Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mumiya
Mumiya — Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədidir. İnsan cəsədlərini mumiyalamaq qədim zamanlardan başlayaraq Çili, Peru, Misir, Çin, Yaponiya, İtaliya, Altay Respublikası (Rusiya), Polşa, Danimarka və dünyanın bir çox ölkələrində həyata keçirilmişdi. == Etimologiya == "Mumiya" sözü avropa dillərində 1000-ci illərdə geniş yayılmışdır. Latın dilində işlədilən "mumia" ifadəsi "Mumiya" sözü ərəb dilində «mūmiyya» (مومياء) və fars dilində «mūm» (wax) ifadələrindən götürülmüşdü. Bu sözün hərfi mənası ərəbcədən möhkəm süni maddə olan Bitum mənasını verir. Qədim Misirlilər isə mumiyanı «Sax» adlandırırdılar. Ərəb və avropa tacirləri mumiyadan dərman kimi istifadə edirdilər. Bu dərmanlar zədələnmə və ağır yaraları müalcə etmək üçün istifadə edilir. XVI əsrdə yaşamış məşhur fransız yazıçısı və filosofu Mişel de Monten (1533-1592) xəstələri sağaltmaq üçün bu dərmanlardan istifadə edilməsi metodunu "Hannibalizm" adlandırmışdı. Onun sözlərinə görə, dərman qıtlığı ucbatından satıcılar dərman kimi ölmüş uşaqların və kasıblarından bədənlərindən istifadə edirdilər.
Mumya
Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır. Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir. Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır. == Mumyanın müalicəvi xüsusiyyətləri == İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb. Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s.
Mumin Surəsi
40-cı surə əl-Mumin (Mömin) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir). Surə adını 28-ci ayətində keçən və inanan, iman gətirən şəxs anlamında işlənən mumin (mömin) sözündən almışdır. Bu surədə Qurandan, Nuh qövmündən Allaha iman edənlərin cənnətə girəcəklərindən, Allahı inkar edənlərin cəzalandırılacaqlarından, Musa peyğəmbərdən, firondan, qiyamət günündən bəhs olunur.
Mumla depilyasiya
Mumla depilyasiya, arzuolunmaz tüklərdən xilas olmaq üçün istifadə edilən yapışqan tərkibli maddələrdən ibarət olan depilyasiya üsuludur. Ayrıca olaraq buna mumla depilyasiya edilməsi də deyilir. Mum depilyasiyası- ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə (birdən) qopardılır. Bu üsul, tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün falikulu bu vəziyətdə zədələnmir. Bu prosedur o qədər də ağrılı deyil. Pasientin həssaslığından asılıdır. Mum depilyasiyası ən qədim üsullardan biridir. Amma baxmayaraq ki, kosmetologiyada yeni texnologiyalar əldə edilib, mum depilyasiyası öz yerini vermir.
Neoseiulus mumai
Neoseiulus mumai (lat. Neoseiulus mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Paraamblyseius mumai
Paraamblyseius mumai (lat. Paraamblyseius mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraamblyseius cinsinə aid heyvan növü.
Phytoseius mumai
Phytoseius mumai (lat. Phytoseius mumai) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Platyseiella mumai
Platyseiella mumai (lat. Platyseiella mumai) — phytoseiidae fəsiləsinin platyseiella cinsinə aid heyvan növü. == İstinadlar == Platyseiella mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Əl-Mumin
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Əl-Mumit
Əl-Mumit (ər. المميت) — Allahın adlarından biri.
