MİSAL

is. [ ər. ]
1. Həll edilməsi üçün rəqəmlər üzərində bəzi əməliyyat tələb edən riyazi ifadə. Misalları həll etmək. Misalın cavabını yoxlamaq.
2. Bir fikrin anlaşılmasını asanlaşdırmaq və ya bir şeyi sübut etmək üçün gətirilən dəlil, nümunə və s. Fikrini misallarla aydınlaşdırmaq.
[Məşədi Haşım] ərəb və İran ədəbiyyatından misallar gətirdi. S.Rəhman.

3. Nümunə, örnək, timsal. Yoldaşını misal göstərmək.
– Sən bizim öz həyatımızı misal götürə bilərsən. M.S.Ordubadi.

4. Bir şeyin bənzəri, oxşarı, tayı, bərabəri, misli.
Nə xoş olur eşq əhlinin bu halı; Şəmə yana pərvanənin misalı. M.V.Vidadi.
[Vəzir:] Hacı Saleh, gərəkdir Rəştdə bir mintənə tikdirəsən, yeri zərbaftdan ki, misal və bərabəri bu vaxtadək Lənkəranda görünməmiş ola. M.F.Axundzadə.
Dünyada igidlikdə mənim yoxdu misalım. Ə.Nəzmi.

5. Zərbi-məsəl.
Canandan ayrılan candan ayrılır; Xalq içində bir misaldı, sevdiyim! M.P.Vaqif.
Gülyanaq dinləyir, Xanpəri misal çəkir, dəlil-sübut gətirir. Ə.Vəliyev.

Синонимы

  • MİSAL 1. MİSAL, MƏSƏLƏ (riyaz.) 2. misal bax nümunə 3. misal bax məsəl
  • MİSAL nümunə — örnək — timsal
  • MİSAL tay — bərabər
MİS
MİSALLI

Значение слова в других словарях

добыва́ть заводи́ться кривобо́кий развяза́ть разноли́кий Ску́пщина умаха́ть инверти́ровать кружится в голове́ лодыря гоня́ть победи́тельность санэпидемста́нция тра́пезная уга́дывать чару́юще шнява cog-wheel depoliticization diorite doomsman heterozygous spiff горожанка зажариваться латук