Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mumiya
Mumiya — Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədidir. İnsan cəsədlərini mumiyalamaq qədim zamanlardan başlayaraq Çili, Peru, Misir, Çin, Yaponiya, İtaliya, Altay Respublikası (Rusiya), Polşa, Danimarka və dünyanın bir çox ölkələrində həyata keçirilmişdi. "Mumiya" sözü avropa dillərində 1000-ci illərdə geniş yayılmışdır. Latın dilində işlədilən "mumia" ifadəsi "Mumiya" sözü ərəb dilində «mūmiyya» (مومياء) və fars dilində «mūm» (wax) ifadələrindən götürülmüşdü. Bu sözün hərfi mənası ərəbcədən möhkəm süni maddə olan Bitum mənasını verir. Qədim Misirlilər isə mumiyanı «Sax» adlandırırdılar. Ərəb və avropa tacirləri mumiyadan dərman kimi istifadə edirdilər. Bu dərmanlar zədələnmə və ağır yaraları müalcə etmək üçün istifadə edilir. XVI əsrdə yaşamış məşhur fransız yazıçısı və filosofu Mişel de Monten (1533-1592) xəstələri sağaltmaq üçün bu dərmanlardan istifadə edilməsi metodunu "Hannibalizm" adlandırmışdı. Onun sözlərinə görə, dərman qıtlığı ucbatından satıcılar dərman kimi ölmüş uşaqların və kasıblarından bədənlərindən istifadə edirdilər.
Mumya
Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır. Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir. Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır. İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb. Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s.
Mumin Surəsi
40-cı surə əl-Mumin (Mömin) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir). Surə adını 28-ci ayətində keçən və inanan, iman gətirən şəxs anlamında işlənən mumin (mömin) sözündən almışdır. Bu surədə Qurandan, Nuh qövmündən Allaha iman edənlərin cənnətə girəcəklərindən, Allahı inkar edənlərin cəzalandırılacaqlarından, Musa peyğəmbərdən, firondan, qiyamət günündən bəhs olunur.
Mumla depilyasiya
Mumla depilyasiya arzuolunmaz tüklərdən xilas olmaq üçün istifadə edilən yapışqan tərkibli maddələrdən ibarət olan depilyasiya üsuludur. Ayrıca olaraq buna mumla depilyasiya edilməsi də deyilir. Mum depilyasiyası ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə, birdən qopardılır. Bu üsul tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün folikulu bu vəziyyətdə zədələnmir. Bu prosedur o qədər də ağrılı deyil. Pasiyentin həssaslığından asılıdır. Mum depilyasiyası ən qədim üsullardan biridir. Baxmayaraq ki, kosmetologiyada yeni texnologiyalar əldə edilib, mum depilyasiyası öz yerini vermir.
Neoseiulus mumai
Neoseiulus mumai (lat. Neoseiulus mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Paraamblyseius mumai
Paraamblyseius mumai (lat. Paraamblyseius mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraamblyseius cinsinə aid heyvan növü.
Phytoseius mumai
Phytoseius mumai (lat. Phytoseius mumai) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Platyseiella mumai
Platyseiella mumai (lat. Platyseiella mumai) — phytoseiidae fəsiləsinin platyseiella cinsinə aid heyvan növü. Platyseiella mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Əl-Mumin
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Əl-Mumit
Əl-Mumit (ər. المميت) — Allahın adlarından biri.
Mumiya qayıdır
Mumiya qayıdır (ing. Mummy Returns) — 2001-ci ildə istehsal olunmuş Mumiya seriyasının ikinci seriyasıdır. 1933-cü il.Filmin ilk hissəsində baş vermiş hadisələrdə artıq 10 il keçmişdir. Macərapərəst Rik O'Konnell indi varlıdır. Rik gözəl Evelinlə evlənib və oğlu 7 yaşlı oğlu Aleksin tərbiyəsiylə məşğuldur. Amma tale bu xoşbəxt ailəyə rahatlıq vermir. Qəddar kahin İmhotep Ank-Su-Namunun köməyi ilə Reinkarnasiya edilərək dirilmişdir. Balaca Aleks Londonda əlinə Am-Şerə gedən yolu göstərən taxmacığı taxan zaman mumiyalar tərəfindən keçirilir. İndi Rik, Evelin Aleksi xilas etmək üçün cəmi yeddi günləri var... Mumiya qayıdır — Internet Movie Database saytında.
