Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muşklar
Muşklar — Tunc və Dəmir dövrlərinin qovşağında Anadolu ərazisində yaşamış xalq. Assuriya mənbələrində qeyd olunan, het heroqlifləri ilə "muskai" kimi tanınır. Bir sıra tarixçilər onları yunan mənbələrindən mosxlar, eləcə də Gürcüstanda Mesxetiya adı ilə əlaqələndirirlər. İosif Flavi muşkları Bibliyada Meşex ilə eyniləşdirdi. Paleobalkan dillərində "muşk" termini atlar ilə əlaqələndirilir. Assuriya mənbələrində "muški" termini iki müxtəlif qrupa aiddir: e.ə. XII–IX əsrlərdə mövcud olmuş, Arsaniya ilə Fəratın qovuşduğu yerdə "şərq muşkları" yaşamışdır. e.ə. VIII–VII əsrlərdə Kilikiyada "qərb muşklarıƏ mövcud olmuşdur. Assuriya mənbələri qərbi muşkarı frigiyalılar ilə, yunan mənbələri isə frigiyalıları "Μόσχοι" ilə aydın şəkildə fərqləndirir.
Markar Melkonyan
Markar Melkonyan (ing. Markar Melkonian; Viseyliya[d]) — Amerika ermənisi yazıçı və müəllim. Melkonyanın "Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti" adlı kitabında qardaşı, erməni terrorçusu Monte Melkonyanın həyatı, onun 1990-cı illərdə Ermənistanın müstəqilliyi uğrunda və Birinci Qarabağ müharibəsindəki rolu ətraflı təsvir edilmişdir. == Kitabları == Melkonian, Markar. Marxism: A Post-Cold War Primer. Boulder: Westview Press. 1996. ISBN 978-0-7567-6371-8. Melkonian, Markar. Richard Rorty's Politics: Liberalism at the End of the American Century.
Muktar Diakabi
Muktar Diakabi (19 dekabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Diakabi öz milli karyerasına Fransanın gənclərdən ibarət millilərindən olan Fransa U-19 millisində başlamışdır. == Klub karyerası == === Olimpik Lion === Diakabi öz peşəkar karyerasında debütünü Lion klubu ilə Liqa 1-də 10 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Diakabi 90 dəqiqə meydanda olmuş və komandası evdə 3-1 hesabı ilə məğlub olmuşdur. Diakabi ilk qolunu Nant klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Lion səfərdə Nanta 6-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Diakabi Fransada anadan olmuşdur. Valideynləri isə Qvineya vətəndaşlarıdır. Diakabi hal-hazırda Fransanın U-20 gənclər yığmasında çıxış edir. == Karyera statistikası == === Klub === 16 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Murdar (Həştrud)
Murdar (fars. مهردار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (50 ailə).