Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natrix natrix
Adi suilanı (lat. Natrix natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü.
Ankerit
Ankerit – karbonatlar qrupuna aid mineral. Avstriya mineraloqu M. Ankerin (1771–1843) şərəfinə adlandırılmışdır. Tərkibi dolomit kimi ikiqat duz tiplidir – Ca(Fe2+,Mg)[CO3]2. Sinqoniyası triqonaldır. Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi ağ, boz sarımtıl, qonurudur. Şüşə parıltısı var. Sərtliyi – 3,5–4, sıxlığı – 2930–3100 kq/m³. Maqnezium və dəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün ankeritə qonur şpat da deyilir.
Natrix
Suilanı (lat. Natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinə aid heyvan cinsi.
Nefrit
Yəşim — qiymətli mineral daş. Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Tikrit
Tikrit (ərəb. ﺗﻜﺮﻳﺖ ‎) — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması). Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir. Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi. Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar. Tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubi və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Nairi
Nairi — Van Gölünün cənubi hisəsində tarixsəl bir ölkə adı (e.ə. 1114- 860), Assuriyalılar onlara (KUR.KUR Na-i-ri, və ya Na-i-ru) adı verirdi, müasir Türkiyənin və Cənubi Azərbaycanın (İranın Qərbi Azərbaycan vilayətinin) Van və Hakkari vilayətlərinə təxminən uyğun gəlir. Nairi bəzən Mesopotamiya, Xet və Urartu mənbələrindən bilinən Nihriya ilə bərabərləşmişdir. Ancaq bir mətn içərisində belə gəlir ki Nihriya ilə birgə olmaması təxmin edilir. Tunc dövrünün qutulmasından əvvəl Nairi qəbilələri həm Assuriya, həm də Xetlər ilə mübarizə aparacaq qədər güclü bir qüvvə hesab olunurdu. Mitanni Krallığının yıxılışından sonra torpaqlarına nəzarət etmək üçün Xetlər və Assuriyalılar arasındakı döyüşlərin son nöqtəsi olan Nihriya Döyüşü; orada baş verdi, e.ə. 1230. Urartu'nun ilk padşahları özülərini yerli Bianili yerinə Nairi adlandırdılar. Ancaq Urartu ilə Nairi arasındakı münasibət dəqiq bəlli deyil. Bəzi alimlər Urartu və Nairinin ayrı-ayrı nöqtələr olduğunu irəli sürdülər.
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Aleksandr Nekriç
Aleksandr Moiseyeviç Nekriç (1920[…], Bakı – 31 avqust 1993, Boston) — ABŞ-də yaşamış sovet tarixçisi, tarix elmləri doktoru, 20-ci əsrin hərb tarixi və Avropa tarixi üzrə mütəxəssis, ABŞ-yə mühacirət etdikdən sonra sovet tarixi üzrə mütəxəssis. O, 1967-ci ildə "1941. 22 iyun" kitabının tirajının nəşri və Sov.İKP-dən xaric edilməsi ilə əlaqədar xüsusi şöhrət qazanmışdır. == Həyatı == Aleksandr Nekriç 1920-ci il martın 3-də Bakıda jurnalist ailəsində anadan olub. Ailə sonradan Tbilisiyə, oradan da Moskvaya köçüb. 1937-ci ilin payızında Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1941-ci ildə bitirmişdir. Təhsilinin sonunda müharibənin başlaması ilə Nekriç könüllü olaraq milis sıralarına getdi. Stalinqraddan Köniqsberqə qədər müharibə keçmiş, 1942-1945-ci illərdə cəbhədə vuruşmuşdur. 1943-cü ilin martından Sov.İKP üzvü olmuşdur. 7 sentyabr 1945-ci ildə kapitan rütbəsi ilə ehtiyata buraxılmışdır.
Euphorbia nakaii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Maruf Bakhit
Maruf Baxit (ərəb. معروف البخيت‎; 18 mart 1947 – 7 oktyabr 2023, İordaniya) — 1 fevral 2011-ci ildən İordaniya Haşimilər Krallığının baş naziri. O, əvvəlcə 27 noyabr 2005-ci ildən 25 noyabr 2007-ci ilə qədər, sonra isə yenidən 9 fevral 2011-ci ildən 17 oktyabr 2011-ci ilə qədər baş nazir vəzifəsində çalışıb. Baxit həmçinin İordaniyanın İsraildəki səfiri və milli təhlükəsizlik rəisi vəzifələrini icra edib. 2005-ci ildə Amman partlayışlarından üç həftə keçməmiş Kral II Abdullah tərəfindən baş nazir təyin edilən Baxitin əsas prioriteti İordaniyada təhlükəsizliyi və sabitliyi qorumaq idi. O, həftələrlə davam edən etirazlardan sonra 2011-ci il fevralın 1-də kral tərəfindən yenidən baş nazir təyin edilib. Əl-Baxit 2011-ci il oktyabrın 17-də tutduğu vəzifədən istefa verib və oktyabrın 24-də onun yerinə Avn Şövkət Əl-Xəsevnə təyin edilib. Maruf əl-Baxit 7 oktyabr 2023-cü ildə 76 yaşında vəfat edib.
