Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bavers
Bavers (fars. باورس‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,147 nəfər yaşayır (696 ailə).
Lavern
Lavern (fr. Lavernhe, oks. La Vèrnha) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Severak-le-Şato kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12126. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 35 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər (15-64 yaş arasında) arasında 99 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,9%, 1999-cu ildə 73,6%).
Navənd
Navənd (fars. ناوند‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).
Averm
Averm (fr. Avermes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mylen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03013. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3814 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2561 nəfər (15–64 yaş) arasında 1877 nəfər iqtisadi fəal, 684 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 73,5%) idi. Fəal 1877 nəfərdən 1735 nəfər (858 kişi və 877 qadın), 142 nəfər işsiz (70 kişi və 72 qadın) idi. 684 hərəkətsiz 205 nəfər arasında şagird və ya tələbə, 356 nəfər təqaüdçü, 123 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Avers
Avers (alm. Vorderseite‎, it. dritto, fr. avers, lat. adversus — "üzü tərəfə çevrilmiş") — sikkə və medalların üz və əsas tərəfi. Avers reversin əks tərəfidir. Termin qədim dövrlərdən əmələ gəlib. Əvvəlcə bu söz sikkənin alt ştempel vasitəsi ilə zərb olunan tərəfi mənasını verirdi (lat. adversus — "üzü tərəfə çevrilmiş"). Sikkə işinin xüsusiyyətlərini nəzərə alaraq, bu hissədə "daha vacib" təsvirlər yerləşdirilirdi, üst ştempeldə isə "daha az vacib" olanlar.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Anvers adası
Anvers adası (ing. Anvers Island) — Palmera arxipelaqında terləşən iri ada. Antarktik yarımadasında şimal-qərbdə yerləşir. Brabant adasından cənub-qərbdə qərarlaşır. Adanın uzunluğu təqribi 74 km, eni 55 km təşkil edir. Sahəsi 2432 km²-dir. Adanın ən hündür yeri Mon-Franse dağıdır. Dağın hündürlüyü 2761 metr təşkil edir. Anversdən 1 km aralıda Kormorant adlı kiçicik ada yerləşir. Ada ilk dəfə Con Bisko tərəfindən 1832 ildə kəşf edilmişdir.
Bem-Baverk
Oygen fon Bem-Baverk (alm. Eugen von Böhm-Bawerk‎; 12 fevral 1851[…], Brno, Bohemiya tacı torpaqları[d] – 27 avqust 1914[…], Kramzax[d], Tirol[d]) — Avstriya iqtisadçısı və dövlət xadimi. == Həyatı == == Fəaliyyəti == Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Karl Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur. Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır: - təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının sistemli tədqiqatı əsasında subyektiv və obyektiv dəyər anlayışlarının bir-birindən fərqləndirilməsi və bu əsasda qiymətin subyektiv baxımdan səciyyələndirilməsi; - istehsal xərclərinin sahibkar tərəfindən subyektiv qiymətləndirilməsi və mövcud sərvətlərin gələcəyin və hazırkı dövrün sərvətlərinə bölünməsi əsasında "Gözləmələr nəzəriyyəsi"nin irəli sürülməsi. Mübadilə prosesini tədqiq edərkən Bem-Baverk yazırdı ki, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir. Birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; İkincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir. Bem-Baverk Qossenin qanunlarından istifadə edərək istehlak dəyəri kimi mübadilə dəyərinin də məhsulların son faydalığı ilə subyektiv cəhətdən müəyyən olunduğunu sübut etməyə çalışırdı. O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir.
David Navara
David Navara (çex. David Navara, 27 mart 1985, Praqa, Çexoslovakiya) — Çex şahmatçısı, qrosmeyster (2002). 2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. == Şahmat karyerası == Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi.
Nissan Navara
Nissan Navara — yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1997-ci ildən bu günə kimi istehsal olunan pikap avtomobil. Adı İspaniyanın şimalında yerləşən Navarra regionundan irəli gəlir. Həmçinin, Avropa üçün versiyası Barselonadakı Nissan zavodunda yığılır və bəzi Avropa bazarlarında Nissan NP300 adı ilə satılır.
Sami Naseri
Sami Naseri (fr. Samy Naceri ərəb. سعيد ناصري‎; doğ. 2 iyun 1961, Paris) — bərbər əsilli Fransa aktyoru. == Həyatı == O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi. 1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin S. Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilmişdir.
Savern (rayon)
Savern (fr. Saverne) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Savern. Rayon əhalisi 2006-cı ildə 91 771 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 91 nəf / km². Rayon sahəsi — 1003 km².