Mumiya (film, 1932)
Mumiya (ing. The Mummy) — 1932-ci ildə Karl Froynd tərəfindən çəkilən ABŞ filmidir. Filmdə yenidən həyata qayıdan misir rahibi "İmhotep" rolunu məşhur ingilis əsilli ABŞ aktyoru Boris Karloff canlandırmışdı. Filmin çəkiliş yerləri ABŞ-nin qərbində yerləşən, sahənin böyüklüyünə görə üçüncü yer tutan və səhralığına görə məşhur olan Kaliforniya ştatında aparılmışdı. Çəkiliş səhnələri ABŞ-nin cənub-qərbində yerləşən Cənubi Kalforniyanın böyük hissəsini tutan Moxave səhrasında, Kalironiyanın Los-Anceles şəhərinə məxsus "San Fernando Vadisi" regionunun "Universal Siti" icmasında və Cənubi Kaliforniyada yerləşən korporativ olmayan "Sentil" icmasında yerləşən "Qırmızı Qaya Kanyon Ştat Parkı" (ing. Red Rock Canyon State Park) adlı kanyon parkında baş tutmuşdu. "Mumiya" filminin büdcəsi qiymətləndirməylə təxminən $196,000 min ABŞ dollarıdır. == Filmin əsas şüarı == «O həyata gəlir!» (ing. «It comes to life!») == Məzmun == 1921-ci il. Britaniya muzeyi heyət üzvlərinin Ser Cozef Uemplin (Artur Bayron) başçılığı altında ekspedisiyası zamanı İmhotepin qəbri aşkar edilir.
Mumiya (film, 1959)
Mumiya (ing. The Mummy) — 1959-cu ildə "Hammer Studios" tərəfindən istehsal olunmuş "Mumiya" seriyalarından biridir. == Məzmun == 1895-ci ildə arxeoloqlar Con Banninq (Piter Kaşinq), atası Stiven (Feliks Eylmer) və əmisi Cozef Vempl (Reymond Hantli) Misirdə tanrı Karnakın ali rahibəsi olan Şahzadə Anankanın məzarını axtarırlar. Con ayağı sındığına görə şahzadənin məzarının axtarışlarında atası və əmisinə kömək edə bilmir. Stiven və Cozef sərdabəyə girməmişdən əvvəl misirli Mehmet Bəy (Corc Pastell) onları xəbərdar edir ki, əgər məzarı açsalar lənətlənəcəklər. Amma onlar bu xəbərdarlığa fikir vermirlər və sərdabəyə daxil olub Anankanın məzarını tapırlar. Cozef bu xoş xəbəri Cona çatdırmaq üçün sərdabədən çıxır. Bu vaxt Stiven mistik Həyat Tomarını tapıb yüksək səslə oxumağa başlayır. Elə bu vaxt o qışqırıb özündən gedir. Stiven Banninq üç il sonra İngiltərədəki Engerfild psixi xəstəxanasında özünə gəlir və oğlunun yanına gəlməsini istəyir.
Mumiya (film, 1999)
Mumiya (ing. The Mummy) — Stiven Sommers tərəfindən çəkilən ABŞ filmidir. Bu film 1932-ci ildə Karl Froyndun tərəfindən çəkilən və "Mumiya" personajını canlandıran Boris Karloffun iştirak etdiyi Mumiya filminin remeykidir. Filmdə göstərilən vizual effektlər "Industrial Light & Magic" kompaniyası tərəfindən yaradılmışdır. Filmin distribütori Universal Studios kinokompaniyasıdır. "Mumiya" filminin çəkilişi Mərakeşin dörd krallıq şəhərindən biri olan Mərrakeş şəhərində 4 may 1998-ci il tarixindən başlanmışdır. Filmdə "Ölülər şəhəri" (ing. City of the Dead) ləqəbi ilə tanınan Hamunaptra şəhəri əslində uydurulmuş şəhərdir. == Məzmun == E.ə. 1290-cı ildə Qədim Misirdə, baş rahip İmhoteplə Firon I Setin gözdəsi Ank-Su-Namun arasında gizli bir eşq vardır.
Mumiya (film, 2017)
Mumiya (Orijinal adı: The Mummy) rejissoru Alex Kurtzman və ssenari müəllifləri Jon Spaihts və Christopher McQuarrienin Amerika filmidir. Mummy seriyasının yenidən başladılması və Universal Canavarların paylaşılan seriyanın ilk filmi olması planlaşdırılmışdır. Filmdə Tom Cruise, Sofia Boutella, Annabelle Wallis, Jake Johnson, Courtney B. Vance və Russell Crowe kimi aktyorlar yer alıb. Film 9 iyun 2017-ci il tarixində 3D, 2D və IMAX 3D formatında yayımlanmışdır. == Süjet xətti == 2000 il əvvəl Qədim Misir şahzadəsi Ahmanet (Sofia Boutella) atasını öldürür və qaranlıq magiya tətbiq etməyə başlayır. Canlı qumun altındakı bir məzarda canlı formada cəzalandırılır. Məzarı müasir dövrdə yenidən kəşf edildikdən və açıldıqdan sonra dirilir, min illərdir böyüyən və bütün bəşəriyyətə meydan oxuyan dəhşətli hadisələrlə dolu bir şər gətirir.
