Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Montsa
Montsa (it. Monza, Monscia, lat. Modicia, Modoetia, tar. alm. Montsch‎) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var. Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur. Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir. == İdman == Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.
Çadtsa
Çadtsa (slovak. Čadca, pol. Czaca, mac. Csaca) — Slovakiyanın şimal-qərbinda şəhər. Jilina bölgəsində yerləşir. Əhalisi 27 min nəfərdir. Şəhər Polşa ilə Çexiyanın sərhəddində, Kisuttsa çayının sahilində yerləşir.
Catra
Catra (sanskritcə hərəkət, səfər, səyahət, təntənəli nümayiş, bayram; sonralar– tamaşa) — xalq tamaşasının qədim növü, musiqi, nəğmə, rəqs və oyunlarla müşayiət olunan kütləvi gəzintilər. == Tarixi == 1-ci minilliyin sonu – 2-ci minilliyin əvvəlində yaranmışdır; ən çox Hindistanın şimal şərqində və Nepalda yayılmışdır. == Təsviri == Catra, əsasən, kortəbii, hər hansı ailə, icma şənlikləri və yaxud dini bayramlar zamanı təşkil olunur. Müxtəlif yerlərdə və istənilən vaxtlarda (məs., axşam vaxtı kəndin ortasında tonqal ətrafında) keçirilə, müxtəlif miqyasda (lokal-etnikdən ümummilliyədək) ola bilər. Catra Benqaliya və Orissada 15–16-cı əsrlərdə musiqili rəqs dramının (catraqan) mifoloji süjetləri əsasında teatrlaşdırılmış tamaşa kimi yaranmışdır. Açıq havada, şüvüllər üzərinə tarım çəkilmiş böyük örtük (aktyorlar və tamaşaçılar üçün) altında oynanılır. 18-ci əsrin sonlarından repertuarı xeyli genişlənmiş, ənənəvi Catra sənəti tədricən peşəkar sənətə çevrilmişdir.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Matra
Matra (Avstriya. Mátra) - Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Matsu
Matszu (çin. 妈祖, azərb. Ana əcdad, ana, nənə‎) — Daoizm inancında dəniz ilahəsi, dənizçilərin və balıqçıların himayədarı və qoruyucusudur. Matsuya ibadət sonq sülaləsinin dövründə başlanıb. Matsuya Şərqi və Cənub-Şərqi Asiyada daosizmin yayıldığı yerlərdə daha çox sahil ətrafı bölgələrdə ibadət edilir. == İstinadlar == == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Matça
Matça ( yap. 抹茶, hərfi tərcüməsi "ovulmuş çay" deməkdir) — toz şəklində olan yaşıl çay. Məhz bu çay,ənənəvi olaraq, klassik yapon çay mərasimində istifadə olunur. Bundan başqa, matça, vaqasi adlı yapon desertinin növlərinə, yaşıl çaylı dondurmaya, soba adlı əriştəyə qida əlavəsi kimi istifadə olunur. == Tarixi == Çinin Tan sülaləsi zamanı (618 – 907) saxlanma və ticarət üçün çayın yarpaqları buxarla emal edilib çay briketlərinə preslənirdi. Çayı hazırlamaq üçün ilk öncə yarpaqlar qurudularaq toz halına çevrilir. Sonra duz və nanə əlavə edilərək qaynar suda qarışdırılırdı. Sun sülaləsi (960-1279) dövründə qurudulmuş çay yarpaqlarının buxarından emal edilən toz şəkilli çay populyarlaşmışdır. İçkini hazırlayarkən çay tozunu qaba töküb üzərinə qaynar suyu əlavə edirlər. Sonra üzərində köpük əmələ gələnə qədər qarışdırırlar.
Çansa
Çansa — Çində şəhər. Xunan əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 1,33 mln. (2003). == Coğrafiyası == Syantszyan çayı sahilində port. Nəqliyyat qovşağı. == Tarixi == Çansa Çinin ən qədim şəhərlərindən biridir. E.ə. 5 əsrdən Çansanın yerində yaşayış məskənləri olmuşdur. Çjanqo dövründə (e.ə.
