Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cessi Misak
Misak Torlakyan
Misak Torlakyan (erm. Միսաք Թորլաքյան; 1889 – 12 noyabr 1968, Kaliforniya) — 1921-ci ildə Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşirin qatili. Torlakyan 1921-ci ilin oktyabrında İngiltərə hərbi məhkəməsi tərəfindən psixi vəziyyətinə görə "günahkar, lakin məsuliyyət daşımır" olaraq qəbul edildi. == Həyatı == Torlakian 1889-cu ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olub. 18 yaşında Daşnaksutyuna qoşulan Torlakyan, Trabzondakı türk ordusu anbarından erməni özünümüdafiə dəstələri üçün xeyli miqdarda silah təmin etmişdir. Birinci Dünya Müharibəsi dövründə hərbi kəşfiyyat əldə etmək tapşırığı alan Torlakyan, o vaxtlar Rusiya Ordusunun kəşfiyyatçı birliyinin üzvü olaraq, Türk ordusunun mövqeləri haqqında dəyərli məlumatlar verirdi. 1918-ci ildə Rusiya Türk cəbhəsindən çəkildikdən sonra Torlakyan Ermənistan ordusuna qatıldı və General Dronun rəhbərliyi altında Baş Abaran döyüşündə iştirak etdi. Döyüş türk ordusunun irəliləməsini dayandırdı. Sərdarabad və Karakilisedəkilərlə birlikdə əldə edilən çətin qələbə, Ermənistan Demokratik Respublikasının qurulmasına səbəb oldu. 1921-ci ildə Torlakyan Daşnaksutyun tərəfindən Azərbaycanın keçmiş daxili işlər naziri Behbud Xan Cavanşiri öldürmək üçün İstanbula göndərildi.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Kento Misao
Kento Misao (16 aprel 1996) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Misag Memarzade
Misaq Memarzadə (fars. میثاق معمارزاده‎; 9 yanvar 1983) — İran futbolçusu, qapıçı.
Misaki Amano
Misaki Amano (d. 22 aprel 1985) — keçmiş Yaponiya qadın futbolçusu.
Misako Aoki
Misako Aoki (青木 美沙子, 1983, Çiba prefekturası) – Yaponiya modeli və Yaponiya Lolita Assosiasiyasının prezidenti. Lolita dəbinin təmsilçilərindən biridir. Twin Planet şirkəti ilə əməkdaşlıq edir.Misako 15 yaşında Tokionun Haracuku bölgəsində model kimi işləyərkən kəşf edilmişdir. "KERA" jurnalı üçün işləyərkən lolita dəbi ilə məşğul olmaq imkanına malik olmuşdur. Əvvəlcə lolita dəbinin böyük fanatı olmasa da, vaxt getdikcə lolita dəbinə olan marağı böyümüşdür. Tibb bacısı olmaq üçün Tokay Universitetinin Tibb Bacılığı və Texnologiya Kollecinə daxil olmuşdur. Vaxtını tibb bacısı kimi işləməklə və lolita dəbini tanıtmaqla keçirir. Onun fəaliyyətləri 2017-ci ildə Kansai TV-də yayımlanan "Yeddi qayda" verilişində işıqlandırılmışdır.2009-cu ildə Yaponiyanın Xarici İşlər Nazirliyi Aokiyə "kavaii səfir" titulu vermişdir. Əvvəlcə o, bu tituldan istifadə etmək barədə utansa da, daha sonra bu titulundan lolita dəbini tanıtmaq üçün istifadə etməyə başlamışdır. Misako "kavaii" sözünü lolita dəbini təsvir etməkdə istifadə edir.
Misao Tamay
Misao Tamay (16 dekabr 1903 - 23 dekabr 1978) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Misaq Memarzadə
Misaq Memarzadə (fars. میثاق معمارزاده‎; 9 yanvar 1983) — İran futbolçusu, qapıçı.
Mişar (dəqiqləşdirmə)
Mişar — alət. Mişar — filmlər seriyası. Mişar — 2004-cü ildə yaymlanan film. Mişar 2 — 2005-ci ildə yaymlanan film. Mişar 3 — 2006-cı ildə yaymlanan film. Mişar 4 — 2007-ci ildə yaymlanan film. Mişar 5 — 2008-ci ildə yaymlanan film. Mişar 6 — 2009-cu ildə yaymlanan film. Mişar 3D — 2010-cu ildə yaymlanan film. Mişar 8 — 2017-ci ildə yaymlanan film.