Mumiya yaşayır
Mumiya yaşayır (ing. The Mummy Lives) — 1993-cü ildə istehsal olunmuş "Mumiya" haqqında çəkilmiş filmlərdən biridir. Film ABŞ yazıçı və fantastçısı Edqar Allan Ponun əsəri əsasında çəkilmişdir. Filmin mövzusu həm keçmişdə, həm də gələcəkdə baş verən hadisələri əhatə edir. Film "Nə vaxt ki, səmalar bir-birnə birləşəcəksə, Zot, qisas allahı sevgilisinin qayıdışını gözləyəcək və gecə yarısında peyda olacaqdır" ifadəsi ilə başlayır və bürclər haqqında qısa məlumat verilir. Varlı olan eksentrik arxeoloq lord Makston (Cek Koen) Misir səhrasında qəbir aşkar edir. Bu qəbir yuxarı Misir rahibi Əzizə (Toni Körtis) məxsusdur. Həmin rahib Allah Zotun qulluqçusu Kiaya (Lesli Hardi) aşiq olur. Bu səbəbdən Zot onu cəzalandırır. Rahib Əziz diri-diri qəbirdə basdırılır.
Mumiya (film, 1932)
Mumiya (ing. The Mummy) — 1932-ci ildə Karl Froynd tərəfindən çəkilən ABŞ filmidir. Filmdə yenidən həyata qayıdan misir rahibi "İmhotep" rolunu məşhur ingilis əsilli ABŞ aktyoru Boris Karloff canlandırmışdı. Filmin çəkiliş yerləri ABŞ-nin qərbində yerləşən, sahənin böyüklüyünə görə üçüncü yer tutan və səhralığına görə məşhur olan Kaliforniya ştatında aparılmışdı. Çəkiliş səhnələri ABŞ-nin cənub-qərbində yerləşən Cənubi Kalforniyanın böyük hissəsini tutan Moxave səhrasında, Kalironiyanın Los-Anceles şəhərinə məxsus "San Fernando Vadisi" regionunun "Universal Siti" icmasında və Cənubi Kaliforniyada yerləşən korporativ olmayan "Sentil" icmasında yerləşən "Qırmızı Qaya Kanyon Ştat Parkı" (ing. Red Rock Canyon State Park) adlı kanyon parkında baş tutmuşdu. "Mumiya" filminin büdcəsi qiymətləndirməylə təxminən $196,000 min ABŞ dollarıdır. «O həyata gəlir!» (ing. «It comes to life!») 1921-ci il. Britaniya muzeyi heyət üzvlərinin Ser Cozef Uemplin (Artur Bayron) başçılığı altında ekspedisiyası zamanı İmhotepin qəbri aşkar edilir.
Mumiya (film, 1959)
Mumiya (ing. The Mummy) — 1959-cu ildə "Hammer Studios" tərəfindən istehsal olunmuş "Mumiya" seriyalarından biridir. 1895-ci ildə arxeoloqlar Con Banninq (Piter Kuşinq), atası Stiven (Feliks Eylmer) və əmisi Cozef Vempl (Reymond Hantli) Misirdə tanrı Karnakın ali rahibəsi olan Şahzadə Anankanın məzarını axtarırlar. Con ayağı sındığına görə şahzadənin məzarının axtarışlarında atası və əmisinə kömək edə bilmir. Stiven və Cozef sərdabəyə girməmişdən əvvəl misirli Mehmet Bəy (Corc Pastell) onları xəbərdar edir ki, əgər məzarı açsalar lənətlənəcəklər. Amma onlar bu xəbərdarlığa fikir vermirlər və sərdabəyə daxil olub Anankanın məzarını tapırlar. Cozef bu xoş xəbəri Cona çatdırmaq üçün sərdabədən çıxır. Bu vaxt Stiven mistik Həyat Tomarını tapıb yüksək səslə oxumağa başlayır. Elə bu vaxt o qışqırıb özündən gedir. Stiven Banninq üç il sonra İngiltərədəki Engerfild psixi xəstəxanasında özünə gəlir və oğlunun yanına gəlməsini istəyir.