Mikrit əhəngdaşları
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). Əhəngdaşı Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Natrium nitrit
Natrium nitrit (natrium nitrit)— NaNO2, natrium və nitrat turşusunun duzu Natrium nitrit NaNO2 kimyəvi formulu ilə qeyri-üzvi birləşmədir. Suda çox həll olunan və higroskopik olan ağdan bir qədər tünd sarımtıl kristal tozdur. Sənaye baxımından ən vacib nitrit duzudur.Dərman, boyalar və pestisidlər,kimi müxtəlif üzvi birləşmələrdə istifadə edilir, lakin çox güman ki,ətlərdə və (bəzi ölkələrdə) balıq məhsullarında istifadə olunan qida əlavəsi kimi tanınır. Təmizlənmiş natrium nitrit ağ və ya bir az sarı kristal tozdur. Suda həll olunur və higroskopiklikdir. Havada yavaş-yavaş natrium nitrat NaNO3 qədər oksidləşir. Güclü çözücüdür. Böyük dozada toksikdir. Natrium nitrit NaNO2 azot turşusunun duzudur və adətən azot oksidlərindən reaksiya ilə alınır: 2 N a O H + N O + N O 2 → 2 N a N O 2 + H 2 O {\displaystyle {\mathsf {2NaOH+NO+NO_{2}\rightarrow 2NaNO_{2}+H_{2}O}}} Natrium nitritinin istehsalının digər yayılmıçş bir üsulu da bir qurğuşun Pb tozunu natrium nitrat NaNO2 ilə qızdırmaq və ardından meydana gələn bərk maddəni suda həll etməkdir. Dağılma nəticəsində suda həll olunmayan qurğuşun (II) oksidi PbO,a çökəcək və natrium nitrit məhlulda qalacaq: N a N O 3 + P b → N a N O 2 + P b O {\displaystyle {\mathsf {NaNO_{3}+Pb\rightarrow NaNO_{2}+PbO}}} Natrium nitrit, diazoamin birləşmələrini yaratmaq üçün istifadə olunur.
Natrix vulgaris
Adi suilanı (lat. Natrix natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü.
Naurız (Uçalı)
Naurız (başq. Наурыҙ, rus. Наурузово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 60 km, ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 70 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Nefrit (xəstəlik)
Nefrit (yun. νεφρός — böyrək) — müxtəlif etiopatogenezi, hər birinin özünəməxsus patomorfoloji və klinik xüsusiyyətləri olan böyrəklərin iltihabı xəstəlikləri qrupu. Nefrit böyrəklərdə glomeruli, borucuqları və ya interstisial böyrək toxumasını əhatə edən yerli və ya diffuz proliferativ və ya destruktiv proseslərə aiddir. Mənşəyinə görə ilkin nefrit (böyrəklərin ilkin patologiyası) və ikincili nefrit (başqa patoloji proseslə əlaqədar yaranan - şəkərli diabet, amiloidoz, birləşdirici toxuma sistemli xəstəlikləri, miyeloma xəstəliyi və s.) fərqlənir. Qlomerulonefrit İnterstisial nefrit (və ya tubulo-interstisial nefrit) böyrək borucuqları arasındakı boşluqların iltihabıdır. Nefrit tez-tez infeksiyalar və toksinlərdən, lakin ən çox böyrəklər kimi əsas orqanlara təsir edən otoimmün xəstəliklərdən qaynaqlanır. Pielonefrit — böyrəklərdə sidik yollarının infeksiyası nəticəsində yaranan iltihab. Lupus nefrit, immun sistemi xəstəliyi olan sistemik lupus eritematosusun (SLE) səbəb olduğu böyrəklərin iltihabı. İdman nefriti ağır idman nəticəsində baş verən nefritdir. Məşqdən sonra qanlı sidik, qırmızı qan hüceyrələrinin zədələnməsi və onların yırtılmasına səbəb olan və hemoglobinin sidikdə ifraz olunmasına səbəb olan gedişli hemoglobinuriya ilə də bağlı ola bilər.