Sisak döyüşü
Sisak döyüşü (xorvatca:Bitka kod Siska, almanca:Schlacht bei Sissek) — 22 iyun, 1593-cü ildə Sisak-Moslavina regionunda, Kulpa çayının Sava çayı ilə qovuşduğu yerin yaxınlığında Osmanlı İmperiyasının sərhəd komandanı olan və bir il əvvəl Bosniya bəylərbəyi olaraq təyin edilmiş Telli Həsən paşanın Bosniya əyalət sipahiləri və Avstriya hersoqluğu ilə Xorvatiya krallığının birləşmiş orduları arasında baş tutmuş döyüşdür.Döyüşdə, Bosniya bəylərbəyi Telli Həsən paşanın qüvvələri ağır məğlubiyyətə uğradıldı. Telli Həsən Paşa və digər bir neçə paşa həlak oldu. Bu döyüşün nəticəsi 1593-1606-cı illərdə baş tutmuş Osmanlı-Avstriya döyüşlərinə gətirib çıxardı. == İstinadlar == == Xarici keçidlər == Joseph von Hammer-Purgstall, Geschichte des Osmanischen Reiches. online:Vol.4: Vom Regierungsantritte Murad des Dritten bis zur zweyten Entthronung Mustafa des Ersten 1574–1623 , Budapeste: C. A. Hartleben, 1829, s. 218.
Şiro Misaki
Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Aleksander İsak
Aleksandr İsak (isv. Alexander Isak ) (21 sentyabr 1999) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund FK klubunda hücumçu kimi çıxış edən peşəkar İsveç futbolçusudur. == Karyerası == === Erkən həyatı === İsak Stokholm şəhər sahəsinin Solna şəhərində anadan olmuşdur. İsakın valideynləri Eritreya vətəndaşlarıdır. O, futbolçu karyerasına altı yaşı olarkən yerli klublardan olan AİK klubunun akademiyasında başlamışdır. === AİK-dəki inkişafı === İsak əsas komanda ilə debütünü 28 fevral 2016-cı ildə İsveç Kubokunda dördüncü liqa təmsilçisi olan Tenhults klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə meydana daxil olmuşdur. 16 yaşında olan İsak görüşdə bir qolla yadda qalmış və komandası 6-0 hesabı ilə qalib gəlmişdir.7 aprel 2016-cı ildə baş məşqçi Andres Alm İsaka Allsvenskandakı ikinci oyun günündə start heyətində yer vermişdir. O, gənc hücumçu həmkarı Karlos Strandberq ilə birlikdə Östersunds klubuna qarşı oyunda iştirak etmişdir. İsak görüşdə qələbə qolunun müəllifi olmuş və komandası 2-0 hesabı ilə qalib gəlmişdir.
Misa Şimizu
Misa Şimizu (清水美沙, Shimizu Misa, d. 25 sentyabr 1970, Tokio), yaponiyalı aktrisa. 2005-ci ildə Yaponiya və Kanadanın birgə Paper Moon Affair filmində məşhur kanadalı aktyor Brendan Fletçer ile birlikdə ifası ilə yadda qalıb. == Filmoqrafiyası == 2014-2015 Keishichô sôsa ikka kyû gakari (TV serial) 2015 Naki Meshi Kyôko (TV Mini-serial) 2014 Kyota No Otsukai (Qısa film) 2014 Onna wa sore wo yurusanai (TV Mini-serial) 2014 Jûisan jiken desuyo (TV Mini-serial) 2014 Tokumei tantei (TV Mini-serial) 2014 Border: Keishichô Sôsa Ikka Satsujinhan Sôsa Dai 4-gakkari (TV Mini-serial) 2013 Akai reikyûsha 32: Rasetsu no sanshimai (TV film) 2013 Banana to gurôbu to jinbeezame 2012 Kyouta no houkago (Qısa film) 2012 Hôigaku kyôshitsu no jiken file 34 2012 Sherî 2011 Tidy Up *2011 Shoujotachi no rashinban 2011 Tokyo Control (TV serial) 2010 Ren'ai gikyoku: Watashi to koi ni ochitekudasai 2010 Matataki *2010 Bokkusu! 