mixai bir çox yaşayış binası, böyük saraylar və ictimai binaların layihələrini hazırlamışdır. Onun memarlıq üslubu ilə bağlı barokko ilə neoklassik üslub arasında bir yerdə olduğunu söyləmək olar. Mixai Pollak 1855-ci ildə Budapeştdə vəfat etmişdir.
Moryak (rayon)
Moryak (fr. Mauriac) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kantal. Suprefektura — Moryak. Rayon əhalisi 2006-cı ildə 27 381 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 21 nəf / km². Rayon ərazisi — 1278 km².
Mostar Universiteti
Mostar Universiteti (xorv. Sveučilište u Mostaru, lat. Universitas Studiorum Mostariensis) — Bosniya və Herseqovinanın Mostar şəhəri, Rodno rayonu ərazisində yerləşən universitet. Ölkədə olan yeganə universitetdir ki, bütün təhsil prosesi xorvat dilində aparılır. Mostar Universitetinin kökləri Franciskan ilahiyyat məktəbinin yaradıldığı 1895-ci ilə aiddir. 1950-ci ildə Mostarda ali təhsil məktəbi təşkil olunur. 1959-cu ildə Ali texniki məktəb, 1960-cı ildə isə ali kənd təsərrüfatı məktəbi təşkil olumuşdur. Universitet 11 fevral 1977-ci ildə təşkil olunmuşdur. İlk əvvəllər Camal Biediç adını daşıyırdı. O, bir dövlət xadimi olaraq 1977-ci ildə avia qəzada həlak olmuşdur.
Mostar körpüsü
Mostar körpüsü (bosn. Stari most; türk. Mostar Köprüsü) — Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilən körpüdür. Bu körpü Bosniya müharibəsi zamanı Xorvat hərbi qüvvələri tərəfindən 1993-cü ilin noyabrın 9-da dağıdılıb. Sonralar körpünün yenidən tikilməsi üçün layihə hazırlandı. Körpü 23 iyul 2004-cü ildə—yenidən bərpa olunduqdan sonra açıldı. Bu körpü ölkənin ən çox tanınan görməli yerlərindən biri kimi, həmçinin Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır. Neretva çayından 24 metr yüksəklikdə, 30 metr uzunluğunda və 4 metr enində olan Mostar Körpüsü, dövrünə görə inkişaf etmiş bir texnologiyayla inşa edilib. Körpünün tikintisində 456 qəlib daş istifadə edilib. Körpünün tağları tenelija kimi tanınan yerli daşdan tikilib.
Mostar şəhəri
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Mövlan Əliyev
Mövlan Məzahir oğlu Əliyev - Azərbaycanlı mayor. Əliyev Mövlan Məzahir oğlu 17 iyun 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə FZO məktəbini bitirdikdən sonra, təhsilə olan marağı onu 1930-cu ildə "Lassal" adına Bakı Neft Texnikumuna gətirir, sonra isə 1937-ci ildə Bakı Neft İnstitutunu bitirir. Bir neçə il neft sahəsində işlədikdən sonra M.Əliyev 1939-cu ildə Bakıda Kirov adına Sənaye Akademiyasını bitirib, 1940-cı ildə "Körgöz" rayonuna ikinci katib təyin edilir. 1941-ci ildə o, ailəsi ilə birlikdə Moskvaya V.I.Lenin adına Hərbi-Siyasi Akademiyada təhsilini davam etdirməyə yollanır. Həmin ildə də Moskva şəhərində ÜIK(b)P MK-nın 6 aylıq kursunu bitirir. Mayor Əliyev Mövlan Məzahir oğlu 1971-ci il oktyabrın 12-də 62 yaşında ürək xəstəliyindən vəfat edir. O, ailəsini Bakıya yollayaraq, hərbi komissarlığa ərizə yazıb cəbhəyə könüllü göndərilməsini xahiş edir. 1941-ci ilin sonunda — 1942-ci ilin əvvəllərində Şimal-Qərb cəbhəsinin bazasında 52-ci atıcı briqada yaradılır və həmin briqadanın batalyon komissarı mayor Əliyev Mövlan təyin olunur. 1942-ci ilin may ayında 780-ci Artilleriya alayının komandir müavini təyin edilir, həmçinin də 207-ci Don və Stalinqrad cəbhəsinin atıcı diviziyasında vuruşur.
Nossak (Averon)
Nossak (fr. və oks. Naussac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12170. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 320 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 207 nəfər (15-64 yaş) arasında 144 nəfər iqtisadi fəal, 63 hərəkətsiz (fəaliyyət göstərici 69.6%, 1999-cu ildə 70.5%) idi.
Qıraq Müşlan
Qıraq Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Qıraq Muşlan kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi həmin rayonun İçəri Muşlan kəndindən ayrılmiş (qirağa çixmiş) ailələr saldiğına görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əfrayıl Hüseynov — polkovnik-leytenant.
Soslan Canayev
Soslan Totrazoviç Canayev (rus. Сослан Тотразович Джанаев, oset. Джанайты Тотрадзы фырт Сослан; 13 mart 1987, Orconikidze) — qapıçı mövqeyində çıxış edən Rusiya futbolçusu. "Soçi" klubunun kapitanıdır. Soslan Canayev futbol oynamağa Vladiqavqaz şəhərinin "Spartak" məktəbində başladı. 1996-cı ildə Moskvaya köçdü və "MOİK Moskva" klubunun idman məktəbinə daxil oldu, məzun olduqdan sonra əsas komandada yer almadı və yalnız klubun ikinci əsas komandasında oynadı və orada keçirdiyi 6 oyun ərzində 6 qol buraxdı. 2007-ci ildə "KAMAZ" klubuna keçid etdi, Rusiya çempionatının birinci divizionunda oynadığı 28 oyunda 17 qol buraxdı, Rusiya Kubokunda isə 2 oyuna 3 qol. 2008-ci ildə "Spartak Moskva" klubuna transfer olundu və 6 avqustda Rusiya Kuboku çərçivəsində keçirilən "Dinamo Bryansk" klubuna qarşı oyunda klubla debüt etdi, həmin turnir ərzində o, 2 oyuna 3 qol buraxmışdır. O, əsasən "qırmızı-ağlar"ın ikinci əsas heyətində çıxış edirdi (18 oyuna 17 buraxılmış qol) və klubla ikinci heyətlər arasında çempionluğu qazandı. 18 aprel 2009-cu ildə (2009 mövsümü) "Terek" klubuna qarşı oyunda Premyer Liqada ilk matçına çıxdı və qapısını toxunulmaz saxladı, bu oyun eyni zamanda Valeri Karpinin "Spartak"ın baş məşqçisi kürsündə ilk oyunu idi.