Mumiya (film, 1999)
Mumiya (ing. The Mummy) — Stiven Sommers tərəfindən çəkilən ABŞ filmidir. Bu film 1932-ci ildə Karl Froyndun tərəfindən çəkilən və "Mumiya" personajını canlandıran Boris Karloffun iştirak etdiyi Mumiya filminin remeykidir. Filmdə göstərilən vizual effektlər "Industrial Light & Magic" kompaniyası tərəfindən yaradılmışdır. Filmin distribütori Universal Studios kinokompaniyasıdır. "Mumiya" filminin çəkilişi Mərakeşin dörd krallıq şəhərindən biri olan Mərrakeş şəhərində 4 may 1998-ci il tarixindən başlanmışdır. Filmdə "Ölülər şəhəri" (ing. City of the Dead) ləqəbi ilə tanınan Hamunaptra şəhəri əslində uydurulmuş şəhərdir. E.ə. 1290-cı ildə Qədim Misirdə, baş rahip İmhoteplə Firon I Setin gözdəsi Ank-Su-Namun arasında gizli bir eşq vardır.
Mumiya (film, 2017)
Mumiya (ing. The Mummy) — rejissoru Alex Kurtzman və ssenari müəllifləri Jon Spaihts və Christopher McQuarrienin Amerika filmidir. Mummy seriyasının yenidən başladılması və Universal Canavarların paylaşılan seriyanın ilk filmi olması planlaşdırılmışdır. Filmdə Tom Cruise, Sofia Boutella, Annabelle Wallis, Jake Johnson, Courtney B. Vance və Russell Crowe kimi aktyorlar yer alıb. Film 9 iyun 2017-ci il tarixində 3D, 2D və IMAX 3D formatında yayımlanmışdır. 2000 il əvvəl Qədim Misir şahzadəsi Ahmanet (Sofia Boutella) atasını öldürür və qaranlıq magiya tətbiq etməyə başlayır. Canlı qumun altındakı bir məzarda canlı formada cəzalandırılır. Məzarı müasir dövrdə yenidən kəşf edildikdən və açıldıqdan sonra dirilir, min illərdir böyüyən və bütün bəşəriyyətə meydan oxuyan dəhşətli hadisələrlə dolu bir şər gətirir.
Nokia Lumia 710
Nokia Lumia 710 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon. Smartfonun proqram platforması Windows Phone-dur. Aparatın prosessoru 1.4 QHz takt tezlikli ARM Cortex A8 prosessorudur. Əməli yaddaş tutumu 512 MB, inteqrasiya edilmiş fləş modulun tutumu 8 GB-dır. Sensor ekranın diaqonalı 3.7 düym təşkil edir, kəskinlik 480×800 nöqtədir. 720p formatında yüksək dəqiqlikli videoyazma imkanı verən 5 meqapikselli kamera ilə təchiz olunmuşdur. Smartfonun ölçüləri 119×62,4×12,5 millimetr, çəkisi 125 qramdır.
Nokia Lumia 800
Nokia Lumia 800 — Windows Phone əməliyyat sistemi ilə təchiz olunmuş ilk Nokia telefonu. Telefon 16 GB daxili yaddaşa malikdir. MicroSD yaddaş kartı üçün çıxış nəzərdə tutulmayıb. Operativ yaddaşı 512 MB-dır. A-GPS və GPS texnologiyalarını dəstəkləyir. Əsas kamerası 3 qat rəqəmsal yaxnlaşdırma xüsusiyyətinə malik 8 meqapiksellik Carl Zeiss optikası ilə təchiz olunmuşdur. Minimal fokus məsafəsi 10 sm-dir. Windows Phone 7.5 Mango Hündürlük: 116,5 mm En: 61,2 mm Qalınlıq: 12,1 mm Çəki: 142 q Həcm: 76 kub.
Mumiya ilə söhbət (hekayə)
Edqar Allan Po "Mumiya ilə söhbət" hekayəsi-(Some Words with Mumia) Po bu hekayəsində qədim Misir və 19-cu əsrin mədəniyyət, memarlıq, tibb, siyasət, dövlət quruluşu,din, tarixi şəxsiyyətlər, astronomiya,hətta geyim stillərini belə müqayisə edir, çoxlu ensiklopedik biliklər verir. 19-cu əsrin həkimləri təxminən 5800 il yaşamış mumiya ilə qızğın mübahisəyə girir. Açdıqları hər mövzuda mumiya həkimlərə qalib gəlir, sonda həkimlər 19-cu əsrin geyimini misirlilərinkinə qarşı qoyaraq mübahisəni udurlar. Bəzi məlumatlar uydurma olsa da (Məs:5000 il bundan qabaq yaşamış mumiyanın *qalvanizmlə oyanması və s.) hekayə qədim Misirin umumi mənzərəsini canlandırır.