2010 Memoirs of a Teenage Amnesiac 2010 Sonotoki made sayonara (TV Film) 2009 Hi to shio (TV Film) 2009 Shizumanu taiyô 2009 The Harimaya Bridge 2009 Rain Fall 2008 Boku no obaachan 2008 Umikaze ni fukarete 2007 Môryô no hako 2007 Tenkôsei: Sayonara anata 2007 Akôkurô 2006 Soredemo boku wa yattenai 2006 22 sai no wakare 2005 Paper Moon Affair 2005 Ubume no natsu 2005 Yasashii jikan (TV serial) 2002 Umi wa miteita 2001 Denen no yuutsu 2001 Akai hashi no shita no nurui mizu 2001 Kokubetsu (TV Filmi) 2000 Shinsengumi (səsləndirmə) 1999 Second Chance 1999 Atsumono 1998 Rakuen eno hashi (TV Film) 1998 Kanzo sensei 1998 Tokugawa Yoshinobu (TV serial) 1997 Tôkyô Dragon 1997 Zakuro yakata 1997 Hotaru no yado (TV Film) 1997 Unagi 1997 Ningen isu 1997 Gimu to engi 1997 Kimi ga jinsei no toki (TV serial) 1996 Shall we dansu? 1995 Gerende ga tokeruhodo koishitai 1995 Namida tataete bishô seyo: Meiji no musuko, Shimada Seijiro (TV Film) 1995 Setsunai haru (TV Film) 1995 Yonshimai monogatari 1994 Shijûshichinin no shikaku 1994 Nettai rakuen kurabu 1993 Watashi ga koroshita otoko (TV Film) 1993 Shinjitsu ichiro (TV Film) 1992 Okoge 1992 Mirai no omoide: Last Christmas 1992 Ude ni oboe ari (TV serial) 1992 Shiko funjatta 1991 Jutai 1990 Bakayarô!
Mişa Blek
Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor. == Həyatı == Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb. Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur. == Fəaliyyəti == Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur.
Mişa Büluri
Mişa Büluri (alm. Misha Bolourie‎) — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Büluri Təbrizdə anadan olub. 1964-cü ildən 1966-cı ilə qədər Təbriz İncəsənət Məktəbində və sonra Tehran İncəsənət Akademiyasında təhsil alıb. 1979-cu il İran İslam İnqilabından sonra Almaniyaya mühacirət edib.
Mişa Kollins
Mişa Kollins (20 avqust 1974, Boston, Massaçusets) — Amerikalı aktyor. == Həyatı == 2002-ci ildə hələ litseydə oxuyarkən sevdiyi qız yazıçı Viltoriya Vantok ilə evlənib və hazırda 2 uşağı var. Bu gündə davam etməkdə olan Fövqəltəbii serialında Kastiel rolunu canlandırır. Serialdakı tərəf müqavilləri olan Censen Ekls və Cared Padaleki ilə yaxın dostdur.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Mişa Titiyev
Mişa Titiyev (ing. Mischa Titiev; 1901, Kremençuk, Poltava quberniyası[d] – 1978) – rus əsilli ABŞ antropoloqu. Kremençuq şəhərində doğulmuş, 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Boston şəhərinə köçmüşdür. == Karyerası == Titiyev Harvard Universitetində təhsili alaraq 1923-cü ildə bakalavr dərəcəsi, 1924-cü ildə ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, 1935-ci ildə antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1935-36-cı illərdə ABŞ Milli Park Xidməti üçün köməkçi muzey kuratoru və gənc arxeoloq olaraq işləmişdir. 1936-cı ildə Miçiqan Universitetində işləməyə başlamış, 1951-ci ildə universitetin professoru olmuşdur.İkinci dünya müharibəsi zamanı Strateji Servis Ofisi üçün işləmişdir. 1954-cü ildə Fulbrayt təqaüdü əsasında Avstraliya Milli Universitetinin professoru olmuşdur. Təhsil sahəsindən təqaüdə çıxdıqdan sonra Miçiqan Universitetinin emerit professoru adına layiq görülmüşdür. == Araşdırmaları == Titiyevin əsas akademik maraqları hopilərin etnologiyası, Yaponiya və Peruda yaşayan yaponların sosial təşkilatlanması, Çilidə yaşayan araukanların etnologiyası olmuşdur. O, Arizona ştatında hopilər, Çilidə araukanlar, Peruda yaponlar və Yaponiyanın Okayama bölgəsində yerlilər arasında sahə araşdırması aparmışdır.