Nitrit turşusu
Nitrit turşusu (HNO2) — zəif birəsaslı turşu. Nitrit turşusu normal şəraitdə bərk halda olur. Nisbi molyar kütləsi 47,0134 а.k.v., molyar kütləsi isə 47.0134 q/mol-dur. Türşü 42,35 °S-də əriyir və maye halda sıxlığı 1.685 q/sm³-dur. Nitrit turşusunun qaynama temperaturu 158 °S-dir. 2 HNO 2 ⟷ N 2 O 3 + H 2 O ⟷ NO ↑ + NO 2 ↑ + H 2 O {\displaystyle {\ce {2 HNO2 <-> N2O3 + H2O <-> NO ^ + NO2 ^ + H2O}}} 3 HNO 2 ⟷ HNO 3 + 2 NO ↑ + H 2 O {\displaystyle {\ce {3 HNO2 <-> HNO3 + 2 NO ^ + H2O}}} HNO2 zəif turşudur. H 2 SO 4 + 2 NaNO 2 ⟶ Na 2 SO 4 + 2 HNO 2 {\displaystyle {\ce {H2SO4 + 2 NaNO2 -> Na2SO4 + 2 HNO2}}} HNO 2 + H 2 O 2 ⟶ HNO 3 + H 2 O {\displaystyle {\ce {HNO2 + H2O2 -> HNO3 + H2O}}} HNO 2 + Cl 2 + H 2 O ⟶ HNO 3 + 2 HCl {\displaystyle {\ce {HNO2 + Cl2 + H2O -> HNO3 + 2 HCl}}} 7 HNO 2 + 2 KMnO 4 ⟶ 2 Mn ( NO 3 ) 2 + 2 KNO 3 + 3 H 2 O + HNO 3 {\displaystyle {\ce {7 HNO2 + 2 KMnO4 -> 2 Mn(NO3)2 + 2 KNO3 + 3 H2O + HNO3}}} 2 HNO 2 + 2 HI ⟶ 2 NO ↑ + I 2 + 2 H 2 O {\displaystyle {\ce {2 HNO2 + 2 HI -> 2 NO ^ + I2 + 2 H2O}}} Nitrit turşusunu azot- 3 — oksidini H2O suda həll etməklə: N 2 O 3 + H 2 O ⟶ 2 HNO 2 {\displaystyle {\ce {N2O3 + H2O -> 2 HNO2}}} Nitrit turşusunu azot- 4 — oksidini H2O suda həll etməklə: 2 NO 2 + H 2 O ⟶ HNO 3 + HNO 2 {\displaystyle {\ce {2 NO2 + H2O -> HNO3 + HNO2}}} Карапетьянц М. Х., Дракин С. И. Общая и неорганическая химия.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.
Rene Maqrit
René François Ghislain Magritte (fransız: [magʁit]; 21 noyabr 1898[…], Lessin[d], Eno – 15 avqust 1967[…], Sxarbek[d]) Belçika əsilli sürrealist rəssamdır. O sürrealist üslubda insanları düşünməyə vadar edən ecazkar və sirli rəsmləri ilə məşhurlaşmışdır. René Magritte 1898-ci ildə Belçikanın Lessines şəhərciyində dünyaya göz açmışdır. Atası dərzi, anası isə qadın papaqçısı olan Magrette-in ilk gənclik illəri haqqında çox az məlumat mövcuddur. O ilk rəsm dərslərinə 1910-cu ildə getməyə başlamışdır. 1912-ci ilin mart ayında onun anası özünü çaya ataraq intihar etmişdi. Daha əvvəllər də intihara cəhd edən anasına atas bir neçə dəfə mane olmuş, onu öz otağında günlərlə bağlı saxlamışdı, lakin bir gün o bu bağlı otaqdan çıxa bilir və günlərlə itkin düşür. Sona onun cəsədi çaydan tapılır. Deyilənə görə, 13 yaşlı Magritte anasının cəsədi sudan çıxarılanda orda imiş, lakin daha sonrakı araşdırmalar bu hadisəni inkar edir. Anasının intiharının Rene-nin yaradıcılığına olduqca böyük təsiri olduğu irəli sürülür.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Xakriz (Əsədabad)
Xakriz (fars. خاکریز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,089 nəfər yaşayır (316 ailə).
Natrix maura
Gürzəyəbənzər suilanı (lat. Natrix maura) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. Bu cür adlandırılmasının səbəbi xarici görünüş baxımından adi gürzəyə bənzəməsidir. Bel nahiyəsində olan ziqzaqvari naxış onları gürzələrə bənzədir. Ancaq zərdlər arasında naxışın rəngi və quruluşu xərqli ola bilir. Bu canlılara əsasən Qərbi və Cənubi Aralıq dənizi hövzəsində rastlanılır. Uzunluqları bəzən 1 metrə çatır. Adətən isə uzunluları 55-60 sm arasında dəyişir. Dişilər bədən ölçüləri baxımından erkəklərdən iri olur.
Natrix megalocephala
Kolxida suilanı (lat. Natrix megalocephala) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. Ümumi uzunluqları 110–130 sm təşkil edə bilir. Bel nahiyəsindəki pulcuqları qara, yan hissələrdə ağ, qarın nahiyəsində isə nisbətən tünd rənglərdə olur. Bu növə Rusiya ərazisində Krasnodar vilayətində, Azərbaycan və Gürcüstan kimi ölkələrdə rast gəlinir.