Nokia Lumia 710
Nokia Lumia 710 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfonun proqram platforması Windows Phone-dur. Aparatın prosessoru 1.4 QHz takt tezlikli ARM Cortex A8 prosessorudur. Əməli yaddaş tutumu 512 MB, inteqrasiya edilmiş fləş modulun tutumu 8 GB-dır. Sensor ekranın diaqonalı 3.7 düym təşkil edir, kəskinlik 480×800 nöqtədir. 720p formatında yüksək dəqiqlikli videoyazma imkanı verən 5 meqapikselli kamera ilə təchiz olunmuşdur. Smartfonun ölçüləri 119×62,4×12,5 millimetr, çəkisi 125 qramdır.
Nokia Lumia 800
Nokia Lumia 800 — Windows Phone əməliyyat sistemi ilə təchiz olunmuş ilk Nokia telefonu. == Xüsusiyyətləri == Telefon 16 GB daxili yaddaşa malikdir. MicroSD yaddaş kartı üçün çıxış nəzərdə tutulmayıb. Operativ yaddaşı 512 MB-dır. A-GPS və GPS texnologiyalarını dəstəkləyir. Əsas kamerası 3 qat rəqəmsal yaxnlaşdırma xüsusiyyətinə malik 8 meqapiksellik Carl Zeiss optikası ilə təchiz olunmuşdur. Minimal fokus məsafəsi 10 sm-dir. == Proqram platforması və istifadəçi interfeysi == Windows Phone 7.5 Mango == Texniki parametrləri == Hündürlük: 116,5 mm En: 61,2 mm Qalınlıq: 12,1 mm Çəki: 142 q Həcm: 76 kub.
Mumiya ilə söhbət (hekayə)
Edqar Allan Po "Mumiya ilə söhbət" hekayəsi-(Some Words with Mumia) Po bu hekayəsində qədim Misir və 19-cu əsrin mədəniyyət, memarlıq, tibb, siyasət, dövlət quruluşu,din, tarixi şəxsiyyətlər, astronomiya,hətta geyim stillərini belə müqayisə edir, çoxlu ensiklopedik biliklər verir. 19-cu əsrin həkimləri təxminən 5800 il yaşamış mumiya ilə qızğın mübahisəyə girir. Açdıqları hər mövzuda mumiya həkimlərə qalib gəlir, sonda həkimlər 19-cu əsrin geyimini misirlilərinkinə qarşı qoyaraq mübahisəni udurlar. Bəzi məlumatlar uydurma olsa da (Məs:5000 il bundan qabaq yaşamış mumiyanın *qalvanizmlə oyanması və s.) hekayə qədim Misirin umumi mənzərəsini canlandırır.
Mumiya qayıdır (film, 2001)
Mumiya qayıdır (ing. Mummy Returns) — 2001-ci ildə istehsal olunmuş Mumiya seriyasının ikinci seriyasıdır. == Məzmun == 1933-cü il.Filmin ilk hissəsində baş vermiş hadisələrdə artıq 10 il keçmişdir. Macərapərəst Rik O'Konnell indi varlıdır. Rik gözəl Evelinlə evlənib və oğlu 7 yaşlı oğlu Aleksin tərbiyəsiylə məşğuldur. Amma tale bu xoşbəxt ailəyə rahatlıq vermir. Qəddar kahin İmhotep Ank-Su-Namunun köməyi ilə Reinkarnasiya edilərək dirilmişdir. Balaca Aleks Londonda əlinə Am-Şerə gedən yolu göstərən taxmacığı taxan zaman mumiyalar tərəfindən keçirilir. İndi Rik, Evelin Aleksi xilas etmək üçün cəmi yeddi günləri var... == İstinadlar == == Xarici keçidlər == Mumiya qayıdır — Internet Movie Database saytında.