Tetrahit navieri
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. == Sinonimləri == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
Adam Faver
Adam Fawer (1970[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı roman yazıçısı. İlk romanı "Ehtimalsızlıq" on səkkiz dilə tərcümə edilmiş və "ən yaxşı roman" müsabiqəsində “2006 International Thriller Writers” mükafatını qazanmışdır. 2008-ci ilin aprel ayında da ikinci romanı olan "Empati" yayımlanmışdır. "Empati" 2008-ci ildə almanca, yaponca ve türkcə yayımlanmışdır. Türkiyədəki yayımcısının israrları nəticəsində tamamladığı üçüncü romanı "Oz", 2016-cı ildə yalnız türkcə olaraq yayımlanmış, ancaq mənfi tənqidlərə məruz qalmışdır. Faver Pensilvaniya Universitetində diplom və magistr dərəcələrini tamamlamışdır. Stanford Graduate School of Business də MBAsini etmişdır. Karyerası zamanı Faver; Sony Music, J.P. Morqan və son olaraq da About.com kimi müxtəlif şirkətlər üçün işləmişdir.
Avern (Fransa)
Avern (fr. Avernes) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 776 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 45 km şimal-qərbində, Serji belediyyənin 16 km qərbdə yerləşir.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Navar (Çaldıran)
Navar (fars. ناور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (108 ailə).
Never (rayon)
Never (fr. Nevers) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Never. Rayon əhalisi 2006-cı ildə 122 708 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 61 nəf / km². Rayon ərazisi — 2020 km².
Never Forget
Never Forget — İslandiya Avroviziya 2012-də duetlə təmsil olunur. İslandiyalı müğənni və skripkaçı Qreta Salome (Gréta Salóme Stefánsdóttir) 1986-cı ildə dünyaya gəlib. Uşaq yaşlarından musiqi fəaliyyəti ilə məşğuldur. 4 yaşından skripkada ifa etməyə başlayıb. Onun duet ortağı Yonsi (Jónsi) təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulub. Musiqi karyerasına 1997-ci ildən başlayıb. 1998-ci ildən "İn black clothing" qrupunun üzvüdür. İlk debütünü həmin qrupun tərkibində 1999-cu ildə edib.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. == Həyatı == Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Ravər şəhristanı
Ravər şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ravər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,539 nəfər və 10,236 ailədən ibarət idi.
Xavər Talıbova
Talıbova Xavər Ağa qızı — Azərbaycan SSR-nin görkəmli əmək qəhrəmanlarından biri. == Həyatı == Xavər Talıbova 1924-cü ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Sosialist əməyi qəhrəmanı fəxri adına layiq görülmüşdür. 50 il xalqına xidmət edən Xavər Talıbova 1995-ci ildə vəfat etmişdir.
Xavər Vəkilova
Xavər Əhməd qızı Vəkilova — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi. == Həyatı == Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub. Xavər xanım Əhmədbəy Mirzəbəyovun ailəsində dünyaya gələn on birinci uşaq olub. Xavər xanımın bacısı Şahzadə xanım tanınmış yazıçı, xətrini Səməd Vurğunun çox istədiyi, ehtiramla yanaşdığı Abdulla Şaiqin həyat yoldaşı olmuşdur. Abdulla Şaiq Xavər xanım hələ 13 yaşı olanda ona “Sevimli baldızım Xavərə!” adlı şeir həsr etmişdi. Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində təhsil almışdır.1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (indiki BDU) təhsil almış, filoloq ixtisasına yiyələnmişdir. 1934-cü ildə Azərbaycanın xalq şairi Səməd Vurğunla ailə həyatı qurub. Bu izdivacdan onların üç övladı – Yusif, Aybəniz, Vaqif dünyaya gəlmişdir. 1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışmışdır. Onun hələ Səməd Vurğunun sağlığında qoruyub saxladığı materiallar əsasında muzeyin ekspozisiyası xeyli zənginləşmişdir.
Xavər Vəliyev
Xavər Vəliyev —SSR Ali Sovetini deputatı,SSRİ-nin hərbi komissarı, polkovnik. == Bioqrafiya == Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib. O, Zaqafqaziya hərbi piyada məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra bir müddət bölük komandiri vəzifəsində çalışıb. 1936-cı ildə o, Hərbi - Siyasi Akademiyanı müvəffəqiyyətlə bitirir. Çalışqanlığı və fəaliyyətinə görə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Əvvəlcə o,73-cü Azərbaycan atıcı diviziyasında xidməti borcunu yerinə yetirir. 1938-ci ildə Bakının hərbi hava hücumundan müdafiəsi üçün 3-cü korpusuna komissar təyin edilir. 1941-ci ildə 396-cı Azərbaycan atıcı diviziyasının siyasi rəhbəri olan Xavər Vəliyevin komandası Kerç sahilində qərar tutmağa əmr alır.