Cüzeppe Meattsa
Cüzeppe Meattsa (it. Giuseppe Meazza, 23 avqust 1910, Milan – 21 avqust 1979, Rapallo, Liquriya) — İtaliyalı keçmiş futbolçu, ikiqat dünya çempionu. Daha çox "İnter" klubundakı çıxışları ilə tanınır. "İnter"in heyətində İtaliya A Seriyasında 365 oyunda 243 qol vurub. İtaliya millisində 33 qol vurub və Luici Rivadan sonra İtaliya millisinin ikinci ən yaxşı bombardiridir. Milan şəhərində San Siro kimi tanınan stadion Cüzeppe Meattsanın adını daşıyır. == Bioqrafiya == Cüzeppe Milanın məşhur Porta Romana məhəlləsindəki Via San Luicidə, Annibale Meattsa və Ersiliya Borcinin ailəsində anadan olub. Atası Birinci Dünya Müharibəsindən qayıtdıqdan qısa müddət sonra, müharibədə aldığı yaralardan ölür. Peşəkar futbolçu olana qədər Meattsa bir çörək sexində işləyib. == Karyerası == 14 yaşında Cüzeppe "Maestri Kampionezli" adlı bir kluba qatılır.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. == İnzibati əraziləri == Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. == Əhalisi == Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Maisa Bey
Maisa Bey (1950, Ksar əl-Buxari[d], Medea vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Maisa Bey 1950-ci ildə Əlcəzairin Ksar əl-Buxari şəhərində anadan olub və Sid Bel Abbes Universitetində fransız dili tədris edir. Maissa Bey müxtəlif ölkələrdə mədəni tədbirlərin təşkil edilməsi ilə məşhurlaşıb. O, “Əlcəzair xəbərləri”, “Dağlara çəkilin”, “Mavi, ağ, yaşıl” kimi romanların müəllifidir.
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. == Ümumi təsvir == Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Marsa buzlağı
Marsa buzlağı (bolq. ледник Марса, ‘Lednik Marsa’ \'led-nik 'mar-sa\) — 5 km uzunluğu və 1.5 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Patleyna buzlağından şimal-şərqdə, Padala buzlağından şimal-qərbdə yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyindən şərqdə yerləşmişdir.Buzlaq cənubi Bolqarıstanda yerləşən orta əsr şəhəri olan Marsanın adını daşıyır. == Yerləşməsi == Marsa buzlağı 78°01′50″ c. e. 85°41′40″ q. u. koordinatlarında yerləşmişdir.
Marşa Hant
Marcia Virginia Hunt (17 oktyabr 1917, Çikaqo, İllinoys – 7 sentyabr 2022, Şerman Ouks[d], Kaliforniya) — amerikalı kino və televiziya aktyoru.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Mataş Mazayev
Mataş Həmzətxanoviç Mazayev (çeç. Мазаев Хьамзатан кӀант Маташ; 1908 – avqust 1942, Volqoqrad vilayəti) — Çeçen mənşəli Sovet tankçısı, kapitan., Polşa kampaniyasının, SSRİ-Finlandiya müharibəsinin və Böyük Vətən müharibəsinin iştirakçısı. R. A. Belevintevin "Prometey tank dəbilqəsində" kitabının qəhrəmanı.. Герой книги Р. А. Белевинтева "Прометей в танковом шлеме" == Həyatı == === Erkən illər === 1908-ci ildə Terek vilayətinin Verxnı Naur kəndində Həmzətxan və Bala Mazayevlərin ailəsində anadan olub. 1918-ci ildə Terek kazaklarının torpaqlarının milliləşdirilməsi zamanı ailə Mixaylovskaya kəndində torpaq aldı və ora köçdü. Orada, Lenin şəhərciyində Mataş yeddiillik məktəbi bitirdi və dostları İbrahimov və İbrahim Kazəliyevlə birlikdə kəndin ilk komsomolçusu oldu. == Partiya üzvlüyündə == M. Mazaev rəhbərliyi altında yerli quldur dəstələrinə qarşı uğurla mübarizə aparan komsomol dəstəsi yaratdı.Siyasi fəaliyyətdəki uğurlarını qiymətləndirən rayon komsomol komitəsi Mazaevə Sovet partiya məktəbinə dau olmaq üçün zəmanət verdi. Beləliklə, Mazayev 1926-cı ildə məktəbi bitirdikdən sonra həyatını partiya işi ilə bağlamağa qərar verdi. Ancaq Moskvadan Qroznı Regional Komitəsinə Mazayevin adına Bauman adına Moskva Dövlət Texniki Universitetindən dəvət daxil oldu. Beləliklə, M. Mazayev SSRİ paytaxtında Çeçenistan komsomolunu təmsil etmək üçün seçilmişdi.