Mumiya qayıdır (film, 2001)
Mumiya qayıdır (ing. Mummy Returns) — 2001-ci ildə istehsal olunmuş Mumiya seriyasının ikinci seriyasıdır. 1933-cü il.Filmin ilk hissəsində baş vermiş hadisələrdə artıq 10 il keçmişdir. Macərapərəst Rik O'Konnell indi varlıdır. Rik gözəl Evelinlə evlənib və oğlu 7 yaşlı oğlu Aleksin tərbiyəsiylə məşğuldur. Amma tale bu xoşbəxt ailəyə rahatlıq vermir. Qəddar kahin İmhotep Ank-Su-Namunun köməyi ilə Reinkarnasiya edilərək dirilmişdir. Balaca Aleks Londonda əlinə Am-Şerə gedən yolu göstərən taxmacığı taxan zaman mumiyalar tərəfindən keçirilir. İndi Rik, Evelin Aleksi xilas etmək üçün cəmi yeddi günləri var... Mumiya qayıdır — Internet Movie Database saytında.
Mumiya sağdır (film, 1993)
Mumiya yaşayır (ing. The Mummy Lives) — 1993-cü ildə istehsal olunmuş "Mumiya" haqqında çəkilmiş filmlərdən biridir. Film ABŞ yazıçı və fantastçısı Edqar Allan Ponun əsəri əsasında çəkilmişdir. Filmin mövzusu həm keçmişdə, həm də gələcəkdə baş verən hadisələri əhatə edir. Film "Nə vaxt ki, səmalar bir-birnə birləşəcəksə, Zot, qisas allahı sevgilisinin qayıdışını gözləyəcək və gecə yarısında peyda olacaqdır" ifadəsi ilə başlayır və bürclər haqqında qısa məlumat verilir. Varlı olan eksentrik arxeoloq lord Makston (Cek Koen) Misir səhrasında qəbir aşkar edir. Bu qəbir yuxarı Misir rahibi Əzizə (Toni Körtis) məxsusdur. Həmin rahib Allah Zotun qulluqçusu Kiaya (Lesli Hardi) aşiq olur. Bu səbəbdən Zot onu cəzalandırır. Rahib Əziz diri-diri qəbirdə basdırılır.
Mumiya: Əjdaha imperatorunun sərdabəsi
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... Mumiya: Əjdaha imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Amasya Arxeologiya və mumiya muzeyi
Amasya Arxeologiya və mumiya muzeyi və ya Amasya muzeyi — 1958-ci ildə qurulan etnoqrafiya, arxeologiya və mumiya muzeyi. Türkiyənin şimalında, Amasyada yerləşən bu milli muzeydə, şəhərdə və ətrafında tapılmış arxeoloji əsərlər, eləcə də bölgənin tarixi və mədəniyyəti ilə bağlı etnoqrafik əşyalar nümayiş etdirilir. 1958-ci ildə yaradılmış muzeydə 11 müxtəlif sivilizasiyaya aid arxeoloji, etnoqrafik tapıntılar, sikkələr, möhürlər, əlyazmalar və mumiyalar da daxil olmaqla, təxminən 24.000 eksponat var. == Tarixi == 1925-ci ildə Sultan II Bəyazid kompleksi daxilində mədrəsənin 2 otağında bir neçə arxeoloji əsər və İslam dövrünə aid bəzi mumiyaların bir yerdə saxlanması nəticəsində muzey anbarı yaradılmışdır. Muzeyin rəsmi açılışı 1958-ci ilin iyununda baş tutdu. Eksponatların sayının artması səbəbindən sərgi üçün daha çox yer tələb olunduğu üçün eksponatlar 1962-ci ildə Göymədrəsə məscidində, XIII-cü əsr Səlcuqlu dövrünə aid monumental binaya köçürüldü. 1977-ci il martın 22-də muzey yeni, müasir binasına köçürüldü. 14 iyun 1980-ci ildə eksponatların xronoloji ardıcıllıqla düzülməsindən sonra, muzey hazırkı formasını alaraq ictimaiyyətə açılmışdır. == Muzey == Muzey 3 mərtəbəli binada yerləşir. Zirzəmidə anbar, laboratoriya və xidməti otaqlar var.