Mşak (qəzet)
"Mşak" (erm. Մշակ — Əməkçi) — 1872–1921-ci illərdə Tbilisidə nəşr edilmiş gündəlik erməni qəzeti. Təsisçisi və ilk redaktoru Qriqor Artsruni olmuşdur. == Haqqında == "Mşak" qəzetinin əsası 1872-ci ildə qoyulmuşdur. Redaktoru və naşiri Heydelberq Universitetinin fəlsəfə fakültəsini bitirmiş ictimai xadim və publisist Qriqor Artsruni olmuşdur. Əvvəlcə həftəlik, sonra gündəlik çıxmışdır. 1885-ci ildə fasilə vermişdir. 1892-ci ildən sonra qəzetin redaktorları: Aleksandr Kalantar (1893–1913), Hambartsum Arakelyan (1913–1918), tarixçi Leo (1918–1920), Tiqran Haxumyan (fasilələrlə 1917–1920) və başqaları olmuşdur. == Fəaliyyəti == Q.Artsrunin çıxartdığı "Mşak" azad fikirli ziyalıların ideoloji orqanı kimi burjua-demokratik quruluşu təklif edərək, əsas zərbəni kilsə və ruhanilərə qarşı yönəldirdi. Qəzetin fəaliyyətinin digər mühüm istiqaməti erməni məktəbinin dünyəviləşməsi və kilsədən ayrılması uğrunda mübarizə idi.
İsak Rabin
İshaq Rabin (1 mart 1922[…], Qüds, Britaniya Fələstini[d] – 4 noyabr 1995[…], Tel-Əviv) — İki dəfə İsrailin baş naziri (1974–1977 və 1992–1995), İsrailin müdafiə naziri (1984–1990). == Həyatı == İshaq Rabin 1922-ci il martın 1-də o zamanlar Fələstinin tərkibində olan Yerusəlimdə anadan olub. Onun ailəsi bir ildən sonra Təl-Əvivə köçmüşlər. Valideynləri qatı sionist və yəhudi dövlətinin yaradılmasını hədəfləyən kampaniyalarda fəal şəkildə iştirak etmişdirlər.Rabinin komandanlığı ilə İsrail 1967-ci il iyunun əvvəlində Altı günlük müharibədə Misirə, Suriyaya, İordaniyaya sarsıdıcı zərbələr vurur. Rabin bir ildən sonra hərbi karyeradan imtina edib beş il Birləşmiş Ştatlarda İsrailin səfiri olur. == Mükafatları == İshaq Rabin 1994-cü ildə Yasir Ərəfat və Şimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Ölümü == İshaq Rabinin qatili Eqal Amir dəfələrlə ona qarşı sui-qəsd etmək istəsədə son anda fikrindən daşınmışdır.1995-ci il noyabrın 4-də Rabin Təl-Əvivdə Çar meydanında kütlə qarşısında çıxış edir. Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam meydana yığışmışdı. Rabin nitqini sülh barədə sözlərlə bitirib camaatla vidalaşır və axşam saat 9.20-də öz maşınına doğru getməyə başlayır. Özünü rəsmi sürücülərdən biri kimi qələmə verən qatil Amir baş nazirin pilləkanla maşınların saxlandığı meydana necə endiyni görür.