Matea Matoseviç
Matea Matoseviç (14 mart 1989) — Xorvatiyalı marafonçu. Matea Matoseviç Xorvatiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Matea Matoseviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 50 dəqiqəyə qət edərək 157 marafonçu sırasında 104-cü yeri tutdu.
Matka kanyonu
Matka (mak. "matka" - uşaqlıq) — Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşən kanyon. == Ümumi məlumat == Sahəsi 5 000 hektardır. Kanyonda yerəşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. 1938-ci ildə Treska çayı üzərində qurulan bənd nəticəsində kanyonda həmdə sünü Matka gölü meydana gəldi.Treska çayı üzərində yaradılmış bu göl ətrafında bir çox orta əsr monastrları və onlarca karst mağaraları mövcuddur. Ərazi ölkənin ən populyar turist bölgələrindən biridir. Suva dağlarını vertikal kəsən Treska çayı axdığı yataqda dik qayalı yamaclar, kiçik dağ vadiləri, dərələr və çoxlu karst mağaraları yaratmışdır. Mağaralar həm quruda, həm də, su altında mövcuddur. Bunlardan ən gözəl və böyükləri Vrelo, Krishtalina və Ubava mağaralarıdır. === Vrelo mağarası === Mağara Treska çayının sağ sahilində , bənddən 2 km uzaqlıqda yerləşir.
Matua adası
Matua (yap. 松輪島) — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Adanın sahəsi 53 km² təşkil edir. Ununluğu şimal-qərbdən cənub-şərqə 11 km, eni isə 6,4 km təkil edir. Adada yaşayışı olmayan Sarıçevo və Qubanovka yaşayış məntəqələrinin qalıqlsrı günümüzdə belə qalır. Adadan 1,3 km şərqdə Toprkovı adası yerləşir. Adanın sahəsi 1 km², hündürlüyü isə 70 metrdir. Ada ərazisində fəaliyyətdə olan Sarıçev vulkanı mövcuddur.
Montsa-Briantsa əyaləti
Montsa-e-Briantsa əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Pyatsa dei Mirakoli
Pyatsa dei Mirakoli (it. Piazza dei Miracoli) — Pizada yerləşən meydan. Məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir. Turizm baxımdan böyük əhəmiyyətə sahib olan Piza qülləsi İtaliyada turistlərin ən çox ziyarət etdiklərdən yerlərdən biri hesab olunur. Tikili 1987-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına salınmışdır.
Maisa Qarsiya Qodoy
Maisa Qarsiya Qodoy (d. 17 sentyabr 1990) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Matra elektrik stansiyası
Matra elektrik stansiyası (mac. Mátrai Erőmű Zrt.) ― RWE-yə məxsus boz kömür üzərində işləyən elektrik stansiyası. O, Macarıstanın Matra şəhərinin dağları vadisində yerləşir. Onun quraşdırılmış gücü genişləndirilə bilən 950 meqavatta bərabərdir. Bura böyüklüyünə görə Pakş AES-dən sonra Macarıstanın ikinci ən böyük stansiyasıdır, ölkənin elektrik enerjisinin təxminən 15%-ni təmin edir. İstehsal idxal olunan yanacaqlardan deyil, yerli mənbələrdən tam təmin olunduğundan milli enerji sektorunun vacib sütunu sayılır. 2012-ci ildə Matra təxminən 8.4 milyon ton boz kömür istehsal etdi.203 metr hündürlüyündə olan baca Macarıstanda 8-ci ən hündür tikilidir. == Tarixi == Elektrik stansiyası 40 ildən çox fəaliyyət göstərir. Boz kömür Visonta və Bükkabran karxanalarında çıxarılır. İlkin inşaat layihəsi 1965-ci ildə Dyöndyöş yaxınlığında boz kömü yatağı aşkar ediləndə başlamışdır.