Melia dubia
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
Mumiya: Əjdaha İmperatorunun Qəbri (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... Mumiya: Əjdaha imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Mumiya: Əjdahalar imperatorunun sərdabəsi (film, 2008)

Kumis
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Kumıs
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Lamia
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Lulia
Lulia (lat. Lulia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Madia
Madia (lat. Madia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Madia chilensis (Nutt.) Reiche Madia citrigracilis D.D.Keck Madia citriodora Greene Madia elegans D.Don ex Lindl. Madia elegans var. densiflora (Greene) D.D.Keck Madia exigua (Sm.) A.Gray Madia filipes A.Gray Madia glomerata Hook. Madia gracilis (Sm.
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Humea
Calomeria (lat. Calomeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Agathomeris Delaun. === Heterotipik sinonimləri === Humea Sm. Oxiphoeria Dum.Cours. Razumovia Spreng.
Media
Media — kommunikasiyada məzmun saxlamaq və çatdırmaq üçün istifadə olunan kommunikasiya vasitələri və ya alətləri. Bu termin əsasən çap mediası, nəşriyyat, xəbər mediası, fotoqrafiya, kino, yayım (radio və televiziya), rəqəmsal media və reklam kimi kütləvi informasiya vasitələrinin kommunikasiya sənayesinin komponentlərinə aid edilir. Əhəmənilər dövləti (çaparxana) və Roma imperiyası da daxil olmaqla, poçt kimi uzun məsafəli rabitə sistemlərinə imkan verən erkən yazı və kağızın inkişafı medianın erkən formaları kimi şərh edilə bilər. Hovard Reynqold kimi yazıçılar insan kommunikasiyanın ilk formalarını, məsələn, Lasko mağara təsvirlərini və erkən yazıları medianın ilk formaları kimi qələmə vermişdilər. Media tarixinin başqa bir çərçivəsi Şove mağarasının təsvirləri ilə başlayır və insan ünsiyyətini qısa səs diapazonundan kənara çıxarmağın digər yolları ilə davam edir: tüstü siqnalları, iz işarələri və heykəllər. Kommunikasiya kanalları ilə bağlı müasir tətbiqində media termini ilk dəfə kanadalı kommunikasiya nəzəriyyəçisi Marşall MakLuhan tərəfindən "Counterblast" (1954) əsərində istifadə edilmişdir: "Media oyuncaq deyil; onlar Ana Qaz və Piter Pan rəhbərlərinin əlində olmamalıdır. Onları yalnız yeni rəssamlara həvalə etmək olar, çünki onlar sənət formalarıdır". 1960-cı illərin ortalarında bu termin Şimali Amerika və Birləşmiş Krallıqda geniş istifadə edilməyə başlanmışdır. Kütləvi informasiya vasitələri ifadəsi, Henri Luis Menkenə görə, ABŞ-də hələ 1923-cü ildə istifadə edilmişdir. == Elektron media == Telekommunikasiya sahəsindəki inkişaflar mediaya analoq və rəqəmsal media vasitəsilə uzun məsafəli bağlantı yaratmaq imkanı vermişdir.
Mimika
Mimika (q.yun. μιμικός q.yun. μιμικός - əks etdirmək) — müəyyən insan hisslərinin təzahür formalarından biri olan üz əzələlərinin ifadəli hərəkətləri və ya müxtəlif psixi vəziyyətlərini əks etdirən əlaqələndirilmiş komplekslərdə əzələ hərəkətləri. Qeyd etmək lazımdır ki, bu təriflər mimikaların əks etdirmə funksiyasına, onun psixikanın vəziyyətinə uyğunluğuna diqqət yetirir. Bədənin fiziki vəziyyəti, yəqin ki, ədalətli hesab edilə bilməyən psixi vəziyyətlə birləşir. Bundan əlavə, üz ifadəsinin vacib elementi, göz bəbəyinin ölçüsündən asılı olan baxışdır: gözün rəngi, somatik əzələlər tərəfindən idarə olunmayan buynuz qişanın parlaqlığı”.