İsak Dinesen
Karen Blinksen (ing. Baronessa Karen Kristenze von Bliksen-Fineke; 17 aprel 1885[…] – 7 sentyabr 1962[…]) — danimarka və ingilis dilində əsərlər yazan danimarkalı bir müəllif və yazıçı. İngilis dilli ölkələrdə Isak Dinesen, Alman dilli ölkələrdə Taniya Bliksen, Oskeola və Pierre Andrezel təxəllüsləri ilə də məşhurdur. Karen Keniyada yaşayarkən yazdığı Afrika xaricində əsəri və hekayələrindən biri olan Babetta bayramı ilə lap çox tanınır, onların hər ikisinin əsasında çəkilən filmlər Oskar mükafatına layiq görülüb. O, həmçinin Danimarkada hekayələr toplusu olan Yeddi Qotik Nağıl əsəri ilə tanınır. Blinksenin bir neçə dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi irəli sürülmüşdü. == Həyatı == === Erkən həyatı === Karen Dinesen, Kopenhagenin şimalında, Runqstedlund malikanəsində dünyaya gəldi. Atası Vilhelm Dinesen (1845–1895), Yutlandiya torpaq mülkiyyətçilərinin ailəsindən olan bir yazıçı və ordu zabiti idi; həyat yoldaşı İnqeborq Vestenholz (1856–1939) varlı bir Unitar burjua tacir ailəsindən idi. Karen Dinesen, üç bacı və iki qardaşdan ibarət bir ailədə ikinci uşaq idi. Kiçik qardaşı Tomas Dinesen Birinci Dünya Müharibəsində Victoriya Xaçını qazanmışdı.
Mişa Anastasieviç
Mişa Anastasieviç (serb. Миша Анастасијевић;24 fevral 1803, Doni-Milanovas[d], Belqrad paşalığı, Osmanlı imperiyası – 27 yanvar 1885, Buxarest, Rumıniya Krallığı[d]) — Serb taciri, vətənpərvər və xeyriyyəçi, 19-cu əsrdə Serbiyanın ən zəngin insanlarından biri, siyasətçi. O, eyni zamanda Dunay Kapitanı idi və Şahzadə Miloşdan əhəmiyyətli faydalar əldə etdi. Anastasijević Serbiyada ilk ictimai xeyirxah və Belqrad burjuaziyası üçün müxtəlif topların təşkilatçısı idi. O, həm də xeyriyyəçi idi. == Bioqrafiya == Poreç şəhərində anadan olub. Atası Anastas torpaq sahibi və kiçik tacir, anası Ruja isə evdar qadın idi. Atasının ölümündən sonra ona ögey anası baxıb. Onunla birlikdə Birinci Serb üsyanı və Serb İnqilabı zamanı iki dəfə Avstriyaya qaçdı. 11 yaşında oxuyub yaza bildiyi üçün doğma şəhərində müəllim olub.
Mişar (film, 2004)
Mişar (ing. Saw) — 2004-cü ildə Ceyms Uanın ilk rejissorluq debütü və Leiq Uannellin ssenaristliyi ilə Uan və Uannellin hekayəsi əsasındə çəkilmiş Amerikan psixoloji qorxu filmidir. Bu Mişar filmlər seriyası-nın ilk hissəsidir və baş rollarda Uannell, Keri Elues, Denni Qlover, Monika Potter, Maykl Emerson, Ken Leunq və Tobin Bell iştirak edir. Film qurbanlarının yaşamaq iradəsini sınayan, onları sağ qalmaq üçün özlərinə böyük fiziki ağrılar verməli olduqları ölümcül "oyunlar" vasitəsilə sınaqdan keçirən qatilin sirri ətrafında fırlanan qeyri-xətti povestdən bəhs edir. Çərçivə hekayəsi qatilin ən son qurbanları (Uannell və Elues) böyük bir sökük vanna otağında oyanırlar və birinə öz ailəsini xilas etmək üçün digərini öldürmək əmri verilir. Ssenari Uannell tərəfindən yazılmışdır və o Uan ilə öz ssenaristlik debütlərində hekayəni birgə yaradıblar. Əvvəlcə 2001-ci ildə yazılmışdı, lakin lahiyənin onların vətəni Avstraliyada istehsal olunması cəhdləri uğursuz olduqdan sonra Los-Ancelesə gəldilər. Prodüserləri cəlb etmək üçün onlar ssenaridən kənar bir səhnədən eyniadlı aşağı büdcəli qısametrajlı film çəkdilər. Bu 2003-cü ildə baş tutdu. Çünki Evolution Entertainment -dən prodüserlər dərhal birləşdilər və eyni zamanda Twisted Pictures loqosu ilə istehsal etiketini yaratdılar.
Aksak
Aksak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı. XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur. Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak), Sarsaxlı (Sarı-Saklı), Seyid-Axsaqlı, Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak — "içməli su" sözlərindən ibarətdir.