Mumiya sağdır (film, 1993)
Mumiya sağdır (ing. The Mummy Lives) — 1993-cü ildə istehsal olunmuş "Mumiya" haqqında çəkilmiş filmlərdən biridir. Film ABŞ yazıçı və fantastçısı Edqar Allan Ponun əsəri əsasında çəkilmişdir. Filmin mövzusu həm keçmişdə, həm də gələcəkdə baş verən hadisələri əhatə edir. == Məzmun == Film "Nə vaxt ki, səmalar bir-birnə birləşəcəksə, Zot, qisas allahı sevgilisinin qayıdışını gözləyəcək və gecə yarısında peyda olacaqdır" ifadəsi ilə başlayır və bürclər haqqında qısa məlumat verilir. Varlı olan eksentrik arxeoloq lord Makston (Cek Koen) Misir səhrasında qəbir aşkar edir. Bu qəbir yuxarı Misir rahibi Əzizə (Toni Körtis) məxsusdur. Həmin rahib Allah Zotun qulluqçusu Kiaya (Lesli Hardi) aşiq olur. Bu səbəbdən Zot onu cəzalandırır. Rahib Əziz diri-diri qəbirdə basdırılır.
Melia dubia
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. == Sinonimləri == Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
Mumiya: Əjdaha İmperatorunun Qəbri (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. == Məzmun == Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... == Xarici keçidlər == Mumiya: Əjdahalar imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Mumiya: Əjdahalar imperatorunun sərdabəsi (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. == Məzmun == Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... == Xarici keçidlər == Mumiya: Əjdahalar imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Mumiya : Əjdaha İmperatorunun Qəbri (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. == Məzmun == Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... == Xarici keçidlər == Mumiya: Əjdahalar imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Kumis
Qımız və ya Kumıs (rus. Кумыс) — madyan südünün fermante edilməsiylə əldə edilən ənənəvi içki. Ən əski köçəri xalq olan türklərin milli içkisidir. Asiya çöllərində yaşayan qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim çin və qədim yunan mənbələrində rast gəlinir.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Kumıs
Qımız və ya Kumıs (rus. Кумыс) — madyan südünün fermante edilməsiylə əldə edilən ənənəvi içki. Ən əski köçəri xalq olan türklərin milli içkisidir. Asiya çöllərində yaşayan qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim çin və qədim yunan mənbələrində rast gəlinir.
Lamia
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Lulia
Lulia (lat. Lulia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lulia nervosa (Less.) ZardiniSinonim Trichocline nervosa Less. Vernonia araujoa H.Rob.
Madia
Madia (lat. Madia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Madia chilensis (Nutt.) Reiche Madia citrigracilis D.D.Keck Madia citriodora Greene Madia elegans D.Don ex Lindl. Madia elegans var. densiflora (Greene) D.D.Keck Madia exigua (Sm.) A.Gray Madia filipes A.Gray Madia glomerata Hook. Madia gracilis (Sm.
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20-30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
MİMTA
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və ya qısaca MİMTA — Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. Fond qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmişdir.31 yanvar 2005-ci ildən fəaliyyət göstərən fondun icraçı direktoru Pərviz Əmirovdur. == Məqsədlər == Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir. == Fəaliyyət == === Nəşrlər === ==== Jurnallar ==== ===== Füyuzat jurnalı ===== 1906-cı il noyabrın 1-i Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan, amma mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır.MİMTA fondunun mətbu orqanı olan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. ===== İşıq jurnalı ===== 1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir. MİMTA fondunun mətbu orqanı olan “İşıq-qadın” jurnalı, tarixi “İşıq” qəzetinin varisidir. Nəfis şəkildə çap edilən bu jurnal ailə tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edən məqalələri ilə oxucuların dərin rəğbətini qazanmışdır.Jurnalın baş redaktoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır.
Çumış
Çumış çayı — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir. == Coğrafi yerləşməsi == Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür. == Hidrologiya == Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. == Həyatı == Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir.Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi. Onun bu durumu şagirdləri üçün qürur qaynağıydı.